301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
24 Avqust 2020 - Bazar ertəsi 13:46 456 nəfər oxuyub
 
15 sutkalıq bumeranqlar
"Qanuni oğruları" siz bu xalqa qəhrəman etdiniz
BAXIŞ Xəbəri
15 sutkalıq bumeranqlar

Azərbyacan Yüksəliş Partiyasının Təşəbbüs Qrupunun üzvü Anar Əsədli özünün Facebook səhifəsində ölkə gündəmində olan məsələlərlə bağlı fikirlərini bölüşüb.
"Xəbər365" həmin yazını təqdim edir:

Azərbaycanda baş verən məmur özbaşınalığı və ardı-ardına gələn həbslər və pandemiya cərimələri gündəmi zəbt edib. Həbs edilən icra başçıları və nazirlikdə çalışan yüksək rütbəli məmurlar çoxsaylı rüşvət və korrupsiya cinayətlərində günahlandırılırlar. Lakin bütün bu həbslər yenə də sadə vətəndaşın problemlərinə biganə qalan məmur tipini dəyişmir, çünki harınlamış məmurun vətəni olmur. Diqqət etsəniz görərsiniz ki, dünyadakı bu "ictimai zəlilərin" eyni tipi var. Sanki hamısı bir boyda, bir ölçüdə, eyni atadan və anadan doğulan kimi görünürlər. Ölkəmizdəki bu tiplərin xalqa sayğısız münasibətinə uzun illərdir şahidik sanki “məndən ötdü, qardaşıma dəydi” prinsipinə riayət edərək məmurlar bu həbslərin və cəzaların onlardan yan ötəcəyinə güvənirlər.

Haradan gəlir bu güvən? İllərdir yığdığı rüşvət və taladığı dövlət əmlakı hesabına toplanmış haqq etmədikləri var-dövlət onlara bu güvəni verir. Bütün demokratik dövlətlərdə olduğu kimi, şəffaf gəlir deklarasiyası məmurlar üçün ölkəmizdə də keçərli olsa idi, məmurlar bu qədər harınlamaz və ölkə vətəndaşına və onun problemlərinə etinasız yanaşmaz, vətəndaşları dilənçi kimi görməzdilər.

Bütün dünya üçün ağır olan pandemiya dönəmində vətəndaşlara :"evdə qal",- tövsiyəsini verən, virusun yayılmasında evdən çölə çıxıb, günəmuzd çalışıb evinə bir tikə çörək aparmaq istəyənləri suçlayan, cərimələrin artırılmasını tələb edən şəxslər bir toya getməklə özlərini nə qədər qanun üstü saydıqlarını göstərdilər və indiyə qədər dediklərinə tüpürdülər. Ən bağışlanmaz tərəfi odur ki, bu öyüdü verən və onlara havadarlıq edənlərin yol boyu düzülmüş malikanələri, övladlarının instagramı dağıdan zəngin həyatlarını göstərən şəkilləri, adamları basıb keçən maşınları göz deşir. Bu hələ aysberqin görünən tərəfləridir.

Cahangir Hacıyev məsələsində məlum oldu ki, aysberqin görünməyən tərəfləri görünənindən daha böyükdür. Pandemiya qaydalarını həyasızcasına pozaraq Alov Qüllələrinin hovuzunda üzən harınlamış yavruların başı və hətta həmin məmurların özü Mehdiyevlərin qalma-qallı toyunda göründü.

Mart ayından bura az qala hər gün pandemiya qaydalarını pozan vətəndaşların xalça-xalça şəkilləri televiziyaları bəzəyirdi. Oğluna, ya qızına nişan, toy və ya məzunluq günü ilə bağlı məclis keçirmək istəyən Həsənlərin, Vəlilərin, Fatmanisələrin ünvanına qucaq-qucaq qınaq dolu sözlər deyilirdi.

Gizli işləyən kafelər, restoranlar ifşa olunduqda az qala vətənə xəyanət deyə üstlərinə hücum çəkilirdi. Yarı çılpaq vəziyyətdə sürüklənən vətəndaş hamımızın yadındadır. O zaman həmin vətəndaşın hüquqlarını qorumalı olan Ombudsmanın səsi gəlmədi. Amma indi məlum oldu ki, vətəndaşın hüququnun müdafiəsindən başqa hansı işlə desən məşğul olan xanım Ombudsmanın da iştirak etdiyi toyda xalqa öyüd verənlərin hamısı birlikdə toplanıbmış.

Necə deyərlər, biz birlikdə güclüyük. Amma baxır, bu “biz” nə “biz”dir?

İllərdir, sovet ideoloji məktəbinin yetirməsi və təbliğatçısı, müstəqilliyimizin qazanılmasında heç bir rolu olmayan, lakin müstəqil dövlətimizin başında ürək rahatlığı ilə oturan, neçə-neçə siyasi həbsin tərtibçisi cənab boz kardinal və onun aşiqləri birlikdə, hətta dövlətdən də güclü olduqlarını zənn edərək ölkədəki pandemiya qanunlarını heçə sayaraq toy məclisi qurublarmış. Bu toy məclisi fağır-füqəranın gizlicə qurduğu və üstü açılanda televiziyada biabır olaraq 200 manat cərimə olunduğu toy məclisindən deyilmiş. Həna o hənadan deyil.

Bu boz kardinalı ölkə qanunlarından üstün sayan və hələ də “bəlkə də qaytardılar” sevdası ilə yaşayanların toplaşdığı bir məclisdir. Bu məclisdə şərab alverçisi olan, amma təəssüf ki, akademik rütbəsi daşıyan keçmiş BDU rektoru, xalqa ağıl verib daha qənaətcil olmağa çağıran millət vəkili və Ombudsman xanımı, daha o qədər xalqın pulunu yeyib harınlamış keçmiş və indiki məmurlar vardı. Siyahını uzatmağa gərək yoxdur. Onsuz da xalq bunların əlindən bezardır və aqresiyası günü-gündən artır.

Düşünmürəm ki, akademikin kürəkəninə kəsilən 15 sutkalıq həbs düz-əməlli yardım ala bilməyən xalqın yarasına məlhəm olsun.

Lakin akademikin özünün cərimələnməsi bu dövlətdə qanunun aliliyinin isbatı olacaq. Yoxsa hər gün parça-parça həyata keçirilən Mehdiyevlərin qanuni cərimələnməsi belə şou kimi yaddaşlarda qalacaqdır.

İnsanlar inanmır.

Məhz bu inamsızlıqlar və məmur özbaşınalığı hökm sürən cəmiyyətlərdə kriminal aləmin insanları böyük hörmətə malik olur. Hansı yolla pul qazanmaqları deyil, bu şəxslərin sadə insanların qayğısına qalmağı, himayə etməyi önə çəkilir. Vətəndaşı olduğu ölkənin məmuru xalqa xidmət deyil, hörmətsizlik göstərəndə “lotu” və oğrular qəhrəmana çevrilir.

Uzaq olmayan keçmişdə məşhur narkobaron Eskobarın xalq arasındakı hörməti və qazandığı el sevgisi buna sübutdur. Onu Amerikadan da, polisdən də qoruyan xalq idi. Niyə? Çünki Kolumbiyada məmur özbaşınalığı vardı və Eskobar sadə insanlara “dədə dövlət”i əvəz edirdi.

Kriminal aləmin 4 il öncə öldürülən bir yüksək ranqlı şəxsi necə ürək ağrısı ilə xalqımız tərəfindən yad edildisə, bu gün də Lotu Qulinin ölümü eyni acı ilə qarşılandı. Niyə? Çünki Bu kriminal şəxslər bir neçə kasıbın qayğısına qalıblar və ümumən ədaləti gözləyiblər, lazımi insanları himayə ediblər.

Bəli, eynən “dədə dövlət”in etməli olduğu işləri öz çaplarında həyata keçiriblər. Bunun bir milli faciə olması ondan ibarətdir ki, hər yetişən gənc bir örnək olaraq təhqir olunan, söyülən və nifrət edilən məmuru da görür, kasıb yaşayan intellektual təbəqəni də, rifah içində yaşayan, lakin xalqa qayğı ilə yanaşan və onun sevgisini qazanmış avtoritetləri də. Sizcə, kimi özünə örnək alacaq?!

Cavab bəllidir. Bax əsl faciə buradan başlayır. Sovet ideologiyası Ramiz Mehdiyevə nə öyrədib bilmirəm, amma xalqa zülm etməklə və hədsiz səlahiyyət sahibi olmaqla dövlət idarə olunmaz, yeni nəsil yetişdirilməz. Bu bir faktdır.

Öz kimliyinə, milli kimliyinə hörmət etməyən gəncdən vətəndaş da olmaz. Amma görünən odur ki, akademiki vətəndaş və milli kimlik problemləri narahat etmirmiş. O, özünün əlahiddə imkanlarını qorumaq həvəsində imiş və yaşadığı zəngin həyat heç də sadə sovet siyasi lider stereotipinə də uyğun gəlmir. Deməli, sovetin çox sayda saxta şüarlarından biri də bu imiş. Təmiz və sadə sovet məmuru ancaq bədii ədəbiyyatın qəhrəmanı imiş.

Özünü hələ də mütləq hakim hesab edən “kardinal” qanunlarla hesablaşmaq istəmədi. Bunun bu gün acı nəticəsini görür. Yəqin ki, batan gəminin kapitanı olduğunu dərk etməyə başlayıb. Artıq gəmini ilk tərk edən Siyavuşlar da göründü. Kürəkəninizin bir mitinq iştirakçısı kimi 15 sutkalıq həbsi illərdir həbsə göndərdiyiniz mitinq iştirakçılarının ailələrinin nələr çəkdiyini sizə hiss elətdirə bildimi? Asan yeyilən zərbə deyil.

Sizin bu xalqa vurduğunuz ideoloji zərbələr, dövlət təfəkkürünüzün olmaması Təhlükəsizlik Şurasının üzvü kimi ölkənin təhlükəsizliyinə tüpürmənizə gətirib çıxartdı.

Qazandığınız təcrübələrin yalnız hakimiyyətinizi qorumağa xidmət etməsi və xalqı aşağılayan siyasətinizlə bu "qanuni oğruları" siz bu xalqa qəhrəman etdiniz.

Halbuki dövlət təfəkkürünüz olsaydı ideoloji təbliğatı düzgün qura bilərdiniz.

Xalqımız hər zaman gerçək qəhrəmanlar yetişdirmişdir. Bu qəhrəmanlar İgid əsgərlərimiz, Qazilərimiz və Şəhidlərimizdir.

Şəhidlərimizə hüzurumuzu, istirahətimizi, dövlətimizi, ən əsası - istiqlaliyyətimizi borcluyuq!

Şəhidlərimiz və igid əsgərlərimiz əsl qəhrəmanlıq nümunəsidir və yetişən bütün gələcək nəsillərə qəhrəmanlıq örnəyidir.

Sizdən fərqli olaraq, düşünən və ölkəsinə xidmət edən insanlarımız var.

Ölkədə yeni nəfəs açılmalıdır. Yeni təfəkkürlü gənclik və təmiz adını batırmamış təcrübəli insanlar birlikdə göstərdikləri fəaliyyət nəticəsində cəmiyyətdəki stereotipləri dəyişməlidirlər. Bax o zaman həqiqətən də demək olar - biz birlikdə güclüyük.

Yaşasın yeni nəfəs!
 

Mənbə: Müəllif:
15, sutkalıq, bumeranqlar,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
Türkiyəli ekspertlər: Beynəlxalq qurumlar Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına qanunsuz yerləşdirməsini şiddətlə qınamalıdır
Azərbaycanlılar öz xalqı və dövləti üçün nə vaxt yaşamağa başlayacaq?
Sıradan çıxan əyləc
Ramiz Mehdiyev tək günahkardırmı?
Hacıbala Abutalıbov Ramiz Mehdiyevi xəyanətdə suçladı
Dərslər necə keçirilməlidir?
Tramp Ərdoğanı, Putini, Tzinpini və Kim Çen Inı “dünya səviyyəli şahmatçı” adlandırıb
Növbədənkənar prezident seçkisinə nədən ehtiyac yarandı? - EKSPERT
Rəsulzadənin Çağdaş Azərbaycan Tarixi əsərinin təhlili
Rəsulzadə həyatla vidalaşdı, amma inam onu tərk etmədi - Elçin Əfəndiyev
Dilimiz təkcə Azərbaycan Respublikasının yox, 50 milyonluq Azərbaycan xalqının milli dilidir - Arif Rəhimoğlu
Afrinin əhəmiyyəti nədən ibarətdir?
20 Yanvar - Türkün dirilişidir!
Tofiq Zülfüqarov: Rusiya seçim etməlidir, ya Azərbaycan, ya da Ermənistan
Dilçi alim AMEA-nın orfoqrafik səhvlərini üzə çıxartdı
Rusiya o qədər irəliyə gedib ki...
İranda ərəb baharı?
Manatın devalvasiyası kimə sərf edir? - ŞƏRH
Kimsə iki dövlət qurumunu üz-üzə qoymaq istəyir - Ekologiya və Təbii Sərvətlər Nazirliyi
FHN alpinistlərin axtarışını tamamilə öz nəzarətinə alsın - Təklif
O taylı-bu taylı millətin birləşmək istəyinin nişanı - Həmrəylik Günü
Hər ilin öz oyun qaydaları var – Bəs it ilinin qaydaları?
Bizə ilk addımda həmrəylik gərək - Elçibəyin Azərbaycan türkünə müraciəti
İndi hansı bank bağlanacaq?
Ərəb ölkələri Türkiyəyə qarşı birləşərsə, regionu nə gözləyir? - ŞƏRH
Minimum əmək haqqı - Bir saatı 81 qəpiyə işləyəcəyik?
Nazirlər Kabinetinin son qərarı benzinin qiymətini artıracaqmı?
“ƏMƏK” ordenlərinin görünməyən qəhrəmanları
Saytların daldan atdığı daş - Bu, medianın özünə vurduğu zərbə deyilmi?
Dünya Bankının qərarı Azərbaycandakı layihələrinə mənfi təsir göstərməyəcək- ŞƏRH
Doğrudanmı, ən pis azərbaycanlı Əkrəm Əylislidir? - Fazil Mustafa
Yazdığım statusun Müsavata heç bir dəxli yoxdur - Alya Yaqublu
Rusiya Ermənistana Naxçıvandan zərbə vura bilər - Ermənilər narahatlıq içində
Manat FED-in qərarından sığortalana bilməyəcək
İkitaylı Azərbaycanın bütövlüyü üçün ən böyük şans o gün yaranmışdı – 21 Azər
Azərbaycan Qüds məsələsində kimin yanında dayanmalıdır?
Heydər Əliyev ömrünü Türkiyə sevdalısı olaraq keçirmiş liderdir
Tehrandan Xankəndinə yol gedirmi?
Yaxın Şərq ölkələri hədəfdə - Amma əvvəlcə İran...
Bu günə toxunmaq ədəbsizliyinə kimsədə cürət olardımı? - Üzeyir Hacıbəylinin məqaləsi
Nazir təyinatı: Hökumətdaxili yerdəyişmə, yoxsa seçkiyə hazırlıq?
Özünü damdan atmaq da olar, yandırmaq da... Hikmət Hacızadə
Kamal Abdulla, Məleykə Abbaszadə, Hamlet İsaxanlı... - Yeni təhsil naziri kim olsun?
Türk generallarının Bakıya səfərləri nə ilə bağlıdır? - ŞƏRH
Saakaşvili taleyi ilə barışmalıdır - ŞƏRH
Gürcüstana gedən xəstələr ağır fəsadlarla qayıdır - ŞƏRH
Avropa xilafəti: müsəlmanların sayı 3 dəfə artacaq
Zərrabın etirafları Türkiyə-ABŞ münasibətlərini hara aparır? - ŞƏRH
Dövlətlər bitkoindən niyə qorxur? - SƏBƏB
Qarabağda karyerası sona qədər uğurlu olan varmı?
Bu nazirliklər öhdəlikləri yerinə yetirə bilmədi - EKSPERT
Ermənistan Rusiyanın təsir dairəsindən çıxmayacaq - Sazişin Detalları
Əflatun Amaşovun təklifinə reaksiya: Hərə yorğanı öz üstünə çəkəcək
Maliyyə naziri və baş bankir büdcə prosesinə təsir etmək gücündə deyil - ŞƏRH
Türkiyəni müstəmləkəçi ölkəyə çevirmək istəyirlər - AÇIQLAMA
Lavrovunku söz oyunu idi: Həsən keçəl, ya keçəl Həsən...
Qarabağda ermənilərin gözlədiyi Qızıl Ordunun ayaq səsləri
Prezidentin bu barədə sərəncamı olsa da, Milli Məclisin hələ də qərarı yoxdur
Çökdürülmüş ekspert institutunun səviyyəsi medianın səviyyəsindən yuxarıdır - Rövşən Ağayev
ABŞ Rusiyanı necə zərərsizləşdirəcəyini açıqladı
İnsanlarımız niyə ələ baxmalıdır ki? - Sosial yardım tamamilə dayandırılmayacaq
Azərbaycanda milyonlarla insanın həyatını dəyişdirən sistem - 25 illik miras
"Azpetrol"un proqnozu təəccüb doğurur - Yanacaq bahalaşmalıdırmı?
Siyasi partiyaların büdcəsi niyə artırılmalıdır? - MÜZAKİRƏ
Tikintiylə bağlı bizə çox müraciət olunub, ancaq... - Metropolitendən açıqlama
Bakı-Tbilisi-Qars dəmiryol xəttinin rolunu necə yüksəltməli?-ŞƏRH
Divarlardan Moskva əleyhinə döyüş cəbhəsi yaradılacağına şübhəniz olmasın - Zahid Oruc
Mətbuat Şurasının xəbərdarlığı və Eynulla Fətullayevin Lotu Quliylə fotosu
Bu, niyə Bakıda alınır Yerevanda yox? - TƏHLİL
Onları Azərbaycan bayrağı deyil, Sovet nostalgiyası riqqətə gətirir... - SORĞU
Qarsa gedən "sülh və müharibə qatarı" - TƏHLİL
2 milyardlıq Bakı-Tbilisi-Qars layihəsi hələ ki, xərclərini ödəyə bilməyəcək - SƏBƏB
Tehran görüşü Azərbaycanı hara aparır: İran, Rusiya, yoxsa Avropaya?
İlham Əliyevin Tehrana getməsi Avropadan üz döndərməsi demək deyil
Qarabağın azad edilməsində ən ciddi maneə budur - Qubad İbadoğlu
Neftin qiyməti düşərsə, manatı qorumaq olmayacaq - Açıqlama
Çovdarovun cəzası cinayətinə uyğun deyil - Cəmiyyətdə narazılıq
Bu layihə neft gəlirlərini əvəz edəcəkmi?-ŞƏRH
Bakı-Tbilisi-Qars dəmir yolu xətti açılır: Azərbaycan bundan necə faydalanacaq?
Zahid Oruc: "Madrid yalnız iqtisadi yollarla yerdə sürünən suverenliyini qoruya bilməyəcək"
Delta Telekomun vətəndaşları internetsiz qoyması yolverilməzdir – Osman Gündüz
Türkiyənin dəmir ledisi Meral Akşener – BİOQRAFİYASI + FOTOLAR
Tofiq Zülfüqarov: “Niyə həmsədrlər açıq-aşkar görmürlər?”
Ermənistan 93-cü ilin Azərbaycanına çox oxşayır - Zahid Oruc
Rusiya ilə Azərbaycan hansısa məxfi danışıq aparıb razılığa gəlsə... - Hikmət Hacızadə
Qubad İbadoğlu: “DYP-nin topladığı cərimələr dövlət büdcəsinə daxil olmur”
Nazirlik rəhbərliyinin erməni saytlarının yazdığından xəbəri oldumu? - Sabir Rüstəmxanlı
Ünüvar: “CHP-li millət vəkillərinin Azərbaycanın əleyhinə səs verməzi üzücüdür”
Buna deyərlər, Allahın evlərini döyüşdürmək - Zahid Oruc
Azərbaycan regional enerji mərkəzinə çevrilir - Yeni plan
Kredit borcları qırmızı xətti keçdi: nəticəsi nə olacaq?
Müstəqilliyin əleyhinə səs verim deyə mənə də təzyiq olunmuşdu - Millət vəkili
Fazil Mustafa: Türkmənlərin əsas düşməni İraq hökumətidir
İsa Yaşar Tezel - KƏRKÜK
Əliyev və Sarkisyan görüşündə hansı razılıq əldə olunub? - Açıqlama
Əliyev-Sarkisyan görüşü: sonra nə olacaq?
Azərbaycan hücuma keçə və bu mövqeləri qaytara bilər – Qışda müharibə planı
Azərbaycan və Rusiyanın yeni sətirdən - qardaşlıqdan başlaması hər iki dövlətin xeyrinədir- Zahid Oruc
Dünya Kataloniyaya göstərdiyi münasibəti Qarabağa niyə göstərmir?
Belə getsə, Azərbaycan böhrandan çıxa bilməyəcək - Qubad İbadoğlu
Emmanuel Makron iranlı həmkarını dəstəklədi
Azərbaycan yenə iki od arasında - Moskvayla Tehran iş başındadır
Ərdoğan: “ABŞ Türkiyəyə silah satmır, amma PKK-nın Suriya qanadını pulsuz silahlandırır”
Azərbaycan Avropa Şurasından çıxa bilərmi? - ŞƏRH
Nə üçün Tramp Azərbaycanla daha sıx əməkdaşlıq etməlidir?
Dərslik məsələsində tarixçilərimiz belə söyüşdən o tərəfə keçmədilər – Qafar Çaxmaqlı
Bütün dünya niyə rus S-400-ünü almaq üçün növbəyə durub? - Sirri açıldı
Dərsliyin müəllifini vətən xaini adlandırmaq düzgün deyil – Aqil Abbas
Kürdlər və katalonlar çox hiyləgər gediş etdi- Elxan Şahinoğlu
Türkiyə-ABŞ qarşıdurmasının təsiri ciddi şəkildə olunacaq - Qubad İbadoğlu
Nizami haqda həqiqəti yazıblar, siz nədən küsmüsünüz? - Fazil Mustafa
Azərbaycan torpaqlarını qaytarmaq üçün kiminlə savaşacaq: Ermənistan, yoxsa Rusiyayla?
Rusiya Xəzərdə qəfil hərbi təlimlərə başladı - Həyəcan siqnalı
Tarix dərsliyindəki xəritə skandalı ciddi araşdırılmalıdır – Qubad İbadoğlu
Millət vəkili NATO-da Ermənistanın işğalçı siyasətindən danışdı
ABŞ Sudan üzərindən iqtisadi sanksiyaları qaldıracaq
Mətbuat Şurası mitinqdə monitorinq apardı - jurnalistləri qınadı
Vəziyyətin mürəkkəbliyini heç kəs dana bilməz - Zahid Oruc
İlham Əliyevdən anons: Avropa İttifaqı ilə yeni bir səhifənin açılışını edəcəyik
Ermənilər Cəbrayılda kilsə açdı - Rəsmi Bakıdan etiraz
İlham Əliyevdən Avropaya mesaj: Bununla həyatımızda heç nə dəyişməyəcək
Putin Qarabağla bağlı çağırış etdi - Ermənistana ciddi mesaj
Bu hotellərə görə Azərbaycan ilk 5-liyə düşdü - Lider isə İsraildir
İraqda yaşananlar neftin qiymətini oynadır - Bəs sonra nə olacaq?
“Kərkükə siyasi və iqtisadi yardımlar etməliyik” – Qənirə Paşayeva
Qarabağa qanunsuz gedən türkdən özəl açıqlama: Onlar ermənilərlə nə danışıblar?
Azərbaycandakı Kürdüstan aşiqləri – onlar nə dərəcədə təhlükəlidir?
"Onların Avropa siyasətinə təsiri olmayacaq" - Merkel
Azərbaycan üçün hazırlanmış tor – Ermənistanın gizli planı
Azərbaycan hökuməti Kərkük məsələsiylə bağlı bəyanat verməlidir - Açıqlama
Azərbaycanda PKK-nı təbliğ edən qəzet fəaliyyət göstərir - İDDİA
“Bu qərar BMT-də təsdiqlənib, dəyişmək olmaz” - LAVROV
Onlar Putinin yox, İlham Əliyevin sözüylə hərəkət edirdilər - Açıqlama
Bakıda erməni kəşfiyyatına işlədiyimi etiraf etməyimi istəyirdilər
Rusiya bu yolla Azərbaycan hakimiyyətindəki tərəfdarlarına dəstək verir - Açıqlama
Azərbaycan hökuməti:Nalbandyanın təklifini qəbul etmirik - ÖZƏL
Bəxtəvər Dədə Ədalətin başına!
Qəbul imtahanlarında minimum bal 280 olmalıdır
Kürdlərin layihəsi İslam dünyasının parçalanmasına xidmət edir - AÇIQLAMA
"Surinamın Azərbaycanda maraqları var" - NAZİR
İŞİD-ə qoşulan azərbaycanlının şikayətini təmin etmədi
Həbsxanada uşaq dünyaya gətirən ana barəsində məhkəmə qərar verdi
Türkiyəli millət vəkili Nəcdət Ünüvardan Bakıya təbrik
Tofiq Zülfüqarov: 7 rayonumuzu qoyub, qapalı kafedən danışırsınız...
"Əsrin müqaviləsi"nin şərtləri niyə dəyişdirildi?
Ermənilər Ağdamı özününküləşdirir, bəs Əbülfəs Qarayev nə edir?
Sükanı belə saxlayın, cənab Prezident! - Tofiq Zülfüqarov
Lütfi Zadənin ölümü ilə bağlı xəbəri hələ dəqiqləşdirməmişəm - Vəkil
Bakı-Tbilisi-Qars dəmiryolunu gecikdirən Rusiya oldu - Ancaq maneələr dəf edildi
Azərbaycan KİV-ləri Qərbin Rusiya haqda bu cür materiallarını dərc eləmir, Rusiya isə...
26 restoranının sahibindən Dilavər Əzimliyə etiraz: Onda 26 saylı məktəbi də bağlayaq
OCCRP-nin mənbəsiz araşdırması - Nə dərəcədə əsaslı sayıla bilər?
Ermənistanın NATO təlimlərindən imtinasında Rusiya və Azərbaycan izi - Açıqlama
Türkiyə və Almaniya nəyi bölə bilmir? - TƏHLİL
Test üsulunun taleyi insanımızın, gələcəyimizin taleyidir - Mehriban Vəzir yazır
Erməni lobbisi Rusiyaya qarşı yenə “döyüş yolu”nu seçdi
Səninçün yenə yanağımdan süzüləcək iki damla yaş tapılar...- Elnur Astanbəyli
Qorbaçovun Əliyevə etdikləri alçaqlıq idi
Seçki sandığı məzarınıza çevriləcək - Əməkdar müəllim
Rusiya və ABŞ əməkdaşlığı qurulacaqmı? - PROQNOZ
3 milyon manatlıq avtomobil kolleksiyası - Cinayətə aparan yol
Sabiq Ermənistan prezidentindən tarixi bəyanat: İşğal etdiyimiz torpaqları qaytarmalıyıq
Ermənistanı daha nədə üstələyə bilərik? - Hüseynbala Səlimov yazır
Hər şey torpaq olacaq bir gün... - Ömər Xəyyam
İki erməni liderinin etirafları: Ona görə qırğınlar törətdik ki...
Banklarda böhranın ikinci fazası başlaya bilər?
Manat niyə möhkəmlənib? - 8 AMİL
Tibbi arayış satışından 3-5 milyon manat əldə edilir - Bu pullar hara gedir?
Allahın özü də erməni və qarabağlıdır - Zori Balayan
Dürüst və namuslu qalmaq - Rüşvəti yox etməyin yolu
Ermənilərin “Böyük Ermənistan” yaratmaq planları necə pozuldu?
Öz-özünüzü xoşbəxt edə biləcəyiniz 6 üsul
“Ermənistan bayrağı altında Azərbaycan mahnısı səslənəndə təəccüblənməyin”
Ermənilərə təklif: 24 apreli soyqırımı yox, bayram günü kimi qeyd edin
Şevarnadze göstəriş veribmiş ki, İlham Əliyevi institutdan çıxarsınlar - Teleaparıcı
İSLAMOFOBİYA: Avropa Birliyinin yeni meyarı – TƏHLİL
Trampı devirmək istəyən gizli xidmətlər var - TƏHLİL
ƏRDOĞAN "MİLLƏT" DEYƏNDƏ NƏYİ NƏZƏRDƏ TUTUR?
Ermənistanda seçkilər: onlar Qarabağı itirmək üzrədirlər?
Ruslar yenə də arzularına çatdılar – TƏHLİL
Qarabağı azad etmək üçüb tarixi fürsət yetişib? – TƏHLİL
Xanlar Vəliyevin diqqətinə: Yuri Zarviqorovu niyə həbs etmirsiniz?
Azərbaycan 25 ildir, nəyi gözləyir? - TƏHLİL
Trampın arxasında İsrail lobbisi dayanıb – TƏHLİL
AKP-nin arqumentləri ancaq siyasi spekulyasiyadır – TƏHLİL
Nazarbayev yolun sonuna gəlib, yoxsa?
Azərbaycan ABŞ-ın xətrinə İrana qarşı çıxacaqmı? – TƏHLİL
Əvvəlcə Receb İvedik və lotu qulilər, sonra təhsil və elm
İSTƏMƏSƏLƏR BELƏ, VİTSE–PREZİDENTLİK OLACAQ...
2017-ci il belə gəlib beləmi gedəcək? – İqtisadi təhlil
SEÇKİYLƏ BAĞLI SON AKKORDLAR...
Qərb üçün demokratiya Qərb üçündür
Bu il dünya da yerindən oynadı, Azərbaycan da... – SİYASİ HESABAT
Bu il dünya da yerindən oynadı, Azərbaycan da... – SİYASİ HESABAT
2016-cı ilin uğurlu filmi: “Pərdə”?
Bob Dilan İsveç Akademiyasını barmağına doladı, bəs Salam Sarvanla Şəhriyar del Gerani?
2016-cı il: mediamızda kim uduzdu, kim uddu?
2016-cı il hansı ölkələr terrorun qurbanına çevrildi? – STATİSTİKA
Üçüncü devalvasiya artıq başlayıb...
Dünyada muxtariyyat modeli qalmayıb
Mediada qeyri-peşəkarlıq. Səbəbkarlar kimdir?
KQB, “Qadın öpüşü” və “bolqar çətiri”
4 milyard alınacaq ya alınmayacaq?
"Ölkə dağıdıcı tufan ərəfəsində"
Səudiyyə Ərəbistanı, yoxsa İran
Mişel Uelbek: Avropanın islamlaşmasında günahkar kimdir?
Rusiyanın Türkiyə ilə savaşmamalı olduğunun səkkiz səbəbi
Gizli xidmət şefinin sonu: qəfil və gözlənilmədən
Prezident hökuməti fövqəladə rejimə keçirir
Haber Yazılımı