The document has moved here.
|
||
- Xəbəri | ||
![]() |
||
|
||
Azərbaycan Yüksəliş Partiyasının təsis etdiyi Azərbaycanın Tarixi Torpaqlarının Araşdırılması və Öyrənilməsi Mərkəzinin (ATTAÖM) təşkilatçılığı ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş "Dirçəlişdən Yüksəlişə” adlı zoom-konfrans keçiriləcək.
“Xəbər365”in məlumatına görə, dekabrın 29-da Bakı vaxtı ilə saat 21:00-da keçiriləcək tədbirin aparıcısı Azərbaycan Yüksəliş Partiyası Başqanının İdeologiya və Türk Dünyası ilə əlaqələr üzrə müavini Elşad Abdullayevdir.
Konfransda folklorşünas prof. dr. Əli Şamil, Təbriz Araşdırmaları Mərkəzinin Başqanı prof. dr. Rza Heyət, Ankara Universitetinin müəllimi Nəsib Nəsibli, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi sözçüsü Məhsa Mehdili
- Azərbaycan Milli Azadlıq Hərəkatının ayrılmaz hissəsi olan Sərhəd Hərəkatının sonrakı dövrlərdə milli təfəkkürümüzə ictimai-siyasi təsiri;
- 44 günlük Qarabağ müharibəsində yenidən sərhəd həyəcanının yaşanması;
- Quzeyli və Güneyli hərəkatçıların fəaliyyətlərinin koordinasiyasının zərurəti;
- dünyanın siyasi gündəliyində parçalanmış xalq olan Azərbaycanlılar məsələsinin qabardılması;
- Türkiyə-Azərbaycan yaxınlaşmasının Güneydəki milli düşüncəyə təsiri;
- Azərbaycan-İran əməkdaşlığının Güney-Quzey müstəvisində incələnməsi;
- altılı platformanın (regionun 6 ölkəsi) Bütöv Azərbaycan hədəfi baxımından nəzərdən keçirilməsi mövzularında məruzə ilə çıxış edəcəklər.
Maraqlanan hər bir soydaşımız konfransa dəvətlidir. |
||
|
||
, |
|