Xəbər haqqında
02 Noyabr 2017 - Cümə axşamı 09:42 1516 nəfər oxuyub
 
2 milyardlıq Bakı-Tbilisi-Qars layihəsi hələ ki, xərclərini ödəyə bilməyəcək - SƏBƏB
BAXIŞ Xəbəri
2 milyardlıq Bakı-Tbilisi-Qars layihəsi hələ ki, xərclərini ödəyə bilməyəcək - SƏBƏB

"Tikintisi 10 ildən çox davam edən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin istifadəyə verilməsi Azərbaycanın və regionun iqtisadiyyatı üçün önəmli hadisədir.   Azərbaycanın əlverişli və strateji cografi mövqeyindən, bu sahədə  malik olduğu  təbii üstünlüklərdən  regional  layihələr vasitəsilə  bəhrələnmək siyasətini düzgün hesab edirəm. Amma mən belə layihələrin nə qlobal və nə regional əhəmiyyətini kiçiltmədən demək istərdim ki,  nəqliyyat infrastrukturu xidmət sahəsi olaraq həmişə real sektorda  məhsullarının istehsalından, hərəkətindən və daşınmasından asılı olaraq inkişaf edir."  

 

Xeber365.com bildirir ki, bu barədə iqtisadçı-alim Qubad İbadoğlu bildirib. 

 

Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin praktikliyini  və səmərəliliyini artıran vacib həlqə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikilməsi və müasir infratsurkturunun yaradılmasıdır: "BTQ işə salınsa da, liman kompleksində 7  ildən artıqdır ki, tikinti işləri  davam edir. Hər iki layihənin tikintisi korrupsiya ilə müşahidə olunduğundan illərlə yubanıb. Əslində, nəqliyyat infrastrukturunun birinci  həlqəsinin tikintisi  hələ  5 il bundan əvvəl başa çatmalı və bu ilə qədər də xərclərinin bir hissəsini də örtməli idi.  Vaxtında  korrupsiyaya yol verilməsəydi və gecikdirilməsəydi, bu layihə tam zamanında 2012-ci ildə işə düşsəydi, hazırda bölgə üçün daha çox əhəmiyyət kəsb edərdi. Bu layihənin uzanması həm də onun xərclərinin artırdı. Bu xərclərin bir hissəsinin mənimsənilməsi  də onu smeta dəyərini daha da çoxaltdı. İstənilən halda daha bir  layihə başa çatdı. Bu həm də ona görə sevindiricidir ki,  həmin sahədə korrupsiya imkanları azaldı".

 

Qubad İbadoğlu Dövlət Neft Fondunun  məlumatına əsasən qeyd edir ki, “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinə birbaşa olaraq  569,1 mln. manat vəsait ayrılıb, onun da 165 milyon 825 min manatı bu ilin büdcəsinin payına düşür: "Bununla yanaşı, BTQ layihəsinin Gürcüstan hissəsinin  tikintisi və  rekonstruksiyasının maliyyələşdirilməsinə Azərbaycan hökuməti  tərəfindən 775 milyon dollar, o cümlədən,  illik dərəcəsi 1 faiz olmaqla 25 il müddətinə 200 milyon dollar və  illik dərəcəsi 5 faiz olmaqla ikinci trans üzrə 25 il müddətinə 575 milyon dollar həcmində kredit vəsait ayrılıb. Bütövlükdə bu layihəyə Azərbaycan tərəfi  1 milyard 344 milyon manat  vəsait  xərcləyib. 

 

Bundan başqa, Türkiyə tərəfi də bu layihəyə əlavə olaraq 500 milyon dollaradək vəsait ayırıb. Təxminən 2 milyard manatdan çox dəyəri olan bu layihənin yaxın gələcəkdə xərclərini   ödəcəyi gözlənilən deyil. Bunu gecikdirən əsas səbəblərdən də biri də bölgədə sosial-iqisadi  durumun və biznes şəraitinin pisləşməsidir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikilməsi və müasir infrastrukturunun yaradlmasına büdcədən  ayrılan vəsait  də 100 milyonlarla  ölçülür. Hesab edirəm ki, bütövlükdə nəqliyyat dəhlizinin rentabelliyini təmin etmək üçün Azərbaycan vergi və  gömrük qanunvericiliyində, nəqliyyatda daşınma tariflərində islahatlar aparılmalı,  ümumilikdə isə Ələt Azad Ticarət Zonasında avtonom hüquqi rejim yaradılımalı, sərbəst valyuta  və əlverişli biznes  mühiti formalaşdırılmalıdır".

Mənbə: Müəllif:
2, milyardlıq, Bakı-Tbilisi-Qars, layihəsi, hələ, ki,, xərclərini, ödəyə, bilməyəcək, -, SƏBƏB,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı
kaçak iddaa