Xəbər lenti

  • 2017-02-19
  • 16:00 Qərbi Mosulun iki yaşayış məntəqəsi İŞİD-dən azad olunub
    15:27 ABŞ Cənub Şərqi Çin dənizinə aviadaşıyıcı zərbə qrupu göndərib
    15:02 Əfqanıstanda 14 nəfər donvurma nəticəsində ölüb
    14:43 Azərbaycanda xəstəxana yandı
    14:03 ABŞ Polşaya daha minə yaxın hərbçi göndərir
    13:34 İran nüvə silahı istehsal etmək niyyətində deyil
    13:08 Bakıda Dünya Kubokunun finallarına start verildi
    12:19 Konqoda silahlılar 25 dinc sakini öldürüb
    12:05 Sabaha olan hava proqnozu
    11:42 Ermənilər atəşkəsi 37 dəfə pozdu
    11:26 Bu bazar Vurğun Əyyub tövsiyə edir...
    11:25 Tramp: "Mən NATO-nun fanatıyam"
    10:42 Zannier:Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş yoxdur
    10:26 Mosulun qərb hissəsinin azad olunmasına başlanıldı
    10:12 Çində 2020-ci ilədək 74 hava limanı inşa olunacaq
    09:46 Həmid Rza Bakai prezidentliyə namizəd oldu
    09:35 Qatar relsdən çıxdı: ölən və yaralananlar var
  • 2017-02-18
  • 23:57 Çilidə 6,4 bal gücündə zəlzələ olub
    23:46 Şahan Gökbakar "Receb İvedik 5" qərarını açıqladı
    23:26 Binali Yıldırım Mayk Penslə görüşdü
    23:13 Misir Qəzza ilə sərhəd qapısını açdı
    22:53 Prezident Münxendə panel-müzakirədə iştirak edib
    22:38 Poroşenko: "Putin beynəlxalq hüququ pozur"
    22:15 Ərdoğanı seçkilərdən əvvəl prezident elan etdilər
    22:00 İrəvanda etiraz aksiyası keçirilir
    21:42 Tarif Şurası: "Həqiqətə uyğun olmayan məlumatlar gəzir"
    21:33 Qənirə Paşayeva: "Azərbaycanın arxasında Türkiyə var"
    21:07 Binali Yıldırım: "Türkiyə ordusu Raqqaya girməyəcək"
    20:54 Rusiya "DXR" və "LXR"in verdiyi pasportları tanıdı
    20:49 Prosineçki iddialara cavab verdi
    20:31 AKP üzvünə Atatürkü təhqir etdiyi üçün cinayət işi açıldı
    20:06 Türkiyə hava limanında bomba həyəcanı
    19:56 "Azadlıq" qəzetinin müxbiri əfv olunmaq üçün prezidentə müraciət etdi
    19:38 Elmar Məmmədyarov Rumıniyanın xarici işlər naziri ilə görüşüb
    19:15 Cocuq Mərcanlıda minaatan mərmi aşkarlandı
    18:55 Belçikada qatar relsdən çıxıb, ölən və yaralananlar var
    18:40 Ziya Məmmədovun saytları Ramil Usubovu "vurur"?
    18:32 Bu il Novruz bayramı necə keçiriləcək?
    18:11 Tayvan sahillərində zəlzələ - 4,4 bal gücündə
    17:54 Çin Şimali Koreyadan kömür idxalını dayandıracaq
    17:45 Elmar Məmmədyarov ATƏT-in baş katibinə Yerevan ofisini şikayət etdi
    17:26 Hulusi Akar prokurorluğa çağrıldı
    17:10 MHP müxalifləri referenduma "Yox" dedi
    16:57 800 uşaq qidadan zəhərləndi - YAPONİYADA
    16:45 Prezident BMT-nin baş katibi ilə görüşdü
    16:33 Şanlıurfadakı terraktı PKK törədib
    16:08 Ceyms Ceffrey: "Suriyanı Rusiya və İrana peşkəş çəkə bilmərik"
    15:54 "Milan" klubu Çinə satılır
    15:39 SOCAR İrana beynəlxalq şirkət yaratmağı təklif etdi
    15:32 Bu kinoteatr dünyada bir ilk olacaq
    15:10 Həbsdə olan zabit erməni nazirə açıq məktub yazdı
    14:56 İlham Əliyev Türkiyənin baş naziri ilə görüşdü
    14:43 Bu, həmin dövlətlərin Azərbaycanla olan münasibətlərindən asılıdır - Vahid Əhmədov
    14:27 ABŞ İranın nüvə silahı əldə etməsinə mane olacaq
    14:12 Neft Fondunun aktivləri azalıb
    14:11 Daha bir itkin düşən neftçinin meyiti tapıldı
    13:54 Netanyahu Trampı İsrailə dəvət etdi
    13:48 Azərbaycanda kreditlər ucuzlaşıb
    13:26 İndoneziyada Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib
    13:09 Azərbaycan prezidenti Münhendə Binəli Yıldırımla görüşüb
    12:51 Azərbaycan hərbçiləri beynəlxalq tədbirdə iştirak edir
    12:45 Belarus İranla neft tədarükünə dair saziş imzalayıb
    12:33 Fələstin İsrail arasında yenidən gərginlik
    12:05 Binəli Yıldırım və Merkel görüşdü
    11:58 İran Qarabağda keçiriləcək referendumu tanımır
    11:53 İstirahət gününə olan hava proqnozu
    11:50 İtaliyanın iqtisadiyyat naziri Bakıya gəlir
    03
    11:24:57
    May
    1464 nəfər oxuyub

    “Yaradıcı” Raqif Raufoğlu

    “Yaradıcı” rubrikasının bu dəfəki qonağı Raqif Raufoğlu 1984-cü ildə Bakıda anadan olub. İxtisasca iqtisadçıdır, amma heç vaxt o sahədə işləməyib. Müxtəlif işlərdə çalışıb, zaman-zaman dostları ilə birlikdə jurnallar da çap etdirib. 2009-cu ildən 106.3 FM-də çalışır. 

    İlk şeirini 10-cu sinifdə oxuyanda, bir çoxları kimi mütaliədən həvəslənərək yazıb. Universitetdə oxuyarkən ədəbiyyata daha ciddi yanaşmağa başlayıb. Ayrı-ayrı qəzetlərdə, almanaxlarda çap olunandan sonra 2003-cü ildə ilk dəfə öz şeirlər kitabını çıxardıb, lakin sonra kitabı gizlədib. Bir müddət ancaq yazmaqla məşğul olub. 2009-cu ildə özünü tərcüməçi kimi sınayıb, Obamanın "Dreams from my father" kitabını Azərbaycan dilinə tərcümə edib. Facebookda dostları ilə birlikdə virtual dərnək – “Ölü yazarlar dərnəyi” yaradıb, üç müəllifin birgə yazılarını elə həmin adla ayrıca kitab kimi çap etdiriblər. 2014-cü ildə "Qadağan olunmuş kitab" adlı nəsr əsərini çap etdirib, ardınca “Çirkinlik” adlı şeirlər kitabı işıq üzü görüb. 

     

    Adam

    Sən düz eləyirsən,
    Başqa cür də olmaz.
    Adam unutmadığından danışmaz.
    Susar.
    Həmişə unutduğundan danışar
    Yorulmaz.
    Adam sükutdan utanmaz
    Qışqırar.
    Amma səs-küydən utanar.
    Danışmaz.
    Adam anladığı şeylərlə oynamaz.
    Ağlayar
    Vallah elə-belə olar.
    Adam güldüyü şeylərə uduzar.
    Deməz.
    Heç vaxt aldada bilmədiyini sevməz.
    Qorxar.
    Adam aldada bildiyinə vurular.
    Bilməz.
    Bilsə də heç nə dəyişməz.
    Çırpınar, çırpınar,
    Yenə də oxşamaq istəmədiyinə oxşayar
    Öyrəşər,
    Adam bax belə adiləşər.
    Vecinə almaz,
    Düşünər ki, bir dəfə ilə heç nə olmaz.
    Olar,
    Adamı həmin olmazlar yandırar.
    Səsi də çıxmaz.
    Güzgüyə baxar-baxmaz,
    Özündən qaçar.
    Hamıya, hər yerə sığınar.
    Axırda kimisə tapar.
    Yeni qorxular başlayar tapar-tapmaz,
    Adam adamı tapdığı yerə qoymaz.
    Özünü yeyib-bitirər,
    Adam adamı çox vaxt tapdığı yerdə itirər.

     

    Düz darıxmırsan
     

    Düz darıxmırsan, tək adam! 
    Şairlər səni aldadıblar. 
    Nə ağaclar, nə pıçıltı, nə quşlar? 
    Əslində özü üçün yağışlar.

    Düz darıxmırsan tək adam. 
    Şairlər səni aldadıblar. 
    Nə xəzri, nə gilavar?
    Nə cinlər, nə mələklər?
    Əslində kor olur küləklər.

    Düz darıxmırsan tək adam. 
    Şairlər səni aldadıblar. 
    Nə sevgi, nə xəyanət, nə ədalət? 
    Əslində lal olur həqiqət.

    Düz darıxmırsan tək adam. 
    Şairlər səni aldadıblar. 
    Nə darıxmaq, nə duyğular, nə hisslər?
    Öz həyatını yaşayır doğmalar, əzizlər.

    Düz darıxmırsan, tək adam! 
    Şairlər səni aldadıblar. 
    Nə kitablar, nə dəftərlər-kağızlar? 
    Əslində pul üçün yazılır yazılar.

    Düz darıxmırsan tək adam, 
    Şairlər səni aldadıblar. 
    Indi tut əlimdən, ayağa qalx. 
    Gəl bərabər darıxaq. 
    Belə yaşayır da bu şəhərə gələnlər.
    Şəhər adamların çoxluğundan 
    Adamlarsa tənhalıqdan yanır. 
    Ona görə şairlərə inanır, 
    Sevgi qəzasında doğulub
    Avtomobil qəzasında ölənlər.

     

    4 MÜRACİƏT!
     

    Bu məktubdan sənə də gələcək bir gün
    Əlinin qələm, dilinin söz tutmadığı vaxtında
    Oturub əmrlər verərkən taxtında
    Yazacaq sənə balaca üsyankar:
    “Dur! Dur rədd ol qoca kaftar!
    Lazım deyil mənə böyüklüyün, adın
    Mənə gəncliyimi yaşatmadın...

    Bu günlərdən sənə də gələcək bir gün,
    Sübut etməyə çalışacaqsan dahi keçmişini.
    Danışacaqsan hamının səni tanımasından
    Bir dediyinin iki olmamasından
    Hətta danışmağından, gülməyindən
    Sevməyindən, sevilməyindən.
    Guya belə olub əslində.
    Az qala
    “Vallah mən var idim” şəklində...

    Bu sükutdan sənə də gələcək bir gün
    Bütün dediklərin susduracaq səni.
    Müdrik-müdrik baxıb güləcəksən.
    Əsl müdrikliyin gələcəkdədir.
    Bircə cümlə söz yazıb öləcəksən:
    Yaşamağın sirri nəyisə deməkdə yox,
    Deməməkdədir.

    Bu suallardan mənə də gələcək bir gün.
    Hara getdin, niyə getdin, ay iddialı adam?
    Gözlərimi döyüb baxacam.
    Çatılacaq qaşlarım.
    Yəqin ki, belə cavab verəcəm:
    Sizi deyib getmişəm
    Ey mənim müsəlman bacı-qardaşlarım...

     

    Əgər sən çıxıb getməsən…
     

    Əgər mən çıxıb getməsəm,
    Sənin darıxmağa heç kimin olmayacaq bir də.
    Get-gedə getmək də istəməyəcəksən,
    Getmək istədiyin şəhərdən.
    Səni gözləyən də olmayacaq
    Getmək istədiyin şəhərdə… 
    Əgər sən çıxıb getməsən
    Bu yorğun adamların arasından bir gün.
    Getmək istədiyin şəhərə oxşayacaqsan
    Hər gün.
    Axırına çıxacaq bax bu məqamlar:
    Ömrün boyu barmaqla göstərib
    “Getmək istəyən adam” çağıracaqlar səni.
    Əllərindən çıxıb getmək istədiyin adamlar... 
    Əgər sən çıxıb getməsən
    Bu adamların sonuna.
    Hər gün zəng gələcək telefonuna:
    - Gəl, gəl borcunu ödə.
    - Borcu? Mən?
    - Yox dədən. Əlbəttə sən.
    Ata borcu! Ana borcu! Vətən borcu!
    Və adına yazılan hər gələn borcu!..
    Əgər sən çıxıb getməsən
    İndi özündən
    Həmişə axtaracaqsan özünü
    Soruşacaqsan hərdən
    Səni axtarmayan adamlardan.
    Bütün getməyənlər özünü axtaracaq səndə
    Qalmaq abidəsi qoyulacaq qaldığın yerdə.
    Beləliklə, sən
    Mənim kimi heç vaxt
    Getmək istədiyim şəhərdən çıxıb
    Getmək istədiyin şəhərə gedə bilməyəcəksən..

     

    Sabah da dekabrdı

    Sabah da dekabrdır,
    Xəbərlər qar dedilər.
    Vəziyyət çox ağırdır,
    Külək də var dedilər.

    Yenə bu zibil otaq,
    Pərdə düşüb yarıya.
    Kimin ilə danışaq?
    Nəsə olub hamıya.

    Çöl-bayıra çıxmağa,
    Uşaqlar da qalmayıb.
    Pəncərədən baxmağa,
    Uzaqlar da qalmayıb.

    Bu xaraba şəhərdə,
    Hamı belə dolanır.
    Bir yarımçıq pərdə də,
    O yandan aralanır.

    Adam səhərlər gülür,
    Axşamlar havalanır.
    Hər gün bir nəfər ölür,
    Bir nəfər yaralanır.


    Tiflisdə
    Ən gözəl yağışlar Tiflisə yağır,
    Ən böyük ümidlər Bakıda ölür.
    Tanrı bu şəhərə şimaldan baxır,
    Bu şəhər Tanrını qiblədə görür.

    Ən dərin yuxular Təbrizdə yatır,
    Bütün yuxuları Moskva yozur.
    Böyüdür, kiçildir, dartır, uzadır.
    İstanbul gözləyə-gözləyə susur.

    Ən gizli xəbərlər Parisdən gəlir
    Açılır, açılır, Qarabağ olur.
    Içəridən çıxan üç kişi gülür,
    Bir boz, bir sarışın, bir də ağ olur.

    Qafqaz bir qəribə sevgini bölür.
    Adam əsəbləşir, uzaqdan baxır,
    Ən böyük ümidlər Bakıda ölür.
    Ən gözəl yağışlar Tiflisə yağır.

    ***
    Dünyanı satdılar yaxşı adamlar,
    Cəzasız saxlayıb pis adamları.
    İndi də ağzına su alıb mumlar,
    Yaxşı adamların öz adamları.
    Dünyanı satdılar yaxşı adamlar,
    Bizə pislikləri öyrətmədilər.
    Baxdılar narazı gözlərimizə,
    Bir cümlə sözü də söylətmədilər
    Dünyanı satdılar yaxşı adamlar
    Əlləri aşağı vaxtına düşdü
    Yaxşılar pislərin tilovlarına
    Pislər yaxşıların bəxtina düşüdü
    Dünyanı satdılar yaxşı adamlar,
    Gəldilər, baxdılar, susub getdilər.
    Nə bilirdilərsə tez unutdular,
    Nə bilmirdilərsə yazıb getdilər.
    Və biz formalaşdıq - yazıq, avamlar,
    Onlarsa yaxşıya qarşı oldular
    Dünyanı satdılar yaxşı adamlar,
    Satdılar və sonra yaxşı oldular.


    “Sənin sağlığına içirəm, Vətən!”