Xəbər lenti

  • 2017-02-22
  • 18:54 "Lapşin heç nədən şikayət etmir"
    18:44 Cocuq Mərcanlıda yoxlanışlar davam edir
    18:29 Prezident nazirliyə 2 milyon manat ayırdı
    18:16 Mehman Əliyev:
    18:08 Abituriyentlərin nəzərinə: Bunu mütləq etməlisiniz
    17:45 Rusiya Azərbaycan vətəndaşını axtarışa verdi
    17:28 Binali Yıldırım:Referendumda yox çıxarsa...
    17:26 Manatın sabaha olan məzənnəsi
    17:05 Ərdoğan prokurorluğa şikayət etdi
    17:00 Sabah bu yollarda hərəkət məhdudlaşacaq
    16:54 Oqtay Əsədov Mehriban Əliyevaya təbrik məktubu göndərdi
    16:52 Hərbi qulluqçumuz şəhid oldu
    16:50 Lavrov erməni həmkarına "Dostluq ordeni" verdi
    16:50 Türkiyə 80 min suriyalıya vətəndaşlıq verəcək
    16:36 Ərdoğanla Trampın görüşəcəkləri tarix açıqlandı
    16:30 Lavrov: "ATƏT sədrlərinin formatına alternativ yoxdur"
    16:15 Nikki Haley:"ABŞ Dağlıq Qarabağla bağlı Minsk prosesinə sadiqdir”
    16:05 İlham Əliyev Yaponiyanın dövlət nazirini qəbul etdi
    15:58 Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının iclası olacaq
    15:46 Belarusda "Azərbaycan Ticarət Evi" təsis edilib
    15:33 Yəmənin baş qərargah rəsinin müavini öldürüldü
    15:12 Fikri İşıq: “Moskva PYD ilə bağlı bizim mövqeyimizi bölüşmür”
    15:06 İran Rusiyadan təyyarə alacaq
    15:00 Dağıstanda Xocalı soyqırımının qurbanları yad edilib
    14:49 Fələstin baş nazirinin müavini Azərbaycana gələcək
    14:32 Kipr danışıqlarına türk tərəfi qatılmayacaq
    14:13 Türkiyədə qadın hərbçilər hicab taxa biləcəklər
    14:03 CHP-nin sözçüsü ölümlə təhdid edildi
    13:55 "Ermənistanın məğlubiyyətləri davam edəcək"
    13:43 Qobustanda zəlzələ olub
    13:40 Məhkəmə Ərdoğana qarşı təzminat davasını rədd etdi
    13:39 Krıma yeni baş nazir təyin olundu
    13:25 Ramil Usubov Almaniyada səfərdədir
    13:08 Azərbaycanda 2 ailədə nadir xəstəlik tapıldı
    13:05 ABŞ xeyli sayda miqrantı həbs edəcək
    13:04 "Qarabağda "referendum" keçirilməsi qanunsuzdur"
    12:44 Sabaha olan hava proqnozu
    12:43 Ankarada Elmar Məmmədyarov və Çavuşoğlu görüşüblər
    12:36 Hemofiliya xəstələrinin sayı artıb
    12:22 Qazaxıstan və Azərbaycan parlament nümayəndələri görüşüb
    12:17 Rusiyalı politoloqlar Mehriban Əliyevanın vitse-prezident olması haqda
    11:58 Kim Çen İnin qardaşının ölümündə şübhəli bilinən diplomat axtarışa verildi
    11:28 Rusiya və ABŞ Rakkada birgə əməliyyatlara başlaya bilər
    11:25 Yanukoviç: "Donbassın statusu ilə bağlı referendum keçirilməlidir"
    11:07 Tehranda partlayış: 5 nəfər öldü
    11:05 "Fərat Qalxanı"nda 14 İŞİD-çi öldürüldü
    10:56 Sinqapurda nadir təbiət hadisəsi baş verdi - VİDEO
    10:48 Pakistanın baş naziri Türkiyəyə gəlir
    10:47 Türkiyə və Yunanıstanın hərbi gəmiləri təhlükəli şəkildə yaxınlaşdı
    10:37 İlham Əliyev ABŞ-ın nümayəndə heyətini qəbul etdi
    11
    11:22:04
    Yanvar
    1573 nəfər oxuyub

    “Bir əli xalqın yanında, digər əli sarayda idi”

    Dünən yanvarın 9-da Azərbaycanın xalq şairi Zəlimxan Yaqub uzun sürən xəstəlikdən vəfat edib. O, iki çağırış parlamentin deputatı və “Aşıqlar birliyi”nin sədri kimi çalışmışdı. Əgər ədəbi zövqündən danışsaq, şübhəsiz ki, Zəlimxan Yaqub mühafizəkar ədəbi cərəyanın davamçısı, folklor və aşıq şeirinə daha yaxın idi. Ancaq məsələ ədəbi zövqündə deyil, o, həm də ictimai mövqeyinə görə sıx-sıx tənqid olunan və bu tənqidlərin çoxunu xoş sözlərlə qarşılayan biri idi. Belə ki, onu ən çox şeir yazan, tərif yazan, xalqın dərdindən yazmayan, ölkədəki ictimai hadisələr haqda danışmayan birisi adlandıranlar da vardı, ancaq onu xalqa yaxın olan, xalq şeirini, klassik şairləri tədqiq edib öyrənin və təbliği ilə məşğul olan birisi də adlandırırlar. Bəs, görəsən, Azərbaycan şairləri, ədəbiyyat adamları onu necə xatırlayır, ədəbiyyatda yerini necə görürlər.




    Akif Əhmədgil

    “Bir əli xalqın yanında, digər əli sarayda idi”.

    Vaxtilə Zəlimxan Yaqubun kitabını çapa hazırlamış Akif Əhmədgil onu aşıq ədəbiyyatının bilicisi kimi xatırlayır:
    “Zəlimxan Yaqub xatirimdə aşıq yaradıcılığının bilicisi kimi qalıb. Mən Milli Məclisdə işləyəndə Murtuz Ələsgərovun təşəbbüsü ilə Zəlimxan Yaqubun şeirlər kitabını çapa hazırlamışam. Sonuncu dəfə onunla Buta qəsəbəsində bir məktəbdə görüşümüz baş tutmuşdu. 
    Dünyasını dəyişmiş bir insan kimi onun haqqında ancaq müsbət şeylər danışmaq istərdim, bununla belə boğazdan yuxarı təriflər də demək mənlik deyil. Əlbəttə, o, aşıq yaradıcılığını, Azərbaycan ədəbiyyatını gözəl bilirdi. Bu da sirr deyil ki, Zəlimxan Yaqub yuxarılara, hökümətə çox yaxın idi. Onun haqqında “saray şairi” ifadəsini mənfi konteksdə deyənlər də var. Əslində isə bu titul orta əsrlərdə şairlər tərəfindən fəxr kimi qəbul olunurdu. Bilirsiniz, klassiklərimizin çoxu, elə Nizami də, Füzuli də öz şeirlərini yazıb saraya yollayırdılar. Həmçinin Zəlimxan Yaqubun xalqa böyük yaxınlığı da vardı, xalq arasında şöhrətli biri idi. Əslində onun əsl portretini cızmağa çalışsaq, bir əli xalqın, aşağı təbəqənin yanında, o biri əli “saray”da olan bir şair obrazı ortaya çıxar.

     

    Qəşəm Nəcəfzadə

    “Ona mədhiyyəçi, saray şairi deyənlər ki, var...”


    Bizimlə söhbətində Zəlimxan Yaqubla bağlı xatirələrini bölüşən Qəşəm Nəcəfzadə isə mərhum şair haqda bir sirr açdı. Sən demə, Zəlimxan Yaqub vaxtilə Qəşəm Nəcəfzadəyə ev tikməsi üçün torpaq alıb hədiyyə edibmiş:
     “Zəlimxan Yaqubla yaxın dost olmuşuq. 1998-ci ildə mən Bakıda kirayədə qaldığım dövrlər idi, Zəlimxan Yaqub mənə altı sot torpaq alıb verdi, özü torpağı ölçdü və ev tikməyim üçün xeyir-dua verdi. 
    O mənim ilk şeirlər kitabımın redaktoru olub. Tanıdığım qədəriylə o, xalqı əzbərdən bilirdi, xalqı yaxından tanıyırdı, Osman Sarıvəlili, Hüseyn Arif, Səməd Vurğun yaradıcılığına dərindən bələd idi. Bəzən öz aramızda onu “yeriyən folklor institutu” adlandırırdıq”. 
    Qəşəm Nəcəfzadə Zəlimxan Yaqubu mədhiyyəçi və “saray şairi” adlandıranlara da hiddətini bildirir:
    “Zəlimxana yaltaq, mədhiyyəçi, saray şairi deyənləri qınayıram. Əgər hətta o, saray şairi idisə də, öz sarayımızın şairi idi. Zəlimxan Yaqubun xalqın yanında üzü vardı, yuxarıların yanında sözü. O, hökumətdəki nüfuzundan istifadə edib ədəbiyyatı, sözü yuxarı təbəqəyə çatdırırdı. Aşığı, folkloru, şeiri dövlət səviyyəsinə qaldırırdı”. 

     

     

    Murad Köhnəqala

    “Sarayın ona ehtiyacı vardı, ancaq onu saray şairi edə bilmədilər”


    Postmodern şair Murad Köhnəqala isə gözlənilənin əksinə Zəlimxan Yaqubu müsbət yanları ilə xatırlayır:
    “Zəlimxan Yaqub son dərəcə saf insan idi. Həyatının heç bir dönəmində milli kimliyini, türk kişisi olduğunu unutmadı. Çox kaloritli adam idi, mehriban, deyib-gülən, xeyirxah, enerjili, istedadlı... 
    Bir el şairi kimi yazdığı qoşmalarından başqa onun çoxlu sayda ictimai-siyasi yüklü  şeirləri var. Şairin hələ sağlığında şeirlərini aşıqlar oxuyurdu. Düşünürəm, neçə ki saz var, Zəlimxan Yaqubun şeirləri, adı, əhvalatları xatırlanacaq”.
    Belə anlaşılır ki, Murad Köhnəqala Zəlimxan Yaquba saray şairi deyənlərlə qətiyyən razı deyil.
    “Zəlimxan Yaqub heç vaxt saray şairi deyildi, əksinə, sarayın ona ehtiyacı vardı. Təzəcə mütəşəkkil tapan parlament mədəniyyətimizdə Zəlimxan Yaqub kimi ozanlara indən belə də ehtiyac olacaq. Zəlimxan Yaqub xarakterli insanlardan saray şairi eləmək mümkün olmazdı. Əksinə, Zəlimxan həmişə sarayı xalqa endirməyə çalışan şair, ağsaqqal, ictimai xadim idi. O, müstəqil dövlətimizin bərpa olmasına çox sevinən biri idi. Ona görə Heydər Əliyev haqda yazdıqları və söylədikləri səmimi, qəlbindən gələnlər idi...” – deyə Murad Köhnəqala fikrini yekunlaşdırır. 

     

    Bəxtiyar Hidayət

    “Xalqın ruhunda yazırdı, amma xalqın dərdindən deyil”...


    Qazaxda yaşayan şair Bəxtiyar Hidayət deyir ki, Zəlimxan Yaqub Qazağa tez-tez gəlsə də, heç vaxt onunla görüşmək marağında olmayıb. Bəxtiyar Hidayət Zəlimxan Yaqubu belə xatırlayır:
    “Bəlkə də ən çox şeir yazan şair kimi tarixə düşəcək. Təsəvvür edin-  ZƏLİMXAN YAQUB imzasının hərflərinə uyğun 12 cildlik seçilmiş əsərləri var. Hələ poemalarını demirəm. Bununla belə ictimai fikrə təsir gücü yoxdu.

    Arılar, gül mənəm, qonun üstümə,
    Məndən nə çəksəniz, saf çəkərsiniz.
    Başına götürər ətrim dünyanı,
    Sözün gülşənində kef çəkərsiniz.
    Durnalar, yerləri göylərə qatdım,
    Sizinlə uçmağa hər gün can atdım,
    Elə ki, torpağın altında yatdım,
    Məzarım üsründə səf çəkərsiniz.
    İnsanlar, ürəyim quzu tək mələr,
    Başım nələr çəkdi, dünyada, nələr,
    Hansı gün Zəlimxan ölüb desələr,
    O gün, bircə dəfə "of" çəkərsiniz
     Bu şeirinin vurğunuyam. Hətta bu şeirə paxıllıq da edirəm. Ki, kaş mən yazaydım. Belə beş- üç şeiri qalacaq.
    Həmçinin Bəxtiyar Hidayətin fikrincə, Zəlimxan Yaqub xalqın ruhunda yazan biri olsa da, xalqın dərdini dilə gətirmədiyini deyir:
    “Xalq ruhunda yazmaq hələ xalqın ruhunu poeziyaya gətirmək deyil. Faciə də budur- xalq ruhunda yaz, xalqın dərdini yazma. Xalqın dərdini demə. Mədh et saray əyanlarını.
    Doğmalarına, yaxınlarına başınız sağ olsun deyirəm”. 

     

    Şərif Ağayar

    “Zəlimxan Yaqubu yaxşı insan kimi tanımışam”

    Mənim üçün insanlıq bütün sənətlərdən öncə gəlir. Zatən sənətin məqsədi həm də yaxşı, xeyirxah, mərd, özündən zəifə əl tutmağı bacaran insanların yetişməsidir. Bu mənada Zəlimxan Yaqubu yaxşı insan kimi tanımışam. Sənəti və ictimai-siyasi mövqeyi ilə bağlı razılaşıb-razılaşmadığım məqamlardan asılı olmayaraq... Allah rəhmət eləsin.