Xəbər lenti

  • 2017-02-22
  • 18:54 "Lapşin heç nədən şikayət etmir"
    18:44 Cocuq Mərcanlıda yoxlanışlar davam edir
    18:29 Prezident nazirliyə 2 milyon manat ayırdı
    18:16 Mehman Əliyev:
    18:08 Abituriyentlərin nəzərinə: Bunu mütləq etməlisiniz
    17:45 Rusiya Azərbaycan vətəndaşını axtarışa verdi
    17:28 Binali Yıldırım:Referendumda yox çıxarsa...
    17:26 Manatın sabaha olan məzənnəsi
    17:05 Ərdoğan prokurorluğa şikayət etdi
    17:00 Sabah bu yollarda hərəkət məhdudlaşacaq
    16:54 Oqtay Əsədov Mehriban Əliyevaya təbrik məktubu göndərdi
    16:52 Hərbi qulluqçumuz şəhid oldu
    16:50 Lavrov erməni həmkarına "Dostluq ordeni" verdi
    16:50 Türkiyə 80 min suriyalıya vətəndaşlıq verəcək
    16:36 Ərdoğanla Trampın görüşəcəkləri tarix açıqlandı
    16:30 Lavrov: "ATƏT sədrlərinin formatına alternativ yoxdur"
    16:15 Nikki Haley:"ABŞ Dağlıq Qarabağla bağlı Minsk prosesinə sadiqdir”
    16:05 İlham Əliyev Yaponiyanın dövlət nazirini qəbul etdi
    15:58 Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının iclası olacaq
    15:46 Belarusda "Azərbaycan Ticarət Evi" təsis edilib
    15:33 Yəmənin baş qərargah rəsinin müavini öldürüldü
    15:12 Fikri İşıq: “Moskva PYD ilə bağlı bizim mövqeyimizi bölüşmür”
    15:06 İran Rusiyadan təyyarə alacaq
    15:00 Dağıstanda Xocalı soyqırımının qurbanları yad edilib
    14:49 Fələstin baş nazirinin müavini Azərbaycana gələcək
    14:32 Kipr danışıqlarına türk tərəfi qatılmayacaq
    14:13 Türkiyədə qadın hərbçilər hicab taxa biləcəklər
    14:03 CHP-nin sözçüsü ölümlə təhdid edildi
    13:55 "Ermənistanın məğlubiyyətləri davam edəcək"
    13:43 Qobustanda zəlzələ olub
    13:40 Məhkəmə Ərdoğana qarşı təzminat davasını rədd etdi
    13:39 Krıma yeni baş nazir təyin olundu
    13:25 Ramil Usubov Almaniyada səfərdədir
    13:08 Azərbaycanda 2 ailədə nadir xəstəlik tapıldı
    13:05 ABŞ xeyli sayda miqrantı həbs edəcək
    13:04 "Qarabağda "referendum" keçirilməsi qanunsuzdur"
    12:44 Sabaha olan hava proqnozu
    12:43 Ankarada Elmar Məmmədyarov və Çavuşoğlu görüşüblər
    12:36 Hemofiliya xəstələrinin sayı artıb
    12:22 Qazaxıstan və Azərbaycan parlament nümayəndələri görüşüb
    12:17 Rusiyalı politoloqlar Mehriban Əliyevanın vitse-prezident olması haqda
    11:58 Kim Çen İnin qardaşının ölümündə şübhəli bilinən diplomat axtarışa verildi
    11:28 Rusiya və ABŞ Rakkada birgə əməliyyatlara başlaya bilər
    11:25 Yanukoviç: "Donbassın statusu ilə bağlı referendum keçirilməlidir"
    11:07 Tehranda partlayış: 5 nəfər öldü
    11:05 "Fərat Qalxanı"nda 14 İŞİD-çi öldürüldü
    10:56 Sinqapurda nadir təbiət hadisəsi baş verdi - VİDEO
    10:48 Pakistanın baş naziri Türkiyəyə gəlir
    10:47 Türkiyə və Yunanıstanın hərbi gəmiləri təhlükəli şəkildə yaxınlaşdı
    10:37 İlham Əliyev ABŞ-ın nümayəndə heyətini qəbul etdi
    12
    09:46:55
    Aprel
    795 nəfər oxuyub

    Alik Əlioğlunun şeir və esseləri

    “Yaradıcı” rubrikasının ikinci sayının qonağı gənc şair Alik Əlioğludu.

    Alik Əlioğlu şeirlər və esselər yazır. Bir kitabı var. Ədəbi qruplardan kənardadır. Öz işi ilə məşğul olur və ara-sıra dövrü mətbuatda və internet dərgilərində dərc olunur.

     

    Yad şəhərdə
    Səhərlər durub tanımadığımız
    Bir şəhərin dar
    küçələrini süpürürük, zibilini daşıyırıq

    Gecələr
    Oyanıb dərisini gün yandırmış
    Qıvrım cod saçlı yetim uşaqlara
    Ən xoşbəxt şahzadənin nağılını danışırıq...

    Kimsə gəlməlidir.
    Günlər uzanır və heç kəs gəlmir.

    Geriyə baxmaq dəhşətlidir.
    Görürsən ki,
    Illər öncə qulağını qatar relsinə dirəyib
    Qatarın səsini dinləməklə
    Uzaqlar arzusunda yaşadığınçün
    Səni gətirib uzaqlara atıblar...

    Görürsən ki, yiyəsizsən...

    Görürsən ki, bu amansız məhəllədə
    Günbəgün itlər də yoxa çıxır,
    Pişiklər də...
    Bilmirsən öldürürlər, ya azdırırlar...
    Və sən
    Bilmirsən hönkürüb ağlayasan
    Ya sadəcə kədərlənəsən...

    Elə bir doğma adam gəlməlidir ki,
    Onu öpmək yox, qoxulamaq istəyəsən.
    Yanında olduğuna əmin olmaq üçün
    əlini üzünə qoyub yoxlamaq istəyəsən...

    Günlər uzanır. Heç kəs gəlmir...

    Və sən bir-bir ölürsən...

     

    Atamın əziz xatirəsinə
    Yuxuda atamı gördüm…
    Hələ də həminki kimi arıq
    Və ciddidir…
    “Ata, adamlar məni yaman incidir…” dedim.
    Gözü yaşardı…
    …………..
    …………..
    Sonra haradasa
    Top oynadıq…
    Mən uddum! )))
    Atam məni qucağına
    alıb başımdan öpdü…
    Sonra yerimə uzandım,
    Üstümü örtdü
    Və getdi…

     

    Qadının təkliyi
    Ah, bu nə ümidsizlikdir
    Gecədə
    Yerimin içində
    Anamın ağrıdan iniltisini və
    Bethovenin musiqisini dinləyirəm...
    “Təklik” deyə vahiməli 
    qadın pıçıltısı gəlir qulağıma...
    Tək yaşayan qadınların kişisidir ağrı,
    Xəstəlik...
    Hələ üstəlik
    Bir az da gərginlik və əsəb...
    Ah, qadın və əzab...
    Sevgi görməyən gözlərini 
    Torpaqdan ayır
    Göyə bax,
    Günəş saçını darayır...

    Ondan bir az sevgi istə
    Allaha qucaq-qucaq
    Bu dəfə sonundan başla,
    Axşama günəş çıxacaq...


     

    Bilirəm
    kimsə olmalıdır
    Qaranlıqlarda,
    Kimsə önümüzə 
    Çıxacaq mütləq...
    Ya sonumuza...

    Kimsə dünənləri geri gətirəcək,
    Ya da sabahlara 
    Aparacaq bizi...

    Bilirəm, kimsə gizlənib
    Küçələrdə,
    Adamların arasında...
    Bilirəm, onun bizə yazığı gəlir...

    Biləyimiz poladdan deyil,
    Ürəyimiz daşdan...
    Ümumiyyətlə metal-daş qarışığımız yoxdur.

    Hər gün azalır
    Qəhrəmanlıq türküsü oxuyan
    Qarovulların sayı...

    Kimlərə qoşulub ağlamalıyıq,
    Kimlərə qoşulub 
    Gülümsəməli...

    Kəsməliyik 
    Kəllə vuran gədələrin boş başını,
    Kəsməli...

    Kimlərə qoşulub ağlamalıyıq,
    Kimlərə qoşulub gülümsəməli...

    Kim xatırlayacaq
    Divarlara qısılan acları,
    Kim bağrına basacaq 
    təklikdə
    Ağlayan balacaları...

    Bilirəm, kimsə olmalıdır
    Qaranlıqlarda,
    Kimsə önümüzə 
    Çıxacaq mütləq...
    Ya sonumuza


    :(
    Biz onunla çox tez dostlaşdıq. Onu tanıyandan özümü daha çox sevməyə başladım. “Hətta bir qoyunla dostlaşa bilən adam mükəmməldir” – özüm barədə təxminən bu cür düşünməyə başladım. )) Məni görən kimi mələyirdi və məhəbbətlə baxırdı. Qulaqlarını çox sevdim. Tez-tez sığalladım. Axşam susuz olduğunu duydum. Qaranlıqda həyətə çıxanda fağır baxışlarla baxdığını gördüm. Su verdim. Sağol demək istədi – hiss elədim. Müharibələrdə əsir düşənləri xatırladım... 
    Səhər qibləni müəyyənləşdirdik. Yerə yıxdıq. Kəsdik. 
    Qardaşımın oğlu qoyunun kəsilmiş başını görüb ağlamağa başladı. Mən isə onu sakitləşdirdim: Ağlama, o xoşbəxtdir, bax, gülür...

    Jozefina
    Kaş sənin adın Jozefina olardı... Mən sənə balaca dibçəkdə öz əllərimlə iki yarpaqlı balaca bir çiçək yetişdirərdim, adını bilmədiyim, amma gözəl... Yanına bir kəpənək buraxardım. Bilirəm, dostluq eləyərdik. Sən məndən utanmazdın. Evimin divarlarından çılpaq qadın rəsmləri asardım. 
    Velosiped ustası olardım. Uşaqların velosipedini düzəldərdim. Başıma yığışardı hamısı, məni çox istəyərdilər... Səni də...
    Muğam axşamlarına aparardım. Deyərdim ki dinlə... Dinləyərdin... Bir şey anlamazdın... ))) 
    Taxtadan ev düzəldərdim üşüyən küçə köpəklərinə... 
    İkimiz də Camay-in reklamına çəkilərdik. Ssenarini bilmədən kamera qarşısında öpüşərdik. Rejissorun xoşuna gələrdi və gülümsəyərdi. Çıxarmazdı öpüşümüzü kadrdan. 
    Mənə fransız dili öyrətməyə çalışardın. Mən sənə azərbaycan dili: Q-a-d-ı-n, Qaa-dııın...
    Mən sənə SMS yazardım, sadəcə adından ibarət: Jozefina... Sən isə mənə cavab yazardın, sadəcə adımdan ibarət... Anlayardıq nə istədiymizi... )))
    Sevgi ssenarisini tamam dəyişərdik. Hər kəs kimi ayrılmazdıq. Etiraz edərdik rejissora da, ssenari müəllifinə də. Çıxardıq tamam kardrdan. Gedib bir  kənarda qocalana qədər yaşayardıq və eyni gündə ölərdik... Ah, Jozefina... Bağışla, mənim adım Aleksandro deyil, Alikdir... 

    Ev və bir qadın...!!!
    O evi xatırlayırsan? Qəribə naxışlarla bəzənmiş divarları gözümdən getmir. Bazar günləri pəncərədən baxanda bir qadın görürdüm. Taksilər dayanan meydanda rəqs eləyirdi. Mənə demişdilər ki, o, psixi xəstədir və hər bazar günü necə olursa xəstəxanadan qaçıb gəlib burada rəqs eləyir. Adı Fəridədir. Hər bazar günü ona baxırdım. Həmişə bir –iki saat rəqs eləyəndən sonra gəlib aparırdılar, növbəti həftə eyni şey yenə təkrarlanırdı. Hər dəfə avtomobilə mindirəndə qışqırırdı ki, buraxın oynayım, yeni ilə qədər oynayım... 
    Oktyabrın əvvəllərindən bir daha Fəridəni görmədim. Yatağa bağlı rejimə keçirmişdilər.  Elə onu görmədiyim vaxtlardan onunla bağlı bir roman yazmağa başladım. Xəbərsiz olduğum həyatını özüm təsəvvür elədiyim kimi təsvir elədim. Guya ərini gözünün qabağında öldürdüklərinə görə dəli olmuşdu. Sonunu isə çox yaxşı bitirdim. Guya müalicə üçün İrana aparırlar və orada sağalır. 
    Bu yeni il bazar gününə düşdü. Bir neçə gün öncədən taksi meydanında böyük bir şam ağacı bəzədilər. Bazar günü səhər tezdən ağacın üstündə yeni “oyuncaq” asılmışdı: Fəridənin cəsədi...
    Sonralar köçdüm o evdən...
    O evi xatırlayırsan? Qəribə naxışlarla bəzənmiş divarları gözümdən getmir...