Xəbər lenti

  • 2017-01-18
  • 15:51 Azərbaycanda nüvə xammalı ehtiyatları axtarılacaq
    15:35 Lavrova bəyanatla cavab verildi
    15:27 Nazir: "Avropanın ən böyük problemi Avropanın özüdür"
    14:57 Qubad İbadoğludan Lavrov açıqlaması: "Moskva buna göz yummayacaq"
    14:55 Azərbaycan və İslam İnkişaf Bankı arasında qrant sazişi imzalanıb
    14:23 CİA 11 milyondan çox gizli sənədi ictimaiyyətin istifadəsinə verib
    14:18 Kılıçdaroğlu və Baxçalı bir araya gəliblər
    14:06 Sabah havanın kəskin dəyişəcəyi gözlənilir
    13:51 İtaliyada zəlzələ baş verib
    13:45 Corc Buş xəstəxanaya yerləşdirilib
    13:30 "ASAN" xidmətin iş qrafiki dəyişdi
    13:20 BSU-nun yeni rektoru Kamal Abdulladan danışdı
    13:15 Çin ABŞ-a Tayvanla bağlı etiraz edib
    12:58 Böyük Britaniya turistlərini Qambiyadan təxliyyə edir
    12:37 Təhsil Nazirliyi “Qafqaz” Universitetinin bağlanmasına reaksiya verib
    12:25 Davosda Azərbaycan və İsveçrə prezidentləri arasında görüş olub
    12:10 Qafqaz Universiteti bəyanat yayıb
    12:00 Ermənilər təlimə başladılar
    11:38 Uşaqların peyvənd edilməsi haqqında məlumat elektronlaşacaq
    11:25 Le Peni Krıma dəvət etdilər
    11:07 Dövlət departamenti Bakının tələbi ilə həbs edilən bloqqerdən danışıb
    10:55 Qafqaz Universiteti ləğv olunur
    10:46 Amerikalı siyasətçi Rusiyanı Yaxın Şərqdə əsas oyunçu adlandırıb
    10:28 Dollar bu gün neçəyədir?
    10:25 Elmar Məmmədyarov Malayziyaya səfər edib
    10:09 Tramp inauqurasiyanı boykot edənlərə səsləndi: Biletləri qaytarın!
    09:24 Prokurorluğa hücum - 4 nəfər ölüb
    09:12 Van bölgəsində iki terrorçu öldürülüb
    08:58 Ağ Ev: Obama Putini işgüzar adam hesab edir
    00:09 "Vicdanı olan hər kəs konstitusiya dəyişikliklərinə etiraz etməlidir"
    05
    21:15:27
    Noyabr
    392 nəfər oxuyub

    Kosmik tənhalığa çarə axtarır, dünyada yığışıb bütün adamlar

    Xeber365.com gənc şair Amin Mehdinin şeirlərini təqdim edir:

     

     

    Səkini basıbdı tozlu ümidlər.
    Süpürür oranı bükülmüş qoca.
    Heç kömək eləmir köhnə taksilər,
    Gedib qovuşmağa yerin yoxdursa,

    Arzular,xəyallar uzaqlardadır.
    Gündə bir yol çəkib hamarlayırlar.
    Hansı yolun uzağa apardığına
    Elə yol çəkənlər çaşbaş qalırlar.

     

    Kosmik tənhalığa çarə axtarır
    Dünyada yığışıb bütün adamlar.
    Burdan doğmaları eşitmirəm mən!
    Bunlar kainata mesaj atırlar.

     

     

     

     

    Neçə ili keçib varlığını itirməyim?
    Bəlkə artıq günlər olub.Bilmirəm.
    Doğrusu xoşbəxtəm.
    Yoxluğunla evlənmişik.
    Sən gedəndən
    Bir çox şeyi dəyişmişik.
    Gecələr bir yatırıq.
    Səhərlər də bir dururuq.
    Bir içirik,
    Bir yeyirik dərdi-səri.
    Hətta bir yuyunub,
    Bir gəzirik hər şəhəri.
    Gecələr
    Yarı-yuxulu sevişirik yoxluğunla.
    Dünən öyrəndim ata olacam.
    Artıq bir ailəm daha var.
    Özümə də uyğun
    Bir iş tapmışam.
    Ucuz şeirlər yazacam.
    Çox utanıram.
    Yoxluğun əlimdən tutub
    Heç vaxt getməyəcəm-,dedi.
    Həkim də arxadan səsləndi:
    "Qəm topu kimi
    Bir kədəriniz daha oldu"
    Amma mən hələ də
    Varlığını şeirləyirəm.
    Xəyanət edirəm yoxluğuna.
    Gör nə nankor adamam!
    Üstəlik
    Neçə kədərli atayam!