Xəbər lenti

  • 2017-03-25
  • 15:25 Kılıçdaroğlu: 4 milyon suriyalıya vətəndaşlıq veriləcək
    15:10 "Bakı-Tbilisi-Qars Qara dənizdən çəkiləcək dəmir yoluna birləşdiriləcək"
    15:00 Azərbaycana yaşamağa gələnlər gedənlərdən çoxdur
    14:45 Romada Avropa İttifaqının yubiley sammiti başlayıb
    14:37 Bərzani Kürdüstandan danışdı: Türkiyə də hazırdır...
    14:15 İngiltərə də FETÖ ilə bağlı iddiaları qəbul etmədi
    13:53 Xəzərdə zəlzələ olub
    13:35 Suriyada hava hücumu: 12 nəfər dinc sakin öldü
    13:16 Flinn Fətullah Güləni ABŞ-dan qaçırıb Türkiyəyə verəcəkdi - İDDİA
    12:49 Tramp Yunkerlə Tusku səhv saldı
    12:30 Merkel: Aİ çox səhvlərə yol verib
    12:15 Həftə sonuna olan hava proqnozu
    12:00 Azərbaycan nefti ucuzlaşdı
    11:50 ABŞ-ın hərbi təyyarəsi İndoneziyada məcburi eniş etdi
    11:37 Rusiya Bakıda doğulan ermənini beynəlxalq axtarışa verdi
    11:17 Yunker: "Balkan yarımadasında müharibə başlaya bilər"
    10:52 Bayram günləri yol qəzalarında ölənlərin sayı artdı
    10:40 Samvel Babayan həbs edildi
    10:28 Ermənilər mövqelərimizi 117 dəfə atəşə tutub
    10:22 Tillerson Türkiyəyə bu tarixdə gedəcək
    09:57 Trampa zərbə: layihəsi qəbul olunmadı
    09:36 Qızıl bahalaşdı
    09:18 AB: Türkiyə atəşlə oynayır
  • 2017-03-24
  • 23:54 İranda 130 maşın toqquşdu: 59 yaralı
    23:40 Yıldırımdan Kılıçdaroğluna: Əyləci boşalmış avtomobil kimi...
    23:25 Anar Məmmədovun əmlaklarına həbs qoyuldu - Məhkəmə qərarı
    23:18 Türkiyəyə girmək istəyən 4 PKK-lı saxlanıldı
    22:57 Ərdoğan Türkiyə-Finlandiya matçını izlədi
    22:45 ABŞ-dan Səudiyyə Ərəbistanına növbəti məhkəmə şikayəti
    22:16 Nazirin biabırçı təqdimatı: Xaosun, terrorun memarı...
    21:48 Dünyanın 100 ən gözəl qadını seçildi - türklər də var
    21:36 ABŞ HİV-lə mübarizə üçün Ukraynaya 22 milyon dollar ayırdı
    21:12 İslamofobiçilərin gözlədiyi olmadı: London terrorçusunun əsl adı...
    20:57 Dəkkədə kamikadze özünü partlatdı
    20:43 Nalbandyanla Hoqland görüşdü: Qarabağdan danışdılar
    20:15 Türkiyədə yenə zəlzələ oldu
    20:00 Qırmızı iPhone 7 bu gün satışa çıxarılır
    19:45 "Bugatti" 39 min dollarlıq velosiped hazırladı
    19:23 İŞİD Çeçenistandakı hücumun məsuliyyətini üzərinə götürdü
    19:00 Türkiyə hökuməti “Mercedes”i araşdıracaq
    18:47 Serbiya NATO üzvü olmayacaq
    18:40 İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
    18:30 Putinlə Le Pen görüşdü
    18:09 Somali üçün SOS çağırışı: 100 mindən çox uşaq acından öləcək
    17:45 Kuşadasında miqrant qayığı batdı: 11 ölü
    17:30 London terroruna görə tutulanların sayı 9-a çatdı
    17:15 WikiLeaks-dən CİA ilə bağlı növbəti iddia
    17:00 Kiyevdə öldürülmüş sabiq millət vəkilinin qatili məlum oldu
    16:50 Angela Merkel: Türkiyədəki referendumu gözləyək
    16:37 Şimali Kipr referenduma erkən gedəcək
    16:17 Bolqarıstan türk jurnalistləri ölkəyə buraxmadı
    16:00 Kanadadan İslamofobiya əleyhinə qanun
    15:45 Berti Foqts Bakıya gəlib
    15:20 ABŞ-a gediş çətinləşir: yeni viza qaydaları
    15:05 İŞİD türkmən kəndinə basqın etdi: 5 nəfər güllələndi
    14:50 Venesuela əsgərləri Kolumbiyadan çıxdı
    14:40 Türkiyədə zəlzələ oldu
    14:26 Hüsnü Mübarək azadlığa buraxıldı
    14:06 Müdafiə naziri ön xətdə yoxlama apardı
    13:55 Ərdoğan britaniyalı nazirlə görüşəcək
    13:48 AFFA "Zirə" klubunu cərimələdi
    13:36 Lapşin anası ilə görüşdü
    13:25 SOCAR Ukraynaya aviasiya yanacağı satacaq
    13:15 "Sberbank"dan Dadaşeva bacıları haqda yazılanlara təkzib: Yalandır
    13:00 London terroruna görə Azərbaycan səfirliklərinin bayraqları endirildi
    12:55 Çeçenistanda toqquşma: 6 rus əsgəri öldürüldü
    12:44 Azərbaycanda yenilik: virtual laboratoriya yaradılır
    12:38 Qeyri-qanuni taksi sürənlər cərimələndi
    12:25 Sabah Bakıda 14 dərəcə isti olacaq
    12:18 Azərbaycan nefti bahalaşıb
    12:10 Bayram günləri yol qəzalarında ölən və yaralananların STATİSTİKASI
    11:55 Daha bir miqrant faciəsi: 250 nəfərin öldüyü deyilir
    11:45 3 mindən çox Rusiya vətəndaşı Ermənistana gedib
    28
    11:59:20
    May
    1635 nəfər oxuyub

    Fundamental türkçülük - Yazı I

    Hörmətli xeber365.com oxucuları!

    Bu gündən “Yaradıcı” rubrikasında yeni bir layihəyə başlayırıq. Sizi, jurnalist Aynur İmranovanın təqdimatında türkçülüyün bir elm kimi inkişaf etməsində, ideologiyaya çevrilməsində böyük rol oynamış tarixi şəxsiyyətlərin həyat və yaradıcılığı ilə tanış edəcəyik. O şəxslərin ki, öz dövrlərinə qədər pərakəndə fikirlər şəklində olan türkçülük ideyalarını sistemləşdirib, bir quruluş formasına salıb, Türkçülüyün Ana Qanununu yazıblar. Bəzən onlar bu yolda canlarını belə qurban veriblər. Düşünürük ki, özümüzü tanımaq üçün o insanların irsini öyrənmək vacibdir.

    Doqquz böyük fikir adamı, 9 böyük Türk haqqında araşdırmalarımızı sizin müzakirənizə təqdim edirik.

     

    "Türkəm, bu ad hər ünvandan üstündür"

     

    "Durma sən ey düşmən, gücünü artır,

    Türklüyün başına təhqirlər yağdır,

    Uyuyan millətə hər fəlakət azdır,

    Vur ey keçmişdən qulu, utandır onu,

    Buraxma uyusun, oyandır onu..."

     

    Türk ictimai fikrində, elm, sənət, fəlsəfə və siyasət kimi bir çox sahələrdə dərin izlər buraxmış, tarixi sima...

    1876-cı il 23 mart... Diyarbəkirdə Məhmət Tofiq Əfəndi və Zəlihə xanımın ailəsində bir oğlan uşağı dünyaya gəldi... Adını Məhmət Ziya qoydular. Atası yerli qəzetdə məmur kimi çalışırdı. İlk dini biliklərini atasından və əmisindən alan Məhmət Ziya təhsilini hərbi məktəbdə davam etdirir. Elmə, yeni biliklərə qarşı inanılmaz bir aclığı olan Məhmət Ziya Diyarbəkirdə yayılan xolera epidemiyası ilə mübarizə məqsədilə ora gələn doktor Abdulla Cövdət və doktor Yorgi ilə tanış olur və hər iki bilim adamından fəlsəfə dərsləri almağa başlayır. Gənc Məhmət Ziyanın həyatında çox önəmli yer tutacaq bu insanlar, onun şəxsiyyətinin formalaşmasında da əhəmiyyətli rol oynamışdılar.

    Hələ 1892-ci ildə məktəbdə keçirilən bir toplantıda "Padşahım, çox yaşa!" əvəzinə, "Millətim, çox yaşa!" deyə qışqırması ailəsini təzyiqlərlə üz-üzə qoymuşdu. Bundan sonra O, bir seçim etməli idi.

     

    İlk üsyan-intihar

     

    Amma əmisindən aldığı dini biliklərlə yeni müəllimlərindən öyrəndiyi fəlsəfə bir-birinə daban-dabana zidd idi. Əmisinin, ailəsinin, mənsub olduğu bölgənin insanlarının öyrəndikləri, illərlər əsas götürüb yaşadıqları dünyagörüşü ilə onun yeni öyrəndiyi fikirlər arasında böyük uçurumlar vardı. Bu ziddiyət gənc Məhmət Ziyanı burulğana saldı və 18 yaşında intihara sürüklədi. Başına vurduğu gülləni artıq əqidə dostlarına çevrilmiş həkimlər- Yorgi ilə Abdullah Cövdət bəy morfinsiz aparılan cərrahi əməliyyatda çox çətinliklə çıxardılar. (Bəzi mənbələri isə həkimlərin onun həyatını xilas etsə də, qəlpəni beynindən çıxara bilmədiklərini, Ziya Gökalpın o qurşunu ölənə qədər başında gəzdiydiyini qeyd edirlər.)

    Ölümdən dönən Məhmət Ziya artıq həyatına hansı yolla davam edəcəyini bilirdi. Bu intihar təşəbbüsü ona qəbul edə bilmədiyi bir çox şeyi həyatından silməyə də kömək eləmişdi. Adında olan Məhmət qismini həyatının sonuna qədər bir daha istifadə eləmədi. Çox sonralar yazdığı bəzi sətirlər əslində o zamankı dini təhsili çox gözəl təsvir edirdi.

    "Türkiyədə vətən üçün ən zərərli adamlar mədrəsələrdə təhsil alanlardır. Türkiyədə mədrəsə və məktəblər tərbiyə etdiyi fərdlərin əxlaq və xarakterini pozur "...

    Amma yenə də dini təhslin vacibliyini vurğuladığı yazılar da olub. Uşaqların hələ balacaykən savadlı dini təhsil almasının həm gələcəkləri, həm də xurafat qurbanı olmamaları üçün vacib olduğunu vurğulayıb.

     

    Mənim dinim, nə ümiddir, nə qorxu,

    Allahıma sevgimdəndir imanım;

    Nə cənnət, nə cəhənnəmdən bir qoxu,

    Almadan da vəzifəmi yaparım..

     

    Dünyaya kürd gələn böyük Türk

     

    Diyarbəkir əsrlərlə ərəb və farsların çoxluq təşkil etdiyi bir bölgə olub. Bu bölgə daim münaqişə, ziddləşmə, milli kimliklərin toqquşma mərkəzi kimi tanınıb. XIX əsrin sonu-XX əsrin əvvəllərində türk, kürd, erməni icmaları ərəb və fars hegemonluğunu sıradan çıxarıb. Mənbələr Ziya Gökalpın dünyaya gəldiyi ailənin - valideynləri Məhmət Tevfik Əfəndi və Zəhra xanımın da kürd olduğunu vurğulayırdı.

    Həyatını türkçülüyə həsr eləmiş Ziya Gökalp siyasi fəaliyyəti dövründə tez-tez bu arqumentlə üzləşirdi. Amma yaşamı barədə fikirlərini o qədər olğunlaşdırmışdı ki, bu arqumentləri ciddi hesab eləmir, milli kimliyi bir seçim məsələsi sayır və belə cavab verirdi: "Sosioloji araşdırmalarımdan öyrəndim ki, milliyyət təhsilə əsaslanır".

    Eyni zamanda türklüyə olan sevgisindən dolayı ömrünün sonuna qədər Diyarbəkirdə yaşayan xalqların keçmişinə dair araşdırmalar aparırdı Ziya Gökalp. Onun yaradıcılığını və çalışmalarını oxuyan zaman sanki şüuraltında ömrünün sonuna kimi özünün türk əslini sübut edəcək dəlilləri böyük təşnə ilə arayan bir alim görürük.

     

     

    "Apardığım araşdırmalar nəticəsində öyrəndim ki, bir çox yerdə türkmən aşirətləri kürdləşib. Məsələn, Diyarbəkirdə Qaracadağda yaşayan Türkan/Terkan aşirəti Oğuz elinin Bəydilli aşirətinə mənsub olub, xalis türk olduqlarını bilirlər, fəqət türkcəni unudublar. Belə aşirətlərdən Qarakeçililər isə Osmanlının əcdadı Kayı boyu ilə qohum olduqlarını iddia edirlər, amma özlərini kürd bilirlər. Cəlaləddin Xarəzmşahla gələn Xarəzm türklərindən Kanklılara, Kalaçlara, Salurlara və Çəkilərə mənsub olan oymaqlar Diyarbəkirdə məskunlaşıb. Diyarbəkirin şərqindəki kəndlərin adları türkcədir. Urfadakı Döyər və Badıllı aşirətləri məşhur iki Oğuz boyudur. Sivərək ətrafındakı Bucaklar türkdür, amma kürdcə danışırlar. Halbuki Lazkiyədə danışıq türkcədir".

     

    Hətta Maltada sürgündə olan zaman onun haqqında qəzetlərdə təhqiramiz və düşmən kimi yazılar yazan Əli Kamala belə bir şeir də ünvanlamışdı:

     

    Mən türkəm! deyirsən, sən türk deyilsən!

    İslamam! deyirsən, deyilsən İslam!

    Mən nə irqim üçün, nə dinim üçün,

    Sənin icazəni istəməm, inan!

    ***

    Türklüyə çalışdım sırf zövqüm üçün,

    Ummadım bu işdən heç bir mükafat!

    Bu üzdən nə qədər fəlakət çəkdim,

    Bir an təəssüflə demədim: Nahaq!

    ***

    Hətta mən olsaydım: Kürd, ərəb, çərkəz,

    İlk qayəm olurdu türk milliyəti

    Çünki türk qüvvətli olursa, mütləq,

    Qurtarar hər İslam olan milləti!

    ***

    Türk olsam olmasam, mən Türk dostuyam,

    Türk olsan olmasan, sən Türk düşməni!

    Çünki mənim qayəm Türkü yaşatmaq,

    Səninki öldürmək hər yaşadanı!

    ***

    Türklük həm məfkurəm, həm qanımdadır,

    Çiynimdən atılmaz, çünki kürk deyil!

    Türk xidmətçisinə "Türk deyil!"deyən,

    Soyda türk olsa da, "bicdir", Türk deyil!

     

     

    Siyasi fəaliyyəti

     

    Ziya Gökalp bir neçə dəfə İstanbula yerləşmək istəsə də, alınmamışdı. Sonunda arzusuna çatdı. İstanbula köçən kimi Türk Ocağının təsisçiləri arasında yer aldı. Balkan Müharibəsi başlayandan I Dünya müharibəsinə qədər "Türk yurdu" jurnalının İdarə Heyətində təmsil olundu. Jurnalın hər nömrəsində şeir və yazıları dərc edildi. Məhz, bu jurnalda "Türkləşmək, İslamlaşmaq-Müasirləşmək" başlığı ilə silsilə yazılara başladı, bu silsilədə mühüm mövzulara toxundu. Sonralar həmin məqalələrin də yer aldığı eyniadlı kitabında Ziya Gökalp fikirlərini bir az da inkişaf etdirərək Türk millətçiliyi ilə bağlı bütün təklifləri bir sistem şəklinə saldı, müxtəlif zamanlarda türklərlə bağlı yazdığı sosial araşdırmaları bir yerə topladı.

    "Türkləşmək, İslamlaşmaq-Müasirləşmək" kitabından sonra Ziya Gökalp eyni mövzunu daha da dərinləşdirərək "Türkçülüyün əsasları" kitabını hazırlayır. Milli vicdan, milli dayanışmanı gücləndirmək, hüquqda, əxlaqda, siyasətdə türkçülük kimi bölümlərin də yer aldığı kitab Türk milliyətçilərinin təməl əsərlərindən biri hesab edilir. Bu kitab Mustafa Kamal Atatürkü də dərin təsir altına salmışdı.

    Gökalp "Türk Yurdu"ndan ayrıldıqdan sonra "Yeni Məcmüə"ni dərc eləməyə başlayır. Paralel olaraq elmi araşdırmalarını və təhsilini artırırdı. Xüsusi qeyd eləmək lazımdır ki, Ziya Gökalp, İstanbul Universitetində ilk sosiologiya professoru idi. Türkiyənin ali təhsil müəssisələrində ictimai elmlər, məhz, onun sayəsində tədris olunmağa başlanmışdı.

    İstanbula gəlməsi ilə Gökalp 1898-ci ildən həm də “Birlik və Tərəqqi” cəmiyyətinə də qoşulur, elə həmin il cəmiyyətin Ali Şurasına üzv seçilir. “Birlik və Tərəqqi” cəmiyyəti 1908-1918-ci illər ərzində fasilələrlə dövlət idarəetməsində hakim olan, əsas hədəfi türkçülük olub, 1889-cu ildə yaradılmış siyasi bir cəmiyyət idi. Ziya Gökalp və “Birlik və Tərəqqi” cəmiyyəti fikir olaraq bir-birlərini bəsləyirdilər. Həm cəmiyyətin Ziya bəyin həyatında, həm də Gökalpın cəmiyyətin inkişafında və böyüməsində rolu danılmaz idi.

    Cəmiyyətə üzv olduğu ilk il Gökalp həbs olunaraq 1 il cəzası almışdı. Azadlığa çıxandan sonra cəmiyyətin Diyarbəkir nümayəndəsi seçilmiş və doğma şəhərində bu cəmiyyətin ilk nümayəndəliyini qurmuş, daha sonra cəmiyyətin Selanik bölməsində çalışmağa başlamışdı. 1911-ci ildə dərc elədiyi "Qızıl Dastan"ı da burda işlədiyi dövrə təsadüf edirdi. Gökalp "Qızıl Dastan" əsərində dünyadakı bütün Türkləri birləşdirən güclü bir Türk dövlətinin əsasını işləmişdi.

    Gökalp, cəmiyyətin Selanik bölməsi İstanbula köçdükdən sonra ona dəfələrlə təklif edilən Maarif Naziri vəzifəsindən israrla imtina etmişdi. Həyatını araşdırmalara və türkçülüyün əsaslarının işlənməsinə həsr edən alimin "Qızıl Alma" (1914), "Türkləşmək, İslamlaşmaq, Müasirləşmək"(1918), "Yeni Həyat" (1918), "Qızıl İşıq" (1923), "Türk törəsi" (1923), "Doğru Yol" (1923), "Türkçülüyün əsasları" (1923), "Türk Mədəniyyəti tarixi" (1926, ölümündən sonra) əsərləri bu gün də ən çox dərc olunan və satılan kitablar arasındadır. 

     

     

    Erməni soyqırımı ittihamı ilə sürgün

    I Dünya müharibəsində Osmanlı dövlətinin məğlubiyyətindən sonra Z.Gökalp tutduğu bütün vəzifələrdən azad edildi. 1919-cu ildə universitetdə ingilislər tərəfindən həbs olunan Ziya Əfəndi dörd ay Bəkirdağ bölməsində saxlandı. İngilislər böyük bir işğal məhkəməsi qurmuşdular. Erməni soyqırımı ilə bağlı aparılan məhkəmədə ittiham edilən Ziya Gökalp soyqırım iddialarını tamamilə rədd elədi və “qarşılıqlı qətllər vardı” deyə özünü və tərəfdaşlarını müdafiə elədi. Amma məhkəmə onların əleyhinə qərar verdi. Ziya Gökalp və tərəfdarları Maltaya sürgün olundu. Orda da işini davam etdirən bu dərin bilim adamı tərəfdaşlarına ictimai elmlərdən, fəlsəfədən və türkçülükdən dərs deyirdi.

    Böyük alimin Malta sürgünü dövründə ailəsi ilə məktublaşmaları daha sonralar "Limni və Malta məktubları" adı ilə kitab şəklində dərc olunmuşdu. Heyif ki, bu əsər türkçülük fədaisinin Maltada sürgün həyatı ilə bağlı əlimizdə olan tək əsərdir.

    Gökalpın sürgün həyatı iki il davam elədi. İki il sonra Bakıda həbs olunan bir ingilis polkovnikinin əvəzində Ziya Gökalp azadlığa buraxıldı.  Bundan sonra universitetdə dərs demək istəsə də, işə qəbul olunmadı. Bu səbəbdən də Diyarbəkirə qayıtdı və Əhməd Ağaoğlunun köməyilə "Kiçik Məcmüə" jurnalını dərc eləməyə başladı, yazıları ilə Qurtuluş Savaşına dəstək verdi. Çünki həyatını sərf etdiyi türkçülük ideyalarının Qurtuluş Savaşı ilə birlikdə qismən də olsa, reallaşacağına inanırdı.  

     

    Düşmənin ölkəsi viran olacaq,

    Türkiyə böyüyüb Turan olacaq...

     

    Turan sevdalısı

    Hələ gənclik dövründə İstanbula ilk gəlişindən tanış olduğu böyük fikir adamı Əli bəy Hüseynzadənin görüşləri, türkçülük düşüncələri ona təsirsiz ötüşməmişdi. Onun türkçü və turançı kimi yetişməsində danılmaz rolu olan Əli bəylə 1896-cı ildən başlayan dostluq Ziya bəyin ölümünə qədər sadiq və sıx  şəkildə davam etdi. Onlar birlikdə nəinki türkçülük qayələrini bölüşdülər, həmçinin siyasi çalışmalarda da çiyin-çiyinə yürüdülər. Əli bəy Hüseynzadə sağlığında Ziya Gökalpa bir neçə şeir və məqalə həsr eləmişdi. Onun Turan qurmaq yolundakı fəaliyyətini, araşdırmalarını təqdir etdiyini danmadı, əksinə, dəstəklədi.

     

     

    Ziya Gökalp bütün dünyadakı Türkləri birləşdirməyin, güclü bir türk dövləti qurmağın xəyalını qurmurdu, çünki bu onun üçün arzu deyildi, hədəf idi. O, bu hədəfin planını, ana xəttini çəkirdi. Onun cızdığı xətt bu gün də Türkçülük fikrinin ən əsas istiqamətvericisidir. Təsadüfi deyil ki, türkçü alimlər Ziya Gökalpın türkçülüyün konstitusiyasını yazdığını bildirirlər. O, özündən əvvəl müxtəlif öndərlər tərəfindən təməlləri atılmış türkçü fikirləri sistemləşdirdi, onlara əsaslı bir quruluş verərək Osmanlı imperiyasının "ideoloji-siyasi" rəqabət meydanında tərəf olacaq səviyyəyə çıxardı. Bununla yanaşı bu siyasi duruşu manifestlər şəklinə salaraq gələcək nəsillər üçün istinad nöqtəsi yaratdı.

     

    Vətən nə Türkiyədir Türklərə, nə Türkistan,

    Vətən, böyük məhəbbətdən bir ölkədir: Turan...

    "Türk Mədəniyyəti tarixi" əsəri kitab şəklində böyük alimin ölümündən sonra dərc edilsə də, o, türklərin miladdan öncə başlayaraq XX əsrə qədər uzanan mədəniyyət tarixi ilə bağlı yüzlərlə məqalə yazmış Ziya bəyin bu sahəyə verdiyi töhfənin danılmaz nümunəsi idi. Gökalp türk dilini sadələşdirən, Osmanlı Divan ədəbiyyatının qarşısına Xalq ədəbiyyatından bəslənən Milli Ədəbiyyatı çıxaran ilk şəxs idi. O, "Qızıl İşıq" kitabında türk nağıllarını, dastanlarını, xalq rəvayətlərini toplamışdı. Gökalp milli düşüncəni yenidən qurmağın yeganə yolunun xalq yazısının dilini və anlamını sadələşdirməkdə, beləliklə də milli mədəniyyəti sevdirərərək onun vasitəsilə şüuraltına türk tarixinin böyüklüyünü yerləşdirməkdə görürdü.

     

    "Türkcə mənim səs bayrağım,

    Kökümdən bu günə bağım,

    Can yoldaşım, dərd ortağım,

    Türkük, türkçə danışırıq..."

     

    O, Anadoluçu olaraq (Türkiyə türkçülüyü) başladığı fikir yolunda Oğuzçuluk mərhələsini də keçərək Turançılıq ideyaları ilə sona gəlmişdi. Türkiyənin öndəri, Qurtuluş Savaşının Fatehi Mustafa Kamal Atatürk onun haqqında deyirdi: "Bədənimin atası Əli Rza Əfəndi, hisslərimin atası Namiq Kamal, fikirlərimin atası Ziya Gökalpdır. "

    Bəli, onlarla deyil, yüzlərlə türkün fikir babası idi Ziya bəy. Bu gün də olmağa davam edir.

    1924-cü ildə dünyaya gözlərini yuman Gökalp həyatı boyu kimin üçünsə millətçi, kimin üçünsə kürd yəhudisi, bəzən islamçı, bəzən dinsiz, Cumhuriyyətin qurucusu, hətta Atatürkün həyata keçirdiyi inqilabların fikir atası oldu. Əslində isə təvazökar bir Turan sevdalısı, Turan düşüncəsinin yaşamasının və yaşadılmasının əvəzedilməz banisi idi.

    Hər bir türkün könlündə minnətlə, sevgiylə anılan Böyük Türk...

     

    Digər yazılar:

    Fundamental türkçülük - Yazı II