Xəbər lenti

  • 2017-02-19
  • 16:00 Qərbi Mosulun iki yaşayış məntəqəsi İŞİD-dən azad olunub
    15:27 ABŞ Cənub Şərqi Çin dənizinə aviadaşıyıcı zərbə qrupu göndərib
    15:02 Əfqanıstanda 14 nəfər donvurma nəticəsində ölüb
    14:43 Azərbaycanda xəstəxana yandı
    14:03 ABŞ Polşaya daha minə yaxın hərbçi göndərir
    13:34 İran nüvə silahı istehsal etmək niyyətində deyil
    13:08 Bakıda Dünya Kubokunun finallarına start verildi
    12:19 Konqoda silahlılar 25 dinc sakini öldürüb
    12:05 Sabaha olan hava proqnozu
    11:42 Ermənilər atəşkəsi 37 dəfə pozdu
    11:26 Bu bazar Vurğun Əyyub tövsiyə edir...
    11:25 Tramp: "Mən NATO-nun fanatıyam"
    10:42 Zannier:Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş yoxdur
    10:26 Mosulun qərb hissəsinin azad olunmasına başlanıldı
    10:12 Çində 2020-ci ilədək 74 hava limanı inşa olunacaq
    09:46 Həmid Rza Bakai prezidentliyə namizəd oldu
    09:35 Qatar relsdən çıxdı: ölən və yaralananlar var
  • 2017-02-18
  • 23:57 Çilidə 6,4 bal gücündə zəlzələ olub
    23:46 Şahan Gökbakar "Receb İvedik 5" qərarını açıqladı
    23:26 Binali Yıldırım Mayk Penslə görüşdü
    23:13 Misir Qəzza ilə sərhəd qapısını açdı
    22:53 Prezident Münxendə panel-müzakirədə iştirak edib
    22:38 Poroşenko: "Putin beynəlxalq hüququ pozur"
    22:15 Ərdoğanı seçkilərdən əvvəl prezident elan etdilər
    22:00 İrəvanda etiraz aksiyası keçirilir
    21:42 Tarif Şurası: "Həqiqətə uyğun olmayan məlumatlar gəzir"
    21:33 Qənirə Paşayeva: "Azərbaycanın arxasında Türkiyə var"
    21:07 Binali Yıldırım: "Türkiyə ordusu Raqqaya girməyəcək"
    20:54 Rusiya "DXR" və "LXR"in verdiyi pasportları tanıdı
    20:49 Prosineçki iddialara cavab verdi
    20:31 AKP üzvünə Atatürkü təhqir etdiyi üçün cinayət işi açıldı
    20:06 Türkiyə hava limanında bomba həyəcanı
    19:56 "Azadlıq" qəzetinin müxbiri əfv olunmaq üçün prezidentə müraciət etdi
    19:38 Elmar Məmmədyarov Rumıniyanın xarici işlər naziri ilə görüşüb
    19:15 Cocuq Mərcanlıda minaatan mərmi aşkarlandı
    18:55 Belçikada qatar relsdən çıxıb, ölən və yaralananlar var
    18:40 Ziya Məmmədovun saytları Ramil Usubovu "vurur"?
    18:32 Bu il Novruz bayramı necə keçiriləcək?
    18:11 Tayvan sahillərində zəlzələ - 4,4 bal gücündə
    17:54 Çin Şimali Koreyadan kömür idxalını dayandıracaq
    17:45 Elmar Məmmədyarov ATƏT-in baş katibinə Yerevan ofisini şikayət etdi
    17:26 Hulusi Akar prokurorluğa çağrıldı
    17:10 MHP müxalifləri referenduma "Yox" dedi
    16:57 800 uşaq qidadan zəhərləndi - YAPONİYADA
    16:45 Prezident BMT-nin baş katibi ilə görüşdü
    16:33 Şanlıurfadakı terraktı PKK törədib
    16:08 Ceyms Ceffrey: "Suriyanı Rusiya və İrana peşkəş çəkə bilmərik"
    15:54 "Milan" klubu Çinə satılır
    15:39 SOCAR İrana beynəlxalq şirkət yaratmağı təklif etdi
    15:32 Bu kinoteatr dünyada bir ilk olacaq
    15:10 Həbsdə olan zabit erməni nazirə açıq məktub yazdı
    14:56 İlham Əliyev Türkiyənin baş naziri ilə görüşdü
    14:43 Bu, həmin dövlətlərin Azərbaycanla olan münasibətlərindən asılıdır - Vahid Əhmədov
    14:27 ABŞ İranın nüvə silahı əldə etməsinə mane olacaq
    14:12 Neft Fondunun aktivləri azalıb
    14:11 Daha bir itkin düşən neftçinin meyiti tapıldı
    13:54 Netanyahu Trampı İsrailə dəvət etdi
    13:48 Azərbaycanda kreditlər ucuzlaşıb
    13:26 İndoneziyada Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib
    13:09 Azərbaycan prezidenti Münhendə Binəli Yıldırımla görüşüb
    12:51 Azərbaycan hərbçiləri beynəlxalq tədbirdə iştirak edir
    12:45 Belarus İranla neft tədarükünə dair saziş imzalayıb
    12:33 Fələstin İsrail arasında yenidən gərginlik
    12:05 Binəli Yıldırım və Merkel görüşdü
    11:58 İran Qarabağda keçiriləcək referendumu tanımır
    11:53 İstirahət gününə olan hava proqnozu
    11:50 İtaliyanın iqtisadiyyat naziri Bakıya gəlir
    18
    06:50:08
    Sentyabr
    574 nəfər oxuyub

    Sən bilirsən, qadın haqda imam Sadiq ağa nə deyib?

     

    I yazı - "AYGÜNÜN ÜSYANI"

    II yazı - "KREDİT TOYU"

    III yazı - "GİROV VALİDEYNLƏR"

     

    İştirak edirlər:
     

    Müəllimə
    I tələbə
    II tələbə
    III tələbə


     

    (Əhvalat universitetin Fəlsəfə fakültəsində vaqe olur. I kurs tələbələrinin ilk dərsidi.
    Filosofların, mütəfəkkirlərin şəkilləri asılmış otaq. Otaqda biri-biri ilə tanış olan, söhbət edən müxtəlif rayonlardan, şəhərdən oxumağa gəlmiş gənclər. Fəlsəfə tarixi müəlliməsi auditoriyaya daxil olur, təxminən, 55 yaşlarında eynəkli bir qadındı)


     

    MÜƏLLİMƏ:

    - Salam, uşaqlar. Necəsiz?

     
    TƏLƏBƏ XORU:
    - Salam, məəllim, sağ olun, yaxşıyıq.
     

    MÜƏLLİMƏ:  (öz yerində oturub eynəyini düzəldərək)
    - Həmişə yaxşı olun, həmişə şən olun. Görürəm, yaxşı uşaqlara oxşayırsız. Ümumiyyətlə, I kursda bütün tələbələr təzə-təzə yaxşı olur. Utancaq, abırlı-həyalı. Sonra zayları çıxır, sizdən iraq. Keçən dəfə III kursda bir oğlan dərsin ortasında gəlib çıxıb, deyirəm, niyə gecikirsən? Durub mənə dərs keçir ki, bəs indi Boloniya sistemidi, dərsə gəlib-gəlməməyimizin sizə dəxli yoxdu,  seminarda dərsinizi tələb edərsiniz, nə bilim nə.
    Elə bil mən bilmirəm, Boloniya sistemi nədi, o nədi, bu nədi. Sənin xeyrin üçün deyirəm də, ay bala. Sən dərsdə iştirak etməsən, “qaib” yazılacaq, bu bir. Bu qaiblər yığılıb problem açacaq başına, imtahana buraxılmayacaqsan, bu iki. Bir də dərsdə elmdən, fəlsəfədən nə eşitdin, eşitdin, onsuz da, evdə gedib kitab ağzı açmırsınız, bu üç. Düz demirəm, ay uşaqlar?

    TƏLƏBƏ XORU:

    - Düz deyirsiz, məəllim!
     

     

     

     

    MÜƏLLİMƏ:
    - Ay sağ olun! Bax, indi sizə də deyirəm. Çalışın, dərslərə vaxtlı-vaxtında gəlin. Rektoratlıqdan gəlib yoxlayırlar, biz də dərsdə olmayan tələbəyə məcburən “qaib” yazırıq. Yoxlama olmasa, kərbəla haqqı, mən tələbəyə “qaib” yazmaram.
    (Tələbələr öz aralarında pıçıldaşır, deyib- gülməyə başlayırlar.
    Müəllimə qarşısındakı jurnaldan tələbələrin adını oxuyur, gözləri zəif gördüyündən sözləri hecalayır, bəzən səhv deyir)


    MÜƏLLİMƏ:
    - Həsənov Na.. Naazim İman oğlu kimdi?

    I TƏLƏBƏ: (ayağa qalxır)

    - Mən!
     

     

     

    MÜƏLLİMƏ: (diqqətlə onu süzür)
    - Hansı rayondansan?


    I TƏLƏBƏ:

    - Zaqatala
     

     

    MÜƏLLİMƏ:

    - Hmm...Oralarda yaxşı qoz-fındıq olur, gələn sessiyada payımızı gətirərsən aaa!

     
     

    I TƏLƏBƏ:

    - Baş üstə, məəllim, gətirərəm.
     

     

    MÜƏLLİMƏ:

    - Bəs, nə yaxşı bu fakültəni seçdin?
     

     

    I TƏLƏBƏ: (gözlərini döyərək)

    -  Nə bilim, hüquqa balım çatmadı, məcbur qalıb fəlsəfəni seçdim. Tarixə də gedə bilərdim e, “prosto” papam dedi, yenə fəlsəfə yaxşıdı.  

     

    II TƏLƏBƏ: (yerdən replika atır)

    - Anan ölsün, ay fəlsəfə!
    (gülüşmə)

     


     

    MÜƏLLİMƏ: (replika atan tələbəyə)

    - Sən hələ ayağa dur görüm!
     

     

    II TƏLƏBƏ: (məzələnərək)

    -  Olmaz ki, oturduğum yerdən cavab verim?
     

    MÜƏLLİMƏ: (eynəyin üstündən onu nifrətlə süzərək)

    - Yox, olmaz! Evdə ata-ananla da belə danışırsan?


     

    II TƏLƏBƏ:
    - Bəli. Eynən belə danışıram.
     

     

     

    MÜƏLLİMƏ:
    - Bərəkallah sənin tərbiyənə! Haralısan özün?


     

    II TƏLƏBƏ:
    - Azərbaycanlı!
    (gülüşmə)
     

     

    MÜƏLLİMƏ:
    - Pahh, nə yaman orijinal cavab verdin, əə! Bilirik də  azərbaycanlısan, erməni olası deyilsən ki!
     

     

    II TƏLƏBƏ:
    - Məəllim, bilirsinizsə, niyə soruşursunuz?
     

     

    MÜƏLLİMƏ: (acıqlı)
    - Rayonunu soruşuram, ay taxtabaş! Bilmirəm dəə, bu taxta başları ilə bunlar buralara necə gəlib çıxırlar!

     
     

    II TƏLƏBƏ:
    - Təhqir etməyə ixtiyarınız yoxdu.
     

    MÜƏLLİMƏ:
    - Adə, təhqir nədi? Sənin kimilərini yaxşıca  döymək lazımdı ki, ağlı başına gəlsin! Otur aşağı! Mənə ağıl öyrədənə bax!
    (pauza)
     

     

    MÜƏLLİMƏ:
    - Yaxşı, uşaqlar, sakit olun orda. Açın dəftərlərinizi. Qələm, dəftər gətirmisiniz, heç olmasa?
     

     

    TƏLƏBƏ XORU:
    - Bəəli, məəllim, gətirmişik!
     

     

    MÜƏLLİMƏ:
    - Şükür allaha. Aranızda ağıllılar da varmış...
    (ümumi gülüşmə)
     

     

    MÜƏLLİMƏ:
    - Yaxşı, bazarı bağlayın orda! Siz dərsdəsiniz. İlk dərsimizə başlayırıq. Dəftərləri açdınız?


     

    TƏLƏBƏ XORU:
    - Bəəli, açdıq...
     

     

    MÜƏLLİMƏ:
    - Lap yaxşı. Fəlsəfə tarixindən ilk dərsimiz budur!

    (Eynəyini taxıb proqramı vərəqləyir, dəsrin adını oxumağa çalışır)
     

     

    II TƏLƏBƏ: (gülərək yanındakı yoldaşının qulağına)
    - Buna bax, yüz ildi fəlsəfə dərsi deyir, hələ də birinci dərsin adını vərəqdən oxuyur...


     

    MÜƏLLİMƏ:

    - Yazın! Fəlsəfənin predmetiiii və qanunauyğunluqları! Yazdınız? Gözləyirəm, yazın. Qanun demiş, axşam Elgizə baxdız dəə? O ərindən şikayət eləyən gəlini gördüz? Elə gəlinlər var ee haa, mən eləsini bircə gün də evimdə saxlamaram! Televiziyaya çıxıb deyir, ərim məni döyür. Yaxşı eləyib döyür! Adama deyərlər, sən yaxşı at olsaydın, özünə qamçı vurdurmazdın.

     

     

    III TƏLƏBƏ:
    - Məllim, axı, qadın at deyil! Biz insanıq ee. Elə məsəllər var, bizə aid deyil, heyvana aiddi.


     

    MÜƏLLİMƏ:

    - Ay qız, kəs səsini! Bu gün-sabah sən də ərə gedəcəksən. Noolub, ərin sənə bir şillə vuran kimi ata evinə qaçacaqsan? Kişi arvadını döyər dəə! Ölməyəcəksən ki?! Sizə bir sirr açım, məni cavanlıqda ərim o qədər döyüüüb. Sirrimiz qalıb ailənin içində. Evin sirri evdə qalmalıdı! Yoxsa indikilər! “Bir az o yana çəkil” deyən kimi qaçırlar televiziyaya. Mən sizə deyim, bizim gül kimi abırlı, həyalı qızlarımızı bax o internetdi, feysbukdu nədi, o, xarab eləyir.
    Mənim evimdə qız var, gəlin var. O gün gəlinim deyir, uşaq kompüter istəyir. Dedim, mən nə qədər sağam, qız uşağını kompüterə yaxın buraxdı yoxdu!


     

    III TƏLƏBƏ:
    - Məəllim, axı, müasir dövrdə kompütersiz keçinmək olmur. Mən ali məktəbə elə kompüterlə hazırlaşmışam. Bir də nə üçün, məhz, “qız uşağı”na olmaz? Qız uşağı insan deyil? Yeri gəlmişkən, dünya fəlsəfəsində belə bir problem var? Qız uşağına nə olar, nə olmaz?

     

     

    II TƏLƏBƏ:

    - Məəllim, bəlkə dərsə keçək? Neynirik ee, qoy, kim necə istəyir, eləcə də yaşasın. Fəlsəfə tarixindən...

     

    - Dayan görüm, ədə! Nə fəlsəfə? Sənə fəlsəfə dərsi desəm, tamam zayın çıxar ki! Siz adicə ailə-məişət işlərində axsayırsınız, qalmışdı hələ dünya fəlsəfəsi! Sizə dünya fəlsəfəsi keçsəm başınızı itirərsiz!

     

     

    I TƏLƏBƏ:

    Məllim, biz elə fəlsəfə öyrənmək üçün qəbul olmuşuq daa bu universitetə! Necə yəni başımız xarab olacaq? Yəni fəlsəfə adamı dəli eyləyir?


    - Sən bilirsən, qadın haqda imam Sadiq ağa nə deyib?

     

     

    I TƏLƏBƏ:

    - Müəllim, axı, məncə, imamın, dinin fəlsəfəyə heç bir dəxli yoxdu?!

     

    - Budu, baax, salamməlöyküm! Dedim axı, internet hamınızı xarab eləyib! Di gəl, bunun kimi nadanlara dərs de! Oğul, bilirəm, Qərb fəlsəfəsi adlı söz eşitmisən, istəyirsən, mən də elə onlardan dərs keçim sizə. Ancaq mən belə şey eləməyəcəm! Düzdü, proqramda Qərb fəlsəfəsi var, guya mən gəlib sizə ekzis-ten-sializm-dən dərs deməliyəm. Birincisi, o nə izmdi, onu heç özüm də bilmirəm, yeri gəlsə, heç bilmək də istəmirəm! İkincisi də, bizə Avropa mədəniyyəti lazım deyil! Bizim xalqımız, bizim dinimiz dünyada birinci yerdədi, bunu hamınız bilməlisiniz! Dünyanın heç yerində, bizdəki kimi, metroda gedərkən gənclər qocalara yer vermir, bunu bilməlisiniz! Dünyanın heç bir milləti bizim millət kimi ismətli, həyalı...

     

     

    III TƏLƏBƏ:

    -Məllim, bəs bayaq deyirdiz, bizdən adam olmayacaq, nooldu?

     

    - Səndən adam olmayacaq, bu aydındı! Ancaq, maşallah, doqquz milyonuq, hər şey öz qaydasındadı. Dünyada bizim millət qədər ismətli, həyalı başqa bir millət yoxdu! Bunu fəlsəfənin özü də deyir.

     

     

    II TƏLƏBƏ: (ironiya ilə)

    - Məəllim, axı, fəlsəfə millətlərin ismətini təyin edən elm deyil!

     

    - Ay yazıq, bu ağılla sən hara getmək istəyirsən? Qərb filosofu Sartr deyir, istənilən adam öz anasını öldürə bilər, sənə belə şeylər lazımdı?

     

     

    II TƏLƏBƏ:

    - Məəllim, axı, Sartr elə şey yazmayıb! Eləyə qalsaydı, Fransada bir dənə də valideyn qalmazdı!

     

    - Bala, mən indi sizə bala-bala öz fəlsəfəmizdən, öz dinimizdən, şəriətimizdən danışacam, müqayisə edib görəcəksən ki, çooox yanlış yoldasan, öz yoluna qayıdacaqsan, inşaallah! Açın dəftərinizi. Yazın! Fəlsəfənin predmeti, inkişaf qanunauyğunluqları! Yazdınız? Aha, bu da zəng! Zəng oldu, mən gedirəm, ancaq biz hələ çox görüşəcəyik! Sizə hər şeyi başa salacam! Hələlik, uşaqlar!

     

     

    TƏLƏBƏ XORU:

    - Hələlik, məəllim!..

    SON