Xəbər lenti

  • 2017-03-23
  • 10:00 İran neftinin ilk partiyası bu həftə Belarusa çatdırılacaq
    09:45 Kılıçdaroğlu Londondakı terror aktına münasibət bildirdi
    09:30 Azərbaycan məhsullarının Rusiyaya keçirilməsində problemlər yaranıb
    09:15 Ermənistan Milli Təhlükəsizlik Xidməti Samvel Babayanın həbsini təsdiqləyib
    09:00 Prezident Ərdoğan Tereza Meyə başsağlığı verdi
    03:04 Sevinc Fədai:“Mövlud həmin gün o binanın başına iki dəfə çıxıb...”
  • 2017-03-22
  • 23:50 Silahlı, Londondakı terror hücumunu tək törədib
    23:30 Suriya və İraqda İŞİD-in 180-dən çox lideri öldürülüb
    23:11 Boşanmaların 20-30 faizinin səbəbi: Sosial şəbəkələr
    22:50 "WhatsApp"da 4 yeni funksiya
    22:30 Azərbaycana qarşı amansız olacağıq
    22:10 Bu simptom təhlükəli xəstəlikdən xəbər verə bilər
    21:50 Koalisiya qüvvələri Suriyaya hücumlarını artırıb
    21:30 Londonda törədilən terror nəticəsində qadın ölüb
    21:10 “Naftogaz Ukraine” şirkəti müflis ola bilər
    20:50 Kürdlərə görə Türkiyə ilə dialoqu davam etdiririk
    20:36 Disney "Zveropolis" filmində plagiat edib?
    20:15 İlham Əliyev Pakistan prezidentini təbrik edib
    20:00 Prezidentin oğlu parlament komitəsinin sədri oldu
    19:45 Almaniyada doğulmuş şəxslərin ilk deportasiyası
    19:30 Britaniya parlamentində silahdan atəş açılıb
    19:15 Reks Tillerson tənqidlərlə qarşılaşıb
    19:00 Avropa ölkələri insan hüquqlarına hörmət etməlidir
    18:45 Azərbaycanın dövlət sərhəddini pozan şəxs saxlanılıb
    18:30 Çin Şimali Koreyaya qarşı yeni sanksiyaları dəstəkləmir
    18:15 Danimarkada hicablı işsizlərə müavinət verilməyəcək
    18:00 Xəzərdə meyiti tapılan şəxsin neftçi olduğu müəyyənləşib
    17:39 “DQR”-in sabiq “müdafiə naziri” Samvel Babayan saxlanıldı
    17:15 Mosulda bəşəri faciə baş verə bilər
    17:00 Ukrayna, rus müğənnisini “Eurovision”a buraxmayacaq
    16:45 AZAL - tam sürətlə müflisləşməyə doğru
    16:30 Türkiyə və Rusiya Dağlıq Qarabağ münaqişəsi üzərində birgə işləyir
    16:15 Qənirə Paşayeva Tovuzun ön cəbhədə ailələri ziyarət edib
    16:00 Kompüterlərə uçuş qadağası İŞİD təhlükəsinə görə tətbiq edilib
    15:45 Sabah Bakıda yağış yağacaq
    15:30 Almaniya millisinin futbolçularından qəfil dopinq-test götürülüb
    15:15 İlqar Məmmədovun səhhəti pisləşib
    15:00 BBC "Brexit"ə qərəzli yanaşdığına görə cərimə oluna bilər
    14:45 Serj Sarkisyan, Ter-Petrosyanla bağlı qərarını verdi
    14:30 Maqsud İbrahimbəyovu anım mərasimi keçirilib
    14:15 DYP taksi fəaliyyəti ilə məşğul olanlara müraciət edib
    14:00 Sevgi romanı həvəskarları üçün yeni kitab
    13:45 Qanazlığından əziyyət çəkirsinizsə...
    13:30 Almaniya, Türkiyəyə silah satışını məhdudlaşdırdı
    13:15 İsrail: Suriyaya hücum barədə Putinə bildirmişdik
    13:00 Özümü "Real"da görmürəm
    12:45 Bayram günlərində təcili yardıma daxil olan müraciətlərin sayı
    12:30 Bu il Azərbaycan dili" imtahanında 59 abituriyent imtahansız keçəcək
    12:15 "Yəqin, əllərində qalan köhnə bir nişanı veriblər"
    12:00 Dünya birjalarında neft ucuzlaşır
    11:45 Şimali Koreya raket buraxılışı həyata keçirdi
    11:35 Twitter yüzminlərlə hesabı dondurdu
    11:30 Rusiya türk malının idxalına qoyulan qadağanı götürməyəcək
    11:15 Ermənistan silahlı qüvvələri atəşkəsi 143 dəfə pozub
    11:00 Vaşinqtonda İŞİD-ə qarşı beynəlxalq koalisiyasının toplantısı oldu
    10:45 Azərbaycan-Almaniya matçının hakimləri məlum olub
    27
    11:23:02
    Mart
    496 nəfər oxuyub

    Bir jurnalistin fədakarlığıyla üzə çıxan “Kəsik əllərlə dolu səbət”in sahibi

    “Konqoda gördüklərimi görməkdənsə, ölməyi seçərdim”.

    Missioner Cosef  Klark

     

    Bu sözlər insanlıq tarixinin ən biabırçı səhnələrini göz önünə gətirir.

    “Kəsik əllərlə dolu səbətlər”

     

    Digər ürək bulandıran səbəb isə bu idi. Belçikalı diktatorun xüsusi ordusundakı əsgərlərə məlum sayda güllə verilirdi. Əsgərlər güllələri boş yerə atmadıqlarını sübut etmək üçün öldürdükləri yerlilərin sağ əllərini kəsib ağ komandirlərinə gətirirdilər. Bəzənsə mərmilər boşa çıxanda yaşayan yerlilərin əllərini kəsərək əskiklərini tamamlayırdılar. Bölgədə belçikalı olmayan digər missionerlərin öz paytaxtlarına göndərdikləri raportda “kəsik əllərlə dolu səbətlər” anketlərindən yer tapılmırdı. Ən maraqlısı isə Leopoldun, adamlarının Konqoda etdiklərindən xəbərdar olması idi. Üstəlik bu tətbiqləri mühakimə edənlərə qəzəblənir, Konqonun mədəniləşdirilməsi üçün qurban verilməsinin labüd olduğunu qeyd edirdi. Tacir kimi davranan Belçika kralı artan tələbi ödəmək üçün Konqodakı xidmətçilərinə mükafat təyin etdi. Istənilən kvotanı normadan  artıq yerinə yetirənlərə beş yüz belçika frankı mükafat verilirdi. Daha çox mükafat daha çox konqolunun qanı demək idi...

     

    XIX əsrin sonlarına yaxın Konqodan öncə İngiltərəyə, daha sonra dünyaya yayılan fotolar görənlərdə şok effekti yaradırdı. Uşaq yaşdakı afrikalıları qolsuz-ayaqsız göstərən bu qandondurucu fotolar insanlıq tarixinin ən amansız faktlarından idi. Kəsilib öldürülənlər qara, öldürülmələrinə səbəb olan kauçuk qırmızı, əllərin kəsilməsinə və kütləvi qətllər halında öldürülmələrinə səbəb olansa bir ağ idi. Ağ avropalı zadəgan: Belçika kralı II Leopold.

    Bəli, milyonlarla afrikalı, bir adamın varlanmaq iştahının qurbanı olmuşdu. Leopold Afrika Konqosunda etdikləri ilə Adolf Hitler səhnəyə çıxana qədər qəddarlığın bir nömrəli təmsilçisi olmuş, zalımlıqda Avropa standartlarını müəyyənləşdirmiş, Mərkəzi Afrikada bir milyon kv.km torpağın sahibi və bu torpaqlar üzərində yaşayan 20 milyon afrikalının ağası olmuşdu.

    1880 və 90-cı illərdən etibarən yeni istehsal olunan velosiped və avtomobil sənayesində, təkər istehsalında kauçuk su və hava kimi lazım idi. Leopoldun Konqo Azad Dövləti dünyanın bir nömrəli kauçuk tədarükçüsü idi.

    Leopold qısa zamanda böyük bir sərvətin üstündə oturduğunun fərqinə vardı və ehtiyac duyulan kauçukun daha tez istehsalı və bazara çıxarılması üçün qollarını çırmaladı. Iyirmi il içində Belçikadan səkkiz dəfə böyük olan bu ərazi nəhəng əmək düşərgələrinə çevrildi. Ağır iş şəraitində ölənlərin sayı artdıqca Leopold da varlanırdı. Həmin vaxtlar ölkəyə gəlib-gedən səyyahlar, missionerlər və digər avropalı tacirlər fərqli sözlərlə olsa da, bölgədəki dəhşətdən bəhs edirdilər. Hər yerdə yaxşı işləməyənlərə görk olsun deyə cinsi orqanından asılaraq edam olunan çılpaq bədənlər məzarlığı gözə dəyirdi. Leopoldun zənginliyi ilə birlikdə insan haqlarına qarşı cinayət faktları da artırdı. Lakin Leopold nəinki mühakimə olundu, hətta Afrikaya mədəniyyət aparan ali avropalı kimi təqdim olunmağa başlandı.

     

    Afrikalının qanıyla Avropaya makiyaj

    Leopold Konqodan əldə etdiyi sərvətlə ölkəsinin üzünü makiyajlayarkən xüsusilə paytaxt Brüsseldə çox comərd davrandı. Bu gün ölkənin 50-ci müstəqillik ilini qeyd etmək üçün nəhəng zəfər abidəsi olan, Brüsseli Brüssel edən bütün tarixi-memarlıq əsərlərinin altında Leopoldun konqoluların canından qazandığı pulun gücü var. Belçikalı jurnalist və tarixçi Marc Reynebau Leopoldun bu əsərləri öz şəxsi pulundan istifadə edərək yaratdığını, amma bunu açıqlamadığını yazır. Əks halda pulunun qaynağı soruşulacağından ehtiyat edirdi.  Reynebau onun bu şəkildə koloniyalıları necə qəddarcasına istismar etdiyini gizlətməyə çalışdığını qeyd edir. Oradan gələn qanlı pullarla “Belçika dövlətini bəsləyən əfsanə” yaradırdı. Bu gün Brüsseldə Leopoldun şəxsi büdcəsindən xərcləyərək tikdirdiyi Mərkəzi Afrika Kral muzeyi, Konqoda yaşananlarla “Afrikaya mədəniyyətin işığını apararkən həyatını itirənlərə” adıyla Leopoldun Konqodakı “ziyalı” fəaliyyətinə ərmağan olunub. Muzeyin müdiri Guido Gryseels Leopoldun Konqodakı qanlı mirasını qəbul etməklə bərabər “o vaxtlar qəddar müstəmləkəçilik yarışı var idi. Bütün müstəmləkəçilər eyni şeyləri edirdi” deyərək bizim də vərdişkar olduğumuz “dövrün şərtləri belə idi” bəhanəsini edəcəkdi.

    Leopoldun Konqosu açıq həbsxana idi. Afrikalılar üçün haqq, ədalət və azadlıq lüks sözlər idi. Onların yaşamasının tək bir səbəbi var idi: bir-birini əvəz edən ağ krallara xidmət etmək. Leopold hakimiyyətinin əvvəlində məqsədini belə izah edirdi: “Belçikanı daha böyük, daha varlı və daha gözəl hala salmaq”. Belə ki, Leopoldun ölkəsinin kiçik olmasıyla bağlı kompleksi var idi. Oksford Universitetinin tarixçilərindən Dr. Maria Misra da “Leopold müasiri olan avropalı əsilzadələrlə müqayisədə önəmsiz olduğunun və bunun da ölkəsinin kiçik olmasından qaynaqlandığını bilirdi. Ölkəsi böyüyərsə, özünün də böyüyəcəyini bilirdi” formasında açıqlama vermişdi. Düzdür, atası I Leopold müstəmləkə əldə etmək üçün ən azı, 50 dəfə cəhd etmiş, amma bunu gerçəkləşdirmək oğluna qismət olmuşdu. Zatən kral olmamışdan öncə də “Belçikanın da bir müstəmləkəsi olmalıdır” deyib dururdu.

    Ehtiraslı kral özünə müstəmləkə almaq üçün fəaliyyətə başladı. Fici adaları, Filippin və daha onlarla yerə baxmasına rəğmən hər yer tutulmuşdu. Ona uyğun bir yer yox idi. Heç kimim varlığından xəbərdar olmadığı, Afrikanın mərkəzində unudulmuş Konqo xaric...

    Dövrün qəddar və məşhur səyyahlarından biri olan Henry Morton Stanley Konqonun qapılarını Leopolda açan imza olacaqdı. Afrikanı şərqdən qərbə keçən ilk avropalı olan Stanley Konqonun Leopold tərəfindən kəşfində rol oynamışdı. Leopold nə bahasına olursa olsun, Konqonu “mədəniləşdirməyə” and içmişdi. Bu fikrini dövrün ən böyük müstəmləkə gücünün rəhbəri kraliça Viktoriyaya da açaraq razılığını alacaqdı.

     

    “Konqonu mədəniləşdirmək lazımdır, ey avropalılar!”

    Leopold Brüsseldə keçirilən dövlətlərarası dəbdəbəli bir toplantıda Konqonu mədəniləşdirmək və xristianlaşdırmaq fikrində olduğunu dövlət başçıları ilə bölüşmüşdü. Halbuki özü o qədər də inanclı xristian deyildi. Amma bu müqəddəs vəzifənin müstəmləkəçiliyin əsas mexanizmi olduğunu biləcək qədər avropalı idi.

    Leopold Konqoda körpülər, yollar və dəmir yolları tikdirdi. Kral ölkənin öz istədiyi hala düşməsi üçün kisəsinin ağzını açmışdı. Bunlar ölkəni bir şirkətə çevirməyin hazırlıqları idi. Torpaqların əsl sahiblərindən alınması da lazım idi. Stanley Brüsseldən gələn rüşvətlərlə konqolu qəbilə şeflərinin əlindən torpaqlarını aldı.  Indi növbədə avropalıların da razılığını almaq idi.

    1884-cü ildə Berlində keçirilən və heç bir afrikalının dəvət edilmədiyi Berlin-Konqo konfransında avropalı super güclər Konqonun Leopoldun xüsusi mülkü olduğunu qəbul etdilər.

    Konqoya sahib olan kimi verdiyi əmrlərlə Leopold hər şeyin mütləq sahibi olmuşdu. Yerli xalq nə edəcəkdisə, kral üçün etməliydi. Leopold istədiklərini etiraz olmadan həyata keçirmək üçün Konqoda 60 min nəfərlik xüsusi ordu yaratdı. Belçika istehsalı olan silahlarla təchiz edilən bu ölüm alayı Leopoldun Konqodakı gözü, qulağı və hamısından da vacibi- cəlladı olacaqdı. Konqoluların ağ silahlarla təmin olunmuş qara orduya müqavimət göstərməyə taqəti yox idi. Öldürülür və heyvan kimi meşədə yaşamağa məcbur edilirdilər. Leopoldun Afrikanı ticarətə açması, xristianlaşdırma və mədəniləşdirmə röyası konqoluların kabusuna çevrilmişdi. Bütün bunlara baxmayaraq, Konqo sahibinə o qədər də xeyir verən yer deyildi. Leopoldun köməyinə avtomobil sektorunun yaranması ilə gələn kauçuk tələbi oldu.    Konqo rezin materialın xam maddəsi olan kauçuk baxımından dərya idi. Konqoluların çiləsi hələ indi başlayırdı. Kauçuk əkməyə uyğun gələn torpaqlarda kəndlər dağıdıldı, əhalisi öldürüldü. Bir yandan ölənlərin sayı artır, digər yandan da Konqonu azad edən adam-kral varlanırdı. Əslində haqsız da sayılmazdılar.  Leopold Konqonu afrikalı əsir tacirlərindən, daha doğrusu, tacir rəqiblərindən təmizləmişdi. Həmin vaxtlar bunun uğrunda ölən belçikalı əsgərlərsə Brüsseldə “əsir millətlərə azadlıq aparan ölümsüz döyüşçülər” adıyla cəmiyyətə təqdim olunurdu.

     

    “Kauçuk demək ölüm deməkdir”

     

    Bir müddət sonra konqolular başlarına gələn bu fəlakətə tərif vermək üçün bir deyim uyduracaqdılar. “Beto febolo yivo” - kauçuk ölümdür.

    1880-ci ildə ölkə əhalisi 20 milyon ikən 1920-ci ildə bu rəqəm 10 milyona enmişdi. Bu 40 illik müddətdə konqolu, kauçukun uğrunda qurban verilmişdi.

    Belə ki, işçilərin arvadları əsir götürülür, yalnız tələb olunan kvota çatdırlanda azad buraxılırdı. Bütün bunlar Leopoldun razılığı ilə həyata keçirilmişdi. Hətta bu vəziyyət elə hala gəlmişdi ki, bölgədə fəaliyyət göstərən Konqo Azad Dövləti tərəfindən “əsir ala bilmək səlahiyyəti”  sertifikatları verilmişdi. Bu qədər qadının əsir alındığı yerdə təcavüz olaylarını saymağa isə kimsənin gücü çatmaz.

    Leopold, illər sonra Konqoda etdiklərini “Bir xristianın etməsi vacib olan vəzifə” adıyla müdafiə edəcək və Konqo üçün xərclədiyi hər bir frankı geri almaq istəmədiyini söyləyərək nə qədər “əliaçıq” olduğunu göstərəcəkdi.

     

    Bir cəsur meydana çıxır

     

    1900-cü illərin əvvəlindən etibarən Leopoldun Konqodakı hakimiyyətinə etirazlar başladı. Bunun səbəbi isə tarixin yetərincə haqqını vermədiyi qəhrəmanlardan biri olan ingilis/fransız jurnalisti Edmund Dene Morelin bu qəddarlığa qarşı saysız-hesabsız yazılarının ingilis mətbuatında yer alması idi. Morel Konqodan göndərilən kauçukun Belçika və İngiltərə limanlarında araşdırmasını apararaq ilk dəfə rəsmi dəlillərlə Konqodakı biabırçılığı ortaya çıxarmışdı. Etirazlar böyüyürdü. Morel, demək olar ki, təkbaşına krala müharibə elan etmişdi. Liverpulda “Vest African Mail” adlı qəzet çıxardaraq Konqo məsələsinin daha geniş kütləyə çatdırılmasına çalışırdı. Morel ölkədə olub-bitənləri ən xırda detalına kimi bilən missionerlərə inanırdı. Amma onların ağzını bıçaq açmırdı. Gerçəyi söyləməyə çəkinirdilər. Leopoldu qəzəbləndirsələr, Konqodan qovulacaqdılar və konqoluları xristianlaşdıra bilməyəcəkdilər. Morel uzun müddət çalışmalardan sonra onları cəmiyyətə danışmağa vadar edə bildi. Get-gedə vicdan sahibləri danışmağa başlayır və onların sayı artırdı. Bu haqda kitablar yazılır, əlsiz-qolsuz konqoluların şəkilləri Qərb mediasında özünə yer tapırdı. Leopolda qarşı ittihamlar get-gedə şiddətlənirdi. Lakin ağ diktator asan təslim olana oxşamırdı. Jurnalistləri və yazarları satın alaraq təbliğata başladı. Amerika, Almaniya və Fransada təbliğat ofisləri yaradaraq rejimini təmizə çıxartmağa çalışdı. Bütün Avropada yayılan aylıq qəzet çıxardaraq Konqonu necə mədəniləşdirdiyinə aid yalanlar uydurmağa başladı.

    Leopoldun düşməni, insanlıq qürurunu xilas etməyə andlı olan Morel kralın çəmbərini daha da daraltmışdı. 1904-cü ildə Liverpulda yaratdığı “Congo Reform Association” XX əsrin ilk insan haqları platforması oldu. Qısa zamanda Avropa qitəsini, ardından isə Amerikanı ayağa qaldırmışdı. İngiltərə Xarici İşlər Nazirliyi tərəfindən hazırlanan xüsusi bir raport Konqodakı biabırçılığı ortaya çıxaranda Leopold çətin vəziyyətə düşdü. Amma əsl zərbəni  haqqındakı iddiaları yalanlamaq üçün Konqoya göndərdiyi araşdırma komissiyası vuracaqdı. Onlar ölkədəki dəhşəti təsdiqlədilər. Elə faktlar və şahidlərlə qarşılaşmışdılar ki, vicdanlarına təslim olub krallarını alovun içinə atmağa məcbur olmuşdular. Məruzə Belçikada bomba effekti yaratdı. Ilk dəfə parlament, din adamları və ziyalılar Leopolda qarşı açıq çıxış etdilər. Küncə sıxılan Leopold Konqodakı bütün rəsmi sənədlərin yandırılması əmrini verdi. “Bura mənim mülkümdür, nə istəsəm, edə bilərəm” desə də, ətrafındakı çəmbər daralırdı. Nəhayət, Belçika hökuməti 1908-ci ildə Konqonun idarəçiliyini rəsmən kralın əlindən aldı və bölgəyə müstəmləkə statusu verdi. Bir il sonra Leopold öldü. O da etdiklərinin cəzasını bu dünyada almayanlar siyahısına qoşuldu.

    Hökmdarlığının sonların yaxın Avropanın ən nifrət edilən adamına çevrilmişdi. Cənazə korteji belə fitə basılmışdı. Lakin Konqonun rəsmi olaraq Belçikanın bir hissəsinə çevrilməsi ilə tarix yenidən yazılmağa başlandı. Leopold bəlkə də yalnızlıq içində ölmüşdü, amma belçikalılar ondan büt yaratmağa gecikmədilər.  Ölkənin hər yanına heykəli qoyulan Leopold insanlıq mücəssəməsi kimi tanınmağa başlandı. Üstəlik Konqoda tapılan qızıl və almaz mədənləri müstəmləkə tarixlərində yeni bir səhifə açmışdı. Belçika kralı ölmədən öncə Konqoda nəhəng mədən sənayesi qurmuşdu.  Bütün bunlardan yararlanıb varlanmaq varkən keçmişə aid suallarla vicdanı sızlatmaq asandı? Zatən asan olmadığını belçikalılar da göstərdi. Konqonun yeraltı və yerüstü qaynaqlarından əldə edilən zənginliyin səfasını sürərkən Leopolda əsla haqq etmədiyi şərəf bəxş etdilər. Konqoda gerçəkləşdirdiyi XIX əsrin ən böyük soyqırımını unutmağa başladılar. Konqo bir daha özünə gələ bilmədi. 1960-cı ildə Belçikadan ayrılıb müstəqil olsa da, hərbi diktaturadan vətəndaş müharibələrinə kimi uğursuz tarixin nümunəsi oldu. Leopoldun qan qoxan ruhu ölkənin üzərindən əllərini heç çəkmədi.

    “O dövrün digər müstəmləkə dövlətləri İngiltərə, Fransa, Hollandiya  koloniyalarına pul xərcləyərək onların inkişaf etdirilməsinin vacib olduğu fikrinə gəlmişdi. Amma XIX əsrin ikinci yarısında müstəmləkə yarışına girişən Belçikanın Leopoldu bunun tam əksini düşünürdü. Müstəmləkə hakim dövlətə pul göndərməli idi”.

    Prof. Daniel Vangroenveghe. Tarixçi.

    “Bu kəndlilər bir ovuc yaramazdan başqa bir şey deyil. Onlar kauçuk sahələrini məhv ediblər. Bunları ya tamamən boyun əydirməli, ya da hamısının kökünü qazımalıyıq. Onlara xəbərdarlıq et. Əgər bir kauçuk asmasına bir daha toxunarlarsa, son nəfərlərinə kimi özüm öldürəcəyəm”.

    Jules Jacques. Kral Leopoldun Konqodakı komissarı

     

    Tərcümə etdi və hazırladı: Emin Piri

     

    Fotolar