Xəbər lenti

  • 2017-03-25
  • 15:25 Kılıçdaroğlu: 4 milyon suriyalıya vətəndaşlıq veriləcək
    15:10 "Bakı-Tbilisi-Qars Qara dənizdən çəkiləcək dəmir yoluna birləşdiriləcək"
    15:00 Azərbaycana yaşamağa gələnlər gedənlərdən çoxdur
    14:45 Romada Avropa İttifaqının yubiley sammiti başlayıb
    14:37 Bərzani Kürdüstandan danışdı: Türkiyə də hazırdır...
    14:15 İngiltərə də FETÖ ilə bağlı iddiaları qəbul etmədi
    13:53 Xəzərdə zəlzələ olub
    13:35 Suriyada hava hücumu: 12 nəfər dinc sakin öldü
    13:16 Flinn Fətullah Güləni ABŞ-dan qaçırıb Türkiyəyə verəcəkdi - İDDİA
    12:49 Tramp Yunkerlə Tusku səhv saldı
    12:30 Merkel: Aİ çox səhvlərə yol verib
    12:15 Həftə sonuna olan hava proqnozu
    12:00 Azərbaycan nefti ucuzlaşdı
    11:50 ABŞ-ın hərbi təyyarəsi İndoneziyada məcburi eniş etdi
    11:37 Rusiya Bakıda doğulan ermənini beynəlxalq axtarışa verdi
    11:17 Yunker: "Balkan yarımadasında müharibə başlaya bilər"
    10:52 Bayram günləri yol qəzalarında ölənlərin sayı artdı
    10:40 Samvel Babayan həbs edildi
    10:28 Ermənilər mövqelərimizi 117 dəfə atəşə tutub
    10:22 Tillerson Türkiyəyə bu tarixdə gedəcək
    09:57 Trampa zərbə: layihəsi qəbul olunmadı
    09:36 Qızıl bahalaşdı
    09:18 AB: Türkiyə atəşlə oynayır
  • 2017-03-24
  • 23:54 İranda 130 maşın toqquşdu: 59 yaralı
    23:40 Yıldırımdan Kılıçdaroğluna: Əyləci boşalmış avtomobil kimi...
    23:25 Anar Məmmədovun əmlaklarına həbs qoyuldu - Məhkəmə qərarı
    23:18 Türkiyəyə girmək istəyən 4 PKK-lı saxlanıldı
    22:57 Ərdoğan Türkiyə-Finlandiya matçını izlədi
    22:45 ABŞ-dan Səudiyyə Ərəbistanına növbəti məhkəmə şikayəti
    22:16 Nazirin biabırçı təqdimatı: Xaosun, terrorun memarı...
    21:48 Dünyanın 100 ən gözəl qadını seçildi - türklər də var
    21:36 ABŞ HİV-lə mübarizə üçün Ukraynaya 22 milyon dollar ayırdı
    21:12 İslamofobiçilərin gözlədiyi olmadı: London terrorçusunun əsl adı...
    20:57 Dəkkədə kamikadze özünü partlatdı
    20:43 Nalbandyanla Hoqland görüşdü: Qarabağdan danışdılar
    20:15 Türkiyədə yenə zəlzələ oldu
    20:00 Qırmızı iPhone 7 bu gün satışa çıxarılır
    19:45 "Bugatti" 39 min dollarlıq velosiped hazırladı
    19:23 İŞİD Çeçenistandakı hücumun məsuliyyətini üzərinə götürdü
    19:00 Türkiyə hökuməti “Mercedes”i araşdıracaq
    18:47 Serbiya NATO üzvü olmayacaq
    18:40 İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
    18:30 Putinlə Le Pen görüşdü
    18:09 Somali üçün SOS çağırışı: 100 mindən çox uşaq acından öləcək
    17:45 Kuşadasında miqrant qayığı batdı: 11 ölü
    17:30 London terroruna görə tutulanların sayı 9-a çatdı
    17:15 WikiLeaks-dən CİA ilə bağlı növbəti iddia
    17:00 Kiyevdə öldürülmüş sabiq millət vəkilinin qatili məlum oldu
    16:50 Angela Merkel: Türkiyədəki referendumu gözləyək
    16:37 Şimali Kipr referenduma erkən gedəcək
    16:17 Bolqarıstan türk jurnalistləri ölkəyə buraxmadı
    16:00 Kanadadan İslamofobiya əleyhinə qanun
    15:45 Berti Foqts Bakıya gəlib
    15:20 ABŞ-a gediş çətinləşir: yeni viza qaydaları
    15:05 İŞİD türkmən kəndinə basqın etdi: 5 nəfər güllələndi
    14:50 Venesuela əsgərləri Kolumbiyadan çıxdı
    14:40 Türkiyədə zəlzələ oldu
    14:26 Hüsnü Mübarək azadlığa buraxıldı
    14:06 Müdafiə naziri ön xətdə yoxlama apardı
    13:55 Ərdoğan britaniyalı nazirlə görüşəcək
    13:48 AFFA "Zirə" klubunu cərimələdi
    13:36 Lapşin anası ilə görüşdü
    13:25 SOCAR Ukraynaya aviasiya yanacağı satacaq
    13:15 "Sberbank"dan Dadaşeva bacıları haqda yazılanlara təkzib: Yalandır
    13:00 London terroruna görə Azərbaycan səfirliklərinin bayraqları endirildi
    12:55 Çeçenistanda toqquşma: 6 rus əsgəri öldürüldü
    12:44 Azərbaycanda yenilik: virtual laboratoriya yaradılır
    12:38 Qeyri-qanuni taksi sürənlər cərimələndi
    12:25 Sabah Bakıda 14 dərəcə isti olacaq
    12:18 Azərbaycan nefti bahalaşıb
    12:10 Bayram günləri yol qəzalarında ölən və yaralananların STATİSTİKASI
    11:55 Daha bir miqrant faciəsi: 250 nəfərin öldüyü deyilir
    11:45 3 mindən çox Rusiya vətəndaşı Ermənistana gedib
    26
    11:22:36
    Sentyabr
    869 nəfər oxuyub

    “Hitler sənin o babalarını yaxşı güllələyibmiş elə!”

     

     

    I yazı - "AYGÜNÜN ÜSYANI"

    II yazı - "KREDİT TOYU"

    III yazı - "GİROV VALİDEYNLƏR"

    IV yazı - "UNİVERSİTETDƏ İLK GÜN"

     

     

    HƏYAT SƏHNƏLƏRİ-5

     

     

     

    İştirak edirlər:
     

    SATICI – təxminən 40-45 yaşında kişi

    ALICI – təxminən 50 yaşında kişi

     

    Əhvalat futbol üzrə sonuncu Avropa çempionatı dövrü “Vosmoy bazarı” kimi tanınan məkanda baş verir. Bu bazarda bir az ucuzluq olduğuna görə səhərdən axşama kimi insanlar qaynaşır. Daxılların arası zir-zibillə doludu. Ayaq altında yetişmiş meyvə çürüyü ilə pendir suyu bir-birinə qarışıb. Aralıqda müxtəlif “dizaynda” olan yük arabaları ora-bura şütüyür. Ərik-gilas, qarpız-yemiş, pomidor-zoğal mövsümüdü. Bazarın ən iyli, şirəli və sürüşkən vaxtıdı.

    Dözülməz antisanitariya şəraitində ticarət yapan alverçilər alıcı gurluğuna görə son dərəcə xoşbəxt görünürlər. Ayaqlarında bir qayda olaraq rezin çəkələk sürüyən araba “sürücüləri”nin sifətindən xoşbəxtlik və işıqlı gələcəyə ümidlər sezilməkdədi. Onlar mahnı oxuya-oxuya şən səslə “Yol verin!” deyə qışqıraraq bazarın hay-küylü havasına əlavə rəng qatırlar.

    Bazarın açıq tərəfində qarşısına pomidor töküb satan üzütüklü bir kişi. Əynindəki köynəyi alabəzək ləkələrlə rənglənib. İstidən şalvarını dizinə qədər çirməyərək qarşısındakı pomidorları cəlbedici düzür.

     

    SATICI: Gəlin görək, pomidordan qalmadı! Yaxşı, ucuz pomidor burda!
     

    (Bu zaman təxminən özü yaşlarında bir alıcı gülə-gülə ona yaxınlaşır. Alıcının ağzındakı çürük dişləri həyatın sərtliyindən qırışmış sifətinə xüsusi yaraşıq verir).

     

    ALICI: Ayə, allah öyünü tiksin, elə danışırsan, elə bil bazarda pomidor satan bircə sənsən,  səndə də qurtarsa, dünya dağılacaq. Ha-ha-ha-ha! Adamı lap qorxudursunuz ee!

     

    SATICI: Nağayrım, əmoğlu? Hərə öz malını satmağa çalışır dana! Bircə bu qabağımdakılar qalıb, dedim, axşambazarıdı, tezcə satıb qurtarsaydım, gedib futbola çatardım.

     

    ALICI: Hara pomidorudu?


    SATICI: Bax, bu tərəfdəkilər Şəmkirindi, bu tərəfdəki də Xaçmazdan gəlib. Kəs, içinə bax, baldı canımçün!
     

    ALICI: Neçəyə verirsən?

     

    SATICI: Bir manata satmışam, ta axşambazarıdı,  gəl, sənə həştad qəpikdən verim.

     

    ALICI: Həştad nədəə? Səksən deyə bilmirsənmi? Pomidordan ötrü dilimizi niyə korlayırsan?

     

     

     

     

    SATICI: Əmoğlu, deyəsən, sən alan deyilsən, malın qabağını kəsmə görək.

     

    ALICI: Niyə almıram, əə? Alaram da, lap o yana da keçərəm! Denən səksən qəpiyədi, alım.

     

    SATICI: Ayə, sənə qurbandı səksən qəpiyə! Neçə kilo istəyirsən?

     

    ALICI: (ucadan gülür, çürük dişləri də öz yerində) Bax, indi xoşum gəldi səndən. İki kilo çək ordan!

     

    SATICI: (Paketi cəld pomidorla doldurub tərəziyə qoyur). Üç kilo oldu, qalsınmı?


    ALICI: Neynək, qoy qalsın.
     

    SATICI: Birini də tullayım, qoy iki manat yarımlıq olsun.

     

    ALICI: Qoy o da olsun, bunnan ötrü xətrinə dəyəsi deyiləm ki?

     

     


     

    SATICI: (Paketi alıcıya uzadır, pulu alır, qalığını qaytarır). Nağayrım, əmoğlu, canımçün ürəyim partlayır, deyirəm, malı tezcə başımdan rədd eləyim, axşam futbola çatım, dana. Özcanımçün, istəyirəm ispanlar almanlara beş nol doldura!

     

    ALICI: (əsəbi halda) Ayə, nə danışırsan? Deyəsən, sən heç futbol görməmisən! Ömründə heylə şey ola bilməz! İspan kimdi ki, almanı uda? İspanların heç vaxt almanlara gücü çatmaz, ay qağa!

     

    SATICI: A kişi, sən ispanları tanımırsan, deyəsən! Axşam görərsən! Gör, gözünə döndüyüm Kasilyas bir top buraxacaqmı? Kopayoğlunun gədəsi topa elə tullanır, elə bil meymun maşından qarpız boşaldır! Xavi də ki, daha nə deyim! Ona canım qurban, ee, canım! Kopolunun ayaqları qızıldı!

     

     

     

     

     

    ALICI: A kişi, yaxşı daa! Qoy, oturduğumuz yerdə oturaq! Xavi havaxdan futbolçu oldu mənə?

     

    SATICI: Əmoğlu, sən canın, pomidorunu da aldın, çıx get evinə, futbol sənnik döyül! Keçən dəfə neçə oyunçunu aldadıb irəlilədi, yadında deyil? Düzdü, axırda top dirəyə dəydi, ancaq mən hələ də əlimi ondan üzməmişəm.

     

    ALICI: (Paketi yerə qoyub əl-qol ata-ata) Ayə, ay pomidorsatan, ayə, Müller ölübmü? Müller ölübmü, Xavi gəlib almanlara qol vura? Keçən dəfə baxdınmı, kəlləynən nətəri qoydu?! Sənin tərifli Kasilyasın heç əlini də tərpədə bilmədi! Hələ Özili demirəm! Elə bil zalım oğlunun dalına “nolyeddi” motoru qoyubsan, ha-ha-ha!

     

    SATICI: A qardaş, adını da bilmirəm, bu pomidorun bərəkəti haqqı, almanlar ispanlara heç nə eləyə bilməz! Özü də sən niyə o xristiyan almanlara “balet” eləyirsən ki? Yadında deyilmi, Hitler gəlib bizim babalarımızı müharibədə nətəri qırdı? Elə mənim babam, babamın qardaşı, anamın dayısı – hamısını müharibəyə aparmışdılar, biri də geri qayıtmadı. Onlar faşistdilər, onlarda adamlıq deyilən şey yoxdu!

     

    ALICI: (bərkdən gülüb çürük dişlərini göstərdikdən sonra) A kişi, sən elə danışırsan, guya bizim dünyadan xəbərimiz yoxdu! Mən özüm iki institut bitirmişəm, beləliyimə baxma, ee, evdə iki diplomum yatır. İkincisi də, elə, ispanlar da xristiyandı, daa! Bunun futbola nə dəxli var? Sən bil ki, ispan heç vaxt almanı uda bilməz! Alman ayrı millətdi! Bu saat bütün dünya almanındı! Hitler bir səhv idi, eləmişdi, indi neyləyək, bir səhvin üstündə adamı öldürməzlər ki?

     

     


     

    SATICI: Ayə, a ikidiplomlu alim, ispan xristiyan olsa da, heç olmasa, bizim kimi qaradı, bə, bu alman nəyə yarayır?..

     

    ALICI: Ay savadsız adam, bütün Avropanı zibilləyən elə o qara ispanlarla italyanlardı daa! Onlar qaraçı kimi necə düşüb Avropaya, bilmirəm. Əlimdə əlac olsa, ikisini də Avropadan qovardım!

     

    SATICI: Sən, deyəsən, həddini aşdın haa, əmoğlu! Zibil də varsan, hələ bir çaqqal da! Sənöl, bu pomidorun hamısını sənin başına geyindirərəm!

     

    ALICI: (satıcıya tərəf cumur) Ayə, sən kimə çaqqal dedin? Oğraş, səni burdan iti qovan kimi qovduraram! Bəri çıx görüm ordan! Bəri çıx görüm, o pomidorun dalından!

     

    (Bu zaman ətrafdakı adamlar araya girib onları sakitləşdirir).

     

    SATICI: Lənət sənə kor şeytan! Baxmayasan futbol-mutbola, soxasan bıçağı qarnına, bağırsağını tökəsən çölə! Ayə, çıx get evinə, məni zibilə salma, qoy gedib futboluma baxım!

     

    ALICI: Soxmayan da oğraşdı! Gəl dəə! Gəl görüm, necə soxursan o bıçağı mənə! Ancaq axşam sənin ispanına gör necə geyindirəcəyik!

     

    SATICI: (Alıcının üstünə cumur, adamlar araya keçib dava salmağa qoymurlar. Qonşu satıcılar onu tutub uzaqlaşdırmağa çalışırlar. Satıcı onu dartışdıranların çiyinləri üstdən qışqırır) Faşist kopayoğlu, gör sənin faşistlərinə axşam necə dolduracağıq! Dolduracağıq ee, baxarsan! Belə-belə, belə-belə dolduracağıq!

     

    (Bu zaman Satıcıya tərəf dartınan Alıcını da arabaçılar tutub oradan uzaqlaşdırırlar. Alıcı onların əlindən arxaya dartınaraq qışqıra-qışqıra Satıcıya cavab verir)

     

    ALICI: Baxarsansan, baxarsan! Gör sənin o qaraçılarının dalını necə dağıdırıq! Hitler sənin o babalarını yaxşı güllələyibmiş elə! Gərək sənin özünü də güllələyəydi, savadsız kopayoğlu!
     

    SON