Xəbər haqqında
07 Oktyabr 2017 - Şənbə 20:20 282 nəfər oxuyub
 
"10 Tramp gəlsə də heç nə dəyişməyəcək" - Ruhani
GÜNEY AZƏRBAYCAN Xəbəri

İran prezidenti Həsən Ruhani altı digər dövlətlə nüvə problemi üzrə imzalanmış müqaviləni müdafiə edib. 

 

Xeber365.com "İRNA"ya istinadən qeyd edir ki,  İranın dövlət başçısı Donald Trampın müqaviləni tənqid edən bəyanatına münasibət bildirib.

 

“Danışıqlarda biz geri dönməz faydalı razılaşmalara imza atmışıq. Bunu heç kim geri çevirə bilməz – nə mister Tramp, nə də başqası. Lap 10 Tramp gəlsə belə - heç nə dəyişməyəcək”, - Ruhani deyib.

 

Qeyd edək ki, Tramp İranla sövdələşməni ləğv etmək istəyir. Onun sözlərinə görə, İran müqavilənin şərtlərinə əməl etmir.

Mənbə: Müəllif: XƏBƏR365
"10, Tramp, gəlsə, də, heç, nə, dəyişməyəcək", -, Ruhani,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı
kaçak iddaa