301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
10 Fevral 2016 - Çərşənbə 17:32 3172 nəfər oxuyub
 
10 18:34:09 FEVRAL "Hamı elə fikirləşdi ki, qadın bir şey istəyir, amma əslində çox şey istəyir"
Konservatoriyada oxuyurdum, televizora çıxırdım. Utanırdım müəllimim Hacı Xanməmmədovdan, Arif Babayevdən, gizlənirdim. Bir dəfə müəllimim mənə dedi ki, göstər görüm, nə yazmısan? Ona Əliağa Vahidin "Qəm etmə, könül, canan sevir səni” və Nəsiminin “Ey mənim könlümü alan gözləri” qəzəllərinə yazdığım mahnıları oxudum.
MÜSAHİBƏ Xəbəri
 10	18:34:09 FEVRAL

Günü-gündən daha çox bozaran ekrana gözünü zilləyənlərin tək şou-biznesə deyil, seçkilərə, ədəbiyyata belə rəng gətirən bəstəkar müğənni Elza Seyidcahana göstərdikləri bütün reaksyaları təbiidir. Elə Elza xanım özü də bunları təbii qarşılayır. Tək yaradıcılığında, geyimində, davranışında deyil, cavablarında da gözlənilməz olan Elza Seyidcahanla müsahibəni sizə təqdim edirik.

 

 

- Elza xanım, nə vaxtdan şeir yazırsınız?

- Mən şeir yazmağa uşaqlıqdan başlamışam. Şeirlərimi “Pioner” qəzetinin redaksiyasına göndərirdim. Redaksiyadan oxuduğum məktəbə mənim adıma məktublar gəlirdi. 10-11 yaşım olardı. Sumqayıtda  “SK” klubundakı şeir dərnəyinə gedirdim. Həftəyə bir şeir yazıb aparırdım, elə bilirdim, dərs kimidi, hər dəfə hazırlaşıb getmək lazımdı. Nə bilim, bəlkə elə ilhamım güclü imiş onda… Sonralar bu şeirlərimə zümzümə ilə mahnı qoşurdum. Anam bunu görüb məni piano dərsinə cəlb etdi. Onda fabrikdə işləyirdi. Hətta kreditlə mənə piano da aldı. Beləliklə, mənim şeir yaradıcılığım ikinci plana keçdi, amma həmişə yazmışam.

- Yazırsınız, bəs dünya poeziyasından, bizim şairlərdən kimləri oxuyursuz?

-Düzü, gecə-gündüz böyük romanlar, əsərlər oxumamışam. Şekspiri, Drayzeri, Dostoyevskini  oxumuşam.  Uşaqlıqda lap çox oxuyurdum. Cəfər Cabbarlının əsərlərini, Nəsiminin qəzəllərini oxuyurdum. Deyirlər, Stalin gündə 200 səhifə kitab oxuyurmuş. Nə qədər oxusan, yenə azdı.

- Bəs bu qədər şeir, bu qədər şair varkən, niyə sizin şeir yazmağınız insanları qıcıqlandırır?

- Mən deməzdim, qıcıqlandırır, mən deyərdim, maraqlandırır, narahat edir, düşündürür...

- Amma ironiya ilə yanaşanlar da var, efirdən istehzalı mimikalar edirlər hətta...

- Hamısı savadsızlıqdandır. Mən bayaq instaqramda bir şeir paylaşdım. Baxın, göstərim: “Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?”. Komment yazıblar ki, “Elza xanım, siz yazmayın, xahiş edirik, sizdə şeir alınmır, elə mahnı yazsanız, yaxşıdır”.  Elə biliblər mənim şeirimdir. Nəsiminin qəzəlini paylaşmışdım: “Gə, gə, gə, gəl ki, sevirəm sə, sə, sə, sən Məhi-Çini..” Nəsimini söydülər, elə bildilər mənimdi. Yazdılar ki, ay bəxtiyarlar, şəhriyarlar, durun qəbirdən, Elza poeziyanı təhqir elədi. Mən də öz-özümə dedim ki, bunlar Nəsimini söyürlərsə, elə məni də söyəcəklər də. Ona görə yazmağımdan qalmadım…Bir də, ironiya hətta dahilərə də olub. O boyda Mendeleyevin elə cədvəlləri var ki, indiyə kimi sirrini aça bilməyiblər. 

 

"Bəzi qadınlar mənə baxıb ailələrini dağıdıblar"

 

-    Spesifik sahəniz varkən, maraqlı işlərlə məşğul ikən,  niyə deputat olmaq istədiniz ki?

-    Bəyəm mən pis işlərlə məşğulam?! Elə maraqlı işlərim mənə imkan verir ki, deputat olum. "Ətraf mühitin qorunması”, "Kimsəsiz heyvanların qorunması”, “Gəlin, ağac əkək - Elzanın yaşıl dünyası”, “Bakı - İslam mədəniyyətinin paytaxtı" kimi layihələrə imza atmışam, ibrətamiz, maarifləndirici aksiyalar keçirmişəm. Vətənpərvər mövzuda çox böyük əsərlərim var. “Bakı - Islam mədəniyyəti paytaxtı” ilində Ramazan Bayramı ərəfəsində musiqi yazdım. Nəsiminin “Kim ki, sənə münkür oldu, ey yar, nəfsini qoydu kəbab içində, rübab içində, əzab içində, hesab içində…” qəzəlinə. Mənası da belədir ki, kim ki Allahın adını tutur, nəfsini çox şeydə qoyur, İslamda hər kəsdən hesab sorulacaq… Belə layihələrim olub. 26 ölkə arasında gedən "Türkvision" müsabiqəsində iki mahnım aparıcı yerləri tutub. Avropada Azərbaycanı təmsil etmişəm, işim elə ölkəmizə mükafat daşımaq olub. Ona görə mən də incəsənət xadimlərimizdən -  Qara Qarayevdən, Arif Məlikovdan, Zeynəb Xanlarovadan, Şəfiqə Məmmədovadan, Bəxtiyar Vahabzadədən ilham almışam. Əlbəttə, dövlət başçımızın, birinci ledimizin gördüyü işlərdən, xeyriyyə tədbirlərindən də ruhlanmışam. İstəmişəm ki, parlamentdə olam. Dəfələrlə uşaq evlərinə baş çəkmişəm, hətta ordakı uşaqlara mənim adımı veriblər. Bəzən təsadüfən sənətə gələn insanlar bir-iki xeyriyyə işi görüb adlarını “ledi”, “biznes ledi” qoyurlar. Mən bunu şüara çevirmirəm. Bizim bir xeyriyyəçi ledimiz var – Mehriban xanım Əliyeva. Kökündən, əcdadından  bu işlərlə məşğul olublar. Mən də deputat olsaydım, bu işlərlə məşğul olacaqdım, bu amalla davam edəcəkdim. Necə ki, mənim şeirlərim insanlara yeni bir dünya açır, müzakirələrə səbəb olur. Bu yaxınlarda “Qadın nə istəyir?” şeirini yazmışam. Onu yazanda hamı elə fikirləşdi ki, aha, qadın bir şey istəyir. Amma, əslində, qadın çox şey istəyir. Ehtiram, sevgi, azadlıq, anlayış… Hətta mən müqəddəs kitaba da üz tutdum. Tanrı qadını kişinin həyatında böyük bir rolu olduğu üçün yaratdı, tək bir şey üçün yaratmadı. Əlbəttə, seks də gözəl bir şeydir, amma ailə üçün olan bir şeydir. Adamlarsa buna eyib kimi baxırlar. Yalnız bu tərəfdən görürlər, "karın könlündəki" necə deyərlər. Halbuki Allah heyvanları dişi-erkək yaradıb. Adəm darıxdığı üçün ona da bir cins yaratmalı idi, qadını ona köməkçi yaratmaq istədi. Torpaqdan yaratmadı, çünki o zaman bir-birlərindən uzaq olacaqdılar. Tükdən yaratmadı ki, kabadayı kimi başının üstündə hayqırsın ona, bu, çox eybəcər olar. Dırnaqdan yaratmadı ki, ayaq dırnağı kimi ayaqlar altında kölə olmasın. Qabırğadan yaratdı ki, qəlbinə yaxın olsun. Qadınla kişinin bu doğmalığından da bu qədər dahilər dünyaya gəldi. Bunun nəyi pisdi? Bir şeir ki bu qədər aləmlər açmadı, o şeir ola bilməz. Mən bu şeirlə qadınların müdafiəsinə qalxdım. Necə ki, qadınlarla bağlı “Şiddətə son” layihəsində iştirak etmişdim. Həyatımda bir dəfə də həyat yoldaşım tərəfindən döyülməsəm də, işgəncələrə məruz qalan qadın obrazında fotosessiya etdim. Bu şeirlə də dedim ki, qadın çox az şey istəyir.

-    Elza xanım, bir qadının karyerada, yaradıcılıqda, həyatda irəliləməyinə hansı problemlər mane olur?

-    Hər bir qadının, heç olmasa, zəif kişiyə ehtiyacı var. Sadəcə arxasında durub desin ki, mən səninləyəm. Bizim kimi istedadlı qadınlar azdı. Məsələn, mənim kimi istedadlı qadına baxıb ailəsini dağıdanlar çox oldu. Amma bir məsələ də var ki, heç kim gəlib Elza Seyidcahan ola bilmir, axı. Kişilərin içində seçilmişləri olan kimi, qadınların da içində seçilmişləri var. Mənim aləmimdə ən dahi xanım isti ocağı olan, gözəl övladlar böyüdüb bəşəriyyətə dahilər bəxş edən xanımlardır. Mən özüm ailəyə bağlı, ailəmlə, yaxınlarımla sevgimi paylaşan xanımam. Amma bəzi qadınlar - hətta qohumlarımda da var belələri - mənə baxıb ailələrini dağıdıblar, hər şeydən olublar- ərdən də, ailədən də, işdən də…

 

 

-    Parlament seçkilərində haqsızlıqla rastlaşdığınızı demisiniz. Bəs, bu məsələ ilə əlaqədar nələr etdiniz?

-    Həmişə mənə haqsızlıq edənləri Allaha həvalə etmişəm. Dünya onsuz da xeyir və şər üzərində qurulub. Bu barədə nə qədər əsərlər yazılıb.

-    Bəs haqsızlıq seçicilərinizə qarşı edilmiş olsa…

-     Mən, ümumiyyətlə, həmişə haqsızlıqla barışmışam. Bir də mən şərəflə getdim yolumu. Hər addımım şərəfli olub. Şərəfli yolda da uduzdum. Şərəfli yollarda uduzduğun anlar imtahandı. Mən heç uduzmamışam da. Heç bir addımımda uduzmamışam.

- İlhamə Quliyeva sizi hədələmişdi. Camaat da yazırdı ki, İlhamə Quliyeva qoymadı Elza Seyidcahanı deputat seçilməyə...

- Onu deyən adamlar həyatı dərk etmirlər. Bilirsiz, bəzən kiminsə üstünə yıxmağa çalışırlar. Düzdür, bizə hücumlar oldu və olacaq da. Biz bu hücumlardan, haqsızlıqdan salehcə çıxırıqsa, qalanı boş şeydir. Tanrı deyir ki, sən əməli-saleh ol, sənin yoluna mane olanı mən yeddi yolda vuracağam. Mən gecə-gündüz Allahın ətəyindən yapışan adamam. Bir də Allah o haqsızlıq edən bəndəni də özü yaradıb, onu da sevir. Allah istəyir ki, o, haqsızlıq etməsin, haqqa gəlsin. Mən haqsızlığa qarşı susqun olsam, Allaha həvalə etsəm, yetər. Uşaqlıqdan beləyəm. Ailə quranda  evdə hər söz-söhbətin üstündən keçirdim, çox şeyə susurdum. Bacım var - yetkinlik yaşında müqəddəs kitablar oxuyurdu - gəlib dedi ki, sən o vaxt çox düz hərəkət edirdin. Məni sadəlövh adlandırırdılar, halbuki sadəcə başımı salıb işimi görmüşəm.

 

"Mahnılarımı oxuyanlar üst-başlarını qır-qızılla doldururdular, amma mənə bir ətir də vermirdilər"

 

- Nə üçün mahnılarınızı özünüz oxuyursunuz? Başqa müğənnilər daha yaxşı oxumazmı?

- Niyə ki? Mənim mahnılarımı oxuyurlar. Bu yaxınlarda Gülüstan xanım Əliyeva oxudu. Brilyant Dadaşova da oxuyub,  Zabit Nəbizadə də,  Mətanət İsgəndərli də, Elton da, Gülay Zeynalov da, Ramal da, Elnur da, Abbas da, İlhamə Qasımova da, Samira da, Röya da… Daha nə qədər oxusunlar? Sadəcə mənim yaradıcılıq enerjim çoxdu. Mahnı çoxdur. Şeirləri də özüm yazıram. Müğənni olmağımın bir səbəbi də müğənnilərin münasibəti olub. Mahnılarımı harda oxuyublar, soruşublar ki, bu mahnını kim yazıb? Çoxu da oxuyanda mənim adımı çəkmirdi. Mən onlardan heç nə istəmirdim ki?! Gənc bəstəkar idim, adımı da çəkmirdilər. Halbuki mahnılarımı oxuyurdular, toylara gedib qazanırdılar, görməmiş kimi qır-qızılla doldururdular üst-başlarını. Mənə bir ətir də vermirdilər. Yalnız Brilyant xanım həmişə adımı çəkirdi, mənim “Başına döndüyüm toy adamları” mahnımı oxuyurdu. Halbuki ona çoxu deyirdi ki, pulunu vermisən, adını niyə çəkirsən? Amma Brilyant xanım həmişə istedada dəyər verib. 

- Belə çıxır ki, siz həm də ona görə müğənnilik edirsiniz ki, bəstəkar Elza Seyidcahanı saxlaya biləsiniz…

-  Bəli. Amma mən müğənni kimi özümü, ailəmi saxlaya bilirəmsə, deməli, əsl müğənniyəm həm də.

 

 

- Bilirəm ki, tamaşalara,  hətta filmlərə də musiqi yazmısınız. Yenə də belə sifarişlər alırsınız?

-Pantomim teatrında monotamaşam olacaq, özüm oynayacağam. Pyes də, musiqisi də mənə aid olacaq. Bir də librettosu Əhməd Orucoğluna aid olan “Sonuncu seriya” adlı ikipərdəli komediyaya musiqi yazmışam. Rus Dram Teatrında Leyla Əliyevanın pyesi əsasında "İnsanlar" tamaşası səhnələşdiriləcək.  Tamaşanın musiqisi mənə məxsusdu. Əlbəttə, Yuğ teatrı ilə də bəzi planlarımız var. Elə filmlərə də təkliflər gəlir. Amma bizim seriallara baxıram, elə bərbaddır ki. Elə musiqiləri də. Bilmirsən, türk klarnetidi, ya Iran musiqisidi, farsdı, ya erməni. Yeri gəldi-gəlmədi, musiqi verirlər. Bizim tamaşaların da, filmlərin də özünəxas musiqisi olub. Filmlərimizi yadınıza salın: “Yeddi oğul istərəm” filminə Xəyyam Mirzəzadənin yazdığı musiqini, Aqşin Əlizadənin “Tütək səsi”nə yazdığını,  Arif Məlikovun “Axırıncı aşırıma”, “Sehrli xalat”a yazdıqlarını, Rafiq Babayevin cizgi filmlərinə yazdıqlarını… Bunlar xəzinədir. Istəyirəm, belə filmlərimiz, musiqilərimiz olsun. Bilirsiz, büdcə ayrılır, ayrılan kimi pulları yeyirlər, sonra da qeyri-peşəkarlara ucuz işlərini gördürürlər. Halbuki bu, böyük məsuliyyətdir. Baxırsan, görürsən ki, dublyajda "c"-ya "dzı" deyir. Daha bundan sonra niyə baxım? Rasim Balayevin səsi ilə peyğəmbərlər haqqında filmi dublyaj ediblər, adam baxdıqca baxmaq istəyir. Ona görə də müasir dizilərə, filmlərə baxmıram. Elə klassik filmlərimizə baxaram onların əvəzinə. Hər dəfə yeni nəsə tapıram.

 

 

- Şeir kitabınızı buraxacağınızı demişdiniz…

- Kitab artıq nəşr prosesindədir. Adı “Mən dəlinin rəssamı 29” olacaq.

- Musiqiləriniz ənənəvi qəlibdə deyil. Ritmləri çox fərqli, gözlənilməzdir. Niyə belədir? Fərqli musiqiləri dinləyirsiz?

- Konservatoriyada oxuyurdum, televizora çıxırdım. Utanırdım müəllimim Hacı Xanməmmədovdan, Arif Babayevdən,  gizlənirdim. Bir dəfə müəllimim mənə dedi ki, göstər görüm, nə yazmısan? Ona Əliağa Vahidin "Qəm etmə, könül, canan sevir səni” və Nəsiminin “Ey mənim könlümü alan gözləri” qəzəllərinə yazdığım mahnıları oxudum.  Onda Arif müəllim xeyir-dua verdi, dedi ki, əsərlərində ritm çox tez-tez dəyişir, bunu oxuyan da çətinlik çəkəcək, çalan da. Bayaq soruşurdunuz ki, niyə özün oxuyursan? Müğənnilərin çoxu bunu oxuya, ritmi tuta bilmirlər. Ritm tez-tez dəyişdikcə obrazın halı dəyişir. Bunu oxumaq diapazonla, səslə deyil. Ən əvvəl ruh olmalıdı. Bir də Ritm. Natiq Şirinov mənə dedi ki, sizin mahnılarınızdan çoxlu ritmlər doğur, insanın beyni açılır, yeni ritmlər tapır. Deməli, bunlar insanlara təzə bir aləm açır və maarifləndiricidir. Kurikulum kimi bir şeydir. Görürlər, sonra özləri nələrsə kəşf edir…

 

Söhbətləşdi:

Aliyə Dadaşova

Fotoqraf  Nihad Qulamzadə 

Mənbə: (XƏBƏR365) - Xəbər365 Analitik İnformasiya Mərkəzi Müəllif: XƏBƏR365
, 10 18:34:09, FEVRAL, "Hamı, elə, fikirləşdi, ki,, qadın, bir, şey, istəyir,, amma, əslində, çox, şey, istəyir",
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
"Paşinyan Azərbaycanla sülh müvaqiləsi bağlamaq üçün tələsməlidir" - Ay Partiyanın başqan müavini
Bu hiylələrə uymaq olmaz - AY Partiya Başqanı
“O torpaqlarda hələ də Azərbaycan bayrağı dalğalanmırsa...”
Hər bir xalqın eşidilməyə ehtiyacı var - Anar Əsədli
Fransaya nota verilməlidir - AY Partiya Başqanı
"Diplomatiya taliblərə qələbə qazandırdı” - Kabil necə çökdü?
"ABŞ növbəti dəfə etibarsız tərəfdaş olduğunu göstərdi..."
“Harada qarabağlı görürəmsə, ona sevinərək baxıram” - MÜSAHİBƏ
Moskvanın itirilmiş mövqeyinin bərpası uğrunda çırpınışları
AYP Başqanının müavini: “Ukrayna özünü Krım Xanlığının varisi elan etməlidir”
AY Partiya Başqanı: Bir daha soyqırımları yaşamaq istəmiriksə...
Anar Əsədli: "Qarabağda ermənilərin də, sülhməramlıların da təhlükəsizliyinin təminatçısı Azərbaycandır"
AYP Başqanı: "1-ci Qarabağ savaşında iştirak edən “OMON”çuların məhbəsdə qalması kimin nəyinə lazımdır?"
“Mənə siyasi suallar verməyin” deyən Məclis üzvləri – Onları parlamentdə kimlər "saxlayır"?
AYP Başqanı: “Rusiyadan dost, rus ordusundan sülhməramlı olmaz”
"Türkiyə ilə Azərbaycan Ermənistanı xaosun məngənəsindən qurtarmağa çalışmalıdır"
“Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
Teymur Rəcəbov: “Sevinc göz yaşlarını gizlətmək çətin olur” - MÜSAHİBƏ
AY Partiya Başqanı: “Avropa Birliyi və NATO Qafqaza Türkiyənin varlığı ilə daxil olacaq”
Oqtay Qasımov: "Xoş olmayan niyyətin ifadəsi..."
Elşad Abdullayev: “Ölkə daxilində səhayətlərə qoyulan məhdudiyyətlər qaldırılsın”
“Bu ərazilər nəzarətə alınsa Laçın dəhlizi...”
Siyasi analitik: “Türkiyə Fransanın təhdid və şantajlarına boyun əyməyəcək” - Müsahibə
"Demokratik islahatların inqilaba çevrilmədən gerçəkləşməsinin tərəfdarıyıq" - Anar Əsədli
Mehriban Əliyeva ölkənin gələcəyində gənclərin rolunun artmasında maraqlıdır - MÜSAHİBƏ
Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq
Dilçilik İnstitutuna uzanan dillər: obyektiv və subyektiv səbəblər
Azərbaycanda unikal cərrahiyyə əməliyyatı həyata keçirildi (FOTOLAR)
Aktyorların vərdişidir, onlar həmişə şikayət edirlər - Bəhram Osmanovla müsahibə
Bizim toplumun qadınları xoşbəxt və səmimi deyil - Rəssam Pəri
Onda elə bilirdim dünya dağılıb, yaşaya bilmərəm – Nəsibə Abdullayevayla müsahibə
Alpinistlərin tapılmamasında suçlanan Şahin Mirzəyev danışdı: Məlumatları yayan Ekologiya Nazirliyidir
Berlin divarlarının sökülməsi insanlarımızın içindəki gizli Araz alovunu kükrətdi - Əli Şamillə müsahibə
Bu, büdcə xərcləmələrində mövcud korrupsiyanı daha da genişləndirəcək - Qubad İbadoğluyla müsahibə
Əvvəlki kimi yuxarılar idarə etməkdən, aşağılar idarə olunmaqdan zövq alırlar - Fazil Mustafayla müsahibə
Özbəklər bizi belə sevdiyinə görə burdakı ermənilər bizdən çəkinir – Azərbaycanlının Özbəkistandakı 18 illik həyat yolu
Özbəkistanda bir erməni öldürülsə, mən günahkar bilinərdim... - Özbək tarixçiylə müsahibə
Heydər Əliyev o vaxt məni Moskvaya göndərməsəydi... - Azərbaycanın səfiriylə müsahibə
Bizdə sağlamlıqdan başqa hər şeyə pul xərcləyirlər - Məşhur radioloq
Quska zorakılıq edib, amma mənə qarşı yox... - Sərdar Cəlaloğlu yazılanları təkzib etdi
Rəşad Məcid: Biz həmişə belə olacağıq, ağır, təmkinli, sanballı...
Rauf Arifoğlu: Azərbaycanda prezidentlər, hakimiyyətlər əvəzləndi, qəzetimiz isə...
Vəliəhdə sui-qəsd belə edilə bilər - Aida Qəmbər
Qarabağ
Mənim rəqibim İlham Əliyevdir, müxalifət namizədləri yox... – İsa Qəmbərlə müsahibə
Azərbaycan, Türkiyə və İran birləşməsə, bölgədə qan su yerinə axa bilər - Yusuf Halaçoğluyla özəl müsahibə
Armeniyanı silib, yerinə nə yazaydım? - Qalmaqallı dərsliyin müəllifiylə müsahibə
Tarix dərsliyindəki xəritə qalmaqalı Ermənistan mediasında – Nəyi doğru etmədik?
Prosineçki məğlubiyyəti belə şərh etdi
Tarix dərsliyində Ermənistan xəritəsi: nöqsan, yoxsa süni ajiotaj?
İki gürcünü rusca danışan görməzsiniz, azərbaycanlılar isə... – Hamlet İsaxanlı
Müəllimlərə vəd edilən dərs saatları niyə verilmir? – ARAŞDIRMA
Ağıllı olmaq üçün kürü yox, zeytun yağı yeyin – İlber Ortaylının müsahibəsi
Alim Qasımov erməniylə eyni səhnəni bölüşəcək? - MÜSAHİBƏ
İstəyir ölkəyə 50 milyard dollar gəlsin, mənası nədir?
Poroşenkoya səhvini başa saldılar - Saakaşvilini indi nə gözləyir?
Cəfər Axundzadə: Kinostudiya filmləri rəfə qoymaq üçün çəkir?
Çingiz Abdullayev "26" kafesi barədə: İsraildə, ABŞ-da, Rusiyada bizə gülürlər
Lütfi Zadə azərbaycanlılar üçün nə etməliydi?
Mehman Əliyevi müxalifətçi hesab eləmirəm, onun hakimiyyətə münasibəti... - Pənah Hüseynlə müsahibə
Hər şey göründüyü kimi deyil, arxada ciddi proseslər gedir - Vahid Əhmədov
131.746 Suriya ərəbi doğma, yüzlərlə Azərbaycan türkü ögey oldu
Rusiya Türkiyənin sözünü eşitsə... – Qabil Hüseynli
Məndən siyasi analiz verməyimi istəməyin
Bizdə satılmaq yoxdur, şərəflə gedəcəyik – MEHMAN ƏLİYEV
Universitetlərin köçürüləcəyi yerlər məlum oldu – QƏBƏLƏDƏN REPORTAJ
Bunu açıqlamaq Məleykə Abbaszadənin vəzifə borcudur – Vurğun Əyyub
O vaxt testlə qəbulu ədalətin bərpası üçün tətbiq etmişdik – Firudin Cəlilov
Hamlet İsaxanlı: “Test üsulu ləğv oluna bilməz”
Məktəbli geyimi alarkən aldanmayın! – Qiymətlər
O vaxt Elçibəyi Türkiyəyə gətirməsəydim... - Enis Öksüzlə özəl müsahibə
Nizami Cəfərov, bəs buna nə deyirsiniz? – Azərologiya polemikası böyüyür
Güntay Gəncalp elm adamlarıyla qadın adıyla yazışaraq onları şantaj edir - İDDİA
Arvadını döyən kişini kim cəzalandırmalıdır: qanun yoxsa qohum-əqrəba?
Artıq it hürən tərəfə getmək ölüm deməkdir - Araşdırma
Ələsgər Məmmədli: Hökumət “Turan”ı bağlamaqla milli dayaqları sarsıdacağını bilir
Yanvar hadisələrindən sonra Beycan Fərzəliyevi AXC-dən uzaqlaşdırdılar - Pənah Hüseyn
Trampın Qarabağa aid bəyanatı Azərbaycana nə vəd edir? – AÇIQLAMA
İran istəsəydi, Ermənistanının işğal faktı ortadan qalxardı - TOFİQ ZÜLFÜQAROV
“Bakcell qurbanları” şirkətə nə qədər pul qazandırır? –NARAZILIQ
Biz dünyanı öz dilimizdə dərk etmək istəyirik – MÜSAHİBƏ
Ölkə rəhbərliyinə yanlış məlumat veriləcəkdi - Ancaq alınmadı...
Qəbələnin ən böyük yanacaqdoldurma məntəqələri bağlandı – REPORTAJ
Əli Həsənovun nəvəsinin əvvəlki davranışları istintaq mövzusu ola bilər - AÇIQLAMA
Vaqif Əsədov: Artıq vəzifəli şəxslər bizə xahişə gəlmirlər, qorxurlar...
Kərküklü millət vəkili Azərbaycandan kömək istədi: Kərkük türklərinin buna ehtiyacı var
Xaricdə hər kəs bizdəki kinofestivallar barədə soruşanda utanırdım...
İran-Ermənistan sazişi Azərbaycana qarşı razılaşdırılıb – POLİTOLOQ
Rusiya-Ermənistan ordusu Azərbaycana qarşı döyüşə bilməz - MÜSAHİBƏ
Ermənilər Türkiyədə kəşfiyyata başlayıb - Din pərdəsi altında
Dilimizi bilməyənlərə Azərbaycan vətəndaşlığı verilməsin - Dekandan təklif
Rusiya bununla Azərbaycana təzyiq göstərə bilməz - POLİTOLOQ
Azərbaycanda icmalar var ki, ancaq ərəbcə danışmağı xoşlayırlar - MÜSAHİBƏ
Türkdilli dövlətlərin başçıları görüşəndə rusca söhbət edirlər - QULU MƏHƏRRƏMLİ
Kinonun biznes kimi inkişafını istəyiriksə, biznesin qaydaları ilə sözdə deyil, işdə oynayaq
Uşaqlarımızı rus məktəbinə göndərmək günah, milli xəyanətdir – SABİR RÜSTƏMXANLI
Fatih Birol: Neft hasilatçılarının cəhdləri boşa çıxdı - MÜSAHİBƏ
AHT Azərbaycanın lehinə qərar çıxardı - 1 il də vaxt verildi
Cavanşir Quliyev: Umanlar umduqlarını ala bilmədilər deyə Elçibəyə düşmən kəsildilər
Əli İsa Cabbarov: Kinostudiyanın direktorunu kollektiv seçsin
“Pərdə”nin rejissoru: Filmlər olmasaydı, hələ də küçədə veyillənən avaranın biriydim
BU OYUNDA KİM UDUZDU: Azərbaycan mediası, yoxsa Zaxarova?
Türkiyə vətəndaşından Mehriban Əliyevaya müraciət – Onu kimlər incidir?
Açıq yara kimi yaşamaq çox çətindir... – LEMAN SAM
Krediti olanlar da sosial ev ala biləcək - Vüqar Bayramov
AKP-li millət vəkili Ünüvar: “Türkiyə qazandı”
İSTİQLAL HƏRƏKATÇISININ QƏRİB MƏZARI TAPILDI
"Atatürk düşmənçiliyi Atatürk sevgisini artırır"
Səfirin cavabları erməni jurnalisti əsəbləşdirdi: Varlığınızdan xəbərim olmayıb
Beş düşmən tankı, dörd mühasirə və qazi DÖNMƏZ
“Bizə o hədiyyələri Azərbaycan səfirliyi yox, Zakir Qaralov bağışlayıb”
Bu, Türkiyənin Rusiya ilə əməkdaşlığına mənfi təsir edə bilər - MÜSAHİBƏ
Sarkisyan ermənilərin qanını tökər, amma geri çəkilməz – POLİTOLOQ
"Kərkükdə Kürdüstan qururlar, amma Türk dünyası çal-çağırdadır"
Mehman Hüseynovun vəsatəti təmin edilmədi
Kərkük millət vəkilindən kürd bayrağıyla bağlı AÇIQLAMA
Hikmət Hacızadə: “Xalq narazıdır, kiminsə başını istəyir”
NATO Əfqanıstanda İŞİD-ə qarşı əməliyyat keçirdi
İlham Əliyevin o sözünü türk xalqı bu gün də unutmur – Türkiyəli millət vəkili
Jirinovski ölmədən o sözləri təkzib olunacaq – MÜSAHİBƏ
Prezident kreslosunda başqa qərarlar verməyə məcbursan – Toğrul İsmayılla müsahibə
Türk insanı AKP-yə “hə” deyər, başqanlığa səs verməz
Rəhman Bədəlovdan iddia: “Ermənilər bizim düşmənimiz deyil”
“Türkiyə ölüsünü ən tez basdıran ölkədir” – Tuncel Kurtiz
Vaqif Nəsib: Anarın özü şər, yaradıcılığı xlorlu su kimidir
Məhsa Mehdili: Parçalanmanı bir tale kimi qəbul edib yaşamayaq
Fatih Kısaparmaq Elçibəyə niyə yalan danışıbmış? – XATİRƏ
Akif Qurbanov: “Onlar istəyir ki, vətəndaş cəmiyyəti olmasın”
Atilla Kaya: Baxçalı 15 ildi başqanlığın əleyhinə danışırdı, indiysə...
Məmməd İsmayıl: “Vətəni altımızdan kilim kimi çəkdilər”
Elmir Əkbər: “Dəyanəti danışdıqlarına görə bu cür cəzalandırdılar”
Çingiz Hüseynov: “İnsan İlahinin kitabına – Qurana müdaxilə edib”
Prezidentin çıxışı gündəmdə: Mərkəzi Bank əməkdaşları niyə cəzalandırılmır?
Musa Yaqub: Mən öz siyasətimi şeirimlə həyata keçirirəm
“Rus qoşunlarının Bakıya gətirilməsində Mütəllibovun birbaşa məsuliyyəti var”
“Tramp Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verəcək” – MÜSAHİBƏ
Mehriban Ələkbərzadə: “Deyirlər günəş doğacaq, palçığa döz, dözə bilmirəm…”
Vitse-prezidentlər ölkəni böhrandan çıxara bilərmi?
Yusif Halaçoğlu: “Türkiyə diktatorluq istəyirsə, vay onun halına” - MÜSAHİBƏ
Ramiz Rövşən: “Adam anasından necə küsürsə, mən də Allahdan elə küsürəm”
“Türkiyədəki təhlükə Azərbaycana da təsir edə bilər”
“İntellektual qadınlar bu ölkədə xoşbəxt ola bilmir”
Azərbaycan xalqı bizi sevir, çox istərdik ki, dövləti də bizi sevsin
İqtidarın sözünü deməyəndə dəstədən çıxdaş eləyirlər, müxalifətin sözünü deməyəndə satqın çıxarırlar
Azərbaycan gəncliyi ideoloji istiqamətlərə əhəmiyyət verirmi?
“Cümhuriyyət”in köşə yazarı: “Kənan Evrən Atatürkün adından pis məqsədlər üçün istifadə etdi”
Sabit Bağırov: “Hər şeyi kitabımda aşkara çıxaracağam”
Sıla: “Özümü bu ölkədə yadplanetli kimi hiss edirəm”
“İnsanilik elanıyla yaranan dinlərin hamısı tədricən zülm aparatına döndü”
Anam dedi Kələkiyə, Elçibəyin yanına getməmiş bir də mənim evimə gəlmə
“Yaraşıqlı futbolçulara baxırdım”
Tofiq Zülfüqarov: “Artıq hansısa proseslər gedir...”
“Demokratiyanı, aydınlığı oğurluğa, terrora qarşı qoyacağıq”
Deputat səhv ayağı kəsən həkimə 10 il həbs tələb etdi
Böyük Britaniyanın qərarı Azərbaycana nə vəd edir? - Tofiq Zülfüqarov cavablandırır
Manatı sərbəst buraxmaq lazımdır... Harda dayandı, dayandı
"Elm azad olmayanda adların qarşısında professor, akademik yazılmasının mənası yoxdur"
Yaxın gələcəkdə Gürcüstan Şərqi Avropanın kino-məkanına çevriləcək
Fuad İbrahimov: “Ölkədə iqtisadiyyatın kiçilməsi tənəzzülü daha da dərinləşdirəcək”
Orlando qətliamı seçkilərin taleyini dəyişəcəkmi?
"Qanun"a niyə təzyiq olunur?
“Qazandıqları gəlirin bir qismini belə Azərbaycan üçün xərcləməyənlər prezidentlə bolluca şəkil çəkdirirlər”
“Onlar həmişə uşaq kimidirlər”
“O, İntizam Komissiyasının sədri olanda deputatlar bir-birini şapalaqlayırdı”
"Kamil qayıdıb görsəydi ki, Dilarə başqası ilə yaşayır, neyləyərdi?”
“Məğlubiyyət yetimdir, onun sahibi olmur”
“Elçibəyi tənqid edənlərin əksəriyyəti vəzifədə özlərini doğrultmayan uğursuzlardır”
"Elçibəy prezident seçiləndə dövlətin yalnız adı, 156 əsgəri, 10 milyon rublu vardı"
Sabir Rüstəmxanlı: Niyə ermənilər bacardı, türklər yox?
“Ramiz Mehdiyev məqaləsində ABŞ rəhbərliyini nəzərdə tutmayıb”
“İndi Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq”
"Azərbaycan "yırtıq hovuz"a nə qədər su töksə də, dolmayacaq"
Məntiqli nəticədir ki, SOCAR bu gün xaricdə nümayəndəliklərini bağlayır
“Nə o, nə də mən reytinq xatirinə şpaqat açan jurnalistlərdən deyilik”
Azərbaycan “Avroviziya”da iki hədəfdən hansına çatdı?
Qurultay iyunun əvvəlində baş tutacaq
“Vergi sistemində araşdırmaya və islahatlara ehtiyac var”
Sənət adamının cənazəsi hardan götürülməlidir? – Müzakirə
“Artıq söz o gücdə deyil, mənası itib. O sözü deyən adamların özlərinin təmizliyinə inanmaq olmur”
“Bu, Rusiyanın yox, Ermənistanın kiçik bir oyunudur”
“O uşaq ölsəydi, bir də foto çəkməzdim”
“Qarabağ danışıqları prosesinin nəticəsizliyi danılmaz faktdır”
“Həsənov Sarkisyanı danışıqlar masasına gətirməli, Məmmədyarov isə masada işi həll etməlidir”
“94-cü ildə ermənilər Qarabağda İran təyyarəsini vurublar”
Kitab mağazaları bağlanmaq təhlükəsiylə üz-üzə
“Artıq Azərbaycan qadını zorakılığa dözmür, çünki...”
"Elçibəyin başlatdığı xalq hərəkatının dövründə İranda türklük mübarizəsi zirvə nöqtəsinə yetişdi"
“Cəsarət insanı uğura aparan ən vacib keyfiyyətdir”
“Bu münaqişənin yaranmasında Rusiyanın da rolu, yeri var”
"Məqamdır, sonuna kimi getməliyik" - Mübariz Tağıyev
“Kuba dəyişikliklər ərəfəsində olan ölkədir”
Qulu Məhərrəmli: "Başa düşmürəm, nəyə görə AzTv-nin sədri məni məhkəməyə verir"
"Təəssüf ki, məni tez buraxdılar..."
Tofiq Yaqublu: "Demokratiya uğrunda daha əzmlə mübarizə aparmalıyıq" [Video]
Anar Məmmədli: "İctimai anlamda daha çox xeyir verə bilərdim..." [Video]
Rəşadət Axundov ilk dəfə hansı xəbəri xeber365-ə açıqladı? [Video]
Vurğun Əyyub: "Azərbaycanda özünü vətəndaş və ziyalı sayan insanların hər biri Qulu Məhərrəmlini müdafiə etməlidir”
"Heydər Əsədov kimi adamları idarəetmədən kənarlaşdırmaq lazımdır"
“Rusiya Azərbaycanı təsiri altında saxlamaq üçün Talışıstan məsələsindən istifadə edir”
“Özümüzü Suriya bataqlığına saldıq, indi orda çabalamaqdayıq”
“Belarus hələ də Rusiya təsirinə açıq olan və məruz qalan yeganə ölkədi”
“Elçibəy dövründə Tehranda Azərbaycan kitab evi açılmışdı”
“Sponsorlar türkcə uzunmetrajlı filmlərə maliyyə ayırmağa maraqlı deyillər”
"Əgər Bayır-Bucaq PYD-nin əlinə keçsə, Ağ Dənizə qədər kürd dövləti qurular"
Aktyor böyrəyini satmaq istəyir - VİDEO
"Aktyorlar, teatr işçiləri ən müdafiəsiz camiəyə çevrilməməlidir"
“Azərbaycan Suriyanın, Liviyanın vəziyyətinə düşə bilər”
“Xəbərə münasibət bildirmək aparıcı üçün qeyri-peşəkarlıq sayılır”
Fuad İbrahimov:
“Mərkəzi Bank ölkədəki böhranı tənzimləyə bilməz, MB bazara yalnız manatla daxil ola bilər, dollar buraxası deyillər ki”
Ölkə hüquqşünasları “Azərbaycan” qəzetindəki məlum yazıya münasibət bildirdi.
Şimali Koreya kinosunun tarixi boyunca heç bir filmdə heç vaxt heç kim öpüşməyib
“Şairə necə yazmaqla bağlı məsləhət verənlər tarix qarşısında məğlub olublar”
"Kəşfiyyat xidmətinin müstəqil olmağı vacib idi"
Təhlükə sadəcə həbs olunmaq deyil, ev alıb, qələmini biryolluq satılığa çıxarmaq və problermlərin səfindən uzaqlaşmaqdır
Mirvari Qəhrəmanlı: “Əgər qasırğa haqda məlumat verilmişdisə, onlar getməməli idilər”
“Gənclik Rəsulzadənin səsini telefonunda saxlayır, onun fikirləri ilə böyüyür”
“İranın ziyalısı, muxalifəti və dövləti güneylilərin azadlıq hərəkatını nüvə müharibəsi qədər təhlükəli sayırlar”
Paris terrorunun ikiyə böldüyü Azərbaycan toplumu
Şəhriyar Del Gerani “Vicdansız adamın yanında dayanıb, gözəl mətn yaza bilməzsən”
Rəsulzadənin Gəncədəki büstü niyə örtülüb: qısqanclıq, yoxsa abadlaşma?
Nobel: siyasi yoxsa sülh mükafatı
Mirzə Sakit: “Şamaxıda 87 yaşında gənc anam üçün darıxıram”
Ruslan İzzətli: “Tək çarə demokratiyadır”
“İslam dini kişi ilə qadını bir-birinin libası, örtüsü kimi qələmə verir”
Telekanallarda şou verilişləri niyə bağlanır, məhdudiyyət, yoxsa islahat?
“Avropanın o qədər səhvləri var ki... Putin Rusiyası Azərbaycana pozitiv...” [Video]
“Təhsildə islahatlar əsas hədəfim olacaq”
Fazil Mustafa: “Siyasi məhbus Soljenitsın idi. Bunlar….”
Tural Abbaslı: "“Mən siyasətə qarışmıram” ifadəsini işlədən bir cəmiyyətdə siyasət artıq sıfırdır"
İŞİD terrorundan ən qazanclı çıxan kürdlər oldu
“İdmana sərf olunan vəsaitin yüzdə biri kinoya ayrılsa, yüz qat artıq uğur qazanarıq”
"Rusiya belə hakimiyyət qoruyandısa, Yanukoviçi qoruyardı" [Video]
“Şeytan Allahı təmizə çıxartmaq üçün uydurulmuş obrazdır” (18+)
“Müxalifət parlamentdə cəmiyyətdə malik olduğu çəkiyə uyğun nisbətdə təmsil olunmur”
“Xarici mütəxəssislərin Azərbaycana cəlb olunması müəyyən korporativ maraqların üzərində qurulub”
“Fəlsəfə, tarixinin az qala yarısını dinə kənizlik edərək yaşayıb”
“Rusiya XIX əsrdən başlayaraq erməniləri ona görə müdafiə edirdi ki, həmişə arzusunda olduğu Şərqi Anadolunu ələ keçirsin”
“Yaradıcı şəxslər psixi xəstəliklərdən ən çox isteriya nevrozuna tutulurlar”
“Son 20 ildə Güney Azərbaycan 200 ildə keçdiyi yolu keçib”
“Cem Yılmaz səhnədə elə sözlər deyir ki, mən, yan-yörəmə baxıram ki, görən eşidən oldu?!”
“Azərbaycan seçicisi qarnının qurultusunu dinləyir”
“Maarifçilik termininin istifadə edilməsinə qarşıyam”
““Əli və Nino” elə bir qiymətli sərvətdir ki, onun üstündə əsmək lazımdır”
“Xaricdən xammalın müəyyən hissəsi gətirilirsə, qiymət 30 faiz artırıla bilməz”
Əvvəl-axır gözünü ağarda- ağarda baxan atam olacam
Nazim Məmmədov: “21 fevral qərarının iqtisadi əsası yoxdur”
“Türkiyə neftin qiymətinin enməsindən qazandı”
"Azərbaycan cəmiyyətində çoxları dinini pirlərdə, ziyarətgahlarda öyrənir"
Nejdət Ün: “Zaman və tarixin Türkiyəni haqlı çıxaracağını düşünürəm”
Rusiya və Cənubi Qafqaz: bugün və sabah
"Yaradıcılıq ehtirası sevgidən qat-qat böyükdü"
“Başbuğla Elçibəyin arasını vurdular”
“ADR siyasi partiya alternativlərindən biri ola bilər”
2015-ci il Azərbaycan üçün coşqu ili olacaq
Əvəz Zeynallı: "Artıq prezidentin əfv fərmanı belə ədalətsizliklərin qarşısını almaq mexanizminə çevrilib"
"Gücümüzü birləşdirməliyik, sevgimizin nəticəsini göstərməliyik"
“Amerika, prezident İlham Əliyevin hakimiyyətinin güclənməsində daha çox maraqlıdır”
“Koroğlu” körpüsünü düzgün tikməyiblər”
Dəmirhan Taşhan: “Ziyarət etmək istədiyimiz ilk ölkə Azərbaycandır” [VİDEO]
"Hökumətin açılım siyasətinin məqsədi Öcalanı azad etməkdir"
“Qarabağ problemi həll edilmədən münasibətlərimiz düzəlməyəcək”
Mustafa Destici: “PKK- nın Azərbaycanda qrupları var, amma...” [VİDEO]
“Türkiyə Krımın Rusiya tərəfindən işğalını qəbuledilməz sayır”
“Biz onlardan daha güclüyük”(VİDEO)
Hamı yaşamaq istəyir+VIDEO
Yaşamaq uğrunda mübarizə apara-apara vəhşiləşmişik
“Balanslaşdırılmış siyasət çox ciddi dəyişikliklərə uğrayır”
Mehriban Əliyeva Ərciyəz Universitetinin fəxri doktoru adını alıb
Vəfa Quluzadə: “Rusiya Qarabağ məsələsində dirəniş göstərib maneçilik törədir”
Qiyom de Seyle:
“Azadlıq” qəzeti Anar Məmmədov məsələsində bizə arxadan zərbə vurdu+Video
Ümidini itirmədən mübarizəyə davam+Foto-Video
Qubad İbadoğlu: “İntellektual müstəvidə Azərbaycan hakimiyyətinə daha tez qalib gələ bilərik”
Həbslər cəmiyyətdə tam ümidsizlik hissi yaratmağa yönəlib
Cavid Təvəkkül: “Əsas odur ki, sevgilinlə-yəni kinematoqrafiya ilə bir yerdəsən”
Rusiya bu gün millətçilik psixozundadır
Mehman Əliyev: “QRANTLARIN 90 FAİZİ HÖKÜMƏTİN ÖZÜNƏ ÇATIR”
Hakimiyyətin mövqeyi güclüdürsə, bu həbslərə nə ehtiyac var?
“Bizdən hər şey gözləsinlər”
Başqan seçilsəm, ilk seçkilərdə iqtidara gələcəyik
Ərəstun Oruclu: “Rusiya Avropaya enerji sanksiyaları tətbiq etsə, bu, onun özü üçün fəlakət olacaq”
Haber Yazılımı