301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
01 Yanvar 2016 - Cümə 14:59 1332 nəfər oxuyub
 
Güney Azərbaycan Milli Azadlıq hərəkatının iştirakçıları adətən İranı tərk etməməyə çalışır. İran hökuməti onlara ölkəni tərk etməklə bağlı çoxlu xəbərdarlıqlar etsə də, onlar öz mübarizələri xatirinə ölkələrində qalırlar. Məsələn, Səid Mətinpur, İbrahim Savalan kimi milli fəallarımızı buna misal göstərə bilərəm
MÜSAHİBƏ Xəbəri

Ötən ay Nardaranda baş verən iğtişaşlarda  Azərbaycan politoloqları və mediası tez-tez İran izi axtarırdı. İndi qonşu İran, onun mentaliteti, siyasi durumu və Azərbaycana təsirləri haqda düşünüb, araşdırmaq zərurəti heç vaxt olmadığı qədər artıb. Müstəqil olduqdan sonra İranın Azərbaycana və öz ərazisində yaşayan etnik azərbaycanlılara münasibətinin dəyişməsi, azərbaycanlıların İranı necə görmək istədikləri və İranın Azərbaycan cəmiyyətindən gözləntiləri haqqında vaxtilə Güney Azərbaycandan Bakıya mühacir kimi gəlmiş DAK-ın Cənubi Azərbaycan üzrə nümayəndəsi Babək Muğanlıyla söhbət etdik. 


- Babək bəy, hər güneyli ictimai fəal mühacirin öz tarixçəsi var. Maraqlıdır, necə oldu ki, İrandan Bakıya mühacirət etməyə qərar verdiniz?

- 1979-80-ci illərdə İranda inqilab olanda mən “Xalq Mücahidləri” təşkilatının üzvüydüm. Bu təşkilatın şah dövründən təqiblərə məruz qalmış rəhbərləri həbsə atılmışdı. 80-ci illərdə mən də həbs olundum və həbsdən azad ediləndən sonra da hər 5-6 aydan bir yenidən həbs olunurdum. 1983-84-cü illərdən Şimali Azərbaycanın “Körpü”, “Sözlü-nəğməli sətirlər”, “Çeşmə ekranı” kimi radio verilişlərinə məktublar yazmağa, şeirlərimi yollamağa başladım. O dövrdə İranda milli mövzuda şeirlər yazan azərbaycanlılara “təziyətələb” adı qoymuşdular, bu bir növ “pantürkizm” terminin mənasını verirdi. Ancaq o vaxt hələlik milli məsələlərlə bağlı fəaliyyətə görə həbslər, basqılar çox da vüsət almamışdı. Şərait vardı ki, Təbrizdə, Tehranda, Urmiyada, Ərdəbildə, Parsabadda şeir gecələri keçirək. Həmid Nitqi, Aqşin Ağkəmərli, Ağayi Nahəvəndi kimi azərbaycanlı ustad şairlər, milli fəallarla birgə şeir gecələri təşkil edirdik. 1987-ci ildə Azərbaycan ədəbiyyatında fəallığıma görə, şeirlər yazdığıma görə, bu taya bağlılığıma görə məni incitməyə başladılar. 1990-cı illərdə Bakıya gəldim, uzun müddət burda qalandan sonra geri qayıtdım, 1995-ci ildə Bakıda sığınacaq aldım, amma yenidən İrana qayıtdım və o vaxtkı “Qala hərəkatı”nda iştirak etdim, həmin hərəkatın təşkilatçılarından biri oldum. Yenidən həbs olundum və 2006-cı ildə İranı həmişəlik tərk etdim. O vaxtdan bəri Azərbaycandayam, milli hərəkat zəminində əlimdən gələn işləri görürəm, Dünya Azərbaycanlıları Konqressinin Güney Azərbaycan üzrə nümayəndəsi kimi çalışıram. 


- Bildiyim qədəriylə İranın indiki hakimiyyəti ilk illərdə azərbaycanlılara qarşı elə də basqılar göstərmirdi. Bəs azərbaycanlı milli fəallara qarşı geniş repressiyalar hansı hadisədən sonra başladı?

- 1986-87-ci illərdə Parsabadda bir yaxın dostum mədəniyyət idarəsinin rəisi idi. O, mənə bir məktub göstərmişdi. Məktub İranın mərkəzi hökümətindən gəlmişdi və orda tapşırıq verilirdi ki, “Məktəblərdə müəllimlərin Azərbaycan dilində danışmasına imkan verməyin”. Azərbaycan müstəqil olandan sonra İranla sərhədlər açılanda İran hökümətinin assimilyasiya siyasəti birdən-birə güclənməyə başladı. Ancaq bu assimilyasiya Şah dövründən başlayaraq aparılırdı. Məsələn, 1989-cu ildə İrandan 20 nəfərə yaxın milli fəal gizlincə AXCP hökümətinə dəstək üçün bir məktub imzalayıb yollamışdıq. Məktub Bakıda “Azadlıq” qəzetində çap olunmuşdu. O vaxt Ermənistanda çap olunan “Dalğa” adlı bir qəzetdə bizim haqqımızda ölüm hökmü çıxmışdı, əlbəttə ki, bu cəfəngiyyat idi, ancaq İranda bu hadisələrə görə birdən-birə bizə təzyiqlər güclənməyə başladı. Bunun ardınca biz Bakıda öz dərnəklərimizi qurub Güney Azərbaycanla bağlı yığıncaqlar, tədbirlər təşkil etməyə başladıq və bizim İrandakı fəallarımıza qarşı İran höküməti ciddi repressiyaya başladı. Ümumiyyətlə, İran höküməti 90-cı illərdə Azərbaycan müstəqil olandan sonra ciddi təşvişə düşmüş, Azərbaycanla sərhədyanı bölgələrdə hərbi və təhlükəsizlik qüvvələrini yerləşdirməyə başlamışdı. 

 

"Azərbaycandan dəstə-dəstə adamlar avrobusla İrana aparılırdı, Ərdəbildə, Qumda onlara dini təhsil verilir, irançılıq, fars milliyyətçiliyi ilə zəhərlənib geri qaytarılırdı"


- Bəs Qarabağ müharibəsi zamanı İranda yaşamış bir azərbaycanlı kimi, İran hökümətinin həmin dövrdə azərbaycanlılarla bağlı fəaliyyətini necə xatırlayırsınız?

- 93-94-cü illərdə Zəngilən və Cəbrayıl ermənilər tərəfindən işğal olunandan sonra o bölgənin əhalisi Güney Azərbaycana -Aslandüz və Parsabada keçdilər. Təqribən 150 min nəfər qaçqın idi. İran həmin qaçqınlara heç bir şəkildə yardım göstərmədən 24 saat içərisində onları İrandan çıxarmaq əmri vermişdi. Halbuki elə həmin dövrlərdə Əfqanıstandan qaçqın düşmüş altı milyon əfqanı illərdi İranda saxlayır, iş yeri və evlə təmin edir. Yadımdadır ki, o vaxt İranda sərhədyanı bölgədə kimin maşını vardısa, İran höküməti onlara tapşırırdı ki, 24 saat içində öz maşınları ilə qaçqınları Bakıya daşısınlar və həmin vətəndaşların sərhəddən sərbəst keçə bilməsi üçün sərhəd xidmətinə tapşırıq verilmişdi. Quranda deyilir ki, əgər bir müsəlman, müsəlman qardaşının səsini eşidər, ancaq ona kömək etməzsə, onda allahın yanında cavab verəcək. Və əgər İran dövləti Qarabağ işğal olunanda, Xocalı faciəsi baş verəndə, ermənilərlə sıx əməkdaşlığı dayandırmamışdısa, onda hansı din qardaşlığından danışa bilərik?!


- Tez-tez eşdirik ki, İran hökümətində də, müxalifətində də təmsil olunanlar arasında azərbaycanlılar çoxluq təşkil edir, həmçinin İranın az qala bütün vilayətlərində azərbaycanlılar kompakt şəkildə yaşayır. Bəs  azərbaycanlıların milli haqlarını, ana dilində məktəb tələblərini yerinə yetirmələri üçün daha nə çatmır?

- Ən birinci, lidersizlik. güneyli azərbaycanlıların vahid lideri yoxdur. İkinci, İran parlamentində təmsil olunan azərbaycanlı deputatların çoxunu yaxşı tanıyırıq. Onların çoxu milli kimliyindən imtina edib və assimilyasiya olunublar. Məsələn, ərdəbilli deputat Mənsur Həqiqətpur Nardarandakı iranyönümlülərə təlimat verənlərdən biridir. Biz DAK olaraq Bakıda güneyli azərbaycanlıların durumu ilə bağlı bir tədbir keçirən kimi dərhal İran parlamentindəki azərbaycanlı deputatlar ayağa durub Azərbaycan əleyhinə danışmağa başlayırlar, Azərbaycanı İranın ərazisi kimi qələmə verirlər. Hətta, Mənsur Həqiqətpur demişdi ki, bizim dilimiz farscadan törəmə bir dildir, biz türk deyilik. Ancaq Urmiyadan deputat seçilmiş Nadir Qazipur İran Parlamentində tez-tez azərbaycanlıların dil, mədəniyyət məsələlərini qaldırır, Urmiya gölünün durumu ilə bağlı tələblər edir, özünü türk adlandırır. Di gəl ki, yeri gələndə o da Azərbaycanı təhdid edir. Əgər azərbaycanlıların vahid lideri olsaydı, onlar nə təhqir olunmaz, nə təklənməzdilər.


- Ancaq İranda vaxtilə baş nazir vəzifəsində çalışmış, İran prezidentliyinə namizəd olmuş, indi isə müxalifətə keçmiş Mirhüseyn Musəvi də var.

- Musəvi İranda hicri tarixi ilə “67-ci il” adlı bir faciənin müəllifidir. Bu 1987-88-ci illərdə baş verib. Belə ki, Musəvi Təbrizi həmin illərdə İranda həbsdə olan əksinqilabçılara, dini rejimin müxaliflərinə qarşı görünməmiş bir edam qərarı imzalamışdı və minlərlə günahsız adam bu qərarla edam olunmuşdu.
Musəvi prezidentliyə namizəd olanda ona dəfələrlə İranda azərbaycanlıların dili, mədəniyyəti ilə bağlı  sual verilsə də, o, bu sualı cavabsız qoymuşdu. 
Musəvinin indiki hakimiyyətə müxalifliyinin səbəbi də məhz, indiki Xaməneyi rejimini 1979-80-ci illər Xomeyni rejiminin idarəetmə qaydalarına sadiq olmamaqda ittiham etməsidir. Bu, həmin dövr idi ki, İran inqilabı yenicə baş vermişdi və ölkədə dindarlar tərəfindən fərqli fikirli adamlara qarşı görünməmiş cinayətlər, qırğınlar törədilirdi. Əlbəttə, Musəvi kimi bir siyasətçidən güneyli azərbaycanlılara lider olmaz. Necə ki, zaman göstərdi, azərbaycanlılar onu dəstəkləmədi. 


- Babək bəy, Azərbaycanda hal-hazırda peyk vasitəsilə İranın Bakıda mənzillənmiş “İnteraz” televiziyası yayımlanır, Bakı ətrafında və bölgələrdə İranın təsiri yüksəkdir. Necə düşünürsünüz, bu təsir Azərbaycan cəmiyyətində nə kimi dəyişikliklərə gətirib çıxarıb?

- İranı və iranlıları daha yaxından tanıdığımız üçün deyim ki, Azərbaycanda hər küçədə İranın bir “ilan yuvası” fəaliyyət göstərir. Biz bunu dəfələrlə demişik, Azərbaycan höküməti də bunu bilir. Bakıda İranın ən böyük təşkilatı “İmdad” komitəsi idi ki, sonda bağlandı. Vaxt vardı, Azərbaycandan dəstə-dəstə adamlar avrobusla İrana aparılırdı, Ərdəbildə, Qumda onlara dini təhsil verilir, irançılıq, fars milliyyətçiliyi ilə zəhərlənib geri qaytarılırdı. Bəzi məmurlar buna göz yumurdu, ancaq Azərbaycan hökuməti asta-asta o məmurları təmizləməkdədir. Fikrimcə, bu, bir qədər gecikmiş qərar olsa da düzgün addımdır. Gərək Nardaran hadisələri baş verməyəydi. Çünki Nardaranda indi baş verənlər 1995-96-cı illərdən hazırlanmışdı. Gərək Azərbaycan höküməti özü burda bir dini mərkəz açaydı, bir Ayətullah gətirəydi və din təhsili almaq istəyənlərin ölkədən çıxıb başqa ölkələrə getməsinə imkan verməyəydi. Çünki onlar İrana, İraqa gedib bəzi hallarda casus kimi geri qayıdır, burda ara qarışdırırlar.  Baxın, Taleh Bağırzadə, Ayətullah Həmədani Bakıya gələndə Azərbaycan dövlətindən ona şikayət edirdi. Axı, niyə bir azərbaycanlı öz dövlətindən iranlıya şikayət etməlidir? Hesab edirəm ki, İran bu dəqiqə Azərbaycanda xeyli güclüdür və Azərbaycan dövləti bununla bağlı çox ayıq olmalıdır. 


- Azərbaycan siyasilərindən biri İlqar Məmmədov bir çıxışında Azərbaycanın indiki dövrünü Rza Şah dövrü İranına bənzətmişdi və tezliklə Azərbaycanın şəriət qaydaları ilə idarə olunan İrana çevriləcəyilə bağlı xəbərdarlıq edənlər də az deyil. Bəs, sizcə, bu gözləniləndirmi?

- Əvvəla, deyim ki, Rza Şah dövrü İranı ilə indiki Azərbaycan bir-birinə elə də bənzəmir. Azərbaycan dini və insan azadlıqlarına görə Rza Şah dövrü İranından xeyli irəlidədir. Burda dini azadlıqlar həqiqətən yüksək səviyyədə təmin olunub. Məsələn, gedin Qaraçuxurda vəhabilərin məscidinə baxın, orda hətta küçələrdə də namaz qılınır. Hökümət buna qarışmır. Başqa bir məsələ də var ki, çox adam İranda hakimiyyətin dindarların əlinə keçməsində Rza Şahı günahlandırır. Halbuki bu məsələdə Rza Şahın elə bir böyük səhvi yox idi. İranda dindarların hakimiyyətə gəlməsi heç gözlənilən də deyildi. Sadəcə İran şahı hakimiyyətinin sonlarına yaxın maddi və hərbi cəhətdən olduqca çox güclənmişdi. O, artıq böyük dövlətlərlə hesablaşmaq belə istəmirdi. Ona görə də böyük dövlətlər İranı 50 il geriyə salmaq və neftini əlindən almaq üçün dindarların inqilabda iştirakına dəstək verdilər. 
Məsələn, sizə bir faktı danışım: İran inqilabına əhalinin 80 faizi qoşulmuşdu, çox adam, elə mən də mitinqlərə niyə qoşulduğumuzu bilmirdik. Hər-hansı bir ideoloji səbəbimiz yox idi. Çünki həmin inqilabdan cəmi iki il əvvəl Pəhləvilərin hakimiyyətinin əlli illiyini bayram kimi qeyd etmək üçün əhalinin uşaqdan böyüyə hamısı küçələrə tökülüb şadyanalıq edirdilər, şaha əl çaldılar. Həmin adamlar iki ildən sonra da şahın yıxılmağına əl çaldılar. Əslində isə Xomeyni, inqilabı İran xalqından oğurladı. O, Fransadan İrana qayıdanda bir müsahibəsində demişdi ki, mən və dostlarım İrana siyasətlə məşğul olmaq üçün deyil, dindarlıq üçün gedirik. Halbuki o, İrana yetişən kimi siyasətə girişdi və inqilabı özününküləşdirdi. Bütün bunları nəzərə alaraq onu deyim ki, Azərbaycan höküməti sayıq olsa, Azərbaycan İrana çevrilməz. Azərbaycanda buna elə böyük əsas yoxdur. 


- Babək bəy, indi Azərbaycanda İrandan gələn nə qədər milli fəal mühacir var və onlar Azərbaycanda nə kimi problemlərlə üzləşirlər?

- Güney Azərbaycan Milli Azadlıq hərəkatının iştirakçıları adətən İranı tərk etməməyə çalışır. İran hökuməti onlara ölkəni tərk etməklə bağlı çoxlu xəbərdarlıqlar etsə də, onlar öz mübarizələri xatirinə ölkələrində qalırlar. Məsələn, Səid Mətinpur, İbrahim Savalan kimi milli fəallarımızı buna misal göstərə bilərəm. Bundan əlavə İran dövləti çalışır ki, sanballı millətçiləri tutub onlardan qəhrəman düzəltməsin, onlar belə həbslərə ən son anlarda əl atırlar. O ki, qaldı mühacirətə, güneyli fəallar, mühacirət qaçınılmaz olarsa əgər, Azərbaycana deyil, Türkiyəyə, Avropaya mühacirət edirlər. Azərbaycan dövləti İrandan gələn azərbaycanlı mühacirlərə sığınacaq verməməyə çalışır: nə sənəd verirlər, nə işlə təmin edirlər, nə pul verirlər. İndi 18, 15, 10 ildir Bakıda yaşayan güneyli mühacirlər var ki, onlara nə sənəd, nə də Azərbaycan vətəndaşı olmağa icazə verilir. Hətta Azərbaycanda evlənsələr, belə buranın vətəndaşı olmağa icazə verilmir. Hal-hazırda Azərbaycanda 60-a yaxın belə güneyli mühacir var.

Mənbə: (XƏBƏR365) - Xəbər365 Analitik İnformasiya Mərkəzi Müəllif: XƏBƏR365
,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
Putin dedi ya xalqa atəş açacaqsan, ya hakimiyyəti itirəcəksən...
Rəqibimiz Yeni Azərbaycan Partiyasıdır – Anar Əsədli
Prezident İlham Əliyev İspaniyanın El Pais qəzetinə müsahibə verib - TAM MƏTN
"Paşinyan Azərbaycanla sülh müvaqiləsi bağlamaq üçün tələsməlidir" - Ay Partiyanın başqan müavini
Bu hiylələrə uymaq olmaz - AY Partiya Başqanı
“O torpaqlarda hələ də Azərbaycan bayrağı dalğalanmırsa...”
Hər bir xalqın eşidilməyə ehtiyacı var - Anar Əsədli
Fransaya nota verilməlidir - AY Partiya Başqanı
"Diplomatiya taliblərə qələbə qazandırdı” - Kabil necə çökdü?
"ABŞ növbəti dəfə etibarsız tərəfdaş olduğunu göstərdi..."
“Harada qarabağlı görürəmsə, ona sevinərək baxıram” - MÜSAHİBƏ
Moskvanın itirilmiş mövqeyinin bərpası uğrunda çırpınışları
AYP Başqanının müavini: “Ukrayna özünü Krım Xanlığının varisi elan etməlidir”
AY Partiya Başqanı: Bir daha soyqırımları yaşamaq istəmiriksə...
Anar Əsədli: "Qarabağda ermənilərin də, sülhməramlıların da təhlükəsizliyinin təminatçısı Azərbaycandır"
AYP Başqanı: "1-ci Qarabağ savaşında iştirak edən “OMON”çuların məhbəsdə qalması kimin nəyinə lazımdır?"
“Mənə siyasi suallar verməyin” deyən Məclis üzvləri – Onları parlamentdə kimlər "saxlayır"?
AYP Başqanı: “Rusiyadan dost, rus ordusundan sülhməramlı olmaz”
"Türkiyə ilə Azərbaycan Ermənistanı xaosun məngənəsindən qurtarmağa çalışmalıdır"
“Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
Teymur Rəcəbov: “Sevinc göz yaşlarını gizlətmək çətin olur” - MÜSAHİBƏ
AY Partiya Başqanı: “Avropa Birliyi və NATO Qafqaza Türkiyənin varlığı ilə daxil olacaq”
Oqtay Qasımov: "Xoş olmayan niyyətin ifadəsi..."
Elşad Abdullayev: “Ölkə daxilində səhayətlərə qoyulan məhdudiyyətlər qaldırılsın”
“Bu ərazilər nəzarətə alınsa Laçın dəhlizi...”
Siyasi analitik: “Türkiyə Fransanın təhdid və şantajlarına boyun əyməyəcək” - Müsahibə
"Demokratik islahatların inqilaba çevrilmədən gerçəkləşməsinin tərəfdarıyıq" - Anar Əsədli
Mehriban Əliyeva ölkənin gələcəyində gənclərin rolunun artmasında maraqlıdır - MÜSAHİBƏ
Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq
Dilçilik İnstitutuna uzanan dillər: obyektiv və subyektiv səbəblər
Azərbaycanda unikal cərrahiyyə əməliyyatı həyata keçirildi (FOTOLAR)
Aktyorların vərdişidir, onlar həmişə şikayət edirlər - Bəhram Osmanovla müsahibə
Bizim toplumun qadınları xoşbəxt və səmimi deyil - Rəssam Pəri
Onda elə bilirdim dünya dağılıb, yaşaya bilmərəm – Nəsibə Abdullayevayla müsahibə
Alpinistlərin tapılmamasında suçlanan Şahin Mirzəyev danışdı: Məlumatları yayan Ekologiya Nazirliyidir
Berlin divarlarının sökülməsi insanlarımızın içindəki gizli Araz alovunu kükrətdi - Əli Şamillə müsahibə
Bu, büdcə xərcləmələrində mövcud korrupsiyanı daha da genişləndirəcək - Qubad İbadoğluyla müsahibə
Əvvəlki kimi yuxarılar idarə etməkdən, aşağılar idarə olunmaqdan zövq alırlar - Fazil Mustafayla müsahibə
Özbəklər bizi belə sevdiyinə görə burdakı ermənilər bizdən çəkinir – Azərbaycanlının Özbəkistandakı 18 illik həyat yolu
Özbəkistanda bir erməni öldürülsə, mən günahkar bilinərdim... - Özbək tarixçiylə müsahibə
Heydər Əliyev o vaxt məni Moskvaya göndərməsəydi... - Azərbaycanın səfiriylə müsahibə
Bizdə sağlamlıqdan başqa hər şeyə pul xərcləyirlər - Məşhur radioloq
Quska zorakılıq edib, amma mənə qarşı yox... - Sərdar Cəlaloğlu yazılanları təkzib etdi
Rəşad Məcid: Biz həmişə belə olacağıq, ağır, təmkinli, sanballı...
Rauf Arifoğlu: Azərbaycanda prezidentlər, hakimiyyətlər əvəzləndi, qəzetimiz isə...
Vəliəhdə sui-qəsd belə edilə bilər - Aida Qəmbər
Qarabağ
Mənim rəqibim İlham Əliyevdir, müxalifət namizədləri yox... – İsa Qəmbərlə müsahibə
Azərbaycan, Türkiyə və İran birləşməsə, bölgədə qan su yerinə axa bilər - Yusuf Halaçoğluyla özəl müsahibə
Armeniyanı silib, yerinə nə yazaydım? - Qalmaqallı dərsliyin müəllifiylə müsahibə
Tarix dərsliyindəki xəritə qalmaqalı Ermənistan mediasında – Nəyi doğru etmədik?
Prosineçki məğlubiyyəti belə şərh etdi
Tarix dərsliyində Ermənistan xəritəsi: nöqsan, yoxsa süni ajiotaj?
İki gürcünü rusca danışan görməzsiniz, azərbaycanlılar isə... – Hamlet İsaxanlı
Müəllimlərə vəd edilən dərs saatları niyə verilmir? – ARAŞDIRMA
Ağıllı olmaq üçün kürü yox, zeytun yağı yeyin – İlber Ortaylının müsahibəsi
Alim Qasımov erməniylə eyni səhnəni bölüşəcək? - MÜSAHİBƏ
İstəyir ölkəyə 50 milyard dollar gəlsin, mənası nədir?
Poroşenkoya səhvini başa saldılar - Saakaşvilini indi nə gözləyir?
Cəfər Axundzadə: Kinostudiya filmləri rəfə qoymaq üçün çəkir?
Çingiz Abdullayev "26" kafesi barədə: İsraildə, ABŞ-da, Rusiyada bizə gülürlər
Lütfi Zadə azərbaycanlılar üçün nə etməliydi?
Mehman Əliyevi müxalifətçi hesab eləmirəm, onun hakimiyyətə münasibəti... - Pənah Hüseynlə müsahibə
Hər şey göründüyü kimi deyil, arxada ciddi proseslər gedir - Vahid Əhmədov
131.746 Suriya ərəbi doğma, yüzlərlə Azərbaycan türkü ögey oldu
Rusiya Türkiyənin sözünü eşitsə... – Qabil Hüseynli
Məndən siyasi analiz verməyimi istəməyin
Bizdə satılmaq yoxdur, şərəflə gedəcəyik – MEHMAN ƏLİYEV
Universitetlərin köçürüləcəyi yerlər məlum oldu – QƏBƏLƏDƏN REPORTAJ
Bunu açıqlamaq Məleykə Abbaszadənin vəzifə borcudur – Vurğun Əyyub
O vaxt testlə qəbulu ədalətin bərpası üçün tətbiq etmişdik – Firudin Cəlilov
Hamlet İsaxanlı: “Test üsulu ləğv oluna bilməz”
Məktəbli geyimi alarkən aldanmayın! – Qiymətlər
O vaxt Elçibəyi Türkiyəyə gətirməsəydim... - Enis Öksüzlə özəl müsahibə
Nizami Cəfərov, bəs buna nə deyirsiniz? – Azərologiya polemikası böyüyür
Güntay Gəncalp elm adamlarıyla qadın adıyla yazışaraq onları şantaj edir - İDDİA
Arvadını döyən kişini kim cəzalandırmalıdır: qanun yoxsa qohum-əqrəba?
Artıq it hürən tərəfə getmək ölüm deməkdir - Araşdırma
Ələsgər Məmmədli: Hökumət “Turan”ı bağlamaqla milli dayaqları sarsıdacağını bilir
Yanvar hadisələrindən sonra Beycan Fərzəliyevi AXC-dən uzaqlaşdırdılar - Pənah Hüseyn
Trampın Qarabağa aid bəyanatı Azərbaycana nə vəd edir? – AÇIQLAMA
İran istəsəydi, Ermənistanının işğal faktı ortadan qalxardı - TOFİQ ZÜLFÜQAROV
“Bakcell qurbanları” şirkətə nə qədər pul qazandırır? –NARAZILIQ
Biz dünyanı öz dilimizdə dərk etmək istəyirik – MÜSAHİBƏ
Ölkə rəhbərliyinə yanlış məlumat veriləcəkdi - Ancaq alınmadı...
Qəbələnin ən böyük yanacaqdoldurma məntəqələri bağlandı – REPORTAJ
Əli Həsənovun nəvəsinin əvvəlki davranışları istintaq mövzusu ola bilər - AÇIQLAMA
Vaqif Əsədov: Artıq vəzifəli şəxslər bizə xahişə gəlmirlər, qorxurlar...
Kərküklü millət vəkili Azərbaycandan kömək istədi: Kərkük türklərinin buna ehtiyacı var
Xaricdə hər kəs bizdəki kinofestivallar barədə soruşanda utanırdım...
İran-Ermənistan sazişi Azərbaycana qarşı razılaşdırılıb – POLİTOLOQ
Rusiya-Ermənistan ordusu Azərbaycana qarşı döyüşə bilməz - MÜSAHİBƏ
Ermənilər Türkiyədə kəşfiyyata başlayıb - Din pərdəsi altında
Dilimizi bilməyənlərə Azərbaycan vətəndaşlığı verilməsin - Dekandan təklif
Rusiya bununla Azərbaycana təzyiq göstərə bilməz - POLİTOLOQ
Azərbaycanda icmalar var ki, ancaq ərəbcə danışmağı xoşlayırlar - MÜSAHİBƏ
Türkdilli dövlətlərin başçıları görüşəndə rusca söhbət edirlər - QULU MƏHƏRRƏMLİ
Kinonun biznes kimi inkişafını istəyiriksə, biznesin qaydaları ilə sözdə deyil, işdə oynayaq
Uşaqlarımızı rus məktəbinə göndərmək günah, milli xəyanətdir – SABİR RÜSTƏMXANLI
Fatih Birol: Neft hasilatçılarının cəhdləri boşa çıxdı - MÜSAHİBƏ
AHT Azərbaycanın lehinə qərar çıxardı - 1 il də vaxt verildi
Cavanşir Quliyev: Umanlar umduqlarını ala bilmədilər deyə Elçibəyə düşmən kəsildilər
Əli İsa Cabbarov: Kinostudiyanın direktorunu kollektiv seçsin
“Pərdə”nin rejissoru: Filmlər olmasaydı, hələ də küçədə veyillənən avaranın biriydim
BU OYUNDA KİM UDUZDU: Azərbaycan mediası, yoxsa Zaxarova?
Türkiyə vətəndaşından Mehriban Əliyevaya müraciət – Onu kimlər incidir?
Açıq yara kimi yaşamaq çox çətindir... – LEMAN SAM
Krediti olanlar da sosial ev ala biləcək - Vüqar Bayramov
AKP-li millət vəkili Ünüvar: “Türkiyə qazandı”
İSTİQLAL HƏRƏKATÇISININ QƏRİB MƏZARI TAPILDI
"Atatürk düşmənçiliyi Atatürk sevgisini artırır"
Səfirin cavabları erməni jurnalisti əsəbləşdirdi: Varlığınızdan xəbərim olmayıb
Beş düşmən tankı, dörd mühasirə və qazi DÖNMƏZ
“Bizə o hədiyyələri Azərbaycan səfirliyi yox, Zakir Qaralov bağışlayıb”
Bu, Türkiyənin Rusiya ilə əməkdaşlığına mənfi təsir edə bilər - MÜSAHİBƏ
Sarkisyan ermənilərin qanını tökər, amma geri çəkilməz – POLİTOLOQ
"Kərkükdə Kürdüstan qururlar, amma Türk dünyası çal-çağırdadır"
Mehman Hüseynovun vəsatəti təmin edilmədi
Kərkük millət vəkilindən kürd bayrağıyla bağlı AÇIQLAMA
Hikmət Hacızadə: “Xalq narazıdır, kiminsə başını istəyir”
NATO Əfqanıstanda İŞİD-ə qarşı əməliyyat keçirdi
İlham Əliyevin o sözünü türk xalqı bu gün də unutmur – Türkiyəli millət vəkili
Jirinovski ölmədən o sözləri təkzib olunacaq – MÜSAHİBƏ
Prezident kreslosunda başqa qərarlar verməyə məcbursan – Toğrul İsmayılla müsahibə
Türk insanı AKP-yə “hə” deyər, başqanlığa səs verməz
Rəhman Bədəlovdan iddia: “Ermənilər bizim düşmənimiz deyil”
“Türkiyə ölüsünü ən tez basdıran ölkədir” – Tuncel Kurtiz
Vaqif Nəsib: Anarın özü şər, yaradıcılığı xlorlu su kimidir
Məhsa Mehdili: Parçalanmanı bir tale kimi qəbul edib yaşamayaq
Fatih Kısaparmaq Elçibəyə niyə yalan danışıbmış? – XATİRƏ
Akif Qurbanov: “Onlar istəyir ki, vətəndaş cəmiyyəti olmasın”
Atilla Kaya: Baxçalı 15 ildi başqanlığın əleyhinə danışırdı, indiysə...
Məmməd İsmayıl: “Vətəni altımızdan kilim kimi çəkdilər”
Elmir Əkbər: “Dəyanəti danışdıqlarına görə bu cür cəzalandırdılar”
Çingiz Hüseynov: “İnsan İlahinin kitabına – Qurana müdaxilə edib”
Prezidentin çıxışı gündəmdə: Mərkəzi Bank əməkdaşları niyə cəzalandırılmır?
Musa Yaqub: Mən öz siyasətimi şeirimlə həyata keçirirəm
“Rus qoşunlarının Bakıya gətirilməsində Mütəllibovun birbaşa məsuliyyəti var”
“Tramp Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verəcək” – MÜSAHİBƏ
Mehriban Ələkbərzadə: “Deyirlər günəş doğacaq, palçığa döz, dözə bilmirəm…”
Vitse-prezidentlər ölkəni böhrandan çıxara bilərmi?
Yusif Halaçoğlu: “Türkiyə diktatorluq istəyirsə, vay onun halına” - MÜSAHİBƏ
Ramiz Rövşən: “Adam anasından necə küsürsə, mən də Allahdan elə küsürəm”
“Türkiyədəki təhlükə Azərbaycana da təsir edə bilər”
“İntellektual qadınlar bu ölkədə xoşbəxt ola bilmir”
Azərbaycan xalqı bizi sevir, çox istərdik ki, dövləti də bizi sevsin
İqtidarın sözünü deməyəndə dəstədən çıxdaş eləyirlər, müxalifətin sözünü deməyəndə satqın çıxarırlar
Azərbaycan gəncliyi ideoloji istiqamətlərə əhəmiyyət verirmi?
“Cümhuriyyət”in köşə yazarı: “Kənan Evrən Atatürkün adından pis məqsədlər üçün istifadə etdi”
Sabit Bağırov: “Hər şeyi kitabımda aşkara çıxaracağam”
Sıla: “Özümü bu ölkədə yadplanetli kimi hiss edirəm”
“İnsanilik elanıyla yaranan dinlərin hamısı tədricən zülm aparatına döndü”
Anam dedi Kələkiyə, Elçibəyin yanına getməmiş bir də mənim evimə gəlmə
“Yaraşıqlı futbolçulara baxırdım”
Tofiq Zülfüqarov: “Artıq hansısa proseslər gedir...”
“Demokratiyanı, aydınlığı oğurluğa, terrora qarşı qoyacağıq”
Deputat səhv ayağı kəsən həkimə 10 il həbs tələb etdi
Böyük Britaniyanın qərarı Azərbaycana nə vəd edir? - Tofiq Zülfüqarov cavablandırır
Manatı sərbəst buraxmaq lazımdır... Harda dayandı, dayandı
"Elm azad olmayanda adların qarşısında professor, akademik yazılmasının mənası yoxdur"
Yaxın gələcəkdə Gürcüstan Şərqi Avropanın kino-məkanına çevriləcək
Fuad İbrahimov: “Ölkədə iqtisadiyyatın kiçilməsi tənəzzülü daha da dərinləşdirəcək”
Orlando qətliamı seçkilərin taleyini dəyişəcəkmi?
"Qanun"a niyə təzyiq olunur?
“Qazandıqları gəlirin bir qismini belə Azərbaycan üçün xərcləməyənlər prezidentlə bolluca şəkil çəkdirirlər”
“Onlar həmişə uşaq kimidirlər”
“O, İntizam Komissiyasının sədri olanda deputatlar bir-birini şapalaqlayırdı”
"Kamil qayıdıb görsəydi ki, Dilarə başqası ilə yaşayır, neyləyərdi?”
“Məğlubiyyət yetimdir, onun sahibi olmur”
“Elçibəyi tənqid edənlərin əksəriyyəti vəzifədə özlərini doğrultmayan uğursuzlardır”
"Elçibəy prezident seçiləndə dövlətin yalnız adı, 156 əsgəri, 10 milyon rublu vardı"
Sabir Rüstəmxanlı: Niyə ermənilər bacardı, türklər yox?
“Ramiz Mehdiyev məqaləsində ABŞ rəhbərliyini nəzərdə tutmayıb”
“İndi Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq”
"Azərbaycan "yırtıq hovuz"a nə qədər su töksə də, dolmayacaq"
Məntiqli nəticədir ki, SOCAR bu gün xaricdə nümayəndəliklərini bağlayır
“Nə o, nə də mən reytinq xatirinə şpaqat açan jurnalistlərdən deyilik”
Azərbaycan “Avroviziya”da iki hədəfdən hansına çatdı?
Qurultay iyunun əvvəlində baş tutacaq
“Vergi sistemində araşdırmaya və islahatlara ehtiyac var”
Sənət adamının cənazəsi hardan götürülməlidir? – Müzakirə
“Artıq söz o gücdə deyil, mənası itib. O sözü deyən adamların özlərinin təmizliyinə inanmaq olmur”
“Bu, Rusiyanın yox, Ermənistanın kiçik bir oyunudur”
“O uşaq ölsəydi, bir də foto çəkməzdim”
“Qarabağ danışıqları prosesinin nəticəsizliyi danılmaz faktdır”
“Həsənov Sarkisyanı danışıqlar masasına gətirməli, Məmmədyarov isə masada işi həll etməlidir”
“94-cü ildə ermənilər Qarabağda İran təyyarəsini vurublar”
Kitab mağazaları bağlanmaq təhlükəsiylə üz-üzə
“Artıq Azərbaycan qadını zorakılığa dözmür, çünki...”
"Elçibəyin başlatdığı xalq hərəkatının dövründə İranda türklük mübarizəsi zirvə nöqtəsinə yetişdi"
“Cəsarət insanı uğura aparan ən vacib keyfiyyətdir”
“Bu münaqişənin yaranmasında Rusiyanın da rolu, yeri var”
"Məqamdır, sonuna kimi getməliyik" - Mübariz Tağıyev
“Kuba dəyişikliklər ərəfəsində olan ölkədir”
Qulu Məhərrəmli: "Başa düşmürəm, nəyə görə AzTv-nin sədri məni məhkəməyə verir"
"Təəssüf ki, məni tez buraxdılar..."
Tofiq Yaqublu: "Demokratiya uğrunda daha əzmlə mübarizə aparmalıyıq" [Video]
Anar Məmmədli: "İctimai anlamda daha çox xeyir verə bilərdim..." [Video]
Rəşadət Axundov ilk dəfə hansı xəbəri xeber365-ə açıqladı? [Video]
Vurğun Əyyub: "Azərbaycanda özünü vətəndaş və ziyalı sayan insanların hər biri Qulu Məhərrəmlini müdafiə etməlidir”
"Heydər Əsədov kimi adamları idarəetmədən kənarlaşdırmaq lazımdır"
“Rusiya Azərbaycanı təsiri altında saxlamaq üçün Talışıstan məsələsindən istifadə edir”
“Özümüzü Suriya bataqlığına saldıq, indi orda çabalamaqdayıq”
“Belarus hələ də Rusiya təsirinə açıq olan və məruz qalan yeganə ölkədi”
“Elçibəy dövründə Tehranda Azərbaycan kitab evi açılmışdı”
“Sponsorlar türkcə uzunmetrajlı filmlərə maliyyə ayırmağa maraqlı deyillər”
"Əgər Bayır-Bucaq PYD-nin əlinə keçsə, Ağ Dənizə qədər kürd dövləti qurular"
10 18:34:09 FEVRAL "Hamı elə fikirləşdi ki, qadın bir şey istəyir, amma əslində çox şey istəyir"
Aktyor böyrəyini satmaq istəyir - VİDEO
"Aktyorlar, teatr işçiləri ən müdafiəsiz camiəyə çevrilməməlidir"
“Azərbaycan Suriyanın, Liviyanın vəziyyətinə düşə bilər”
“Xəbərə münasibət bildirmək aparıcı üçün qeyri-peşəkarlıq sayılır”
Fuad İbrahimov:
“Mərkəzi Bank ölkədəki böhranı tənzimləyə bilməz, MB bazara yalnız manatla daxil ola bilər, dollar buraxası deyillər ki”
Ölkə hüquqşünasları “Azərbaycan” qəzetindəki məlum yazıya münasibət bildirdi.
Şimali Koreya kinosunun tarixi boyunca heç bir filmdə heç vaxt heç kim öpüşməyib
“Şairə necə yazmaqla bağlı məsləhət verənlər tarix qarşısında məğlub olublar”
"Kəşfiyyat xidmətinin müstəqil olmağı vacib idi"
Təhlükə sadəcə həbs olunmaq deyil, ev alıb, qələmini biryolluq satılığa çıxarmaq və problermlərin səfindən uzaqlaşmaqdır
Mirvari Qəhrəmanlı: “Əgər qasırğa haqda məlumat verilmişdisə, onlar getməməli idilər”
“Gənclik Rəsulzadənin səsini telefonunda saxlayır, onun fikirləri ilə böyüyür”
“İranın ziyalısı, muxalifəti və dövləti güneylilərin azadlıq hərəkatını nüvə müharibəsi qədər təhlükəli sayırlar”
Paris terrorunun ikiyə böldüyü Azərbaycan toplumu
Şəhriyar Del Gerani “Vicdansız adamın yanında dayanıb, gözəl mətn yaza bilməzsən”
Rəsulzadənin Gəncədəki büstü niyə örtülüb: qısqanclıq, yoxsa abadlaşma?
Nobel: siyasi yoxsa sülh mükafatı
Mirzə Sakit: “Şamaxıda 87 yaşında gənc anam üçün darıxıram”
Ruslan İzzətli: “Tək çarə demokratiyadır”
“İslam dini kişi ilə qadını bir-birinin libası, örtüsü kimi qələmə verir”
Telekanallarda şou verilişləri niyə bağlanır, məhdudiyyət, yoxsa islahat?
“Avropanın o qədər səhvləri var ki... Putin Rusiyası Azərbaycana pozitiv...” [Video]
“Təhsildə islahatlar əsas hədəfim olacaq”
Fazil Mustafa: “Siyasi məhbus Soljenitsın idi. Bunlar….”
Tural Abbaslı: "“Mən siyasətə qarışmıram” ifadəsini işlədən bir cəmiyyətdə siyasət artıq sıfırdır"
İŞİD terrorundan ən qazanclı çıxan kürdlər oldu
“İdmana sərf olunan vəsaitin yüzdə biri kinoya ayrılsa, yüz qat artıq uğur qazanarıq”
"Rusiya belə hakimiyyət qoruyandısa, Yanukoviçi qoruyardı" [Video]
“Şeytan Allahı təmizə çıxartmaq üçün uydurulmuş obrazdır” (18+)
“Müxalifət parlamentdə cəmiyyətdə malik olduğu çəkiyə uyğun nisbətdə təmsil olunmur”
“Xarici mütəxəssislərin Azərbaycana cəlb olunması müəyyən korporativ maraqların üzərində qurulub”
“Fəlsəfə, tarixinin az qala yarısını dinə kənizlik edərək yaşayıb”
“Rusiya XIX əsrdən başlayaraq erməniləri ona görə müdafiə edirdi ki, həmişə arzusunda olduğu Şərqi Anadolunu ələ keçirsin”
“Yaradıcı şəxslər psixi xəstəliklərdən ən çox isteriya nevrozuna tutulurlar”
“Son 20 ildə Güney Azərbaycan 200 ildə keçdiyi yolu keçib”
“Cem Yılmaz səhnədə elə sözlər deyir ki, mən, yan-yörəmə baxıram ki, görən eşidən oldu?!”
“Azərbaycan seçicisi qarnının qurultusunu dinləyir”
“Maarifçilik termininin istifadə edilməsinə qarşıyam”
““Əli və Nino” elə bir qiymətli sərvətdir ki, onun üstündə əsmək lazımdır”
“Xaricdən xammalın müəyyən hissəsi gətirilirsə, qiymət 30 faiz artırıla bilməz”
Əvvəl-axır gözünü ağarda- ağarda baxan atam olacam
Nazim Məmmədov: “21 fevral qərarının iqtisadi əsası yoxdur”
“Türkiyə neftin qiymətinin enməsindən qazandı”
"Azərbaycan cəmiyyətində çoxları dinini pirlərdə, ziyarətgahlarda öyrənir"
Nejdət Ün: “Zaman və tarixin Türkiyəni haqlı çıxaracağını düşünürəm”
Rusiya və Cənubi Qafqaz: bugün və sabah
"Yaradıcılıq ehtirası sevgidən qat-qat böyükdü"
“Başbuğla Elçibəyin arasını vurdular”
“ADR siyasi partiya alternativlərindən biri ola bilər”
2015-ci il Azərbaycan üçün coşqu ili olacaq
Əvəz Zeynallı: "Artıq prezidentin əfv fərmanı belə ədalətsizliklərin qarşısını almaq mexanizminə çevrilib"
"Gücümüzü birləşdirməliyik, sevgimizin nəticəsini göstərməliyik"
“Amerika, prezident İlham Əliyevin hakimiyyətinin güclənməsində daha çox maraqlıdır”
“Koroğlu” körpüsünü düzgün tikməyiblər”
Dəmirhan Taşhan: “Ziyarət etmək istədiyimiz ilk ölkə Azərbaycandır” [VİDEO]
"Hökumətin açılım siyasətinin məqsədi Öcalanı azad etməkdir"
“Qarabağ problemi həll edilmədən münasibətlərimiz düzəlməyəcək”
Mustafa Destici: “PKK- nın Azərbaycanda qrupları var, amma...” [VİDEO]
“Türkiyə Krımın Rusiya tərəfindən işğalını qəbuledilməz sayır”
“Biz onlardan daha güclüyük”(VİDEO)
Hamı yaşamaq istəyir+VIDEO
Yaşamaq uğrunda mübarizə apara-apara vəhşiləşmişik
“Balanslaşdırılmış siyasət çox ciddi dəyişikliklərə uğrayır”
Mehriban Əliyeva Ərciyəz Universitetinin fəxri doktoru adını alıb
Vəfa Quluzadə: “Rusiya Qarabağ məsələsində dirəniş göstərib maneçilik törədir”
Qiyom de Seyle:
“Azadlıq” qəzeti Anar Məmmədov məsələsində bizə arxadan zərbə vurdu+Video
Ümidini itirmədən mübarizəyə davam+Foto-Video
Qubad İbadoğlu: “İntellektual müstəvidə Azərbaycan hakimiyyətinə daha tez qalib gələ bilərik”
Həbslər cəmiyyətdə tam ümidsizlik hissi yaratmağa yönəlib
Cavid Təvəkkül: “Əsas odur ki, sevgilinlə-yəni kinematoqrafiya ilə bir yerdəsən”
Rusiya bu gün millətçilik psixozundadır
Mehman Əliyev: “QRANTLARIN 90 FAİZİ HÖKÜMƏTİN ÖZÜNƏ ÇATIR”
Hakimiyyətin mövqeyi güclüdürsə, bu həbslərə nə ehtiyac var?
“Bizdən hər şey gözləsinlər”
Başqan seçilsəm, ilk seçkilərdə iqtidara gələcəyik
Ərəstun Oruclu: “Rusiya Avropaya enerji sanksiyaları tətbiq etsə, bu, onun özü üçün fəlakət olacaq”
Haber Yazılımı