Xəbər lenti

  • 2017-02-27
  • 00:59 Xarici tələbələr "Xocalıya ədalət" dedilər - VİDEO
  • 2017-02-26
  • 23:30 İsveçrədən Rusiyaya uçan sərnişin təyyarəsində yanğın baş verib
    23:00 ATƏT: “Texnikanı geri çəkin, cəsədləri götürməyə imkan yaradın”
    22:30 Sabah Avropa İttifaqı Gürcüstan üçün viza rejimini ləğv edəcək
    22:00 Niyə "Eurovision" Ukraynada böhranla üzləşib?
    21:30 İspaniyada qaçqınlara dəstək aksiyaları keçirilib
    21:00 Çavuşoğlu yunan həmkarına cavab verdi
    20:30 İlham Əliyev Qətərə rəsmi səfər edib
    20:00 Gəncədə Xocalı abidəsinin açılışı olub
    19:30 Moskvada Nemtsov yürüşü keçirilir
    19:00 Demokrat Partiyanın Milli Komitəsinin sədri postuna seçkilər saxtalaşdırılıb
    18:30 Con Travolta məşhur mafia başçısı Con Qotti olacaq
    18:00 Bu gün ilin ilk Günəş tutulması oldu
    17:35 BBC-ə hansı ölkələrdə qadağan qoyulub?
    17:10 Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib
    16:00 Berlində Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş sərgi keçirilib
    15:12 Hərbi Prokurorluğun Memorial Soyqırım Muzeyi
    15:09 “Əsir düşərgəsi” kitabı çap olunub
    13:13 Xələf Xələfov: “Xocalı ilə bağlı beynəlxalq tribunal yaradılmalıdır”
    12:40 Havanın temperaturu aşağı düşəcək
    12:16 Türkiyə səfiri: Xocalı soyqırımını törədənlər öz cəzalarına çatacaqlar
    11:41 Honq Konqda təyyarə qəzaya uğrayıb
    11:14 ABŞ BMT-nin İnsan Haqları Şurasından çıxa bilər
    10:45 Krım tatarları Rusiyanın Ankaradakı səfirliyi qarşısında aksiya keçiriblər
    10:24 İlham Əliyevin iştirakı ilə Xocalı yürüşü keçirilib
    10:02 Kiyevdə "Xocalıya ədalət" biqbordları yerləşdirilib
    09:55 Atəşkəs rejimi 34 dəfə pozulub
    09:45 ABŞ-da terror:50 yaralı
    01:32 Azərbaycan əks-hücuma keçsə, üstünlük əldə edəcək – Hərbi ekspert
    00:01 Xocalı soyqırımı - 25
    12
    11:48:48
    Yanvar
    146 nəfər oxuyub

    Pakistan cüdoçuları İslam Oyunlarına qatılmayacaq

    Pakistan cüdoçuları bu il Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına qatılmayacaq.

    "Report" xəbər verir ki, Pakistan Olimpiya Assosiasiyası (POA) cüdoçuları 200 nəfərlik nümayəndə heyəti tərkibinə daxil etməyib.

    Buna POA ilə Pakistan Cüdo Federasiyası (PJF) arasında bir neçə məsələdə yaranmış fikir ayrılıqları səbəb olub. Assosiasiya PJF-nin ötənilki seçkidə qanuni tələbləri yerinə yetirmədiyini iddia edir. Hərçənd, Pakistan cüdo növündə medal şanslarına malikdir.

    Hazırda bu ölkə Asiyanın 22 islam dövləti arasında 9-cu, dünyanın islam dövlətləri arasında isə 12-cidir. İslam Həmrəyliyi Oyunları üçün təklif olunan 4 kişi və 4 qadın cüdoçu arasında 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında da çıxış etmiş Şah Hüseyn Şah (100 kq) da var.

    Bununla belə, Pakistan hökuməti Bakıdakı Oyunlarda maksimal sayda idmançının iştirakını istəyir. Ölkənin atletika, basketbol, boks, həndbol, karate, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, tennis, voleybol, ağırlıqqaldırma, sərbəst və yunan-Roma güləşi, uşu ilə yanaşı, para-atletika və zorxana növlərində də təmsil olunacağı gözlənilir. Oyunlarda iştirak üçün 51 milyon Pakistan rupisi (təqribən 90 min manat) vəsait lazım olsa da, POA bu məbləğin cəmi 20 faizini ödəmək iqtidarındadır. Qalan vəsait üçün dövlətə müraciət olunub.

    Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12 - 22 mayda keçiriləcək.