Xəbər lenti

  • 2017-01-21
  • 23:58 Runi rekorda imza atdı
    23:47 İraqlı nazir İŞİD-ə 1 ay vaxt verdi
    23:20 Lavrova sual verdi, işdən çıxartdılar - LİDER TV-də
    23:07 Binali Yıldırım referendum mitinqlərinin vaxtını açıqladı
    22:58 Məşhur bloqqer İlham Əliyevdən üzr istəyib
    22:38 Pan Gi Munun qardaşı həbs edilə bilər
    22:17 Əfqanıstanda polis məntəqəsinə hücum edildi
    21:55 Tramp “Obamacare” haqqında fərman imzalayıb
    21:47 İran, Türkiyə və Rusiya arasında Astanada ilkin görüşlər keçirilib
    21:31 İstanbul hadisələrində şübhəli bilinən şəxsin adı açıqlandı
    21:07 Azərbaycanlı biznes leydi Trampın inauqurasiyasında iştirak edib
    20:54 Robot texnikası bazarının həcmi iki dəfədən çox artacaq
    20:42 ABŞ Astana qərarını açıqladı
    20:29 Tramp gəldi, etiraz aksiyaları başladı
    20:11 Türkiyədə polisə silahlı hücum - Bomba təhlükəsi
    19:57 ABŞ-da qasırğa nəticəsində 4 nəfər ölüb
    19:39 Tehrandakı ticarət mərkəzində ölənlərin sayı 25-ə çatıb
    19:18 Həkimlər daha bir sirrin üstünü açdı
    18:53 Trampın Ağ evdə ilk dəyişikliyi bu oldu
    18:41 Ramil Usubov göstəriş verdi
    18:30 Avropa Birliyinin komissarı Azərbaycana səfər edəcək
    18:08 Azərbaycanla Küveyt arasında ilk dəfə çarter reysi açıldı
    17:51 Rusiya neft hasilatını sürətlə azaldır
    17:40 “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə" təsdiq edildi
    17:30 12 universitetin rektoru dəyişdirildi - TÜRKİYƏDƏ
    17:11 "Fırat Qalxanı"nın 151-cü günü: 46 terrorist öldürüldü
    16:56 Qaçqın düşərgəsində partlayış baş verib
    16:42 Myanmada 40 taylandlı turist girov götürülüb
    16:33 Qambiada prezident istefa verdi
    16:09 Putinlə Trampın görüşü keçiriləcək
    15:59 Xızıda top mərmisi tapıldı
    15:40 İlham Əliyev qaçqınların statusu haqqında sərəncam imzaladı
    15:27 “Bank of Baku”ya yeni müvəqqəti sədr təyin edilib
    15:12 Sinoptiklər xəbərdarlıq edir: Yollar buz bağlayacaq
    14:54 Azərbaycandan Donald Trampa xüsusi hədiyyə göndərildi
    14:43 Vyanada terror həyəcanı
    14:29 Moldova Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub
    14:06 Səudiyyə Ərəbistanında partlayış baş verib
    13:55 İstanbulda polisə atəş açılıb
    13:48 Minimum əmək haqqı 10.5 faiz artırılıb
    13:32 Əmək pensiyalarının sığorta hissəsi artırılıb
    13:18 Peskov: "Putin Trampla görüşməyə hazırdır"
    13:02 Siqaretlər bahalaşıb
    12:50 Sabah qar yağacaq
    12:37 Bakıdan Ağ Evə xüsusi hədiyyə getdi
    12:18 Danimarka XİN erməniləri pərişan etdi
    12:03 Pakistanda şiə qırğını: 18 ölü, 51 yaralı
    11:47 Türkiyənin tanınmış aktyoru vəfat edib
    11:39 Musa Yaqub: Mən öz siyasətimi şeirimlə həyata keçirirəm
    11:30 Əsəd istefa şərtini açıqladı
    06
    10:11:23
    Yanvar
    1120 nəfər oxuyub

    Məhəbbətin ZİL Hekayəsi....

    Moruq nənənin Vətən sevgisi...

    Moruq nənənin 87 yaşı var. Agdamın düşmənlə üzbəüz kəndlərindən birində, sərhəddin bir addımlığında yaşayır. Çoxlu oglu-qızı, xeyli nəvə-nəticəsi var. Üzündən agbirçək qadınlarımızın yaraşığı sayılan nur yağır. Bəlkə də içi çölünü işıqlandırır. Axı, insanın daxili gözəl olanda xarici də gözəlləşır.

     

    Adətən, deyərlər ki, sevən insanlar yaşından asılı olmayaraq kövrək, duyğuludurlar.  Moruq nənənin də, demə içi-çölü sevgiylə doluymuş.  Həyat yoldaşını itirəndə cavan gəliniymiş. Rəhmətliyin müharibə vaxtı gətirdiyi, uzun illər evini-ailəsini dolandırdığı  ZİL maşınını isə Moruq nənə həyat yoldaşının yadigarı kimi bu günədək qoruyub saxlayıb.  Bəlkə də çoxuna qəribə gələcək. Amma Moruq nənə içindəki böyük sevgini indiyədək yaşadır. Bu onun vətənəninə, ailəsinə, ilk məhəbbətinə sevgisidir. Onun vətən sevgisi də çoxlarını təəccübləndirəcək qədər maraqlı, maraqlı olduğu qədər də düşündürücü, gəncə nəslə örnək ola biləcək SEVGİ hekayəsidir. Çünki Moruq nənə düşünür ki,  onun vətənə sevgisi həyat yoldaşına məhəbbətindən başlayir...  Qəribə gəldi mənə. Ilk dəfəydi belə ifadə eşidirdim. Bəlkə də Yer kürəsinin ilk  qadınıydı ki,  bu cür düşünürdü. Amma çox  şahanə bir fifadə idi.

     

    Kənd camaatının dediyinə gorə, həyat yoldaşı Moruq nənədən 15 yaş böyük olub. Mehriban yaşayıblar. Lakin  Böyük Vətən Müharibəsi deyilən savaşda sonra aldığı qəlpə yaraları ucbatından çox yaşaya bilməyib.  Ömrünü balalarına və  ugrunda döyüşdüyü SSRİ-yə bağışlayıb. Moruq nənə həyat yoldaşının qoxusunu, mehrini saldığı Zİl maşından alır. Istəmir ki, həyat yoldaşından sonra bu ZİLi başqası idarə etsin. Ürəyi götürmür. Kənd sovetindən xahiş edir ki, həyat yoldaşının idarə etdiyi o köhnə ZİLi ondan almasınlar. O da insaflı çıxır. Ya da ömründə ilk dəfəymiş belə qadın görürmüş. Maşını bir şərtlə verir ki, onu yaxşıca gizlətsin, xəbər yuxarılara çatmasın. Axı, bu hərəkətinə görə  üstündə əsdiyi sovetliyi əlindən birdəfəlik alardılar...

     

    Nə isə. Bu minvalla həmin Zİl üstü berezentlə örtülmüş halda qorunaraq  bu günümüzədək gəlib çıxıb. İlk dəfə qarşılaşdığım böyük, bürünmüş köhnə maşın mənə qəribə gəldiyindən berezenti üstündən qaldıranda üzərini hörümçək toru basmış ZİL-in nəsə qəribə bir tarixçəsi olduğunu hiss etdim. Qapısı illərboyu açılmayan Zİlə bir təhər oturdum, hələ şəkil də çəkdirdim. Maraqlandım. Danışdılar.

     

    Demə, ermənilər torpaqlarımıza hücum çəkəndə hamı kənddən qaçıb canını qurtarıbmış. Amma Moruq nənə heç kimə qulaq asmayıb, nə balalarına, nə də balalarının balalarına... Bu zərif, yumaga dönmüş qadın sevdiyi həyat yoldaşının artıq işləməyən Zİl-ini erməninin ayaqları altında qoyub çıxmayıb. Çarəsi kəsilən kənd camaatı birləşib Moruq nənənin əmanətini də özləriylə birgə daha sakit əraziyə aparıblar. Moruq nənənin də hörməti bu hekayəni bilənlər arasında birə-beş artıb.

     

    Moruq nənənin bir vəsiyyəti də var: dünyasını dəyişəndə həyat yoldaşının yadigarını da  haradasa ona yaxın yerdə dəfn etsinlər.

     

    Ayyy.... Allahım... Görəsən, Ginnesin rekordlar kitabına sevgi tarixçəsinə görə düşənlər varmı? Vallah, əgər olsaydı, əminəm ki, orada ancaq Moruq nənənin hekayəsi qalib olardı... Moruq nənə deyir ki, qızım, kişilərimizi qorumaq lazimdır, onlarsız nə günümüz...

     

    Bəlkə də həyat yoldaşını itirən kişilər arasında da sevdiyi qadının xatirəsini əziz tutan insanlar var və olacaq. Ancaq  yəqin  onlar sədaqətlərini Moruq nənə kimi axıradək qoruyub saxlaya bilməzlər.

     

    Yolboyu hər kəs Moruq nənə ilə baglı öyrəndiklərimi dinləyərkən mənə haqq verirdi. Hətta bununla bağlı nə zamansa ssenari yazmağı tövsiyyə edənlər də oldu. Niyə də olmasın. Axı, gələcək nəsillərə vətəni sevməyi öyrədən təbliğat hər zaman lazımdır. Özü də Moruq nənənin qəribə fəlsəfəsi var. Deyir ki, qızım, ərini sevməyən, ona hörmət etməyən qadın dünyaya vətəni qoruyacaq, uğrunda öləcək övlad verə bilməz!

     

    Yaşı 87-ni haqlayan Moruq nənənin həsrətini çəkdiyi bircə xəbər var. O da qələbə müjdəsi. Moruq nənə  deyir ki, bala, camaat danışır ki,  torpaqlarımızı tezliklə davasız qaytaracaqlar, bu, nadürüstlər, həə?.. Vallah, nə deyəcəyimi bilməsəm də, həmin an şəbəkələrin birində mənə naxələf çıxmış eks rəfiqəmin qadınların gücüylə bağlı yazdığı mesaj lap yerinə düşdü: “Olsun, qadın istəyəni Allah da istəyər...” Qələbə müjdəsi gözləyənlərinin gözü yolda qalmasın, AZƏRBAYCAN!!!