Xəbər lenti

  • 2017-03-23
  • 10:00 İran neftinin ilk partiyası bu həftə Belarusa çatdırılacaq
    09:45 Kılıçdaroğlu Londondakı terror aktına münasibət bildirdi
    09:30 Azərbaycan məhsullarının Rusiyaya keçirilməsində problemlər yaranıb
    09:15 Ermənistan Milli Təhlükəsizlik Xidməti Samvel Babayanın həbsini təsdiqləyib
    09:00 Prezident Ərdoğan Tereza Meyə başsağlığı verdi
    03:04 Sevinc Fədai:“Mövlud həmin gün o binanın başına iki dəfə çıxıb...”
  • 2017-03-22
  • 23:50 Silahlı, Londondakı terror hücumunu tək törədib
    23:30 Suriya və İraqda İŞİD-in 180-dən çox lideri öldürülüb
    23:11 Boşanmaların 20-30 faizinin səbəbi: Sosial şəbəkələr
    22:50 "WhatsApp"da 4 yeni funksiya
    22:30 Azərbaycana qarşı amansız olacağıq
    22:10 Bu simptom təhlükəli xəstəlikdən xəbər verə bilər
    21:50 Koalisiya qüvvələri Suriyaya hücumlarını artırıb
    21:30 Londonda törədilən terror nəticəsində qadın ölüb
    21:10 “Naftogaz Ukraine” şirkəti müflis ola bilər
    20:50 Kürdlərə görə Türkiyə ilə dialoqu davam etdiririk
    20:36 Disney "Zveropolis" filmində plagiat edib?
    20:15 İlham Əliyev Pakistan prezidentini təbrik edib
    20:00 Prezidentin oğlu parlament komitəsinin sədri oldu
    19:45 Almaniyada doğulmuş şəxslərin ilk deportasiyası
    19:30 Britaniya parlamentində silahdan atəş açılıb
    19:15 Reks Tillerson tənqidlərlə qarşılaşıb
    19:00 Avropa ölkələri insan hüquqlarına hörmət etməlidir
    18:45 Azərbaycanın dövlət sərhəddini pozan şəxs saxlanılıb
    18:30 Çin Şimali Koreyaya qarşı yeni sanksiyaları dəstəkləmir
    18:15 Danimarkada hicablı işsizlərə müavinət verilməyəcək
    18:00 Xəzərdə meyiti tapılan şəxsin neftçi olduğu müəyyənləşib
    17:39 “DQR”-in sabiq “müdafiə naziri” Samvel Babayan saxlanıldı
    17:15 Mosulda bəşəri faciə baş verə bilər
    17:00 Ukrayna, rus müğənnisini “Eurovision”a buraxmayacaq
    16:45 AZAL - tam sürətlə müflisləşməyə doğru
    16:30 Türkiyə və Rusiya Dağlıq Qarabağ münaqişəsi üzərində birgə işləyir
    16:15 Qənirə Paşayeva Tovuzun ön cəbhədə ailələri ziyarət edib
    16:00 Kompüterlərə uçuş qadağası İŞİD təhlükəsinə görə tətbiq edilib
    15:45 Sabah Bakıda yağış yağacaq
    15:30 Almaniya millisinin futbolçularından qəfil dopinq-test götürülüb
    15:15 İlqar Məmmədovun səhhəti pisləşib
    15:00 BBC "Brexit"ə qərəzli yanaşdığına görə cərimə oluna bilər
    14:45 Serj Sarkisyan, Ter-Petrosyanla bağlı qərarını verdi
    14:30 Maqsud İbrahimbəyovu anım mərasimi keçirilib
    14:15 DYP taksi fəaliyyəti ilə məşğul olanlara müraciət edib
    14:00 Sevgi romanı həvəskarları üçün yeni kitab
    13:45 Qanazlığından əziyyət çəkirsinizsə...
    13:30 Almaniya, Türkiyəyə silah satışını məhdudlaşdırdı
    13:15 İsrail: Suriyaya hücum barədə Putinə bildirmişdik
    13:00 Özümü "Real"da görmürəm
    12:45 Bayram günlərində təcili yardıma daxil olan müraciətlərin sayı
    12:30 Bu il Azərbaycan dili" imtahanında 59 abituriyent imtahansız keçəcək
    12:15 "Yəqin, əllərində qalan köhnə bir nişanı veriblər"
    12:00 Dünya birjalarında neft ucuzlaşır
    11:45 Şimali Koreya raket buraxılışı həyata keçirdi
    11:35 Twitter yüzminlərlə hesabı dondurdu
    11:30 Rusiya türk malının idxalına qoyulan qadağanı götürməyəcək
    11:15 Ermənistan silahlı qüvvələri atəşkəsi 143 dəfə pozub
    11:00 Vaşinqtonda İŞİD-ə qarşı beynəlxalq koalisiyasının toplantısı oldu
    10:45 Azərbaycan-Almaniya matçının hakimləri məlum olub
    15
    19:24:48
    Yanvar
    702 nəfər oxuyub

    Vətənlərində sevilməyən məşhur yazıçılar

    Murakami müasir yapon yazıçıları arasında dünyada, demək olar ki, ən məşhurudur. Rusiyada onu tez-tez yapon Dostoyevskisi adlandırırlar. Öz ölkəsində isə ona münasibət, yumşaq desək, ziddiyyətlidir. Gəlin, kitabları milyonlarla tirajla çap olunmasına baxmayaraq, amansızca tənqid olunan, hətta nifrət edilən yazıçıları yada salaq. 

     


    Haruki Murakami

    Sən demə, yaponlar Murakamini heç yapon yazıçısı saymırlarmış. Hətta vətənpərvər yaponlar ona “Bata-kusay” (yağ qoxan) ləqəbi veriblər. Süd içmək ənənəsi olmayan Yaponiyada yad mədəniyyətlərə və qərbdən gəlmiş hər şeyə “bata-kusay” deyirlər.
    Murakaminin romanlarının qəhrəmanları cins geyinir, pivə içir, spaqetti yeyir, ancaq və ancaq caz dinləyir və mütləq gözəl qızlarla sevişirlər. Bir çox yaponun fikrincə, bu, yapon mədəniyyəti deyil, əksinə, həm fəlsəfi və həm də mədəni cəhətdən yapon peyzajlarının fonunda qərb sivilizasiyasının yaratdığı pop-kulturadır. 

     

    Paulo Koelyo

    İndiyədək bütün dünyada Paulo Koelyonun yüz milyonlarla kitabı satılıb, onun kitabları dünyanın 67 dilinə çevrilib. Koelyo bəlkə minlərcə ədəbi mükafat alıb, əsərləri təkcə Braziliyada deyil, Böyük Britaniyada, ABŞ-da, Fransada, Kanadada, İtaliyada, İsraildə, Finlandiyada və Yunanıstanda bestseller siyahılarına başçılıq edib. Onun “Kimyagər” kitabının adı Braziliya tarixində ən çox satılan kitab kimi Ginnesin rekordlar kitabına düşüb.
    Bütün bu uğurlarına baxmayaraq, braziliyalı tənqidçilər Koelyonu olduqca bəsit əsərlər yazan önəmsiz bir yazıçı sayırlar. Əksər ədəbiyyatçılar onun əsərlərinin bazara hesablanmış, “kommersiya” məqsədli mətnlər olduğunu iddia edirlər. Hətta iş o yerə çatıb ki, Koelyonun Braziliya Ədəbiyyat Akademiyasına üzv seçilməsi bir çox braziliyalı tərəfindən etirazla qarşılanıb. 

     

    Corc R. R. Martin

    Yazıçını müasir Amerikanın Tolkini (XX əsrdə yaşamış, fentezi stilində yazan məşhur amerikan yazarı – tərc) adlandırırlar. Corc Martin “Buz və alovun mahnısı” silsiləsindən olan kitablarında öz mifoloji, irqi, siyasi intriqaları və tarixi ilə məşhur Yeddi Krallıqdan ibarət xəyali aləmi yaradıb. Onun kitablarının əsasında çəkilmiş “Taxt-tac oyunları” serialı baxış rekordları qırıb və kütləvi mədəniyyətin ayrılmaz hissəsinə çevrilib. 2011-ci ildə “Time” jurnalı Corc Martini dünyanın ən nüfuzlu insanları sırasına aid etmişdi.
    Öz ölkəsində isə yazıçını uzunçuluqda və astagəllikdə ittiham edirlər. Məsələ ondadır ki, Martin gecə-gündüz işləsə də, “Taxt-tac oyunları”nın fanatlarına istədiklərini vermir. Çünki o, daim başqa işlərlə məşğul olur. Corc Martinin astagəlliyi “Buz və alovun mahnısı”nı sevənlərin və müəllifin tənqidçilərinin ən çox məyus olduğu məqamdır. Yazıçı özü dəfələrlə bəyan edib ki, kitabları arasında verdiyi böyük fasilələrdə qəribə heç nə yoxdur, çünki o paralel başqa layihələrlə məşğuldur, məsələn, başqalarının kitablarını redaktə edir, tamam fərqli mövzularda hekayələr yazır və daim “Buz və alovun mahnısı”yla məşğul olmaq istəmir. 

     

    Salman Rüşdü

    Hindistanda müsəlman ailəsində doğulmuş və dünyada müsəlman mənşəli ən məşhur yazıçılardan biri olan Salman Rüşdünü də nəinki öz ölkəsində, bütövlükdə islam aləmində sevmirlər. 
    Salman Rüşdünün “Şeytan ayələri”, müsəlmanların peyğəmbəri Məhəmmədin fərqli obrazının əks olunduğu və “Quran” mətninin ələ salındığı üçün milyonlarla müsəlmanın həqiqi nifrətinə səbəb olmuşdu. Kitab çıxdıqdan az sonra ayətullah Xomeyni, Rüşdünün edamına çağıran fətva vermişdi. Onun başına, az qala, 3 milyon dollar qoyulmuşdu. Bir ay sonra “Rüşdü məsələsi” üzündən Böyük Britaniya ilə İran arasında diplomatik münasibətlər pozuldu. “Şeytan ayələri”, bir çox müsəlman ölkələrində qadağan olunaraq yandırıldı, kitabın satıldığı mağazalar partladıldı, tərcüməçilərinə qarşı sui-qəsd təşkil olundu, hətta bir tərcüməçi öldürüldü.
    Sonralar İranın islam hökuməti Rüşdünün məhvinə çağıran fətvanı ləğv etsə də, bu günə qədər müxtəlif ekstremist islamçılar onu islamın əsas düşməni sayır və məhvinə çalışırlar. 

     

    Orhan Pamuk

    Nobel mükafatı laureatı, dünyaca məşhur yazıçı Orhan Pamuk da öz ölkəsində əsl üzqarasına çevrilib. O, 90 ildən sonra 1915-ci ildə Osmanlı dövlətində baş vermiş ermənilərə qarşı qırğın iddialarını əsərlərinə daşıyıb. O, 2005-ci ildə Isveçrə qəzetinə verdiyi müsahibədə ölkəsində bir zamanlar kürdlər və ermənilərə qarşı qırğınların törədildiyini və bunları ondan başqa kimsənin dilə gətirmədiyini deyirdi. 
    2005-ci ilin dekabrında Türkiyədə Pamuka qarşı “türk xalqını təhqir etmək” iddiası ilə məhkəmə başlamışdı. Ancaq Türkiyənin üzv olmağa cəhd etdiyi Avropa Birliyi məsələyə müdaxilə edəndən sonra məhkəmə dayandırılmışdı. Hal-hazırda Pamuk Nyu-Yorkda yaşayır.

     

    Coan Roulinq 

    Roulinq dünyada kitablarından milyard dollar qazanmış ilk yazıçıdır. Onun “Harry Potter” silsiləsindən olan kitabları bir neçə nüfuzlu mükafat qazanmış və 400 milyon ədəddən artıq satılmışdı. Ancaq Roulinq heç cür qazandığı uğurların sevincini yaşaya bilmir, çünki ölkəsində daim onu plaqiatda ittiham edərək məhkəmələrə çəkirlər. Məsələ ondadır ki, onun kitablarında müəllifi “gizlədilmiş” saysız-hesabsız səhnələr və təqlidlər var. Bu cəhətinə görə Roulinq ölkəsində elə də sevilmir və daim amansız tənqidlərə tuş gəlir. Bircə onun uşaqlar üçün “Harry Potter” seriyasından çıxmış kitablarının ardından yazdığı böyüklər üçün kitablarına qarşı belə iddialar olmayıb.

     

    “Diletant” elektron jurnalı
    Çevirdi: Namiq Hüseynli