Xəbər lenti

  • 2017-01-18
  • 15:51 Azərbaycanda nüvə xammalı ehtiyatları axtarılacaq
    15:35 Lavrova bəyanatla cavab verildi
    15:27 Nazir: "Avropanın ən böyük problemi Avropanın özüdür"
    14:57 Qubad İbadoğludan Lavrov açıqlaması: "Moskva buna göz yummayacaq"
    14:55 Azərbaycan və İslam İnkişaf Bankı arasında qrant sazişi imzalanıb
    14:23 CİA 11 milyondan çox gizli sənədi ictimaiyyətin istifadəsinə verib
    14:18 Kılıçdaroğlu və Baxçalı bir araya gəliblər
    14:06 Sabah havanın kəskin dəyişəcəyi gözlənilir
    13:51 İtaliyada zəlzələ baş verib
    13:45 Corc Buş xəstəxanaya yerləşdirilib
    13:30 "ASAN" xidmətin iş qrafiki dəyişdi
    13:20 BSU-nun yeni rektoru Kamal Abdulladan danışdı
    13:15 Çin ABŞ-a Tayvanla bağlı etiraz edib
    12:58 Böyük Britaniya turistlərini Qambiyadan təxliyyə edir
    12:37 Təhsil Nazirliyi “Qafqaz” Universitetinin bağlanmasına reaksiya verib
    12:25 Davosda Azərbaycan və İsveçrə prezidentləri arasında görüş olub
    12:10 Qafqaz Universiteti bəyanat yayıb
    12:00 Ermənilər təlimə başladılar
    11:38 Uşaqların peyvənd edilməsi haqqında məlumat elektronlaşacaq
    11:25 Le Peni Krıma dəvət etdilər
    11:07 Dövlət departamenti Bakının tələbi ilə həbs edilən bloqqerdən danışıb
    10:55 Qafqaz Universiteti ləğv olunur
    10:46 Amerikalı siyasətçi Rusiyanı Yaxın Şərqdə əsas oyunçu adlandırıb
    10:28 Dollar bu gün neçəyədir?
    10:25 Elmar Məmmədyarov Malayziyaya səfər edib
    10:09 Tramp inauqurasiyanı boykot edənlərə səsləndi: Biletləri qaytarın!
    09:24 Prokurorluğa hücum - 4 nəfər ölüb
    09:12 Van bölgəsində iki terrorçu öldürülüb
    08:58 Ağ Ev: Obama Putini işgüzar adam hesab edir
    00:09 "Vicdanı olan hər kəs konstitusiya dəyişikliklərinə etiraz etməlidir"
    12
    10:31:23
    Sentyabr
    693 nəfər oxuyub

    GİROV VALİDEYNLƏR

     

    I yazı - "AYGÜNÜN ÜSYANI"

    II yazı - "KREDİT TOYU"

     

    İştirak edirlər:                                                


    Səfər (ata)
    Narıngül (ana)
    Samir (oğul)
    Sevinc (qız)


     

    (Ailə səbirsizliklə qəbul imtahanlarının nəticələrini gözləyir. Nəhayət, nəticələr açıqlanır və məlum olur ki, Samir özəl universitetlərin birinə qəbul olub.)


    Samir: (sevincək)
     

    -Urra! Artıq mən uşaq-muşaq deyiləm, tələbəyəm! Ana, gəl səni öpüm! (ana-bala qucaqlaşıb öpüşürlər)
    Bacı, gə səni də bir “maç” eləyim, qaqaşın iqtisadçı olacaq e, iqtisadçı!  
     

    Narıngül:
     

    -Başına dönüm balamın! Tfu, tfu, göz dəyməsin! Sabah gərək bazara gedəm, eşidən-bilən gözaydınlığına gələcək,  şadyanalıq eləməliyik.
     

    Sevinc:
     

    -Dayan, atamdan bir “yağlı” muştuluq qoparım.
    (Telefonda atasını yığıb şad xəbəri çatdırır)


    Səfər: (telefonda)
     

    -İşdən indi çıxdım, qızım, gəlirəm, evdə danışarıq.
     

    Sevinc:
     

    - Gözləyirik, ata, gözləyirik!
     

    (Yarım saat keçir, qapının zəngi basılır.  Ana qapını açır.)

    Səfər: (ayaqqabılarını soyuna-soyuna)
     

    - Axşamın xeyir, hamınızı təbrik eləyirəm! Telefonda uzun danışmadım, dedim, kontur getməsin.

     

    Narıngül:
     

    - Həə, gözün aydın olsun, inşallah universiteti də sağ-salamat qurtarar, yaxşı bir hökumət işində qulluq sahibi olar. Elə sevinirəm ki! Bizim bu paxıl qohumlarımız var ey! Bah-bah-bah, bağırları çatlayacaq! Hələ o Nazilə müəlliməyə bax, utanmaz-utanmaz mənə deyirdi, ay Narın, sənin gədən çox zəifdi, qəbul olacağına inanmıram. Di get, kopaq qızı! Sizin acığınıza, bal da yığdı, hələ oxuyub qırmızı diplom da alacaq!


    (Çay süfrəsinə əyləşirlər.)

     

    Səfər: (çay stəkanını özünə yaxınlaşdıraraq)

     
    - Təbrik eləyirəm, oğul, əziyyətin boşa getmədi. İndi ətraflı izah elə görüm, nə universitetdi bu, hansı sənətin sahibi olacaqsan?
     

    Samir:
     

    -Ata, bu özəl universitetdi,  iqtisadiyyat fakültəsinə qəbul olmuşam. Ancaq ildə 3000 manat ödəniş eləməliyik. Özü də əyanidi.
     

    Səfər: (gözləri kəlləsinə çıxır)
     

    - 3000 manat? Özü də əyani? Zarafat eləyirsən? Hələ Bakıda kirayə ev tutmağın, yemək-içməyin, əyin-başın...

     


    Samir: (atasına bozararaq)
     

    -Nə zarafat? Hamı belə oxuyur daa. 3000 manat illik təhsil haqqımdı, hardasa, 3000-4000 manat da “rasxod”um çıxacaq. Hesablamışam, bir ildə mənə orta hesabla, 7000-ə yaxın pul lazımdı...
     

    Səfər: (fikirli halda)
     

    - Oğlum, sən bilirsən ki, mənim maaşım 250 manatdan yuxarı deyil. Bu məbləğlə ailə dolandırıram, xeyir-şər yola salıram.  Bacın da hazırlığa gedir, özün fikirləş, bu pulu  haradan tapıb verə bilərik?  Barı, pulsuza girsəydin...

     

     


    Narıngül:
     

    - Kişi, indi neyləyək, deyirsən? Sənin ağlın sovet dövründə  qalıb, indi başqa zamanadı! Onda tələbə dövlət hesabına oxuyurdu, yataqxanada qalırdı, institutu bitirəndən sonra da işlə təmin edilirdi. Ta valideyn fikirləşmirdi, görəsən, uşaq harada qalacaq, kursdan-kursa necə keçəcək, diplomu nətəhər alacaq, işə necə girəcək? İndi təhsil haqqı ödəməli, rayonda yaşayırsansa, şəhərə köçməli, ev tutub kirayədə qalmalı, hər bir kitaba, dərsə, tapşırığa, imtahana  pul verməlisən. Kim uşağını asanlıqla oxudur ki?


    Səfər:
     

    - A balam, məndən olsa, uşağımı lap Londonda oxudaram, çəkdiyim əzab-əziyyətə də heyfim gəlməz. Ancaq burda vəziyyət tamam başqadı.
     

    Samir:
     

    -Ata, nə demək istəyirsən? Pulluya düşmüşəm deyə, indi məni oxutmaq istəmirsiniz? Allahın yazığı Nəsirdi, onun da oğlu universitetdə oxuyur, yəni, siz Nəsirdən də acizsiniz?
     

    Səfər:
     

    - Xəbərin var, o bədbəxt neçə banka kredit ödəyir? Əgər buna “ödəmək” demək mümkünsə! Bankdan pul götürəndə Nəsirə zamin duranlar, onun yerinə borc verməklə məşğuldular. Rayonda o sələmçi, o lombard, o bank qalmayıb ki, Nəsir borclu olmasın. İtə də bir sümük verəcəyi var. Nədi-nədi, kişi öz “tupoy” gədəsini ali məktəbdə oxudur. Mən indi də məəttələm ki, o cür kütbeyini instituta necə qəbul elədilər?
     

    Narıngül:
     

    - A kişi, sən allah, qaramat-qaramat danışma! Atalar deyib, palaza bürün, elnən sürün! Millət min cür yol axtarır ali məktəbə girmək üçün, sən də şadlığına şitlik eləyirsən.
     

    Səfər:
     

    - Siz hələ küyə gedirsiniz, hansı bəlaya düşdüyünüzdən xəbəriniz yoxdu. Hərə təhsil nazirliyindən bir lisenziya alıb,  tinlərdə universitet, institut, kollec açır, imtahanlarda 50-100 bal yığan bütün savadsız gəncləri istənilən ixtisasa qəbul edirlər. Zırıltı bundan sonra başlayır. Savadsız övladı cüzi balla ali məktəbə qəbul olan valideyn evindəki pulu, ordan-burdan tapdığı borc-xərci uşağa yollayır. Təhsil haqqı, imtahan, zaçot, qaib pulu, bir sözlə, valideynlər bu universitetlər üçün nökər işləyir. Beş illik əzab-əziyyətin qarşılığında tələbəyə öyrədilən nədir bəs? Rüşvət almaq, yalan danışmaq, savadsızlıq, fırıldaqçılıq! Bizim məktəblərimiz mütəxəssis yox, qoyun yetişdirir. Odur ki, bala, başımızı bu fırıldaqçı oyuna soxma! Bu, bir tələdi, diplom tələsi! Bu, qəsdən quraşdırılmış bir oyundu, ölkəni çənginə alıb. Hər dərədə, tində diplom satan bu “ali təhsil ocaqları” adamların sonuncu tikəsini boğazından çıxarır, banklar camaatın qanını sorur, kütləvi depressiyalar, intiharlar baş alıb gedir. Bunun oxumağı belə, işə girməyi belə, toyu belə, yası belə!
     

    Samir:
     

    -Nə olur, olsun, mən o universitetdə oxuyacam! Sən istəsən də, istəməsən də!
     

    Səfər:
    -Mənim ödənişli məktəbdə uşaq oxutmağa maddi imkanım yoxdu, oğul!

     


     

    Samir:
     

    -Kredit al, hamı kimi!
     

    Səfər:
     

    -Mənim maaşıma uzağı min manat verərlər, bununla yaran sağalırsa, bu saat gedək, götürək!
     

    Narıngül:
     

    -Əşi, dünya dağılmayıb ha, hər bankdan mincə manat götürsək, düzələcək də!
     

    Səfər:
     

    -Həə, yaman düzələcək, sənə nə var, oturmusan evdə, hər şeyin yaxşısından istəyirsən! Tövlədəki o iki qoyuna da mən baxıram işdən gələndən sonra. A balam, başa düşün, bank havayı pul paylamır, bunu sabah faizi ilə qaytarmaq lazımdı! Mən xırda bir maaşa baxan adamam, o qədər pulu necə qaytaracağam? Qoy o məktəblərdə varlıların balaları oxusun! Sonradan heç nəyə yaramayan diplom mənə lazım deyil!

     
    (Samir üsyankarcasına nəsə demək istəyir, anası qaş-gözlə mane olur. Samirin qulağına “sən qarışma, mən dədəni razı salacam” deyir.)
     

    II HİSSƏ

     

    (Aradan bir il keçir. Samir Bakıdan kənddəki anası ilə telefonda danışır.)
     

    Samir:
     

    - Salam ana, necəsən?
     

    Narıngül:
     

    - Babatıq, oğul. Biz heç, sən özündən danış görüm, necəsən? Oxuya bilirsənmi?
     

    Samir:
     

    - Əşşi, allah kəssin belə oxumağı! Oxumaq nədi? Müəllimlər cibimizi güdür, hər dəfə bir şeyi bəhanə eləyib qiymətimizi kəsirlər. Yalnız pul! Pul, pul, pul! Ona yüz manat, buna əlli manat, onun ad günüdü, bunun dədəsi ölüb, boğaza yığılmışıq. İki aydı, özümə ayaqqabı ala bilmirəm, dərsə getməyə də utanıram. Tələbələrin çoxu elə mənim günümdədi. Sizdən pul istəməyə də üzüm gəlmir, atamı borc içində qoyduğuma görə xəcalət çəkirəm. O vaxt yekəbaşlıq edib sözünə qulaq asmadım, hamınızı zibilə saldım!
     

    Narıngül:


    -Bala, qurbanın olum, əsəbiləşmə, neyləyək, indiki zamanda şəhərdə uşaq oxutmaq zarafat deyil! Mal-qara da sənin təhsilinə getdi. Nişan üzüyüməcən girov qoymuşam, evdə satılası bir şey qalmayıb.
     

    Samir:
     

    -Ana, qulaq as, gör, nə deyirəm. Mən dərsdən sonra işləyirəm. İşim gecə saat 12-də, 1-də qurtarır. Qaldığım ev şəhərdən xeyli aralı olduğuna görə səhər birinci dərslərə çatdırıb gedə bilmirəm. Xeyli qaibim var, hər qaibi ləğv etməkdən ötrü rüşvət vermək lazım gəlir, birini iyirmi-otuz manata silirlər, aldığım əməkhaqqı da buna çatmır. Başımı itirmişəm! İndi anlayıram ki, mənim bu oxumağımın heç kimə faydası yoxdu. Əksinə, orta məktəbdə öyrəndiklərim də yadımdan çıxır. Müəllimlərimiz dərs demək əvəzinə serialdan danışır. O gün bir qoca müəlliməmiz  soruşurdu ki, keçən seriyaya baxa bilmədim, Luiza Eskobarın məktubunu oxudumu? Belə yerdə nə elm, nə təhsil?  Belə cındır məktəbdən ötrü atamı banklara nökər verdim! Xəcalət çəkirəm, ay ana, xəcalət!!!
     

    Narıngül: (ağlamsınaraq)
     

    - Neyləyək, ay oğul? Qohum-qonşu adamın üzünü danlayır. Deyirlər, tək bircə oğlunuzun əlinə diplom verə bilmirsiniz.
     

    Samir:


    -Nə deyirlər, cəhənnəmə desinlər! Başıboş, cahil adamların fikri məni maraqlandırmır. Bəsdi, atamı qapılarda süründürdüm. Artıq qərarımı vermişəm. O quldurxananı buraxıb rayona qayıdacam, özümə iş axtaracam. Dədəmi nahaq yerə bu qədər ağır yükün altına saldım, bilirəm ki, bunun axırı yaxşı olmayacaq.
     

    Narıngül:
     

    -Nə bilim, ay bala, özün bilən məsləhətdi. Atan gecələr də  işləyir. Bacın pulsuzluqdan hazırlığa gedə bilmir. Mən də iş axtarıram, özün bilirsən ki, rayon yerində iş tapmaqdan çətin bir şey yoxdu, bax belə!
     

    Samir:
     

    - Bilirəm ana, yaxşı bilirəm. Burda olduğum müddətdə çox şey öyrəndim. Bərkə-boşa düşdüm. Bunların diplomu mənə lazım deyil! Ziyanın yarısından geri qayıdıram.

     

    Narıngül:

     

    • Oğul, bəlkə təhsilini atmayasan...

     

    Samir:

    • Ana, bura bax, bu təhsil deyil! Təhsil olsaydı, atmazdım. Atamı borclardan çıxarmaq üçün mütləq qayıtmalıyam!

    (son)