Xəbər lenti

  • 2017-02-19
  • 16:00 Qərbi Mosulun iki yaşayış məntəqəsi İŞİD-dən azad olunub
    15:27 ABŞ Cənub Şərqi Çin dənizinə aviadaşıyıcı zərbə qrupu göndərib
    15:02 Əfqanıstanda 14 nəfər donvurma nəticəsində ölüb
    14:43 Azərbaycanda xəstəxana yandı
    14:03 ABŞ Polşaya daha minə yaxın hərbçi göndərir
    13:34 İran nüvə silahı istehsal etmək niyyətində deyil
    13:08 Bakıda Dünya Kubokunun finallarına start verildi
    12:19 Konqoda silahlılar 25 dinc sakini öldürüb
    12:05 Sabaha olan hava proqnozu
    11:42 Ermənilər atəşkəsi 37 dəfə pozdu
    11:26 Bu bazar Vurğun Əyyub tövsiyə edir...
    11:25 Tramp: "Mən NATO-nun fanatıyam"
    10:42 Zannier:Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş yoxdur
    10:26 Mosulun qərb hissəsinin azad olunmasına başlanıldı
    10:12 Çində 2020-ci ilədək 74 hava limanı inşa olunacaq
    09:46 Həmid Rza Bakai prezidentliyə namizəd oldu
    09:35 Qatar relsdən çıxdı: ölən və yaralananlar var
  • 2017-02-18
  • 23:57 Çilidə 6,4 bal gücündə zəlzələ olub
    23:46 Şahan Gökbakar "Receb İvedik 5" qərarını açıqladı
    23:26 Binali Yıldırım Mayk Penslə görüşdü
    23:13 Misir Qəzza ilə sərhəd qapısını açdı
    22:53 Prezident Münxendə panel-müzakirədə iştirak edib
    22:38 Poroşenko: "Putin beynəlxalq hüququ pozur"
    22:15 Ərdoğanı seçkilərdən əvvəl prezident elan etdilər
    22:00 İrəvanda etiraz aksiyası keçirilir
    21:42 Tarif Şurası: "Həqiqətə uyğun olmayan məlumatlar gəzir"
    21:33 Qənirə Paşayeva: "Azərbaycanın arxasında Türkiyə var"
    21:07 Binali Yıldırım: "Türkiyə ordusu Raqqaya girməyəcək"
    20:54 Rusiya "DXR" və "LXR"in verdiyi pasportları tanıdı
    20:49 Prosineçki iddialara cavab verdi
    20:31 AKP üzvünə Atatürkü təhqir etdiyi üçün cinayət işi açıldı
    20:06 Türkiyə hava limanında bomba həyəcanı
    19:56 "Azadlıq" qəzetinin müxbiri əfv olunmaq üçün prezidentə müraciət etdi
    19:38 Elmar Məmmədyarov Rumıniyanın xarici işlər naziri ilə görüşüb
    19:15 Cocuq Mərcanlıda minaatan mərmi aşkarlandı
    18:55 Belçikada qatar relsdən çıxıb, ölən və yaralananlar var
    18:40 Ziya Məmmədovun saytları Ramil Usubovu "vurur"?
    18:32 Bu il Novruz bayramı necə keçiriləcək?
    18:11 Tayvan sahillərində zəlzələ - 4,4 bal gücündə
    17:54 Çin Şimali Koreyadan kömür idxalını dayandıracaq
    17:45 Elmar Məmmədyarov ATƏT-in baş katibinə Yerevan ofisini şikayət etdi
    17:26 Hulusi Akar prokurorluğa çağrıldı
    17:10 MHP müxalifləri referenduma "Yox" dedi
    16:57 800 uşaq qidadan zəhərləndi - YAPONİYADA
    16:45 Prezident BMT-nin baş katibi ilə görüşdü
    16:33 Şanlıurfadakı terraktı PKK törədib
    16:08 Ceyms Ceffrey: "Suriyanı Rusiya və İrana peşkəş çəkə bilmərik"
    15:54 "Milan" klubu Çinə satılır
    15:39 SOCAR İrana beynəlxalq şirkət yaratmağı təklif etdi
    15:32 Bu kinoteatr dünyada bir ilk olacaq
    15:10 Həbsdə olan zabit erməni nazirə açıq məktub yazdı
    14:56 İlham Əliyev Türkiyənin baş naziri ilə görüşdü
    14:43 Bu, həmin dövlətlərin Azərbaycanla olan münasibətlərindən asılıdır - Vahid Əhmədov
    14:27 ABŞ İranın nüvə silahı əldə etməsinə mane olacaq
    14:12 Neft Fondunun aktivləri azalıb
    14:11 Daha bir itkin düşən neftçinin meyiti tapıldı
    13:54 Netanyahu Trampı İsrailə dəvət etdi
    13:48 Azərbaycanda kreditlər ucuzlaşıb
    13:26 İndoneziyada Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib
    13:09 Azərbaycan prezidenti Münhendə Binəli Yıldırımla görüşüb
    12:51 Azərbaycan hərbçiləri beynəlxalq tədbirdə iştirak edir
    12:45 Belarus İranla neft tədarükünə dair saziş imzalayıb
    12:33 Fələstin İsrail arasında yenidən gərginlik
    12:05 Binəli Yıldırım və Merkel görüşdü
    11:58 İran Qarabağda keçiriləcək referendumu tanımır
    11:53 İstirahət gününə olan hava proqnozu
    11:50 İtaliyanın iqtisadiyyat naziri Bakıya gəlir
    27
    12:04:35
    Avqust
    994 nəfər oxuyub

    Murad Köhnəqala təqdim edir: AYGÜNÜN ÜSYANI

    Adətən, həyatda ciddi fikir vermədiyimiz xırda epizodlar bir insan ömrünün bütün situasiyalarını özündə əks etdirə bilir. Belə ki, gözlərimiz qarşısında baş verən müxtəlif hadisələr teatr səhnələrinə çox bənzəyir. Bu layihədə məqsədimiz, gündəlik həyatda şahidi olduğumuz səhnələri yazıya köçürmək,  yaşantılarımızı bədii calaq vasitəsi ilə göz önünə gətirməkdir.

     

     

    İştirak edirlər:

    Qardaş (Elçin)

    Bacı (Aygün)

    Ana

    (Otaq görüntüsü. Elçin televizora baxır. Ana qab-qacaqla məşğuldur, yuyub-silir və s.)

    Elçin pultla tv kanallarını çevirir, narazı halda deyinir:

    -Maraqlı bir şey vermirlər ki, axşam-axşam oturub baxasan.

    (birdən təəccüblə) Aaa, saat səkkizə qalıb, bu qız harda qaldı belə? Ana, kimin ad günüdü, deyirdi?

    Ana:

    -A bala, narahat olma, bayaq da zəng eləmişdi, qrup yoldaşının ad günündədi, bir azdan gələr, yəqin.

    Elçin: (narahat halda)

    -Ad günü? Bu nə vaxtın ad günüdü? Gecə ad günü olar?

    Ana: (oğluna çay süzərək)

    -Dərsdən gec çıxırlar axı, həm də qış vaxtıdır da, a bala, hava tez qaralır.

    Elçin: (telefonunu əlləşdirir)

    -Zəng eləyim, tez gəlsin. Bəsdi, veyilləndi! Camaat nə biləcək bu, haradan gəlir? Gərək hamıya bir-bir hesabat verim ki, (ağzını əyə-əyə) “bilirsiz, bacım gündüz vaxt tapmayıb, ad gününə gecə gedib”.

    Ana: (mülayim səslə)

    -Yaxşı, oğul, zəng elə, bacındı, acı danışma.

    (Elçin zəng edir. Bacısı telefonu götürmür. Bir də yığır. Yenə telefona cavab verən olmur.)

    Elçin: (əsəbi halda)

    -Bax, bunu öz kefinə buraxmısan, indi heç telefona da cavab vermir! Gör, necə özbaşına olub ee! Fikirləşmir ki, atam zəng eləyər, qardaşım axtarar! (üzünü anasına tutaraq) Kimin ad gününə gedib, demədi? Qızın ya oğlanın?

    Ana:

    -Bilmirəm, oğul! Eləcə dedi, qrup yoldaşımın ad günüdü. Tək getməyib ki, tələbədi dəə, bir yerdə gediblər. Narahat olma, tapşırmışam, yekunlaşdıran kimi tezcə evə qayıdacaq.

    Elçin: (əsəbi halda əlini stola döyəcləyərək)

    -Günahın hamısı səndədi, hamısı!

    Ana:

    -Məndə niyə?

    Elçin:

    -Sən maraqlanmalısan qızın kimin ad günündədi, haradadı! Bəlkə heç ad gününə-zada getməyib, başqa yerə gedib?

    Ana:

    - A bala...

     Elçin: (ananın sözünü ağzında qoyur)

    -Bura bax, onunku ad günü-zad deyil! İnşallah, evə gələr, mən bilirəm onunla necə danışacam!

    Ana:

    -Oğul, sən də ağ eləmə! Yazıq qız bütün günü qaxılıb evdə oturur, ayda-ildə bir dəfə ad gününə də getməyib, hara gedəcək?  Uşaqdı, öz tay-tuşu ilə əylənir, bir az eyni-gözü açılır. Vallah, sovet dövründə mən evə gecəyarı da qayıdırdım, atam mənə bir söz demirdi, dərslərimizi də yaxşı oxuyurduq. Noolub ee, sənə? Bilmirəm, indikilər niyə belə darqursaq olub?

     

     

    Elçin: (səsini bir az da ucaldır)

    -İndi sənin ateist hökumətinin dövrü deyil! Sizinkilər allah-peyğəmbər tanımazdı! O vaxtdan çox şey dəyişib, çox şükür, haqqın yoluna gəlmişik. Namusuna, qeyrətinə söz deyilməsini istəməyən qız hicab taxır, çadra geyinir, özünü zinadan qoruyur. Amma sənin qızın az qalır, gecə də evə gəlməsin! Yaxşı, biz buna hicab geyindirmədik, məktəbdən çıxartdırmadıq, qudurdu artıq?

    Ana:

    Bala, bircə bacın var, xətrinə dəymə! Bilirsən ki, mənim qızım abır-həyasına görə yüzünün içindən seçilir.

    Elçin:

    Sən nə danışırsan, ay arvad? Sabah məhlədə bilsələr ki, mənim bacım evə gecə saat doqquzda taksi ilə gəlib, gərək mən başıma bir yaylıq bağlayam!

    (Bu zaman Elçinin telefonuna zəng gəlir)

    Elçin:

    -Budu, özü zəng elədi. Alo, ay qız, sən hardasan? Nəə? Eşitmirəm, möhkəm danış! Azz, hardasan sən? O nə səs-küydü? Kimin? O kimdi elə? (bir az susub bacısını dinlədikdən sonra əsəbi halda) Eşidirsəən? Eşit məni! Bu dəqiqə evə gəlirsən! Tez, cəld! Sənə dedim, evə gəlirsən, vəssalam!

    (Bacısı telefonda qardaşından xahiş edir ki, tələbə yoldaşları ilə bir yerdə çıxmasına icazə versin. Ana nigarançılıqla telefon danışığını izləyir. Elçin əli ilə anasını yanına çağırıb telefonu ona verir.)

    Elçin:

    -Özün de! De ki, bu dəqiqə çıxıb, evə gəlsin! Yoxsa arxasınca düz o ad gününə gedəcəm!

    Ana: (telefona)

    -Qızım, qardaşın deyir, indicə evə gəlməsə, dalınca gedəcəm...
    Mama qurban, ta neyləyək? Dur gəl, evə. Uşaqlara da deginən, evdə işim çıxdı, heç nə olmaz.

    (Qızı telefonda ona nəsə deyir, ana başı ilə təsdiqləyir, üzündə gərgin ifadə var. Elçin ananın başının üstünü kəsdirib.)

    Ana:

    -Ay qız, mən neyləyim, dəlidi də! Sən allah, əsəbiləşdirmə, bunu! Gəl deyir, sən də özünü tərsliyə vurma, çıx gəl! Bilmirəm, hansınızın dərdini  çəkəm!

    Elçin: (gərgin halda)

    -Gəlir, gəlmir?

    Ana:

    -Gəlir, a bala, gəlir, sən də bir aman ver! (yenə telefona)

    -Yaxşı qızım, gözləyirik.

    (Ana telefonu stolun üstünə qoyub üzünü oğluna tutur)

    -Ta, sən də dəlilik eləmə, indi gəlir.

    Elçin(hirslə):

    -Saat doqquza qalıb e! Bu, nə neyniyir orda? Tans vurur?

    Aradan bir xeyli keçdikdən sonra qapının zəngi çalınır. Elçin durub qapını açır. Aygün içəri girir. Palto, papaq... qış geyimində. Elçin tərs-tərs qızı süzür.)

    Aygün: (qaşqabaqlı)

    -Axşamınız xeyir.

    Ana: (yumşaq səslə)

    -Axşamın xeyir, bala! Necə keçdi tədbiriniz?

    Aygün: (əsəbi halda paltosunu, papağını soyunub asılqandan asır.)

    -Nə bilim, necə keçdi?!

     

     

     

    Elçin: (əsəbi halda)

    -Bilməzsən dəə, orda deyildin axı!

    Ana:

    -Necə yəni, nə bilim, ay qız, nooldu yenə?

    Aygün: (pərt və qanıqara halda)

    -Qoydunuz ki? Hamı orda, təkcə mən bayquş kimi durub gəlmişəm. Belə bilsəydim, heç əvvəldən getməzdim. Nədi? Camaatın anası-atası-qardaşı yoxdu? (ağlamsınaraq) Kim belə şey eləyir?(üzünü Elçinə tutaraq) Sən həmişə dostlarımın yanında məni biabır eləyirsən! “Hardasan, hardasan?” Heç mən səndən soruşuram, bütün günü harda olursan? (ağlayır)

    Elçin: (hirslə)

    -Sən əməlli-başlı dil çıxarmısan aa, son vaxtlar! Sən kimsən, məndən nəsə soruşasan? Telefonunu ver görüm, bura!

    Aygün:

    -Vermirəm! (ağlayır)

    Elçin: (əsəbi halda)

    -Deyirəm, telefonu bura ver!

    Aygün: (hirslə)

    -Vermirəm, əl çək!

    Elçin:

    -Vermirsən? Nolar? Onda, zorla alaram!

    (Bacısına hücum edib onun çantasını dartışdırır. Aygün çantanı bərk-bərk qucaqlayıb əlindən buraxmır.)

    Elçin: (hədə ilə)

    -Ver bura telefonu, eşşək! Sən çox özbaşına olmusan!

     (Aygün ağlayır. Ana ortalığa girib, onları ayırmağa çalışır.)

    Ana: (Elçinə təpinərək)

    -Əl çək də, qızdan. Dedin gəl, tezcə durub gəldi, indi nə istəyirsən bundan? Yazığın gününü qara eləmisən lap! Dəymə qıza, otur yerində!

    Elçin: (ondan əl çəkir, sonra barmağını qıza silkələyərək)

    -Yaxşı, qoy belə olsun! Bu dəfə canını ad günü ilə qurtardın, ancaq gələn dəfə belə olmayacaq! Universitetə gedib, şəxsən, sənin dərs cədvəlini götürəcəm, görüm, dərsə haçan girib haçan çıxırsan, onda biləcəm sən nə ilə məşğulsan! 

    (Aygün dilxor halda divanda oturur. Çox kədərlidir. Elçin telefonla məşğuldur.)

    Ana: (gərginliyi aradan qaldırmaq məqsədilə)

    -Qızım, xoşladığın tortdan bişirmişəm. Bax gör, necə çıxıb?

    Aygün: (dilxor)

    -Heç nə istəmirəm, ana!

    Ana:

    -Yaxşı,  mısmırığını sallama, böyük iş olub, ad günündən tez gəlib...

    Aygün: (saata baxır, doqquzun yarısıdır.)

    -Atam hələ gəlməyib?

    Ana:

    -Yoox, yəqin tıxaca düşüb...

     

     

    Aygün:

    -Saat altıda işdən çıxır eləmi?

    Ana:

    -Hə.

    Aygün:

    -Bəs niyə ona zəng eləyən, “hardasan” soruşan, gec gələndə danlayan, sorğulayan yoxdur, amma mənim dostlarımla getdiyim məclisi gözümdən tökürlər? Hə? Niyə? Nə üçün? Mənim əylənməyə, gəzməyə haqqım yoxdur?!

    Elçin:

    -Yox, yoxdur! Sənin atan kişidir, tələbə qız deyil!

    Aygün:

    -Bəs sən niyə, hər gün gecə 12-də gəlirsən evə?

    Elçin:

    -Mən kişiyəm, evə gəlməyə də bilərəm.

    Sən qız xeylağısan, hər addımını güdürlər. Özünü yüngül aparma! Axşam saat altıdan sonra, tərbiyəli qızın bayırda nə işi var? Mən camaatın qızına gülürəm, bir o qalıb ki, camaat da mənim bacıma gülsün! Nə qədər ki, bu evdəsən, mən sənə cavabdehəm, ərə gedərsən, onda ərin bilər, ərin cavabdeh olar! (qapını çırpıb evdən çıxır.)

    Aygün: (əllərilə üzünü tutaraq qışqırır)

    -Bəs mən insan deyiləm? Nə üçün kimsə mənə ağalıq etməlidir, necə yaşayacağıma əmr verməlidir? Bəs mənim öz fikrim, öz mənliyim, şəxsiyyətim?! Konstitusiyamız bütün vətəndaşlara eyni hüquqları verməyibmi? Bəlkə siz elə bilirsiniz, kişi nəzarəti olmasa, biz özümüzü çölə qoyacağıq? Bizim özümüzün şəxsiyyətimiz yoxdu? Nədir bu əsarət? Bizim də insan kimi yaşamağa haqqımız var! Niyə belədi, ay ana? Bu kişilər, qardaşlar, atalar, əmioğlular, dayıoğlular nə istəyir bizdən? Qul-zadıq bunlar üçün?

    Ana: (halsız vəziyyətdə divana, qızının yanına çökür. Kədərli halda):

    - Bilmirəm, qızım! Bu nə əcaib zəmanədi gəlib çıxdıq...

     (son)