301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
29 Dekabr 2016 - Cümə axşamı 13:09 1213 nəfər oxuyub
 
2016-cı il: mediamızda kim uduzdu, kim uddu?
BAXIŞ Xəbəri
2016-cı il: mediamızda kim uduzdu, kim uddu?

Dünyanın müxtəlif yerində, eləcə də ölkədə baş verən hadisələr barədə  media vasitəsilə xəbər ala bilirik. 2016-cı ildə baş verən iqtisadi-siyasi proseslər digər sahələr kimi mətbuata da öz təsirini göstərdi. Bir neçə qəzet, eləcə də, xəbər saytları fəaliyyətini dayandırdı, bir çox media orqanlarında ixtisarlar oldu. 

Siyasi prosesin bilavasitə qurbanı isə ANS Milli Televiziya kanalı oldu. Belə ki, Türkiyədə hərbi çevriliş törətməkdə ittiham olunan Fətullah Güləndən müsahibə alınması və həmin müsahibənin anonsunun yayımlanması telekanalın bağlanması ilə nəticələndi. 

İl boyu mətbuatın gündəmindən düşməyən daha bir hadisə isə Arif Alışanov və Qulu Məhərrəmli “savaşı” oldu. Belə ki, müsahibələrinin birində AzTV və kanal rəhbərliyini tənqid edən professor Qulu Məhərrəmli Arif Alışanovun qəzəbinə tuş gəldi və ona qarşı “ifşa” kampaniyaları başlatdı. Məsələ məhkəməyə qədər gedib çıxdı və hələ də yekunlaşmayıb.

Bəs dinamikliyi ilə digər illərdən geri qalmayan 2016-cı ildə mediada başqa nələr baş verdi, hansı hadisələr yadda qaldı? Mətbuat aprel döyüşlərində özünü necə apardı? Hansı imzalar gözə çarpdı? Bu suallara media nümayəndələrinin özləri cavab verdi.

 

“Media kapitanları həyəcan təbili çalmadılar...”

 

Tanınmış media eksperti Zeynal Məmmədli medianın fəaliyyətində əvvəlki illərlə müqayisədə heç bir irəliləyiş görmədiyini deyir: “İstənilən mövzunu gətirib peşəkar qaydada yaya, ictimai rəy formalaşdıra bilmədilər. Eyni zamanda, media kapitanlarının medianın gələcək taleyi ilə bağlı həyəcan təbili çaldıqlarının şahidi olmadıq. Baxmayaraq ki, nəinki Azərbaycanda, bütövlükdə dünya mediasında kommersiyalaşma çox sürətlə gedir. Kommersiyalaşma medianı ayrı-ayrı korperasiyalardan, pul qablarından, şəxslərdən asılılığını gücləndirir. Ayrı-ayrı şəxslər deyəndə yəni, medianın hökümətdən də asılılığı da artır. Bütün dünyada bu proses gedir və zamanla daha da güclənir. Azərbaycanda isə bu əvvəldən belə idi. Bu il mənim yaddaşımda ona görə həm də ona görə qara rəngdə qaldı ki, bəyənib-bəyənməməyimizdən, necə olmağından asılı olmayaraq bizim müstəqil zamanın ilk televiziyalarından biri ANS-in bağlandı. Bunlar ciddi uğursuzluqlardır. Döyüş gedən zaman ANS çox ciddi əmək sərf etdi, işıqlandırdı. Ayrıca vətənpərvərlik verilişlərinə çox üstünlük verirdilər. Çünki media təminatla deyil, işıqlandırmaqla məşğul olmalıdır. Apel döyüşlərinin işıqlandırılmasına gəldikdə çox ürkək idi. Bu ürkəkliyi biz dezinformasiyaların əvvəlki kimi yayılmaması kimi anlayırıqsa,bu başqa məsələ. Dezinformasiya təbii ki, yayılmamalıdır. Belə bir şəraitdə, yəni müharibə şəraitində təbii ki, medianın sağlam olması lazımdır. Amma gəlin görək, büdcədən maliyyələşən AzTV, İTV kimi nəhəng televiziya kanalları nə verir? Söhbət milyonların göyə sovrulmasından gedir. Onların ordu həyatından verdikləri nə idi. Və baxırdın balaca bir erməni saytı hansı videoları yerləşdirir, məlumatlar verir dünyaya o savaşı çatdırır. Amma bizim Müdafiə Nazirliyinin saytında Azərbaycan dilindən başqa material yox idi. Hələ Azərbaycan dilində olan materiallar da bərbad gündə idi, videodan isə ümumiyyətlə əsər-əlamət yox idi. Sonrakı günlərdə olanlar da bərbad idi. Eyni zamanda AzTV-dən, İTV-dən götürüləsi heç nə yox idi. Amma biz onlardan nəsə götürə bilərdik, götürməli idik daha doğrusu. Ona görə məndə media haqqında bu illə bağlı müsbət heç bir fikir formalaşmadı”.

 

“Yaxşı ofislər, avadanlıqlar var, amma yaradıcı azadlıq yoxdur”

 

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı mətbuatla bağlı deyəcəklərinin ürəkaçan olmayacağını bildirir: “Çünki diqqətimi çəkən heç bir hadisə olmadı bu sahədə. Yəni yenilik, qeyri-adi bir sıçrayış olmadı. Elə bu da onu göstərir ki, inkişaf baxımından bizdə heç bir irəliləyiş yoxdur. Ola bilsin yaxşı ofislər var, avadanlıq var, müasir avadanlıq var, istənilən halda işini bacaran jurnalistlər var. Amma onların potensialının tam şəkildə açılması üçün şərait yoxdur. Şərait deyəndə yaradıcı azadlığı nəzərdə tuturam, sözün azadlığını nəzərdə tuturam. Təbii ki, jurnalistika etikası çərçivəsində. Bir də mənim üçün ən pis hallardan biri o olddu ki, ANS kimi qosqocaman kanalı bir məhkəmə qərarı ilə bağladılar. Bu yerdə hansısa inkişafdan, xoş bir şeydən danışmaq çətindir”.

 

“Böhran dövründə dövlətin mətbuata ciddi dəstəyi oldu”

 

Mətbuat Şurasının sədr müavini  Müşfiq Ələsgərli 2016-cı ili jurnalistikada sabit bir il kimi qiymətləndirir: “Bilirsiniz ki, 2016-cı il qlobal səviyyədə maliyyə böhranı və iqtisadi böhrana görə problemli il oldu. Bu qlobal maliyyə böhranı digər sahələr kimi, media sferasından da kənar keçmədi. Hətta əksər o qlobal transmilli KİV-lər özlərinin ştat vahidlərində, dövriyyələrində müəyyən ixtisarlar etmək məcburiyyətində qaldılar. Amma belə deyək ki, Azərbaycan KİV-i bu maliyyə böhranından yan keçməyi bacardı. Çünki dövlətin ciddi dəstəyi oldu. Bilirsiniz ki, 2016-cı ilin yayında həm cənab prezidentin sərəncamı ilə KİV-lərə birbaşa maliyyə yardımı göstərildi. Onların texniki imkanlarının artırılması və iqtisadi cəhətdən sağlamlaşdırılması üçün. İkinci tərəfdən prezident yanında KİV fondu bizim KİV-lərə ciddi maliyyə dəstəyi göstərdi. Həmçinin il boyu keçirilən müsabiqələr nəticəsində 400-dən yuxarı jurnalistimiz qalib oldular, mükafatlandırıldılar, müəyyən maddi gəlir əldə eliyə bildilər. Beləliklə, dövlətin göstərdiyi dəstək nəticəsində bizim Azərbaycan KİV-i maliyyə iqtisadi böhranından yayınmağı bacardı. Amma demək olmaz ki, bu iqtisadi böhrana tam təsirsiz oldu. Çünki bilirsiniz ki, ölkədə müəyyən qiymət artımı getdi, çap məhsullarının qiymətində artım oldu və sairə. Belə deyək, manatın ucuzlaşması fonunda əhalinin bütün təbəqələri kimi, jurnalistlər də çətinliklər yaşayır”.

 

Hələ ki, köhnə imzalarla keçinirik

APA İnformasiya Agentliyinin baş direktor müavini Cavid İsmayılın sözlərinə görə, ölkəmizdə vəziyyət necədirsə, mətbuatında da elədir: “Bilmirəm, hansı şairin sözüdür, deyir, halim məmləkətin hali (Can Yücel -red). Bu prizmadan yanaşanda Azərbaycan mediasının halı da məmləkətin halıdır. Axı media cəmiyyətin güzgüsüdür.

Bu ilin ən mühüm siyasi, hərbi və media hadisəsi, heç şübhəsiz ki, aprel döyüşləri oldu. Avqust döyüşlərindən fərqli olaraq, mediamız bu dəfə üzərinə düşəni layiqincə yerinə yetirə bildi, dezinformasiyalarla cəmiyyəti çaşqın duruma salmadı. Əksinə, cəmiyyətin Vətən uğrunda səfərbər olması işində əlindən gələni əsirgəmədi.


Media ilə bağlı ikinci unudulmayan hadisə, məncə, ANS-in bağlanması oldu. Üçüncü hadisəni xatırlamıram. Azərbaycan kiçik ölkə olduğu üçün informasiya məkanı da kiçikdir. Ona görə də mediamız gündəmi həm də xaricdə, xüsusən Rusiya və Türkiyədə baş verən hadisələrlə doldurmaq zorunda qalır. Bu baxımdan Türkiyədə baş verən hərbi çevriliş cəhdi Azərbaycan mətbuatının “işinə yaradı”. Mediamızın özündə ciddi, yaddaqalan hadisə olduğunu xatırlamıram. Heç yeni imzalara da rast gəlmədik. Hələ ki, köhnə imzalarla keçinirik. Görək axırı necə olacaq...”

 

“Aprel döyüşləri uğurla işıqlandırıldı”

 

Report” İnformasiya Agentliyinin baş redaktoru  Murad Əliyev isə 2016-cı ilin Azərbaycan mətbuatı üçün bir çox hadisələrlə yaddaqalan olduğu qənaətindədir: “İstər ölkə daxilində baş verən proseslərin işıqlandırılmasında, istər regionda yaşanan kataklizmlərin işıqlandırılmasında. Lakin şübhəsiz, Azərbaycan mətbuatının sınaq anı aprel döyüşləri zamanı oldu; mətbuatımız aktiv informasiya müharibəsinə necə hazır olduğunu nümayiş etdirməli idi və bunun da öhdəsindən kifayət qədər uğurla gələ bildi. Misal üçün, Report agentliyinin müharibə şəraiti, Azərbaycan ordusunun uğurları ilə bağlı 100-dən artıq informasiya dərc etdi ki, bunun da mütləq əksəriyyəti saytın rus və ingilis dili versiyalarında dərc olundu. Bundan əlavə, mətbuat üçün ötən ilin əhəmiyyətli hadisələri sırasına bu il iyunun 17-19-da Bakıda ilk dəfə keçirilən Formula 1 üzrə Avropa Qran Prisini qeyd etmək olar, həmçinin “Rio-2016” Yay Olimpiya və Paralimpiya Oyunlarında Azərbaycan idmançılarının uğurlu sayıla biləcək çıxışları. Ölkə səviyyəsində önəmli hadisələrdən biri də sentyabrın 26-na təyin edilən ümumxalq səsverməsini (referendum) olub ki, ölkə mətbuatı da bu hadisənin işıqlandırılmasında kifayət qədər operativ işləyib. Misal üçün, 2009-cu ildə keçirilmiş referendumu işıqlandırmış jurnalist kimi deyə bilərəm ki , ötən 7 ildə ölkə mediasının belə önəmli hadisəni işıqlandırmaq təcrübəsi xeyli artıb”

 

“Reketliyə son qoymağın vaxtıdır”

Trend İnformasiya Agentliyinin Azərbaycan xəbərlər xidmətinin müdir müavini Bəxtiyar Haciyev hesab edir ki, artıq “reketlik” fəaliyyətinə, xəbərlərin istinadsız verilməsinə son qoymağın vaxtı çatıb: “2016-cı il Azərbaycanın onlayn mediaları arasında obyektivlik, oxucu sayı, xəbərlərin əhatəsi baxımından güclü rəqabətlə yadda qaldı. Təbii ki, rəqabət olan yerdə inkişaf da olacaq. Lakin təəssüf ki, bu il də bir sıra media orqanlarında artıq “ənənəvi” deyə biləcəyimiz qeyri-peşəkar hallara rast gəlindi. Bu qeyri-peşəkarlıq aprel döyüşlərində daha qabarıq nəzərə çarpdı. Reytinq arxasınca qaçan bəzi saytlar hərbi sirr sayılacaq xəbərləri yaymaqla əslində düşmən tərəfə xeyir verdiklərini anlamadılar. Rəsmi şəxslər də KİV-ləri bu məsələdə diqqətli olmağa çağırdılar. Amma bir sıra portallar “reytinq mərəzi”ndən xilas ola bilmədilər. Bu mərəz xəbərin mətninə uyğun olmayan başlıqların verilməsinə, məlumatı dolğun əks etdirməməyə, xəbərin yazılışında bir çox səhvlərə səbəb olur. Əlbəttə, Azərbaycanda bir sıra peşəkar informasiya agentlikləri, portalları var və bu nöqsanları onlara aid etmək olmaz. Ümumiyyətlə, düşünürəm ki, artıq onlayn media ilə bağlı standartlar hazırlamağın, qeyri-etik səslənsə də, hər yerindən duranın sayt açıb özünü baş redaktor təyin etməyə, eləcə də “reketlik” fəaliyyətinə, xəbərlərin istinadsız verilməsinə - oğurlanmasına son qoymağın vaxtı çatıb. Hər bir sahədə, o cümlədən mediada yalnız həmin sahənin peşəkarları fəaliyyət göstərsə, bu sahəyə yeni gələnlərə peşəkarlar nəzarət etsə, biz gələcəkdə tam əminliklə Azərbaycan mediasının daha da inkişafından, uğurlarından danışa bilərik.


Mətbuatın daha bir problemi isə, xəbərlər yazılarkən Azərbaycan dilinin qrammatikasının tələblərinin pozulmasıdır. Bu xoşagəlməz hala hər gün və tez-tez rast gəlinir. Nəzərə almalıyıq ki, müasir dövrdə insanlar kitabdan çox xəbər oxuyur və onların xəbərlərdə gördüyü səhvləri düz kimi qəbul etməsi mümkündür. Bu mənada Azərbaycan mətbuatı həm də dilimizin normalarının qoruyucusu kimi çıxış etməlidir. Yaxşı olardı ki, media qurumlarının rəhbərləri bu məsələni də daim nəzarətdə saxlasınlar.


Ümumiyyətlə, jurnalistika yaradıcılıq tələb edən sahədir və bu sahənin hər bir təmsilçisinə öz potensialını göstərməyə imkan vermək lazımdır. Təsadüfi deyil ki, bu il də Azərbaycan mətbuatında bir sıra uğurlu imzalar – konkret ad çəkmək istəməzdim – oldu”.

 

 

“Bir neçə şarlatan “jurnalist”in həbsi müsbət hadisə oldu”

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədovun sözlərinə görə, qəzet, televiziya və radiolar il keçdikcə zəifləyir: “Aprel döyüşləri zamanı Azərbaycan mediası çox düzgün xətt yürütdü və müharibənin informasiya cəbhəsinə düşən cinahında özünü olduqca yaxşı göstərdi. Bu, mediamızın uğuru və media sferasında ilin əsas hadisəsi idi.


İkinci vacib məqam reket jurnalistlərə qarşı mübarizənin güclənməsi, bir neçə o cür şarlatan “jurnalist”in həbsi oldu. Bu, yaxşı başlanğıcdır və davamı mütləq gəlməlidir. Bu ikisindən başqa, media sahəsində elə bir ciddi müsbət hadisə xatırlaya bilmirəm. Mənfi hadisə kimi ANS-ın bağlanmasını göstərmək olar.


Ümumi trend budur ki, media sferasında qüvvələrin yenidən qruplaşması prosesi gedir: saytlar və sosial media güclənir, televiziyalar, radiolar, qəzetlər isə zəifləyir. İl ərzində gedən bu proses, yəqin, qarşıdakı illərdə də davam edəcək”.

 

“Mediada iqtisadi çətinliklər, reklam bazarının daha da kiçilməsi və..”

Milli.az saytının redaktoru Elçin Alıoğlu hesab edir ki, hər bir media qurumunda hərbi xəbərlərə bağlı senzura olmalıdır: “Aprel döyüşlərində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin fəaliyyəti və cəbhə xəbərlərlə bağlı bəzi həmkarlarım arasında müəyyən narazılıqlar, “azadlığın məhdudlaşdırılması” barədə şikayətlər filan oldu. Bu deyərdim ki, dünya mediasında artıq çoxdan təsbit olunmuş bir qayda var. Nədən ibarətdir? Məsələn, mən İsraildə öz gözümlə gördüyüm bir məsələni deyəcəm. İsraildə istənilən informasiya agentliklərində, qəzet redaksiyasında, xüsusən də televiziya kanallarında xüsusi hərbi senzor oturur. Bu hərbi senzor İsrail ordusu və bu ordunun apardığı əməliyyatlar barəsində gedən məlumatları tənzimləyir. İsrail qanunvericiliyində, habelə Amerikanın, Fransanın, Avropa Birliyinin bir sıra ölkələrinin qanunvericiliyinə görə həbri əməliyyatlar gedərsə, ölkənin silahlı qüvvələrinin barəsində verilən xəbərlər mütləq şəkildə yoxlanılmalı, məntiqi və eyni zamanda təsbitlənmiş formalaşmalıdır. Ona görə də aprel döyüşləri haqqında verilən xəbərlər əvvəlki bizim mediada olan xoşagəlməz situasiyadan fərqli olaraq məni qane etdi. Azərbaycanın aparıcı media strukturlarının rəhbərləri çox yaxşı davrandılar və düşmənin dezinformasiya hücumuna, düşmənin bizə qarşı  hibrit savaşından istifadə etməsinə yol vermədilər. Mən sadəcə olaraq bizim medianı təbrik edirəm ki, biz bu Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın mövqelərinə hücuma keçdiyi andan etibarən ta ki, düşmənin yerinə oturulduğu ana qədər olan hadisələrin savadlı, düşünülmüş və dövlətin, xalqın, vətəndaşların mənafeinə uyğun olaraq məlumatları oxucularımıza çatdırdıq. Bu sadəcə olaraq həqiqətin olduğu kimi əks olunması idi.

 

Azərbaycan mediası üçün 2016 həm çətin il oldu, həm də inkişaf ili oldu. Çətinlik ondan ibarətdir ki, informasiyanın alınması, yoxlanılması, dəqiqləşdirilməsi, habelə dünya iqtisadiyyatda baş verən proseslərin bizdən yan keçməməsi, yəni, iqtisadi çətinliklər, reklam bazarının daha da kiçilməsi və sairə. Bunu həmkarlarım daha yaxşı bilirlər. İnkişaf isə ondan ibarətdir ki, bütün çatışmamazlıqlarına baxmayaraq Azərbaycan mediası daha əvvəlki media deyil. Ötən illərlə müqayisədə ciddi bir inkişafın olduğunu açıqca görə bilərik. Əsas inkişaf isə budur ki, onlay media daha da sosiallaşdı, böyüdü, struktur baxımından parçalanmağa doğru getməməsi, ən vacibi isə mediada gənclərin xüsusi yerinin və çəkisinin artmasıdır".

 

“Media üçün uğursuz il oldu...”

Korrespondent.az-ın baş redaktoru Aygün Muradxanlının fikrincə, internet mediası hələlik arzuedilən səviyyədə deyil: “2016-cı ili media üçün uğursuz il sayıram. İlin media hadisəsi kimi ANS-in lisenziyasının ləğv edilməsini görürəm. Ölkədə gerçəklərə az-çox işıq tutan telekanalın bağlanması bütünlükdə mediaya münasibətin göstəricisidir. Yazılı və internet mediasında da durum ürəkaçan deyil. Çap mediası artıq sıradan çıxmağa başlayıb, onun yerini tutmağa çalışan internet mediası isə hələlik arzuedilən səviyyədən çox uzaqdadır.  Xəbər yaradıcılığı yerinə saytların çoxu xəbərin “üzünü çıxarmaqla” məşğuldur.

 

Aprel döyüşləri son illər mediaya ayaq açan qeyri-professionalların xəbər məkanında necə bir gücə çevrildiyini və nə qədər ziyanlı olduqlarını bir daha göstərdi.  Çox təəssüf, ölkədə azad medianın və azad sözün inkişafına xidmət edən addımları görmürük. Atılan addımlar medianın azadlığına yox, asılılığına yönəlib. Bu isə mediada mümkün inkişaf meyllərini də əngəlləyir.


Yaxın gələcəklə bağlı da proqnozlarım optimist deyil, təəssüf ki. Seçkin imzalar və azadlığını mümkün qədər qorumağa çalışan media orqanları da şərtlərə tabe olmağı mövcudluqlarının qarantı kimi görürlər. Belə bir durumda isə müsbət tendensiyalardan danışmaq yersiz görünür”.

 

 

“Aprel döyüşlərində hətta İP “sevgisi” də arxa planda idi”

“Yeni Müsavat”ın köşə yazarı, Təhsil TV-nin layihə aparıcısı Jalə Mütəllimova həmkarlarına bütün hallarda nikbin olmağı tövsiyə edib: “Texnikanın bu qədər inkişaf etmədiyi on beş il əvvəlin mediasına baxanda mən inkişafı ancaq texnoloji baxımdan hiss edirəm düzü. 

 

Yaddaqalan olaylar müəyyən həmkarların ilboyu müxtəlif təşkilatlar, dövlət tərəfindən mükafatlandırılması hadisələridir. Bir də o qədər ürək açmayan amma saytlara, mediaya İP bazarında öndə olmaq üçün vacib olan xəbərlərə hədsiz yer verilməsi. Bura ailə-məişət zəminində intiriqalar, intiharlar, qətllər və insanların özəl həyatlarına dair məsələləri detallı işıqlandırıb ictimai müzakirəyə çıxarmaq hallarının çoxalması da daxildir.

 

Aprel olayları son illər müşahidə olunmayacaq qədər diqqəti çəkən hərəkətlilik gətirdi həyatımıza. Düzdür böyük itkilərimiz oldu. Ağır günlər yaşadıq. Bəli itkilər mənim ailəmdən getmədi. Amma mən evimdən gedən kimi hiss elədim hər şeyi. Hətta hərbi hospitalda olub neçə əsgər zabitimizlə də görüşdüm. Bu, mənim insanlıq və vətəndaşlıq borcum idi. Bu məsələ göstərdi ki, Dağlıq Qarabağ uğrunda mübarizə Azərbaycanı bir edə biləcək yeganə məsələdir. Bir də bu  bizim hələ var olduğumuzu göstərdi. O dönəmdə bütün məsələlər hətta İP “sevgisi” də arxa planda idi.

 

Son illər Azərbaycan mətbuatında böyük olmasa da nəzərə çarpacaq bir neçə imza var. Bu dar çərçivədə belə halların özü də sevindiricidir”.

 

 

“Yenə də reytinq yarışı getdi...”

Hafta.az saytının əməkdaşı Naibə Qurbanova da 2016-nı media üçün uğursuz il adlandırıb: “Bu il media üçün uğurlu il olmadı. İqtisadi böhran ilk olaraq bu sahəni vurdu. Bəzi qəzet və saytlar maliyyə çatışmazlığından bağlanmalı oldu. Başqa səbəblərdən fəaliyyətini dayandıranlardan isə yaddaqalan ölkənin ilk özəl telekanalı ANS-in taleyi oldu. İlin ən çox müzakirə olunan media mövzusu da ANS barədə çıxarılan məhkəmə hökmü idi.

 

İlin əvvəlindən start götürən maliyyə böhranı ilə bağlı xəbərləri aprel ayından cəbhə xəbərləri əvəzlədi və beləliklə ay bütünlüklə bu mövzunun ixtiyarında oldu. Jurnalistlər 2015-ci ilin avqust döyüşlərindəkindən fərqli olaraq bu dəfə peşəkarlıq göstərdilər. Təbii ki, normal media orqanları adına layiq, digərləri isə qeyri-peşəkarlığını sərgilədi. Ümumilikdə götürəndə aprel hadisələrində jurnalistlərin işini yüksək qiymətləndirmək olar. Döyüş bölgələrində olanlar da, şəhid və yaralıların ailəsinə baş çəkənlər də cəmiyyəti maksimum informasiya ilə təmin etməyə çalışdılar.

 

Bu ilin uğurlu media layihəsi kimi “Ayn”a qəzetinin elektron verasiyasının bərpasını vurğulamaq istərdim. Bundan başqa, bir neçə imza ilə yaxından tanış olmaq şansımız da oldu. 2016-cı ilin mənə görə tapıntısı Nərgiz Cavadzadə, Hafiz Əhmədov, Aqşin Kərimov oldu. Ola bilər bu imzalar mətbuatda çoxdandır var, amma mən bu il kəşf etdim.

 

Ümumi mənzərəni yüksək qiymətləndirə bilmərəm. Çünki son illərin dəbdə olan İP yarışı bu il də nəzərə çarpdı. Yenə zorlanma xəbərləri, İP-ə hesablanmış qərəzli başlıqlar, mövzuya qeyri-peşəkar yanaşmalar diqqət çəkdi”.

 

 

“İqtisadi proseslərdən ən çox təsirlənən media oldu”

Yeniçağ.az saytının baş redaktoru Aqil Ələsgər isə bildirib ki, Azərbaycan mediası aprel döyüşlərində bir nümunə ortaya qoydu: “Bilirsiniz, Azərbaycan və dünya mətbuatı üçün bu il ənənəvi illərdən biri oldu. Çox təəssüf ki, ölkədəki iqtisadi böhran bu il bir sıra imzaları, bir sıra jurnalistləri işsiz qoydu. Bu il ilə bağlı ən böyük təəsüratımız ondan ibarətdir ki, iqtisadi proseslərdən ən çox təsirlənən, ən çox ziyan görən qruplardan biri media oldu. Amma aprel məsələlərində Azərbaycan mətbuatı kifayət qədər peşəkar bir münasibət sərgilədi. Xüsusilə nəzərə alsaq ki, Azərbaycanda hərbi jurnalistika yoxdur və bu sahəyə hər hansısa bir maraq da yoxdur. Bu sahənin inkişafı üçün heç bir fəaliyyət ortaya qoyulmur. Amma buna rəğmən Azərbaycan mediası aprel döyüşlərində özünü göstərə bildi, bir nümunə ortaya qoya bildi. Bu məsələdə əslində Müdafiə Nazirliyinin də mühüm bir fəaliyyəti oldu ki, əvvəlki illərdən fərqli olaraq bu dəfə MN mətbuatla intensiv əlaqə qura bildi, məlumatları yaydı. Mətbuat Müdafiə Nazirliyini tapa bilməyib ikinci, üçüncü, dördüncü mənbələrə müraciət etmədi. 

Eyni zamanda bir mətbuat orqanı olaraq Yeniçağ üçün bu il olduqca məhsuldar keçdi deyə bilərik. Artıq rusca, yeni ildən etibarən türkcə yayına başlayırıq. Bu baxımdan bizim üçün daha yadda qalan oldu. Qarşıdan gələn yeni il münasibətilə bütün media zəhmətkeşlərini, başda Xəbər365-in kollektivi olmaqla təbrik edirəm”.

Mənbə: Müəllif: XƏBƏR365
2016-cı, il:, mediamızda, kim, uduzdu,, kim, uddu?,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
Bizə sülh(məramlılar) lazımdırmı?
"Biz heç vaxt torpaqlarımızdan vaz keçməyəcəyik"
Türkiyəli ekspertlər: Beynəlxalq qurumlar Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına qanunsuz yerləşdirməsini şiddətlə qınamalıdır
Azərbaycanlılar öz xalqı və dövləti üçün nə vaxt yaşamağa başlayacaq?
Sıradan çıxan əyləc
Ramiz Mehdiyev tək günahkardırmı?
Hacıbala Abutalıbov Ramiz Mehdiyevi xəyanətdə suçladı
15 sutkalıq bumeranqlar
Dərslər necə keçirilməlidir?
Tramp Ərdoğanı, Putini, Tzinpini və Kim Çen Inı “dünya səviyyəli şahmatçı” adlandırıb
Növbədənkənar prezident seçkisinə nədən ehtiyac yarandı? - EKSPERT
Rəsulzadənin Çağdaş Azərbaycan Tarixi əsərinin təhlili
Rəsulzadə həyatla vidalaşdı, amma inam onu tərk etmədi - Elçin Əfəndiyev
Dilimiz təkcə Azərbaycan Respublikasının yox, 50 milyonluq Azərbaycan xalqının milli dilidir - Arif Rəhimoğlu
Afrinin əhəmiyyəti nədən ibarətdir?
20 Yanvar - Türkün dirilişidir!
Tofiq Zülfüqarov: Rusiya seçim etməlidir, ya Azərbaycan, ya da Ermənistan
Dilçi alim AMEA-nın orfoqrafik səhvlərini üzə çıxartdı
Rusiya o qədər irəliyə gedib ki...
İranda ərəb baharı?
Manatın devalvasiyası kimə sərf edir? - ŞƏRH
Kimsə iki dövlət qurumunu üz-üzə qoymaq istəyir - Ekologiya və Təbii Sərvətlər Nazirliyi
FHN alpinistlərin axtarışını tamamilə öz nəzarətinə alsın - Təklif
O taylı-bu taylı millətin birləşmək istəyinin nişanı - Həmrəylik Günü
Hər ilin öz oyun qaydaları var – Bəs it ilinin qaydaları?
Bizə ilk addımda həmrəylik gərək - Elçibəyin Azərbaycan türkünə müraciəti
İndi hansı bank bağlanacaq?
Ərəb ölkələri Türkiyəyə qarşı birləşərsə, regionu nə gözləyir? - ŞƏRH
Minimum əmək haqqı - Bir saatı 81 qəpiyə işləyəcəyik?
Nazirlər Kabinetinin son qərarı benzinin qiymətini artıracaqmı?
“ƏMƏK” ordenlərinin görünməyən qəhrəmanları
Saytların daldan atdığı daş - Bu, medianın özünə vurduğu zərbə deyilmi?
Dünya Bankının qərarı Azərbaycandakı layihələrinə mənfi təsir göstərməyəcək- ŞƏRH
Doğrudanmı, ən pis azərbaycanlı Əkrəm Əylislidir? - Fazil Mustafa
Yazdığım statusun Müsavata heç bir dəxli yoxdur - Alya Yaqublu
Rusiya Ermənistana Naxçıvandan zərbə vura bilər - Ermənilər narahatlıq içində
Manat FED-in qərarından sığortalana bilməyəcək
İkitaylı Azərbaycanın bütövlüyü üçün ən böyük şans o gün yaranmışdı – 21 Azər
Azərbaycan Qüds məsələsində kimin yanında dayanmalıdır?
Heydər Əliyev ömrünü Türkiyə sevdalısı olaraq keçirmiş liderdir
Tehrandan Xankəndinə yol gedirmi?
Yaxın Şərq ölkələri hədəfdə - Amma əvvəlcə İran...
Bu günə toxunmaq ədəbsizliyinə kimsədə cürət olardımı? - Üzeyir Hacıbəylinin məqaləsi
Nazir təyinatı: Hökumətdaxili yerdəyişmə, yoxsa seçkiyə hazırlıq?
Özünü damdan atmaq da olar, yandırmaq da... Hikmət Hacızadə
Kamal Abdulla, Məleykə Abbaszadə, Hamlet İsaxanlı... - Yeni təhsil naziri kim olsun?
Türk generallarının Bakıya səfərləri nə ilə bağlıdır? - ŞƏRH
Saakaşvili taleyi ilə barışmalıdır - ŞƏRH
Gürcüstana gedən xəstələr ağır fəsadlarla qayıdır - ŞƏRH
Avropa xilafəti: müsəlmanların sayı 3 dəfə artacaq
Zərrabın etirafları Türkiyə-ABŞ münasibətlərini hara aparır? - ŞƏRH
Dövlətlər bitkoindən niyə qorxur? - SƏBƏB
Qarabağda karyerası sona qədər uğurlu olan varmı?
Bu nazirliklər öhdəlikləri yerinə yetirə bilmədi - EKSPERT
Ermənistan Rusiyanın təsir dairəsindən çıxmayacaq - Sazişin Detalları
Əflatun Amaşovun təklifinə reaksiya: Hərə yorğanı öz üstünə çəkəcək
Maliyyə naziri və baş bankir büdcə prosesinə təsir etmək gücündə deyil - ŞƏRH
Türkiyəni müstəmləkəçi ölkəyə çevirmək istəyirlər - AÇIQLAMA
Lavrovunku söz oyunu idi: Həsən keçəl, ya keçəl Həsən...
Qarabağda ermənilərin gözlədiyi Qızıl Ordunun ayaq səsləri
Prezidentin bu barədə sərəncamı olsa da, Milli Məclisin hələ də qərarı yoxdur
Çökdürülmüş ekspert institutunun səviyyəsi medianın səviyyəsindən yuxarıdır - Rövşən Ağayev
ABŞ Rusiyanı necə zərərsizləşdirəcəyini açıqladı
İnsanlarımız niyə ələ baxmalıdır ki? - Sosial yardım tamamilə dayandırılmayacaq
Azərbaycanda milyonlarla insanın həyatını dəyişdirən sistem - 25 illik miras
"Azpetrol"un proqnozu təəccüb doğurur - Yanacaq bahalaşmalıdırmı?
Siyasi partiyaların büdcəsi niyə artırılmalıdır? - MÜZAKİRƏ
Tikintiylə bağlı bizə çox müraciət olunub, ancaq... - Metropolitendən açıqlama
Bakı-Tbilisi-Qars dəmiryol xəttinin rolunu necə yüksəltməli?-ŞƏRH
Divarlardan Moskva əleyhinə döyüş cəbhəsi yaradılacağına şübhəniz olmasın - Zahid Oruc
Mətbuat Şurasının xəbərdarlığı və Eynulla Fətullayevin Lotu Quliylə fotosu
Bu, niyə Bakıda alınır Yerevanda yox? - TƏHLİL
Onları Azərbaycan bayrağı deyil, Sovet nostalgiyası riqqətə gətirir... - SORĞU
Qarsa gedən "sülh və müharibə qatarı" - TƏHLİL
2 milyardlıq Bakı-Tbilisi-Qars layihəsi hələ ki, xərclərini ödəyə bilməyəcək - SƏBƏB
Tehran görüşü Azərbaycanı hara aparır: İran, Rusiya, yoxsa Avropaya?
İlham Əliyevin Tehrana getməsi Avropadan üz döndərməsi demək deyil
Qarabağın azad edilməsində ən ciddi maneə budur - Qubad İbadoğlu
Neftin qiyməti düşərsə, manatı qorumaq olmayacaq - Açıqlama
Çovdarovun cəzası cinayətinə uyğun deyil - Cəmiyyətdə narazılıq
Bu layihə neft gəlirlərini əvəz edəcəkmi?-ŞƏRH
Bakı-Tbilisi-Qars dəmir yolu xətti açılır: Azərbaycan bundan necə faydalanacaq?
Zahid Oruc: "Madrid yalnız iqtisadi yollarla yerdə sürünən suverenliyini qoruya bilməyəcək"
Delta Telekomun vətəndaşları internetsiz qoyması yolverilməzdir – Osman Gündüz
Türkiyənin dəmir ledisi Meral Akşener – BİOQRAFİYASI + FOTOLAR
Tofiq Zülfüqarov: “Niyə həmsədrlər açıq-aşkar görmürlər?”
Ermənistan 93-cü ilin Azərbaycanına çox oxşayır - Zahid Oruc
Rusiya ilə Azərbaycan hansısa məxfi danışıq aparıb razılığa gəlsə... - Hikmət Hacızadə
Qubad İbadoğlu: “DYP-nin topladığı cərimələr dövlət büdcəsinə daxil olmur”
Nazirlik rəhbərliyinin erməni saytlarının yazdığından xəbəri oldumu? - Sabir Rüstəmxanlı
Ünüvar: “CHP-li millət vəkillərinin Azərbaycanın əleyhinə səs verməzi üzücüdür”
Buna deyərlər, Allahın evlərini döyüşdürmək - Zahid Oruc
Azərbaycan regional enerji mərkəzinə çevrilir - Yeni plan
Kredit borcları qırmızı xətti keçdi: nəticəsi nə olacaq?
Müstəqilliyin əleyhinə səs verim deyə mənə də təzyiq olunmuşdu - Millət vəkili
Fazil Mustafa: Türkmənlərin əsas düşməni İraq hökumətidir
İsa Yaşar Tezel - KƏRKÜK
Əliyev və Sarkisyan görüşündə hansı razılıq əldə olunub? - Açıqlama
Əliyev-Sarkisyan görüşü: sonra nə olacaq?
Azərbaycan hücuma keçə və bu mövqeləri qaytara bilər – Qışda müharibə planı
Azərbaycan və Rusiyanın yeni sətirdən - qardaşlıqdan başlaması hər iki dövlətin xeyrinədir- Zahid Oruc
Dünya Kataloniyaya göstərdiyi münasibəti Qarabağa niyə göstərmir?
Belə getsə, Azərbaycan böhrandan çıxa bilməyəcək - Qubad İbadoğlu
Emmanuel Makron iranlı həmkarını dəstəklədi
Azərbaycan yenə iki od arasında - Moskvayla Tehran iş başındadır
Ərdoğan: “ABŞ Türkiyəyə silah satmır, amma PKK-nın Suriya qanadını pulsuz silahlandırır”
Azərbaycan Avropa Şurasından çıxa bilərmi? - ŞƏRH
Nə üçün Tramp Azərbaycanla daha sıx əməkdaşlıq etməlidir?
Dərslik məsələsində tarixçilərimiz belə söyüşdən o tərəfə keçmədilər – Qafar Çaxmaqlı
Bütün dünya niyə rus S-400-ünü almaq üçün növbəyə durub? - Sirri açıldı
Dərsliyin müəllifini vətən xaini adlandırmaq düzgün deyil – Aqil Abbas
Kürdlər və katalonlar çox hiyləgər gediş etdi- Elxan Şahinoğlu
Türkiyə-ABŞ qarşıdurmasının təsiri ciddi şəkildə olunacaq - Qubad İbadoğlu
Nizami haqda həqiqəti yazıblar, siz nədən küsmüsünüz? - Fazil Mustafa
Azərbaycan torpaqlarını qaytarmaq üçün kiminlə savaşacaq: Ermənistan, yoxsa Rusiyayla?
Rusiya Xəzərdə qəfil hərbi təlimlərə başladı - Həyəcan siqnalı
Tarix dərsliyindəki xəritə skandalı ciddi araşdırılmalıdır – Qubad İbadoğlu
Millət vəkili NATO-da Ermənistanın işğalçı siyasətindən danışdı
ABŞ Sudan üzərindən iqtisadi sanksiyaları qaldıracaq
Mətbuat Şurası mitinqdə monitorinq apardı - jurnalistləri qınadı
Vəziyyətin mürəkkəbliyini heç kəs dana bilməz - Zahid Oruc
İlham Əliyevdən anons: Avropa İttifaqı ilə yeni bir səhifənin açılışını edəcəyik
Ermənilər Cəbrayılda kilsə açdı - Rəsmi Bakıdan etiraz
İlham Əliyevdən Avropaya mesaj: Bununla həyatımızda heç nə dəyişməyəcək
Putin Qarabağla bağlı çağırış etdi - Ermənistana ciddi mesaj
Bu hotellərə görə Azərbaycan ilk 5-liyə düşdü - Lider isə İsraildir
İraqda yaşananlar neftin qiymətini oynadır - Bəs sonra nə olacaq?
“Kərkükə siyasi və iqtisadi yardımlar etməliyik” – Qənirə Paşayeva
Qarabağa qanunsuz gedən türkdən özəl açıqlama: Onlar ermənilərlə nə danışıblar?
Azərbaycandakı Kürdüstan aşiqləri – onlar nə dərəcədə təhlükəlidir?
"Onların Avropa siyasətinə təsiri olmayacaq" - Merkel
Azərbaycan üçün hazırlanmış tor – Ermənistanın gizli planı
Azərbaycan hökuməti Kərkük məsələsiylə bağlı bəyanat verməlidir - Açıqlama
Azərbaycanda PKK-nı təbliğ edən qəzet fəaliyyət göstərir - İDDİA
“Bu qərar BMT-də təsdiqlənib, dəyişmək olmaz” - LAVROV
Onlar Putinin yox, İlham Əliyevin sözüylə hərəkət edirdilər - Açıqlama
Bakıda erməni kəşfiyyatına işlədiyimi etiraf etməyimi istəyirdilər
Rusiya bu yolla Azərbaycan hakimiyyətindəki tərəfdarlarına dəstək verir - Açıqlama
Azərbaycan hökuməti:Nalbandyanın təklifini qəbul etmirik - ÖZƏL
Bəxtəvər Dədə Ədalətin başına!
Qəbul imtahanlarında minimum bal 280 olmalıdır
Kürdlərin layihəsi İslam dünyasının parçalanmasına xidmət edir - AÇIQLAMA
"Surinamın Azərbaycanda maraqları var" - NAZİR
İŞİD-ə qoşulan azərbaycanlının şikayətini təmin etmədi
Həbsxanada uşaq dünyaya gətirən ana barəsində məhkəmə qərar verdi
Türkiyəli millət vəkili Nəcdət Ünüvardan Bakıya təbrik
Tofiq Zülfüqarov: 7 rayonumuzu qoyub, qapalı kafedən danışırsınız...
"Əsrin müqaviləsi"nin şərtləri niyə dəyişdirildi?
Ermənilər Ağdamı özününküləşdirir, bəs Əbülfəs Qarayev nə edir?
Sükanı belə saxlayın, cənab Prezident! - Tofiq Zülfüqarov
Lütfi Zadənin ölümü ilə bağlı xəbəri hələ dəqiqləşdirməmişəm - Vəkil
Bakı-Tbilisi-Qars dəmiryolunu gecikdirən Rusiya oldu - Ancaq maneələr dəf edildi
Azərbaycan KİV-ləri Qərbin Rusiya haqda bu cür materiallarını dərc eləmir, Rusiya isə...
26 restoranının sahibindən Dilavər Əzimliyə etiraz: Onda 26 saylı məktəbi də bağlayaq
OCCRP-nin mənbəsiz araşdırması - Nə dərəcədə əsaslı sayıla bilər?
Ermənistanın NATO təlimlərindən imtinasında Rusiya və Azərbaycan izi - Açıqlama
Türkiyə və Almaniya nəyi bölə bilmir? - TƏHLİL
Test üsulunun taleyi insanımızın, gələcəyimizin taleyidir - Mehriban Vəzir yazır
Erməni lobbisi Rusiyaya qarşı yenə “döyüş yolu”nu seçdi
Səninçün yenə yanağımdan süzüləcək iki damla yaş tapılar...- Elnur Astanbəyli
Qorbaçovun Əliyevə etdikləri alçaqlıq idi
Seçki sandığı məzarınıza çevriləcək - Əməkdar müəllim
Rusiya və ABŞ əməkdaşlığı qurulacaqmı? - PROQNOZ
3 milyon manatlıq avtomobil kolleksiyası - Cinayətə aparan yol
Sabiq Ermənistan prezidentindən tarixi bəyanat: İşğal etdiyimiz torpaqları qaytarmalıyıq
Ermənistanı daha nədə üstələyə bilərik? - Hüseynbala Səlimov yazır
Hər şey torpaq olacaq bir gün... - Ömər Xəyyam
İki erməni liderinin etirafları: Ona görə qırğınlar törətdik ki...
Banklarda böhranın ikinci fazası başlaya bilər?
Manat niyə möhkəmlənib? - 8 AMİL
Tibbi arayış satışından 3-5 milyon manat əldə edilir - Bu pullar hara gedir?
Allahın özü də erməni və qarabağlıdır - Zori Balayan
Dürüst və namuslu qalmaq - Rüşvəti yox etməyin yolu
Ermənilərin “Böyük Ermənistan” yaratmaq planları necə pozuldu?
Öz-özünüzü xoşbəxt edə biləcəyiniz 6 üsul
“Ermənistan bayrağı altında Azərbaycan mahnısı səslənəndə təəccüblənməyin”
Ermənilərə təklif: 24 apreli soyqırımı yox, bayram günü kimi qeyd edin
Şevarnadze göstəriş veribmiş ki, İlham Əliyevi institutdan çıxarsınlar - Teleaparıcı
İSLAMOFOBİYA: Avropa Birliyinin yeni meyarı – TƏHLİL
Trampı devirmək istəyən gizli xidmətlər var - TƏHLİL
ƏRDOĞAN "MİLLƏT" DEYƏNDƏ NƏYİ NƏZƏRDƏ TUTUR?
Ermənistanda seçkilər: onlar Qarabağı itirmək üzrədirlər?
Ruslar yenə də arzularına çatdılar – TƏHLİL
Qarabağı azad etmək üçüb tarixi fürsət yetişib? – TƏHLİL
Xanlar Vəliyevin diqqətinə: Yuri Zarviqorovu niyə həbs etmirsiniz?
Azərbaycan 25 ildir, nəyi gözləyir? - TƏHLİL
Trampın arxasında İsrail lobbisi dayanıb – TƏHLİL
AKP-nin arqumentləri ancaq siyasi spekulyasiyadır – TƏHLİL
Nazarbayev yolun sonuna gəlib, yoxsa?
Azərbaycan ABŞ-ın xətrinə İrana qarşı çıxacaqmı? – TƏHLİL
Əvvəlcə Receb İvedik və lotu qulilər, sonra təhsil və elm
İSTƏMƏSƏLƏR BELƏ, VİTSE–PREZİDENTLİK OLACAQ...
2017-ci il belə gəlib beləmi gedəcək? – İqtisadi təhlil
SEÇKİYLƏ BAĞLI SON AKKORDLAR...
Qərb üçün demokratiya Qərb üçündür
Bu il dünya da yerindən oynadı, Azərbaycan da... – SİYASİ HESABAT
Bu il dünya da yerindən oynadı, Azərbaycan da... – SİYASİ HESABAT
2016-cı ilin uğurlu filmi: “Pərdə”?
Bob Dilan İsveç Akademiyasını barmağına doladı, bəs Salam Sarvanla Şəhriyar del Gerani?
2016-cı il hansı ölkələr terrorun qurbanına çevrildi? – STATİSTİKA
Üçüncü devalvasiya artıq başlayıb...
Dünyada muxtariyyat modeli qalmayıb
Mediada qeyri-peşəkarlıq. Səbəbkarlar kimdir?
KQB, “Qadın öpüşü” və “bolqar çətiri”
4 milyard alınacaq ya alınmayacaq?
"Ölkə dağıdıcı tufan ərəfəsində"
Səudiyyə Ərəbistanı, yoxsa İran
Mişel Uelbek: Avropanın islamlaşmasında günahkar kimdir?
Rusiyanın Türkiyə ilə savaşmamalı olduğunun səkkiz səbəbi
Gizli xidmət şefinin sonu: qəfil və gözlənilmədən
Prezident hökuməti fövqəladə rejimə keçirir
Haber Yazılımı