Xəbər lenti

  • 2017-01-21
  • 23:58 Runi rekorda imza atdı
    23:47 İraqlı nazir İŞİD-ə 1 ay vaxt verdi
    23:20 Lavrova sual verdi, işdən çıxartdılar - LİDER TV-də
    23:07 Binali Yıldırım referendum mitinqlərinin vaxtını açıqladı
    22:58 Məşhur bloqqer İlham Əliyevdən üzr istəyib
    22:38 Pan Gi Munun qardaşı həbs edilə bilər
    22:17 Əfqanıstanda polis məntəqəsinə hücum edildi
    21:55 Tramp “Obamacare” haqqında fərman imzalayıb
    21:47 İran, Türkiyə və Rusiya arasında Astanada ilkin görüşlər keçirilib
    21:31 İstanbul hadisələrində şübhəli bilinən şəxsin adı açıqlandı
    21:07 Azərbaycanlı biznes leydi Trampın inauqurasiyasında iştirak edib
    20:54 Robot texnikası bazarının həcmi iki dəfədən çox artacaq
    20:42 ABŞ Astana qərarını açıqladı
    20:29 Tramp gəldi, etiraz aksiyaları başladı
    20:11 Türkiyədə polisə silahlı hücum - Bomba təhlükəsi
    19:57 ABŞ-da qasırğa nəticəsində 4 nəfər ölüb
    19:39 Tehrandakı ticarət mərkəzində ölənlərin sayı 25-ə çatıb
    19:18 Həkimlər daha bir sirrin üstünü açdı
    18:53 Trampın Ağ evdə ilk dəyişikliyi bu oldu
    18:41 Ramil Usubov göstəriş verdi
    18:30 Avropa Birliyinin komissarı Azərbaycana səfər edəcək
    18:08 Azərbaycanla Küveyt arasında ilk dəfə çarter reysi açıldı
    17:51 Rusiya neft hasilatını sürətlə azaldır
    17:40 “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə" təsdiq edildi
    17:30 12 universitetin rektoru dəyişdirildi - TÜRKİYƏDƏ
    17:11 "Fırat Qalxanı"nın 151-cü günü: 46 terrorist öldürüldü
    16:56 Qaçqın düşərgəsində partlayış baş verib
    16:42 Myanmada 40 taylandlı turist girov götürülüb
    16:33 Qambiada prezident istefa verdi
    16:09 Putinlə Trampın görüşü keçiriləcək
    15:59 Xızıda top mərmisi tapıldı
    15:40 İlham Əliyev qaçqınların statusu haqqında sərəncam imzaladı
    15:27 “Bank of Baku”ya yeni müvəqqəti sədr təyin edilib
    15:12 Sinoptiklər xəbərdarlıq edir: Yollar buz bağlayacaq
    14:54 Azərbaycandan Donald Trampa xüsusi hədiyyə göndərildi
    14:43 Vyanada terror həyəcanı
    14:29 Moldova Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub
    14:06 Səudiyyə Ərəbistanında partlayış baş verib
    13:55 İstanbulda polisə atəş açılıb
    13:48 Minimum əmək haqqı 10.5 faiz artırılıb
    13:32 Əmək pensiyalarının sığorta hissəsi artırılıb
    13:18 Peskov: "Putin Trampla görüşməyə hazırdır"
    13:02 Siqaretlər bahalaşıb
    12:50 Sabah qar yağacaq
    12:37 Bakıdan Ağ Evə xüsusi hədiyyə getdi
    12:18 Danimarka XİN erməniləri pərişan etdi
    12:03 Pakistanda şiə qırğını: 18 ölü, 51 yaralı
    11:47 Türkiyənin tanınmış aktyoru vəfat edib
    11:39 Musa Yaqub: Mən öz siyasətimi şeirimlə həyata keçirirəm
    11:30 Əsəd istefa şərtini açıqladı
    29
    11:22:48
    Mart
    840 nəfər oxuyub

    Fərican Yarənin tərcümələrini təqdim edirik

    Fərican Yarən 15 ildir tərcüməçiliklə məşğuldur. Rus, türk, ingilis, alman dillərindən azərbaycan dilinə, azərbaycan dilindən də sadalanan dillərə  tərcümələr edir. Bernhard Şlinkin "Qiraətçi", Markiz de Sadın "Yataq otağında fəlsəfə" də daxil olmaqla 4 tərcüməsi kitab şəklində çap olunub.

    Hazırda onun tərcüməsində Mixail Bulqakovun "İt ürəyi" və Erix Mariya Remarkın "Borc həyat" əsərləri çapa hazırlanır.

    Fərican Yarən həm də Aleksandr Blok, Marina Svetayeva, Boris Pasternak, Sergey Yesenin, Fyodor Tyutçev, Anna Axmatova, Vladimir Kirşon, Yevgeni Yevtuşenko, Çarlz Bukovski və digər məşhur müəlliflərin şeirlərini dilimizə çevirir.

    Rubrikamızın ilk sayında Fərican Yarənin tərcümələrini təqdim edirik.

     

    Çarlz Bukovski “Mavi quş”

     

    Mavi quş yaşayır sinəmdə mənim,

    Uçub qurtulmağa can atır hər an

    Amma mən elə də əfəl deyiləm,

    Başımı piyləmək gəlməsin asan.

    Deyirəm, qaxıl qal, cırma sinəmi.

    Qoymaram insanlar görsünlər səni.

     

    Mavi quş yaşayır sinəmdə mənim

    Uçub qurtulmağa can atır hər an

    Viski gillədirəm sinəmə hərdən,

    Bir qullab alıram siqaretimdən,

    Nə barmen, nə də ki fahişələrim,

    Baqqaldakı adam, bilməyəcəklər

    Mavi quş yaşayır sinəmdə mənim.

     

    Mavi quş yaşayır sinəmdə mənim,

    Uçub qurtulmağa can atır hər an

    Amma mən elə də əfəl deyiləm,

    Başımı piyləmək gəlməsin asan.

    Deyirəm, boylanma, başın dinc dursun,

    Niyə sənə görə hər şey pozulsun,

    İşlərim yolunda getməsin mənim,

    Düşsün Avropada dividendlərim.

     

    Mavi quş yaşayır sinəmdə mənim,

    Uçub qurtulmağa can atır hər an

    Əlbəttə, ağlımı itirməmişəm,

    Gecələr açıram hərdən sinəmi,

    İnsanlar yatanda

    Get, gəz deyirəm.

    Deyirəm, bilirəm,

    Ordasan amma,

    Qüssəyə qapılma,

    Sonra yenə də

    Sinəmin həbsinə atıram onu.

    O da şərqi deyir, həzindir səsi.

    Qoymaram dayansın onun nəfəsi.

    Bir yerdə yatırıq,

    Elə bil quşla

    Xəlvət sövdələşmə imzalamışıq,

    Axı nəyi pisdir,

    Bu boyda kişi,

    Oturub ağlaya bilər gizlicə.

    Amma ağlamıram,

    Bəs siz,

    Siz necə?!

     

     

    Anna Axmatova.  “İyirmi biri. Gecə.Bazar ertəsi”

     

    İyirmi biri. Gecə. Bazar ertəsi.

    Paytaxtın ziyası düşür gecəyə.

    Nə vaxtsa bir sərsəm nağıl uydurub

    Guya bu dünyada sevgi var deyə.

     

    Min nəğmə deyirlər qəlblər sevgidən,

    Ya heydən düşüblər, ya boş qalıblar.

    Görüşə can atıb, qaçıb həsrətdən

    İnsanlar sevgiyə çox inanıblar.

     

    Amma sirlərini bu ağır hissin

    Çətin ki çox olar anlayan, duyan.

    Bilmədən özüm də düşdüm bu dərdə

    - Elə bil xəstəyəm mən də o vaxtdan...

     

     

    Gennadi Şpalikov

    “Bədbəxtlikdən, ya da xoşbəxtlikdən həqiqət sadədir...”

     

    Bədbəxtlikdən, xoşbəxtlikdən

    Həqiqət birdi:

    Bir də ötüb-keçənlərə

    Qayıtma geri.

     

    Dədə-baba yurdu sənə

    Doğma da gəlsə,

    İtib,

    tapmarıq heç nəyi

    Nə mən, nə də sən.

     

    Geri gedən yolları da

    Bağlayaq gərək.

    Bulandırma könlümüzü,

    Dayan bir görək.

     

    Qaçıb getsəm, heç kim məni-

    Qaytaran deyil

    Ayağımda keçə çəkmə.

    Qırx beşinci il.

     

    Qırx beşinci il, Ilahi,

    Elə uzaqdı.

    Kaş görəydim, anam cavan,

    Atam da sağdı...

     

     

     

    Paul Tselan “TENEBRAE”

     

    Yanındayıq, İlahi, yanındayıq.

    Çatar, uzatsan əlini.

    Elə yaxınıq ki, sənə, İlahi,

    Bir zəncirin halqaları kimi iç-içə.

    elə bil hər birimizin bədəni

    Sənin bədənindir, İlahi.

    Çoxlu dua elə, İlahi,

    Dua elə bizə.

    Axı yanındayıq.

    Tən, dürüst getmədik bu yolu,

    Getdik biz, qabağında

    O teştin, məlun vulkanın

    Əyilək, təşnəmizi yatıraq.

    Qan idi içdiyimiz.

    Sənin axıtdığın

    Qıpqırmızı qan idi, İlahi.

    Elə bərq vururdu, İlahi.

    Surətin qamaşdırmışdı gözlərimizi.

    Ağzın açıq, gözlərin bomboş idi, İlahi.

    Təşnəmizi yatırdıq, İlahi.

    İçdik onu, çəkdik canımıza

    surətinə hopmuş o qanı.

    Biz yanındayıq,

    Səninləyik, İlahi.

    Əsirgəmə duanı...

     

     

     

    Aleksandr Blok. "Kilsənin xorunda oxuyurdu qız”

     

    Kilsənin xorunda oxuyurdu qız,

    Qürbət diyarların miskinlərindən,

    Dənizdə qərq olan gəmilər haqda,

    Bir də bu həyatın küskünlərindən.

     

    Səsi ucalırdı günbəzə onun,

    Ağappaq çiynində şölə yanırdı.

    Hamı qaranlıqdan baxırdı ona,

    Ağ donu şəfəqdə dalğalanırdı.

     

    Hamı ümidlənib inanırdı ki,

    Kiçik körfəzdədir itən gəmilər.

    Qürbət diyarlarda güzəran qurub

    Xoş ömür sürürlər bəxtə küskünlər.

     

    Səsi də şirindi, nuru da zərif,

    Yeddinci qatında göylərin ancaq

    Körpə ağlayırdı, çünki bilirdi,

    Gedənlər bir daha qayıtmayacaq...

     

     

    Aleksandr Blok. "Gecə, küçə, fənər, aptek".

     

    Gecə, küçə, fənər, aptek, 
    Mənasız və tutqun işıq. 
    Yenə yüz il yaşasaq da, 
    Sonu yoxdur. Alışmışıq.

    Öləcəyik. Yenə başdan 
    Yaşanacaq əvvəlkilər.
    Gecə. Arxın buzlu suyu, 
    Aptek, küçə, bir də fənər...

     

     

    Sergey Yesenin “Sərdim sənin yatağına...

     

    Sərdim sənin yatağına

    Yarısolmuş çiçəkləri,

     Töküldülər ləçək-ləçək

    Yorğun düşən istəklərim.

     

    Pıçıldadım şəbbulara

    Öləziyən eşqimizdən,

    Bir də mənə bəhs eləmə

    Qəmli görüş yerimizdən.

     

    Yaşamırıq, dərd çəkirik.

    Gözəl gəlir bizə hər an

    Qızmaz soyuq dodaqlarım

    Öpüşünün alovundan.

     

    Gözlərində yazılsa da

    “Sevməmisən, nə biləsən”,

    İnan, yaxşı bilirəm ki,

    Ürəyində nə çəkirsən...

     

     

    Boris Pasternak Məşhur olmaq yaxşı deyil”

     

    Məşhur olmaq yaxşı deyil. 

    O ucaltmır bizi göyə.

    Dəyməz arxiv yazıların

    Üzərində titrəməyə.

     

    Nədir sənət? Fəda olmaq!

    Nə qalmaqal, nə uğurdur.

    Heç bir məna kəsb etmədən

    Şöhrət tapmaq - ucuzluqdur.

     

    Yalan şöhrət ad gətirməz,

    Gərək elə yaşayasan-

    Gələcəkdən təpər alıb,

    Əsl sevgi qazanasan.

     

    Yazıda yox, taleyində

    Hərdən boş yer buraxasan,

    Həyatına başlıq qoyub

    Fəsil- fəsil ayırasan.

     

    Xəlvət yerə çəkiləsən,

    Gizlədəsən izlərini.

    Bütün şəhər başdan-başa

    Ağ dumanda gəzsin səni.

     

    Yolun ilə gedəcəklər

    Səndən sonra gələnlər də.

    Sayma, axı özünündür

    İtkilər də, zəfərlər də.

     

    Bir də, heç vaxt öz simandan

    Üz çevirmə zərrə qədər.

    Təki yaşa, yaşa təki,

    Təki yaşa, sona qədər...