301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
31 Dekabr 2014 - Çərşənbə 07:34 1227 nəfər oxuyub
 
2015-ci il Azərbaycan üçün coşqu ili olacaq
Sülh danışıqları hələ bitməyib. Lakin Azərbaycan, istənilən an ərazisinin bütövlüyünü bərpa etmək üçün lazım olan variantlardan da istifadə edəcək.
MÜSAHİBƏ Xəbəri
2015-ci il Azərbaycan üçün coşqu ili olacaq

Yola saldığımız 2014-cü ilin yekunlarına- ölkənin ictimai-siyasi, iqtisadi və sosial həyatında baş verənlərə hər kəs fərqli prizmadan yanaşır. Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovla da müsahibəmiz bu notlar üzərində quruldu...

 

-    Siyavuş müəllim, yola saldığımız ili necə xarakterizə edirsiniz?
-    2014-cü il Azərbaycan üçün çox uğurlu oldu. Dünyada böhranlar baş verməyinə, bizi əhatə edən dövlətlərdə müəyyən  hadisələr yaşanmağına  baxmayaraq. ölkəmiz həm iqtisadi uğurlar qazandı, həm sosial problemlər, demək olar ki, öz həllini tapdı. Bu istiqamətdə uğurlu siyasətimiz davam edir. Ona görə də hesab edirəm ki, 2014-ü il Azərbaycan üçün uğurlu il olub. Yola saldığımız ildə bir çox layihələr həyata keçirilib və davam etdirilməkdədir. Ölkədə tikinti-abadlıq, quruculuq işlərinin yüksək səviyyədə görülməsi, yeni iş yerlərinin və istehsal müəssisələrinin açılması, həmçinin, 2015-ci ildə Azərbaycanda ilk dəfə keçiriləcək Avropa Yay Olimpiya Oyunlarının hazırlıq işləri çox uğurla davam etdirilir. 
-    Sizcə, geridə qoyduğumuz 2014-cü il Azərbaycan üçün hansı əlamətdar hadisələr və uğurlarla yadda qaldı?
-    2014-cü ildə Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirildi. Həmçinin Azərbaycanın ayrı-ayrı sahələrdə uğurları çox yüksək səviyyədədir. Beynəlxalq təşkilatlarda Azərbaycanın təmsilçiliyi, nailiyyətləri uğurlu olub. İqtisadiyyat, siyasət və sosial məsələlərin həllində də uğurlu il kimi yadda qalıb. Yekun olaraq da, növbəti dəfə azad, ədalətli, demokratik bələdiyyə seçkilərinin keçirilməsi də Azərbaycanda siyasi sistemin möhkəmliyi və uğurunun göstəricisidir.
-    Ötən ili Yeni Azərbaycan Partiyasının fəaliyyəti baxımından necə xarakterizə edərdiniz?
-    Yeni Azərbaycan Partiyasının ötən ilki fəaliyyətini uğurlu və qənaətbəxş hesab edirəm.
-    Ötən il müxalifət  və iqtidar düşərgəsi üçün hansı baxımdan gaha çox yaddaqalan oldu? 
-    2014-cü ildə iqtidar-müxalifət arasında, parlamentdə  təmsil olunan və olunmayan siyasi partiyalarla bir sıra görüşlər keçirilib. İndiyədək Azərbaycanda 50-yə yaxın siyasi partiya qeydiyyatdan keçib. Onlardan on doqquz-iyirmisi bu gün fəaliyyət göstərir. Ümumilikdə götürəndə, Azərbaycanda fəaliyyət göstərən partiyalar arasında bir-ikisini çıxmaq şərtiylə yerdə qalanlar arasında ünsiyyət mexanizmi formalaşdırılıb. Stabillik iləri ərzində də belə görüşlər baş versə də,  bu ATƏT-in sədrliyi, hansısa ölkənin səfirliyinin, yaxud hansısa beynəxalq qurumun təşəbbüsü ilə baş tuturdu. İndi isə kənar müdaxilə olmadan, birbaşa Azərbaycan hökümətiylə ölkədə təmsil olunan siyasi partiyalar arasında dialoq həyata keçirilir. Hesab edirəm ki, uğurlu model seçilib. Kim istəsə buyurub bu modelə qoşula bilər. 
-    Azərbaycanın milli maraqlara söykənən fəal xarici siyasətini uğurlu hesab etmək olarmı?
-    Təbii ki... Azərbaycan bu illər ərzində həm BMT-nin Təhlükəsizlik Şurasına, həm də Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edib. Həmçinin ikitərəfli əlaqələri geniş şəkildə əhatə olunub. Demək olar ki, Azərbaycanda hər həftə bir beynəxalq tədbir keçirilib. O cümlədən, müxtəlif dövlət başçıları və keşmiş prezidentlər burada keçirilən tədbirlərdə iştirak ediblər... Ayrı-ayrı dövlətlərlə bir sıra müqavilələr imzalanıb ki, bunun da nəticəsində iqtisadi inkişaf və digər təhlükəsizlik sisteminin möhkəmlənməsi, qarşılıqlı informasiya mübadiləsi və digər məsələlər burada öz əksini tapib. Cənab prezidentin xarici siyasət sahəsində bir çox konfranslarda  çıxışı və Azərbaycanın maraqlarının da təmsil olunması da çox uğurlu və yadda qalandır.
-    Ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsi barədə nə deyərdiniz?
-    Qeyd etmək istəyirəm ki,  Azərbaycan mötəbər tədbirlərə ev sahibliyi edir. Bu gün ölkəmizdə tolerantlıq və mədəniyyətlərarası dialoq kifayət qədərdir. Bu baxımdan Heydər Əliyev Fondunun bu işlərdə iştirakı və bilavasitə dəstəyi təqdirəlayiqdir. Bu gün Azərbaycan, demək olar ki, təkcə Cənubi Qafqazda yox, bütövlükdə Avropanın təhlükəsizlik və stabillik adasıdır. Bu stabilliyin yaranmasında xarici siyasətin xüsusi rolu və əhəmiyyəti var.

- Sadaladıqlarınızın fonunda 2015-cü il Azərbaycana nə vəd edir?
-    Hesab edirəm ki, 2015-ci il Azərbaycan üçün ugurlu illərdən olacaq. Bir sıra beynəlxalq və mötəbər tədbirlər keçiriləcək. Xüsusilə də, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi və buna hazırlıqların görülməsi, 2015-ci ilin noyabr ayında olacaq parlament seçkiləri... Seçki ili bir az coşqun olur,  2015-ci ildə də həm siyasi baxımdan, həm də qeyd etdiyim tədbirlər baxımından coşqu ili olacaq. Artıq bu sahədə hazırlıq işlərinə start verilib. Bununla əlaqədar qruplar yaranır, müxtəlif treyinqlər keçirilir.
-     “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev xeber365.com saytına verdiyi müsahibədə deyib ki, 2015-ci ildə Azərbaycan hökümətinə qarşı Amerika və Qərbdən basqılar olacaq. Bu da hakimiyyət üçün ürəkaçan nəticələr verməyəcək. Necə düşünürsünüz, bu basqılar olacaqmı?
-    Hər kəsin bu haqda fikri ola bilər. Təbii ki, seçki ili olduğu üçün Azərbaycana marağı olan, xüsusilə də təbii sərvətlərindən güzəştli istifadə etmək istəyən dövlətlər, ölkələr, qurumlar, təşkilatlar tərəfindən ola bilər. Bunu dəfələrlə seçki prosesində görmüşük. Heç bir müşahidə aparmadan bu haqda yalan bəyanatlar verilir, ayrı-ayrı qurumlara, ATƏT-in İnsan hüquqları Bürosuna seçkidə iştirak edən deyil, etməyən müşahidəçilər və ümumiyyətlə, Azərbaycanda olmayan insanlar tərəfindən verilən materiallar əsasında rəy hazırlanır. Bu hallar gözləniləndir və biz də bunu başa düşürük. Lakin Azərbaycanda həmişə azad, ədalətli və demokratk seçkilər keçirilib. Təbii ki, onlar çalışacaq ki, öz nümayəndələrini qeyri-demokratik yolla parlamentə salsınlar. Buna görə də başqa-başqa yollara əl atacaqlar. Azərbaycanda seçkinin guya anti-demokratik keçirilməsinə indidən rəy hazırlayacaqlar. Lakin bunların heç biri baş tutan deyil. Dünya ictimaiyyəti artıq bunların  neçə standartlı olduqlarını bilir. Təsadüfü deyil ki, nə ABŞ-ın özündə, nə də Rusiyada ATƏT-in müşahidəçilərini seçkiyə buraxmadılar. Bu da onun göstəricisidir ki, təşkilat öz simasını itirib. Simasını itirdiyinə görə də onlardan nə istəsən, gözləmək oar.
-    ABŞ-Azərbaycan münasibətlərini 2014-cü il üçün necə xarakterizə edərdiniz?
-    Müxtəlif formada, müxtəlif dövr və zamanlarda ayrı-ayrı qurumlar tərəfindən Azərbaycana qarşı qeyri-obyektiv tənqidlərin səslənməsinin şahidi olmuşuq. Xüsusilə də erməni lobbisinin həvəsləndirdiyi və maliyyə dəstəyi göstərdiyi konqresmenlər, senatorlar və orada fəaliyyət göstərən QHT-lər- “Freedom House”, “Soros” Fondu, “Human Rights Watch” kimi təşkilatlar tərəfindən. Bunlar da Azərbaycanda sırf kəşfiyyat xarakterli fəaliyyətlə məşğul olduqlarına görə, Azərbaycan dövləti tərəfindən onların anti-milli, anti-Azərbaycan fəaliyyətinin qarşısı alınıb, onların casusları məsuliyyətə cəlb edilib, qrantlar yolu ilə ölkəmizdə ictimai-siyasi sabitliyin pozulması və digər halların qarşısı alınıb. Hesab edirəm ki, bundan sonra da alınacaq. Azərbaycan güclü dövlətdir, onun strukturları var. Həmin strukturların köməyi ilə xalqla prezidentinin birliyi nəticəsində Azərbaycanda təxribat törətməyə imkan verilməyəcək.
-    Ölkənin maliyyə ehtiyatları və dövlət büdcəsinin gəlirlərində hansı irəliləyişlər müşahidə olunub?
-    Ölkəmizin gəlir mənbəyi kifayət qədərdir. Bütün dünya bunu etiraf edir ki, məhz, Azərbaycanda neftdən gələn gəlirlər düzgün istifadə olunur. Bunun nəticəsi olaraq da Azərbaycanda kifayət qədər infrastruktur yaranıb. 3 mindən artıq məktəb tikilib, 500 dən çox xəstəxana, diaqnostika mərkəzləri, yollar, körpülər, parklar, bağlar salınıb. O cümlədən, mədəniyyət obyektləri tikilib, təmir edilib, iş yerləri açılıb, texnoparklar yaradılıb. Vaxtilə enerji qıtlığından əziyyət çəkən Azərbaycan indi xaricə enerji idxal edən ölkəyə çevrilib. Bu gün Azərbaycan qonşu dövlətlətlərin enerji təchizatında  iştirak edir. Neftin qiymətinin düşməsinə baxmayaraq, Azərbaycanın kifayər qədər ehtiyatları movcuddur. Azərbaycan digər sahələrdən gələn gəlirlər həm insan kapitalına, həm də digər sahələrə sərf olunduguna görə hər hansı qorxu və təhlükə yoxdur.
-    Yəni qeyri-neft sahəsi inkişaf edib?
-    Bəli.
-    Hazırda ən aktual məsələlərdən biri də neftin qiymətində baş verən dəyişikliklərdir. Bu dəyişikliklərin Azərbaycanın sosial, siyasi, iqtisadi həyatına hansı xoşagəlməz təsirləri ola bilər?
-    Xeyir, xoşagəlməz təsiri olmayacaq. Çünki vaxtı ilə düzgün seçilən islahatlar, düzgün qoyulan iqtisadi sistem imkan verir ki, neftdən gələn gəlirlər  digər sahələrə qoyulsun və artıq oradakı boşluğu həmin sahələr vasitəsiylə doldursun. Bu da Azərbaycanda indiyədək hiss olunmadığı kimi bundan sonra da hiss olunmayacaq.
-    Azərbaycan hökuməti beynəlxalq qurumların proqnozlarına istinad edərək neftin 1 barelinin qiymətini gələn il üçün 90 ABŞ dolları ilə hesablayıb. Qiymətlərdə enişlər olarsa, bunun təsiri yan keçəcəkmi?
-    Təbii ki, bu ölçülüb-biçilib. Bundan sonra da qiymət müəyyənləşib. Hesab edirəm ki, neftin qiymətinin aşağı düşməsi iqtisadi göstərici deyil, siyasi göstəricidir, Rusiyaya qarşı atılan siyasi addımdır. Neft idxal edən ölkələrə də bu sərf etmir. Təbii ki, bütün bunlar Rusiya-Ukrayna məslələrinə görədir. Bu məsələ öz həllini tapdıqdan sonra qiymətlər əvvəlki vəziyyətinə qayıdacaq.
-    2014-cü il ölkə mətbuatı üçün nə ilə yadda qaldı?
-    2014-cü il ölkə mətbuatı üçün də uğurlu olub. Mətbuata dövlət tərəfindən dəstək var. Büdcə müzakirə olunanda mətbuata ayrılan vəsaitin miqdarı xeyli artırılıb. Mətbuat işçilərinə mənzillərin verilməsi onların məzil probleminə yardım edəcək. Bundan sonra da proses davam edəcək. Eləcə də, qəzetlərə maliyyə dəstəyinin verilməsi və s. Hesab edirəm ki, mətbuata dəstək hökumətin əsas prioritetlərindəndir.
-     2014-ci ilin dövlət büdcəsini sosial və ya investisiya yönümlü adlandırmaq olarmı?
-    Bəli, olar. Büdcəmiz sosial investisiya yönümlüdür. Büdcədən ayrılan vəsaitin böyük hissəsi sosial sahəni əhatə edir. Konstitusiyamızda göstərildiyi kimi Azərbaycan sosial dövlətdir. Bu sahəyə ayrılan xərclər də daim artır. 2015-ci ilin büdcəsində də belədir.
-    Ötən ili  necə qiymətləndirərdiniz və il ərzində baş vermiş hadisələrdən hansını ən qürurverici və ya əksinə, utanc yaşadan hadisə hesab edirsiniz?
-    Ən qürurverici hadisə mövqelərim mütəmadi olaraq ermənilər tərəfindən atəşə tutularkən qarşısının Azərbaycan Silahlı Qüvvələri tərəfindən alınması, erməni helikopterinin vurulması, ermənilərin təxribatçı qruplarının ifşa olunmasıdır. Bu onu göstərir ki, Azərbaycan öz ərazi bütövlüyünü  qoruya bilir. Xalqla dövlətin, Prezidentin birliyinin nümayış olunması qürurverici haldır. Utancverici hal isə bir qrup insanın xarici kəşfiyyata işləməsi və erməni xüsusi xidmət orqanlarıyla əməkdaşlığı idi ki, ifşa olundu. Bu insanlara azərbaycanlı demək də düzgün deyil, onlar öz ölkəsinin maraqlarını hansısa qüvvələrə satır və məumat ötürür, Azərbaycanın sirlərini yayırlar və s.
-    Dünyada baş verənləri nəzərə alsaq, ölkənin gələcəyi və qarşıda duran vəzifələr haqqında nə deyə bilərsiniz?
-    Dünyada baş verənlərə nəzər salsaq görərik ki, Qərbdə, Şərqdə elə dövlətlər var ki, orada gərginliklər, müharibə ocaqları var. Ayrı-ayrı qruplar, din pərdəsi altında terror təşkilatları mövcuddur və onlar hər bir ölkə üçün olduğu kimi  Azərbaycan üçün də təhlükə yaradırlar. Əslində ölkəni darmadağın edirlər.  Bu təhlükənin  qarşısını almaq üçün Azərbaycandakı stabilliyin qorunub saxlanması, təhlükəsizlik sisteminin  möhkəmləndirilməsi, sərhədlərimizin qorunması, ölkəmizdə tolerantlığın olması, insanların bir birinə olan gözəl münasibətlərinin qoruyub saxlamaq vacibdir.
-     Azərbaycanın mühüm geosiyasi mövqeyini nəzərə alaraq, Rusiya, Türkiyə və digər qonşu ölkələrlə münasibətlərini necə xarakterizə edərdiniz?
-    Biz hər bir qonşu dövlətlə xoş münasibətlər saxlayırıq. Ermənistanı çıxmaq şərtiylə. Hər bir qurumla, təşkilatla bərabər səviyyədə münasibətlər qururuq. Böyük və ya kiçikliyindən asılı olmayaraq, hər bir ölkəylə tərəf müqabili kimi eyni səviyyəli, qarşılıqlı münasibətlər qururuq. Bu Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir və bundan sonda da belə olacaq.
-    Ermənistan - Azərbaycan münasibətlərində Qarabağın geri qaytarılması üçün aparılan danışıqları  müsbətə doğru yetərli addım hesab etmək olarmı?
-    Sülh danışıqları hələ bitməyib. Lakin Azərbaycan, istənilən an ərazisinin bütövlüyünü bərpa etmək üçün lazım olan variantlardan da istifadə edəcək.
-    İqtidar müxalifət münasibətlərində danışıqlarda balanslaşmaya nail olundumu?
-    Artıq  iqtidar-müxalifət danışıqları gedir. Bir neçə görüş keçirilib. Bundan sonra da belə görüşlər davam etdiriləcək.
-    Sizcə QHT sahəsindəki həbslər 2014-cü ildə  beynəllxalq aləmdə Azərbaycanın nüfuzuna xələl gətirdimi?
-     Qətiyyən. Bəzi təşkilatların verdiyi bəyanatlara baxmayaraq, Azərbaycan qəti şəkildə bu istiqamətdə işini davam etdirməlidir. Azərbaycanın dövlət sirlərini yayan, dövlətin, millətin  əleyhinə işləyən qüvvələr ifşa olunmalıdır.
-    Ölkə əhalisinin  vəziyyətini yola saldığımız il üçün 10 ballıq şkala ilə necə qiymətləndirərdiniz?
-    10 balla. Ölkənin rifahı, xalqın dolanışığı, yaşayış səviyyəsi yüksəkdir və daha da yaxşılaşdırılması üçün Azərbaycan hökuməti var gücüylə işləyir.
-    Yeni ili harada qaşılayacaqsınız?
-    Evdə ailəmlə birlikdə qarşılayacam.
-    Yolka qurmusunuz?
-    Bəli. Bütün Azərbaycan xalqının Yeni İlini də təbrik edirəm. 2015-ci il hər ailəyə uğur gətirsin...

Mənbə: (XƏBƏR365) - Xəbər365 Analitik İnformasiya Mərkəzi Müəllif: XƏBƏR365
2015-ci, il, Azərbaycan, üçün, coşqu, ili, olacaq,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
"Paşinyan Azərbaycanla sülh müvaqiləsi bağlamaq üçün tələsməlidir" - Ay Partiyanın başqan müavini
Bu hiylələrə uymaq olmaz - AY Partiya Başqanı
“O torpaqlarda hələ də Azərbaycan bayrağı dalğalanmırsa...”
Hər bir xalqın eşidilməyə ehtiyacı var - Anar Əsədli
Fransaya nota verilməlidir - AY Partiya Başqanı
"Diplomatiya taliblərə qələbə qazandırdı” - Kabil necə çökdü?
"ABŞ növbəti dəfə etibarsız tərəfdaş olduğunu göstərdi..."
“Harada qarabağlı görürəmsə, ona sevinərək baxıram” - MÜSAHİBƏ
Moskvanın itirilmiş mövqeyinin bərpası uğrunda çırpınışları
AYP Başqanının müavini: “Ukrayna özünü Krım Xanlığının varisi elan etməlidir”
AY Partiya Başqanı: Bir daha soyqırımları yaşamaq istəmiriksə...
Anar Əsədli: "Qarabağda ermənilərin də, sülhməramlıların da təhlükəsizliyinin təminatçısı Azərbaycandır"
AYP Başqanı: "1-ci Qarabağ savaşında iştirak edən “OMON”çuların məhbəsdə qalması kimin nəyinə lazımdır?"
“Mənə siyasi suallar verməyin” deyən Məclis üzvləri – Onları parlamentdə kimlər "saxlayır"?
AYP Başqanı: “Rusiyadan dost, rus ordusundan sülhməramlı olmaz”
"Türkiyə ilə Azərbaycan Ermənistanı xaosun məngənəsindən qurtarmağa çalışmalıdır"
“Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
Teymur Rəcəbov: “Sevinc göz yaşlarını gizlətmək çətin olur” - MÜSAHİBƏ
AY Partiya Başqanı: “Avropa Birliyi və NATO Qafqaza Türkiyənin varlığı ilə daxil olacaq”
Oqtay Qasımov: "Xoş olmayan niyyətin ifadəsi..."
Elşad Abdullayev: “Ölkə daxilində səhayətlərə qoyulan məhdudiyyətlər qaldırılsın”
“Bu ərazilər nəzarətə alınsa Laçın dəhlizi...”
Siyasi analitik: “Türkiyə Fransanın təhdid və şantajlarına boyun əyməyəcək” - Müsahibə
"Demokratik islahatların inqilaba çevrilmədən gerçəkləşməsinin tərəfdarıyıq" - Anar Əsədli
Mehriban Əliyeva ölkənin gələcəyində gənclərin rolunun artmasında maraqlıdır - MÜSAHİBƏ
Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq
Dilçilik İnstitutuna uzanan dillər: obyektiv və subyektiv səbəblər
Azərbaycanda unikal cərrahiyyə əməliyyatı həyata keçirildi (FOTOLAR)
Aktyorların vərdişidir, onlar həmişə şikayət edirlər - Bəhram Osmanovla müsahibə
Bizim toplumun qadınları xoşbəxt və səmimi deyil - Rəssam Pəri
Onda elə bilirdim dünya dağılıb, yaşaya bilmərəm – Nəsibə Abdullayevayla müsahibə
Alpinistlərin tapılmamasında suçlanan Şahin Mirzəyev danışdı: Məlumatları yayan Ekologiya Nazirliyidir
Berlin divarlarının sökülməsi insanlarımızın içindəki gizli Araz alovunu kükrətdi - Əli Şamillə müsahibə
Bu, büdcə xərcləmələrində mövcud korrupsiyanı daha da genişləndirəcək - Qubad İbadoğluyla müsahibə
Əvvəlki kimi yuxarılar idarə etməkdən, aşağılar idarə olunmaqdan zövq alırlar - Fazil Mustafayla müsahibə
Özbəklər bizi belə sevdiyinə görə burdakı ermənilər bizdən çəkinir – Azərbaycanlının Özbəkistandakı 18 illik həyat yolu
Özbəkistanda bir erməni öldürülsə, mən günahkar bilinərdim... - Özbək tarixçiylə müsahibə
Heydər Əliyev o vaxt məni Moskvaya göndərməsəydi... - Azərbaycanın səfiriylə müsahibə
Bizdə sağlamlıqdan başqa hər şeyə pul xərcləyirlər - Məşhur radioloq
Quska zorakılıq edib, amma mənə qarşı yox... - Sərdar Cəlaloğlu yazılanları təkzib etdi
Rəşad Məcid: Biz həmişə belə olacağıq, ağır, təmkinli, sanballı...
Rauf Arifoğlu: Azərbaycanda prezidentlər, hakimiyyətlər əvəzləndi, qəzetimiz isə...
Vəliəhdə sui-qəsd belə edilə bilər - Aida Qəmbər
Qarabağ
Mənim rəqibim İlham Əliyevdir, müxalifət namizədləri yox... – İsa Qəmbərlə müsahibə
Azərbaycan, Türkiyə və İran birləşməsə, bölgədə qan su yerinə axa bilər - Yusuf Halaçoğluyla özəl müsahibə
Armeniyanı silib, yerinə nə yazaydım? - Qalmaqallı dərsliyin müəllifiylə müsahibə
Tarix dərsliyindəki xəritə qalmaqalı Ermənistan mediasında – Nəyi doğru etmədik?
Prosineçki məğlubiyyəti belə şərh etdi
Tarix dərsliyində Ermənistan xəritəsi: nöqsan, yoxsa süni ajiotaj?
İki gürcünü rusca danışan görməzsiniz, azərbaycanlılar isə... – Hamlet İsaxanlı
Müəllimlərə vəd edilən dərs saatları niyə verilmir? – ARAŞDIRMA
Ağıllı olmaq üçün kürü yox, zeytun yağı yeyin – İlber Ortaylının müsahibəsi
Alim Qasımov erməniylə eyni səhnəni bölüşəcək? - MÜSAHİBƏ
İstəyir ölkəyə 50 milyard dollar gəlsin, mənası nədir?
Poroşenkoya səhvini başa saldılar - Saakaşvilini indi nə gözləyir?
Cəfər Axundzadə: Kinostudiya filmləri rəfə qoymaq üçün çəkir?
Çingiz Abdullayev "26" kafesi barədə: İsraildə, ABŞ-da, Rusiyada bizə gülürlər
Lütfi Zadə azərbaycanlılar üçün nə etməliydi?
Mehman Əliyevi müxalifətçi hesab eləmirəm, onun hakimiyyətə münasibəti... - Pənah Hüseynlə müsahibə
Hər şey göründüyü kimi deyil, arxada ciddi proseslər gedir - Vahid Əhmədov
131.746 Suriya ərəbi doğma, yüzlərlə Azərbaycan türkü ögey oldu
Rusiya Türkiyənin sözünü eşitsə... – Qabil Hüseynli
Məndən siyasi analiz verməyimi istəməyin
Bizdə satılmaq yoxdur, şərəflə gedəcəyik – MEHMAN ƏLİYEV
Universitetlərin köçürüləcəyi yerlər məlum oldu – QƏBƏLƏDƏN REPORTAJ
Bunu açıqlamaq Məleykə Abbaszadənin vəzifə borcudur – Vurğun Əyyub
O vaxt testlə qəbulu ədalətin bərpası üçün tətbiq etmişdik – Firudin Cəlilov
Hamlet İsaxanlı: “Test üsulu ləğv oluna bilməz”
Məktəbli geyimi alarkən aldanmayın! – Qiymətlər
O vaxt Elçibəyi Türkiyəyə gətirməsəydim... - Enis Öksüzlə özəl müsahibə
Nizami Cəfərov, bəs buna nə deyirsiniz? – Azərologiya polemikası böyüyür
Güntay Gəncalp elm adamlarıyla qadın adıyla yazışaraq onları şantaj edir - İDDİA
Arvadını döyən kişini kim cəzalandırmalıdır: qanun yoxsa qohum-əqrəba?
Artıq it hürən tərəfə getmək ölüm deməkdir - Araşdırma
Ələsgər Məmmədli: Hökumət “Turan”ı bağlamaqla milli dayaqları sarsıdacağını bilir
Yanvar hadisələrindən sonra Beycan Fərzəliyevi AXC-dən uzaqlaşdırdılar - Pənah Hüseyn
Trampın Qarabağa aid bəyanatı Azərbaycana nə vəd edir? – AÇIQLAMA
İran istəsəydi, Ermənistanının işğal faktı ortadan qalxardı - TOFİQ ZÜLFÜQAROV
“Bakcell qurbanları” şirkətə nə qədər pul qazandırır? –NARAZILIQ
Biz dünyanı öz dilimizdə dərk etmək istəyirik – MÜSAHİBƏ
Ölkə rəhbərliyinə yanlış məlumat veriləcəkdi - Ancaq alınmadı...
Qəbələnin ən böyük yanacaqdoldurma məntəqələri bağlandı – REPORTAJ
Əli Həsənovun nəvəsinin əvvəlki davranışları istintaq mövzusu ola bilər - AÇIQLAMA
Vaqif Əsədov: Artıq vəzifəli şəxslər bizə xahişə gəlmirlər, qorxurlar...
Kərküklü millət vəkili Azərbaycandan kömək istədi: Kərkük türklərinin buna ehtiyacı var
Xaricdə hər kəs bizdəki kinofestivallar barədə soruşanda utanırdım...
İran-Ermənistan sazişi Azərbaycana qarşı razılaşdırılıb – POLİTOLOQ
Rusiya-Ermənistan ordusu Azərbaycana qarşı döyüşə bilməz - MÜSAHİBƏ
Ermənilər Türkiyədə kəşfiyyata başlayıb - Din pərdəsi altında
Dilimizi bilməyənlərə Azərbaycan vətəndaşlığı verilməsin - Dekandan təklif
Rusiya bununla Azərbaycana təzyiq göstərə bilməz - POLİTOLOQ
Azərbaycanda icmalar var ki, ancaq ərəbcə danışmağı xoşlayırlar - MÜSAHİBƏ
Türkdilli dövlətlərin başçıları görüşəndə rusca söhbət edirlər - QULU MƏHƏRRƏMLİ
Kinonun biznes kimi inkişafını istəyiriksə, biznesin qaydaları ilə sözdə deyil, işdə oynayaq
Uşaqlarımızı rus məktəbinə göndərmək günah, milli xəyanətdir – SABİR RÜSTƏMXANLI
Fatih Birol: Neft hasilatçılarının cəhdləri boşa çıxdı - MÜSAHİBƏ
AHT Azərbaycanın lehinə qərar çıxardı - 1 il də vaxt verildi
Cavanşir Quliyev: Umanlar umduqlarını ala bilmədilər deyə Elçibəyə düşmən kəsildilər
Əli İsa Cabbarov: Kinostudiyanın direktorunu kollektiv seçsin
“Pərdə”nin rejissoru: Filmlər olmasaydı, hələ də küçədə veyillənən avaranın biriydim
BU OYUNDA KİM UDUZDU: Azərbaycan mediası, yoxsa Zaxarova?
Türkiyə vətəndaşından Mehriban Əliyevaya müraciət – Onu kimlər incidir?
Açıq yara kimi yaşamaq çox çətindir... – LEMAN SAM
Krediti olanlar da sosial ev ala biləcək - Vüqar Bayramov
AKP-li millət vəkili Ünüvar: “Türkiyə qazandı”
İSTİQLAL HƏRƏKATÇISININ QƏRİB MƏZARI TAPILDI
"Atatürk düşmənçiliyi Atatürk sevgisini artırır"
Səfirin cavabları erməni jurnalisti əsəbləşdirdi: Varlığınızdan xəbərim olmayıb
Beş düşmən tankı, dörd mühasirə və qazi DÖNMƏZ
“Bizə o hədiyyələri Azərbaycan səfirliyi yox, Zakir Qaralov bağışlayıb”
Bu, Türkiyənin Rusiya ilə əməkdaşlığına mənfi təsir edə bilər - MÜSAHİBƏ
Sarkisyan ermənilərin qanını tökər, amma geri çəkilməz – POLİTOLOQ
"Kərkükdə Kürdüstan qururlar, amma Türk dünyası çal-çağırdadır"
Mehman Hüseynovun vəsatəti təmin edilmədi
Kərkük millət vəkilindən kürd bayrağıyla bağlı AÇIQLAMA
Hikmət Hacızadə: “Xalq narazıdır, kiminsə başını istəyir”
NATO Əfqanıstanda İŞİD-ə qarşı əməliyyat keçirdi
İlham Əliyevin o sözünü türk xalqı bu gün də unutmur – Türkiyəli millət vəkili
Jirinovski ölmədən o sözləri təkzib olunacaq – MÜSAHİBƏ
Prezident kreslosunda başqa qərarlar verməyə məcbursan – Toğrul İsmayılla müsahibə
Türk insanı AKP-yə “hə” deyər, başqanlığa səs verməz
Rəhman Bədəlovdan iddia: “Ermənilər bizim düşmənimiz deyil”
“Türkiyə ölüsünü ən tez basdıran ölkədir” – Tuncel Kurtiz
Vaqif Nəsib: Anarın özü şər, yaradıcılığı xlorlu su kimidir
Məhsa Mehdili: Parçalanmanı bir tale kimi qəbul edib yaşamayaq
Fatih Kısaparmaq Elçibəyə niyə yalan danışıbmış? – XATİRƏ
Akif Qurbanov: “Onlar istəyir ki, vətəndaş cəmiyyəti olmasın”
Atilla Kaya: Baxçalı 15 ildi başqanlığın əleyhinə danışırdı, indiysə...
Məmməd İsmayıl: “Vətəni altımızdan kilim kimi çəkdilər”
Elmir Əkbər: “Dəyanəti danışdıqlarına görə bu cür cəzalandırdılar”
Çingiz Hüseynov: “İnsan İlahinin kitabına – Qurana müdaxilə edib”
Prezidentin çıxışı gündəmdə: Mərkəzi Bank əməkdaşları niyə cəzalandırılmır?
Musa Yaqub: Mən öz siyasətimi şeirimlə həyata keçirirəm
“Rus qoşunlarının Bakıya gətirilməsində Mütəllibovun birbaşa məsuliyyəti var”
“Tramp Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verəcək” – MÜSAHİBƏ
Mehriban Ələkbərzadə: “Deyirlər günəş doğacaq, palçığa döz, dözə bilmirəm…”
Vitse-prezidentlər ölkəni böhrandan çıxara bilərmi?
Yusif Halaçoğlu: “Türkiyə diktatorluq istəyirsə, vay onun halına” - MÜSAHİBƏ
Ramiz Rövşən: “Adam anasından necə küsürsə, mən də Allahdan elə küsürəm”
“Türkiyədəki təhlükə Azərbaycana da təsir edə bilər”
“İntellektual qadınlar bu ölkədə xoşbəxt ola bilmir”
Azərbaycan xalqı bizi sevir, çox istərdik ki, dövləti də bizi sevsin
İqtidarın sözünü deməyəndə dəstədən çıxdaş eləyirlər, müxalifətin sözünü deməyəndə satqın çıxarırlar
Azərbaycan gəncliyi ideoloji istiqamətlərə əhəmiyyət verirmi?
“Cümhuriyyət”in köşə yazarı: “Kənan Evrən Atatürkün adından pis məqsədlər üçün istifadə etdi”
Sabit Bağırov: “Hər şeyi kitabımda aşkara çıxaracağam”
Sıla: “Özümü bu ölkədə yadplanetli kimi hiss edirəm”
“İnsanilik elanıyla yaranan dinlərin hamısı tədricən zülm aparatına döndü”
Anam dedi Kələkiyə, Elçibəyin yanına getməmiş bir də mənim evimə gəlmə
“Yaraşıqlı futbolçulara baxırdım”
Tofiq Zülfüqarov: “Artıq hansısa proseslər gedir...”
“Demokratiyanı, aydınlığı oğurluğa, terrora qarşı qoyacağıq”
Deputat səhv ayağı kəsən həkimə 10 il həbs tələb etdi
Böyük Britaniyanın qərarı Azərbaycana nə vəd edir? - Tofiq Zülfüqarov cavablandırır
Manatı sərbəst buraxmaq lazımdır... Harda dayandı, dayandı
"Elm azad olmayanda adların qarşısında professor, akademik yazılmasının mənası yoxdur"
Yaxın gələcəkdə Gürcüstan Şərqi Avropanın kino-məkanına çevriləcək
Fuad İbrahimov: “Ölkədə iqtisadiyyatın kiçilməsi tənəzzülü daha da dərinləşdirəcək”
Orlando qətliamı seçkilərin taleyini dəyişəcəkmi?
"Qanun"a niyə təzyiq olunur?
“Qazandıqları gəlirin bir qismini belə Azərbaycan üçün xərcləməyənlər prezidentlə bolluca şəkil çəkdirirlər”
“Onlar həmişə uşaq kimidirlər”
“O, İntizam Komissiyasının sədri olanda deputatlar bir-birini şapalaqlayırdı”
"Kamil qayıdıb görsəydi ki, Dilarə başqası ilə yaşayır, neyləyərdi?”
“Məğlubiyyət yetimdir, onun sahibi olmur”
“Elçibəyi tənqid edənlərin əksəriyyəti vəzifədə özlərini doğrultmayan uğursuzlardır”
"Elçibəy prezident seçiləndə dövlətin yalnız adı, 156 əsgəri, 10 milyon rublu vardı"
Sabir Rüstəmxanlı: Niyə ermənilər bacardı, türklər yox?
“Ramiz Mehdiyev məqaləsində ABŞ rəhbərliyini nəzərdə tutmayıb”
“İndi Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq”
"Azərbaycan "yırtıq hovuz"a nə qədər su töksə də, dolmayacaq"
Məntiqli nəticədir ki, SOCAR bu gün xaricdə nümayəndəliklərini bağlayır
“Nə o, nə də mən reytinq xatirinə şpaqat açan jurnalistlərdən deyilik”
Azərbaycan “Avroviziya”da iki hədəfdən hansına çatdı?
Qurultay iyunun əvvəlində baş tutacaq
“Vergi sistemində araşdırmaya və islahatlara ehtiyac var”
Sənət adamının cənazəsi hardan götürülməlidir? – Müzakirə
“Artıq söz o gücdə deyil, mənası itib. O sözü deyən adamların özlərinin təmizliyinə inanmaq olmur”
“Bu, Rusiyanın yox, Ermənistanın kiçik bir oyunudur”
“O uşaq ölsəydi, bir də foto çəkməzdim”
“Qarabağ danışıqları prosesinin nəticəsizliyi danılmaz faktdır”
“Həsənov Sarkisyanı danışıqlar masasına gətirməli, Məmmədyarov isə masada işi həll etməlidir”
“94-cü ildə ermənilər Qarabağda İran təyyarəsini vurublar”
Kitab mağazaları bağlanmaq təhlükəsiylə üz-üzə
“Artıq Azərbaycan qadını zorakılığa dözmür, çünki...”
"Elçibəyin başlatdığı xalq hərəkatının dövründə İranda türklük mübarizəsi zirvə nöqtəsinə yetişdi"
“Cəsarət insanı uğura aparan ən vacib keyfiyyətdir”
“Bu münaqişənin yaranmasında Rusiyanın da rolu, yeri var”
"Məqamdır, sonuna kimi getməliyik" - Mübariz Tağıyev
“Kuba dəyişikliklər ərəfəsində olan ölkədir”
Qulu Məhərrəmli: "Başa düşmürəm, nəyə görə AzTv-nin sədri məni məhkəməyə verir"
"Təəssüf ki, məni tez buraxdılar..."
Tofiq Yaqublu: "Demokratiya uğrunda daha əzmlə mübarizə aparmalıyıq" [Video]
Anar Məmmədli: "İctimai anlamda daha çox xeyir verə bilərdim..." [Video]
Rəşadət Axundov ilk dəfə hansı xəbəri xeber365-ə açıqladı? [Video]
Vurğun Əyyub: "Azərbaycanda özünü vətəndaş və ziyalı sayan insanların hər biri Qulu Məhərrəmlini müdafiə etməlidir”
"Heydər Əsədov kimi adamları idarəetmədən kənarlaşdırmaq lazımdır"
“Rusiya Azərbaycanı təsiri altında saxlamaq üçün Talışıstan məsələsindən istifadə edir”
“Özümüzü Suriya bataqlığına saldıq, indi orda çabalamaqdayıq”
“Belarus hələ də Rusiya təsirinə açıq olan və məruz qalan yeganə ölkədi”
“Elçibəy dövründə Tehranda Azərbaycan kitab evi açılmışdı”
“Sponsorlar türkcə uzunmetrajlı filmlərə maliyyə ayırmağa maraqlı deyillər”
"Əgər Bayır-Bucaq PYD-nin əlinə keçsə, Ağ Dənizə qədər kürd dövləti qurular"
10 18:34:09 FEVRAL "Hamı elə fikirləşdi ki, qadın bir şey istəyir, amma əslində çox şey istəyir"
Aktyor böyrəyini satmaq istəyir - VİDEO
"Aktyorlar, teatr işçiləri ən müdafiəsiz camiəyə çevrilməməlidir"
“Azərbaycan Suriyanın, Liviyanın vəziyyətinə düşə bilər”
“Xəbərə münasibət bildirmək aparıcı üçün qeyri-peşəkarlıq sayılır”
Fuad İbrahimov:
“Mərkəzi Bank ölkədəki böhranı tənzimləyə bilməz, MB bazara yalnız manatla daxil ola bilər, dollar buraxası deyillər ki”
Ölkə hüquqşünasları “Azərbaycan” qəzetindəki məlum yazıya münasibət bildirdi.
Şimali Koreya kinosunun tarixi boyunca heç bir filmdə heç vaxt heç kim öpüşməyib
“Şairə necə yazmaqla bağlı məsləhət verənlər tarix qarşısında məğlub olublar”
"Kəşfiyyat xidmətinin müstəqil olmağı vacib idi"
Təhlükə sadəcə həbs olunmaq deyil, ev alıb, qələmini biryolluq satılığa çıxarmaq və problermlərin səfindən uzaqlaşmaqdır
Mirvari Qəhrəmanlı: “Əgər qasırğa haqda məlumat verilmişdisə, onlar getməməli idilər”
“Gənclik Rəsulzadənin səsini telefonunda saxlayır, onun fikirləri ilə böyüyür”
“İranın ziyalısı, muxalifəti və dövləti güneylilərin azadlıq hərəkatını nüvə müharibəsi qədər təhlükəli sayırlar”
Paris terrorunun ikiyə böldüyü Azərbaycan toplumu
Şəhriyar Del Gerani “Vicdansız adamın yanında dayanıb, gözəl mətn yaza bilməzsən”
Rəsulzadənin Gəncədəki büstü niyə örtülüb: qısqanclıq, yoxsa abadlaşma?
Nobel: siyasi yoxsa sülh mükafatı
Mirzə Sakit: “Şamaxıda 87 yaşında gənc anam üçün darıxıram”
Ruslan İzzətli: “Tək çarə demokratiyadır”
“İslam dini kişi ilə qadını bir-birinin libası, örtüsü kimi qələmə verir”
Telekanallarda şou verilişləri niyə bağlanır, məhdudiyyət, yoxsa islahat?
“Avropanın o qədər səhvləri var ki... Putin Rusiyası Azərbaycana pozitiv...” [Video]
“Təhsildə islahatlar əsas hədəfim olacaq”
Fazil Mustafa: “Siyasi məhbus Soljenitsın idi. Bunlar….”
Tural Abbaslı: "“Mən siyasətə qarışmıram” ifadəsini işlədən bir cəmiyyətdə siyasət artıq sıfırdır"
İŞİD terrorundan ən qazanclı çıxan kürdlər oldu
“İdmana sərf olunan vəsaitin yüzdə biri kinoya ayrılsa, yüz qat artıq uğur qazanarıq”
"Rusiya belə hakimiyyət qoruyandısa, Yanukoviçi qoruyardı" [Video]
“Şeytan Allahı təmizə çıxartmaq üçün uydurulmuş obrazdır” (18+)
“Müxalifət parlamentdə cəmiyyətdə malik olduğu çəkiyə uyğun nisbətdə təmsil olunmur”
“Xarici mütəxəssislərin Azərbaycana cəlb olunması müəyyən korporativ maraqların üzərində qurulub”
“Fəlsəfə, tarixinin az qala yarısını dinə kənizlik edərək yaşayıb”
“Rusiya XIX əsrdən başlayaraq erməniləri ona görə müdafiə edirdi ki, həmişə arzusunda olduğu Şərqi Anadolunu ələ keçirsin”
“Yaradıcı şəxslər psixi xəstəliklərdən ən çox isteriya nevrozuna tutulurlar”
“Son 20 ildə Güney Azərbaycan 200 ildə keçdiyi yolu keçib”
“Cem Yılmaz səhnədə elə sözlər deyir ki, mən, yan-yörəmə baxıram ki, görən eşidən oldu?!”
“Azərbaycan seçicisi qarnının qurultusunu dinləyir”
“Maarifçilik termininin istifadə edilməsinə qarşıyam”
““Əli və Nino” elə bir qiymətli sərvətdir ki, onun üstündə əsmək lazımdır”
“Xaricdən xammalın müəyyən hissəsi gətirilirsə, qiymət 30 faiz artırıla bilməz”
Əvvəl-axır gözünü ağarda- ağarda baxan atam olacam
Nazim Məmmədov: “21 fevral qərarının iqtisadi əsası yoxdur”
“Türkiyə neftin qiymətinin enməsindən qazandı”
"Azərbaycan cəmiyyətində çoxları dinini pirlərdə, ziyarətgahlarda öyrənir"
Nejdət Ün: “Zaman və tarixin Türkiyəni haqlı çıxaracağını düşünürəm”
Rusiya və Cənubi Qafqaz: bugün və sabah
"Yaradıcılıq ehtirası sevgidən qat-qat böyükdü"
“Başbuğla Elçibəyin arasını vurdular”
“ADR siyasi partiya alternativlərindən biri ola bilər”
Əvəz Zeynallı: "Artıq prezidentin əfv fərmanı belə ədalətsizliklərin qarşısını almaq mexanizminə çevrilib"
"Gücümüzü birləşdirməliyik, sevgimizin nəticəsini göstərməliyik"
“Amerika, prezident İlham Əliyevin hakimiyyətinin güclənməsində daha çox maraqlıdır”
“Koroğlu” körpüsünü düzgün tikməyiblər”
Dəmirhan Taşhan: “Ziyarət etmək istədiyimiz ilk ölkə Azərbaycandır” [VİDEO]
"Hökumətin açılım siyasətinin məqsədi Öcalanı azad etməkdir"
“Qarabağ problemi həll edilmədən münasibətlərimiz düzəlməyəcək”
Mustafa Destici: “PKK- nın Azərbaycanda qrupları var, amma...” [VİDEO]
“Türkiyə Krımın Rusiya tərəfindən işğalını qəbuledilməz sayır”
“Biz onlardan daha güclüyük”(VİDEO)
Hamı yaşamaq istəyir+VIDEO
Yaşamaq uğrunda mübarizə apara-apara vəhşiləşmişik
“Balanslaşdırılmış siyasət çox ciddi dəyişikliklərə uğrayır”
Mehriban Əliyeva Ərciyəz Universitetinin fəxri doktoru adını alıb
Vəfa Quluzadə: “Rusiya Qarabağ məsələsində dirəniş göstərib maneçilik törədir”
Qiyom de Seyle:
“Azadlıq” qəzeti Anar Məmmədov məsələsində bizə arxadan zərbə vurdu+Video
Ümidini itirmədən mübarizəyə davam+Foto-Video
Qubad İbadoğlu: “İntellektual müstəvidə Azərbaycan hakimiyyətinə daha tez qalib gələ bilərik”
Həbslər cəmiyyətdə tam ümidsizlik hissi yaratmağa yönəlib
Cavid Təvəkkül: “Əsas odur ki, sevgilinlə-yəni kinematoqrafiya ilə bir yerdəsən”
Rusiya bu gün millətçilik psixozundadır
Mehman Əliyev: “QRANTLARIN 90 FAİZİ HÖKÜMƏTİN ÖZÜNƏ ÇATIR”
Hakimiyyətin mövqeyi güclüdürsə, bu həbslərə nə ehtiyac var?
“Bizdən hər şey gözləsinlər”
Başqan seçilsəm, ilk seçkilərdə iqtidara gələcəyik
Ərəstun Oruclu: “Rusiya Avropaya enerji sanksiyaları tətbiq etsə, bu, onun özü üçün fəlakət olacaq”
Haber Yazılımı