Xəbər lenti

  • 2017-03-23
  • 10:00 İran neftinin ilk partiyası bu həftə Belarusa çatdırılacaq
    09:45 Kılıçdaroğlu Londondakı terror aktına münasibət bildirdi
    09:30 Azərbaycan məhsullarının Rusiyaya keçirilməsində problemlər yaranıb
    09:15 Ermənistan Milli Təhlükəsizlik Xidməti Samvel Babayanın həbsini təsdiqləyib
    09:00 Prezident Ərdoğan Tereza Meyə başsağlığı verdi
    03:04 Sevinc Fədai:“Mövlud həmin gün o binanın başına iki dəfə çıxıb...”
  • 2017-03-22
  • 23:50 Silahlı, Londondakı terror hücumunu tək törədib
    23:30 Suriya və İraqda İŞİD-in 180-dən çox lideri öldürülüb
    23:11 Boşanmaların 20-30 faizinin səbəbi: Sosial şəbəkələr
    22:50 "WhatsApp"da 4 yeni funksiya
    22:30 Azərbaycana qarşı amansız olacağıq
    22:10 Bu simptom təhlükəli xəstəlikdən xəbər verə bilər
    21:50 Koalisiya qüvvələri Suriyaya hücumlarını artırıb
    21:30 Londonda törədilən terror nəticəsində qadın ölüb
    21:10 “Naftogaz Ukraine” şirkəti müflis ola bilər
    20:50 Kürdlərə görə Türkiyə ilə dialoqu davam etdiririk
    20:36 Disney "Zveropolis" filmində plagiat edib?
    20:15 İlham Əliyev Pakistan prezidentini təbrik edib
    20:00 Prezidentin oğlu parlament komitəsinin sədri oldu
    19:45 Almaniyada doğulmuş şəxslərin ilk deportasiyası
    19:30 Britaniya parlamentində silahdan atəş açılıb
    19:15 Reks Tillerson tənqidlərlə qarşılaşıb
    19:00 Avropa ölkələri insan hüquqlarına hörmət etməlidir
    18:45 Azərbaycanın dövlət sərhəddini pozan şəxs saxlanılıb
    18:30 Çin Şimali Koreyaya qarşı yeni sanksiyaları dəstəkləmir
    18:15 Danimarkada hicablı işsizlərə müavinət verilməyəcək
    18:00 Xəzərdə meyiti tapılan şəxsin neftçi olduğu müəyyənləşib
    17:39 “DQR”-in sabiq “müdafiə naziri” Samvel Babayan saxlanıldı
    17:15 Mosulda bəşəri faciə baş verə bilər
    17:00 Ukrayna, rus müğənnisini “Eurovision”a buraxmayacaq
    16:45 AZAL - tam sürətlə müflisləşməyə doğru
    16:30 Türkiyə və Rusiya Dağlıq Qarabağ münaqişəsi üzərində birgə işləyir
    16:15 Qənirə Paşayeva Tovuzun ön cəbhədə ailələri ziyarət edib
    16:00 Kompüterlərə uçuş qadağası İŞİD təhlükəsinə görə tətbiq edilib
    15:45 Sabah Bakıda yağış yağacaq
    15:30 Almaniya millisinin futbolçularından qəfil dopinq-test götürülüb
    15:15 İlqar Məmmədovun səhhəti pisləşib
    15:00 BBC "Brexit"ə qərəzli yanaşdığına görə cərimə oluna bilər
    14:45 Serj Sarkisyan, Ter-Petrosyanla bağlı qərarını verdi
    14:30 Maqsud İbrahimbəyovu anım mərasimi keçirilib
    14:15 DYP taksi fəaliyyəti ilə məşğul olanlara müraciət edib
    14:00 Sevgi romanı həvəskarları üçün yeni kitab
    13:45 Qanazlığından əziyyət çəkirsinizsə...
    13:30 Almaniya, Türkiyəyə silah satışını məhdudlaşdırdı
    13:15 İsrail: Suriyaya hücum barədə Putinə bildirmişdik
    13:00 Özümü "Real"da görmürəm
    12:45 Bayram günlərində təcili yardıma daxil olan müraciətlərin sayı
    12:30 Bu il Azərbaycan dili" imtahanında 59 abituriyent imtahansız keçəcək
    12:15 "Yəqin, əllərində qalan köhnə bir nişanı veriblər"
    12:00 Dünya birjalarında neft ucuzlaşır
    11:45 Şimali Koreya raket buraxılışı həyata keçirdi
    11:35 Twitter yüzminlərlə hesabı dondurdu
    11:30 Rusiya türk malının idxalına qoyulan qadağanı götürməyəcək
    11:15 Ermənistan silahlı qüvvələri atəşkəsi 143 dəfə pozub
    11:00 Vaşinqtonda İŞİD-ə qarşı beynəlxalq koalisiyasının toplantısı oldu
    10:45 Azərbaycan-Almaniya matçının hakimləri məlum olub
    16
    18:06:14
    Sentyabr
    811 nəfər oxuyub

    Gedir könlümün əfəndisi

    “Tarık Akan 111 filmdə oynadığı rollarla hamının sevgisini qazanmışdı” yazırlar haa, o “hamı” mənəm. Öz kino ulduzlarını tanımayan, filmlərini izləməyən, daha sonra gedib ssenarist təhsili alan, kinoşünasların arasına düşüb başını itirən insan da mənəm, Tarık Akan sevgisini bu cıqqılı ürəyimdə “hara qoysam, haraa, haraaaa?” deyən də. Zarafat deyil, pərəstişim uşaqlığım boyda idi. Mən hələ onda bilmirdim ki, bu küçücük yürəklə kocaman sevmək nə haddimizə idi...

     

    Bəlkə də, ona görə başqa filmləri izləməyə qısqanclıq edirdim, kimsə onun yerini alar deyə... Böyüdükcə baxdığım filmlərin siyahısı Türkiyədən çıxdı – amerikalaşdı, fransızlaşdı, koreyalaşdı və ən nəhayət dissertasiya işimi işləyərkən azərbaycanlaşdı da. Amma ulduzum dəyişmədi...

     

    “Tarık Akanı tanıyırsan?” deyə sual edərdim dost-tanışıma, kimsə tanımayanda təəccüb edərdim, təəccübdən də keçərdi hisslərim, təəssüf edərdim. Türkiyənin ən yaxşı kino “mənzərə”si idi O. İzləməyə dəyərdi...

     

     

     

     

     

    Adama dərdlərini unutduracaq təbəssümü qədər sevilirdi türk dünyasında. Mən isə onun “Bəbək yüzlü” kimi tanımışdım. Belə bir filmi var idi. Bütün qızları bəbək yüzüylə yoldan çıxarıb sevgili olurdu.Hər kəs onun özündən qabaq üzündəki məsumiyyətə, uşaqlığa inanırdı. Qınamalı deyil, Tanrı onu belə yaratmışdı – yalan da danışsa, inanmağın gəlirdi. Hər filmində təkrar baxdığım epizodlarda belə tanış yalanına inanmamağım gəlirdi. Hər dəfə qızlarla birlikdə tamaşaçını da aldadırdı, qəzəbləndirir, sonda yenə də özünü sevdirirdi. Heç bir qadına zərrə acımırdı. Amma sevgini tapana qədər idi onun “ürəksizliyi”... O, “Türkiyənin ən yaxşı sevən aktyoru” ödülü üçün yaranmışdı məncə. Belə bir ödül olsaydı, onun əyninə biçilib deyərdim, deyərdilər. Olsaydı kaş... İnsan sevməyi bütün hüceyrələrinə qədər öyrənə bilərdi ondan. Bu, təkcə boy-buxun, saç,ala göz məsələsi deyildi, o, təpədən-dırnağa, ən xırda hiss-duyğularına qədər aktyor, xarüquladə istedad idi. Türkiyənin damat Feriti idi O. Pulu üçün aldığı qadının rəfiqələrinin boynundakı boyunbağını ustalıqla çırpışdıran, qızın ata evindəki bahalı- dəyərli əşyaları bir-bir itir-gitir edən damat Ferit.Güya həkimlik təhsili almaq  üçün şəhərə gəlib iki qardaşı ilə birgə o tin sənin, bu tin mənim, o qız sənin, bu qız mənimdeyən avara, birinci kursdan ikinci kursa keçə bilməyən, kursdan kursa qalan - atasınınsa hər an həkimlik diplomu ilə evə dönəcəyini gözləyən gözünü dikdiyi oğul idi. Eyni filmdə 10 qızla birdən nişanlanırdı, atasını qırmırdı, hələ üstəlik onun ailə dostunun qızıyla da nişanlanırdı...Amma sevəndə elə sevirdi, özünü sevdiyi qızın damından yerə də tullayırdı- axırda baxırdın ki, burda da bir hiyləsi var. Görüb ki, canqurtaranlar aşağıda onun xilası üçün bütün şəraiti yaradıblar- özünü tullayıb aşağı... Heç bir filmdə ölməyə hazır deyildi O. İlahi, filmdə belə öldüyünə inanmaq olmurdu, indi necə inanasan?! Bu, həyatdı axı. Kanalı yoxdu, dəyişəsən. Məsələn, həyat televizor ola, xoşuna gəlməyə, söndürəsən televizoru...

     

     

     

     

     

    Ən ağrılı mənzərədir: Səhər-səhər hər şeydən xəbərsiz oyanasan və Feysbuku açasan, Tarık Akanın rəsmini görüb, səhərki pozitiv enerjinlə dəyərli adamının paylaşımına rəy yazasan. “Mən də sevirəm onu”- deyəsən. Nə biləsən ki, əslində, “mən də sevirdim onu” deməlisənmiş?! Elə o an darıxasan, “Google”də axtarasan ki, görüm axır vaxtlar haralardadı? Baxasan ki, ölüb. Yenə deyirəm, baxasan, amma inanmayasan.Ürəyindən keçə, deyəsən, durdurun dünyanı, gidiyor gönlümün əfəndisi...

     

    Türk dünyasının ən çapkın, hiyləgər, ən yalançı və eyni zamanda ən sevimli, ən karizmatik aktyorunun qocaldığına belə inanmırdım, indi kim məni inandıra bilər ki, o, öldü?! Xeyiri yoxdu, Tanrım, bu dəfə inanmayacam, bu dəfə qəbul etməyəcəm. Öldürə bilmədiklərin var, gəl sən də etiraf elə...

     

    Tarık Akan son doğum günlərinin birində Tvitter hesabından gənclik fotosunu paylaşmışdı. Ağrılı idi... Ağrılı olan o sevimli, alagözlü, ucaboylu gənc və yaraşıqlı oğlanın təbəssümünə kənardan baxan 65 yaşlı Tarık Akanın sevənlərinə son mesajı idi: “Bir zamanlar her kesin hasretle bakdığı gençliyim gitdi və bən onun ardınca baka kaldım”...