301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
30 Dekabr 2016 - Cümə 13:03 104 nəfər oxuyub
 
2016-cı ilin uğurlu filmi: “Pərdə”?
BAXIŞ Xəbəri
2016-cı ilin uğurlu filmi: “Pərdə”?

2016-cı ilin bütünlüklə həyatımızdan çıxmasına iki gün qaldı. Bir il də başa çatdı. Ağır bir il.

2016-cı il hüznlü, narahat başlamışdı: ötən ilin sonundan qalan “Günəşli”  neft yatağında baş verən faciənin əhval-ruhiyyəsi, manatın devalvasiyası, qəflətən ayaqlarının altında sabit bildikləri torpağın silkələnməsindən özünü itirən, kredit torlarında çabalayan insanlar, intiharlar, sonra yeni devalvasiyalar, yavaş-yavaş dərinləşən böhran və buna alışan insanlar... Və deyəsən, il boyu bu gərginlikdən, narahatlıqdan qurtula bilmədik.           

Bütün baş verənlər, iqtisadi böhran, gərginlik kinomuzda öz təsirini hansı şəkildə göstərdi və göstərdimi?

Ümumiyyətlə, 2016-cı il Azərbaycan kinosu hansı hadisələrlə xatirimizdə qaldı? Bir saniyəlik il ərzində bu  cameədə  baş verənləri kino lenti kimi  yaddaşımızın proyektorundan keçirməyə çalışsaq... qorxuram, hərəkət görməyəcəyik. Bunun üçün, nə az-nə çox, 24 kadr lazımdır. Əfsus ki, 2016-cı ildə milli kinematoqrafiyamızda bir əlimizin barmaqları sayda yaddaqalan hadisə güclə tapa bilərik.

Zira 2016-cı ildə  uğurlu  müstəqil (bu sözü mütləq yazmaq lazımdır, çünki artıq rəsmi qurumlar olan Mədəniyyət və Turizm Nazirliyi, Kinostudiyanın simasında dövlət də kommersiya layihələrini maliyyələşdirir) kommersiya filmləri (“Pərdə”; rej.Emil Quliyev, “Oğlan evi 2”; rej.İlham Qasımov) və  dövlət sifarişi ilə çəkilən uğursuz filmlərdən (“Xeyirlə şərin rəqsi”;rej.Yavər Rzayev, “40-cı paraleldə” almanaxı,  “Həddən artıq uyğunluq”; rej.Ülviyyə Könül) başqa heç nə olmadı. Hə, bir də ölkə prezidenti İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın müddətinin bitmək üzrə olduğu, lakin sözügedən sənəddə nəzərdə tutulan mühüm bəndlərin, demək olar ki, heç birinin yerinə yetirilmədiyi yenidən və dəfələrlə xatırlandı: kinoprokatı sistemi hələ də  bərpa olunmayıb, Azərbaycan kimi balaca kino bazarına sahib ölkələr üçün vacib əhəmiyyət kəsb eləyən, xüsusilə də müstəqil kinonun inkişafında böyük rolu olan “Eurimages”ə ( Avropa Kinematoqrafiyaya Dəstək Fondu) üzv olmamışıq, dövlət sifarişi ilə çəkilən filmlərin ssenarilərinin qəbulu zamanı şəffaflıq təmin edilməyib və s. Düzdü, Kino haqqında qanun Milli Məclisin mədəniyyət komissiyasında müzakirə olundu, MM-in plenumunda müzakirəsi tövsiyə edildi, ancaq hələ bir xəbər yoxdu...

2016-cı il üçün Azərbaycan kinosunun ümumi mənzərəsi belədi. Üstəlik növbəti ildə də hansısa müsbət dəyişikliklərin baş verə biləcəyinə ümid yox dərəcəsindədi, çünki 2017-ci ilin dövlət büdcəsində hər il kino sahəsinə ayrılan məbləğ 50-dən çox ixtisar olunub.

Yaxşı bəs kino xadimləri, istehsalat prosesi ilə birbaşa bağlı olan şəxslər, rejissorlar 2016-cı ili necə dəyərləndirirlər?

 

“Bu il də Azərbaycan kinosu üçün itirilmiş ildi”

 

Rejissor Əli İsa Cabbarov hər zaman stəkanı yarıdolu görməyə üstünlük verdiyini söyləyir: “Bu il mənim yadımda qalan film “Pərdə” oldu. Bu filmin iki özəlliyi var: birinci, sosial problemi cəsarətlə qaldırması və kinoteatrlarda, prokatda uğur iddiası. “Pərdə” filmi bu iki cəhətinə görə rəğbətimi qazandı. Kinoteatrlarda belə filmlərin göstərilməsi və çox olması yaxşıdı. 2016-cı ildə yadımda qalan ikinci hadisə kino haqqında qanunun Milli Məclisin mədəniyyət komissiyasında müzakirəsidir. Millət vəkillərinin dilindən kinonun problemlərinin səslənməsi müsbət haldı, hələ bir nəticəsi olmasa belə. Mən həmişə “stəkan yarı doludur” deməyə üstünlük verirəm. Bir də manatın devalvasiyasına baxmayaraq, kommersiya filmlərinin sayı aşağı düşmədi. Hətta bu vaxta qədər heç bir kommersiya filminə baxmayan tamaşaçı olaraq bu il ilk dəfə “Oğlan evi 2” filmini izlədim. 2016-cı il bu üç nüansla yadımda qaldı”.

Bununla belə, nə qədər optimist olsa da, rejissor keçməkdə olan ili itirilmiş zaman hesab eləyir: “Ümumilikdə isə, təbii ki, son illər olduğu kimi, bu il də Azərbaycan kinosu üçün itirilmiş ildi. O mənada ki, biz edə biləcəyimizin 30-40 -ni  elədik. Kino bu aşağı effektivliklə  yaşayır son illər. Manatın devalvasiyasının bu il kinoya təsiri olmadı və bu daha çox kommersiya filmlərinin hesabına baş verdi. Amma çox güman ki, biz bu təsiri 2017-də hiss eləyəcəyik. Hərçənd, Amerikada Böyük Depressiya illərində insanlar iqtisadi və maliyyə problemləri ilə üzləşəndə “xəyallar aləminə” – kinoya üz tuturdular. Kino  həmin xəyalların istehsalçısı idi. Ona görə də ola bilsin ki, devalvasiyaya baxmayaraq, ən azından, kəmiyyət göstəriciləri baxımından növbəti ildə filmlərin, xüsusilə də kommersiya filmlərinin sayı artsın. Parasızlıq həmçinin müstəqil, azbüdcəli müəllif kinosu üçün də geniş imkanlar aça bilər”.

 

 

“Kinematoqrafiyanın gələcəyi şübhə altındadır”

 

Azərbaycan Professional Kinorejissorlar Gildiyasının katibi, rejissor Hüseyn Mehdiyev də 2016-cı ildə əvvəlki illərdən fərqli, müsbət  sayıla biləcək hər hansı bir hadisənin baş vermədiyini düşünür: “Mənə elə gəlir ki, bu il yaxşı bir şey olmadı. Bildiyim qədərilə gələn il üçün də kinoya büdcədən çox cüzi miqdarda vəsait ayrılıb. Bu isə Azərbaycan kinosunun şah damarını kəsməyə bərabərdir. Doğrudu, ölkədə kommersiya filmləri çəkilir, amma Azərbaycanda indiyə kimi kinoindustriya,  kino sənəti ilə bağlı normal bir mövqe və münasibət sərgilənməyib. Bütün dünyada belədi ki, dövlətin ayırdığı vəsait kinonun sənət kimi inkişafına yönəlməlidi, onun sənət kimi mövcudiyyətini dəstəkləməlidi. Sənət olmayan yerdə kommersiya da olmayacaq. Kommersiya isə şəxsi vəsait hesabına maliyyələşdirilməlidi, dövlətin ona aidiyyatı olmamalıdı. Kommersiya kinosu inkişaf eləməlidi və eləyəcək – normal iqtisadi şərait olsa.  Buna heç bir şübhəm yoxdu. Yaxşı, bəs sənət necə inkişaf eləyəcək? Mənə elə gəlir ki, kinematoqrafiyaya indiki münasibət olduğu kimi qalsa, bir ənənə, milli ruhu tərənnüm eləyən sənət kimi onun gələcəyi şübhə altındadı. Yenə qeyd eləyirəm: əgər hər şey belə davam eləsə...”

 

Hüseyn Mehdiyev ümumi mənzərənin fonunda rəhbərlik etdiyi qurumun işini qənaətbəxş hesab eləyir: “Bu il Rejissorlar Gildiyası üçün yaxşı il oldu, çünki bizi məşhur Beynəlxalq Audiovizual Müəlliflər Assosiasiyasına müvəqqəti üzv qəbul elədilər – iki il müddətinə. Audivizual Müəlliflər Assosiasiya çox böyük və sanballı təşkilatdı, dünyanın 120 ölkəsini özündə birləşdirir. Bu təşkilata üzv olmaq bizim audio-vizual əsərlərin, filmlərimizin hamısını beynəlxalq film bazasına salmaq və bununla da kinomuzun dünya səviyyəsində müdafiəsini təmin eləmək, həm də informasiya baxımından dünyaya çıxış deməkdir. Bu çox vacibdi və bu təşkilata üzv olmağa çoxdan çalışırdıq. Sözügedən baza çox zəngin bir bazadı və bütün filmləri ora yerləşdirmək, informasiyanı təmin eləmək çox böyük əziyyət və maliyyə vəsaiti tələb eləyir. Düzdü, alınıb-alınmayacağı gələcəyin işidi, amma əsas odu ki, birinci addım atılıb və bizə bu şans verilib. Ondan necə istifadə eləyəcəyimizi zaman göstərəcək. Bir də 2017-ci ildə “Qızıl Pəri” Peşə Mükafatının ikinci təqdimatını keçirməyə hazırlaşırıq. Hərçənd, bu da maliyyədən asılıdır. Hər halda planımızda var. Artıq bunun üçün monitorinq aparılıb, yetərincə filmlər var. Rəqabət geniş olacaq”.

 

 

“2016-cı il bizim üçün uğurlu il oldu”

 

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov  isə həmkarlarından fərqli olaraq, 2016-cı ilin kinomuz üçün uğurlu keçdiyini deyir: “2016-cı ildə bizim bir çox eksperimentlərimiz oldu. Bilirsiniz ki, bizdə səs rejissorundan tutmuş qrimçiyə qədər ciddi peşəkar problemi var idi. Ona görə də bu il çox sayda gəncləri çəkiliş prosesinə  cəlb elədik. Mirsadıq Ağazadə, Rüfət Həsənov, uzun müddətdi  meydançaya çıxmayan İlqar Nəcəfə film verildi. Yəni 2016-cı il, sözün əsl mənasında, bizim üçün uğurlu il oldu, istehsal prosesi getdi, ümumi industriyanın qurulması üçün hədəflərimizi müəyyənləşdirə bildik, problemlərimizi, uğurlarımızı və çatışmayan cəhətlərimizi öyrəndik. Bu da öz nəticəsini göstərdi: çoxlu festivallarda iştirak elədik, filmlərimiz satılmağa başladı. Ancaq bunlar son hədəf deyil, daha yüksək  uğurlar əldə eləməliyik. Bu baxımdan yanvar ayının 10-dan yaradıcı adamlarla görüşlərimiz başlayacaq. Gücümüzü toplayıb hədəfə doğru birlikdə addımlamaq istəyirik. 2016-cı ildə böhranı da hiss eləmədik. Çünki  bizim ən böyük problemimiz yaradıcı məsələlərlə bağlıdı, məsələn, ssenari problemi kimi. Gələn il üçün bir planımız da kinofestivalların keçirilməsidi. Hazırda bu layihə üzərində işləyirik”.

 

 

“Müstəqil studiyalar öz gücləri hesabına maraqlı məhsullar ərsəyə gətirdi”

 

“Cinema” Gənc Kinematoqrafçılar  mərkəzinin direktoru, prodüser Fehruz Şamıyev də  vəziyyətə nikbin baxanların sırasındadır və 2016-cı ilin durğunluq dövrü olmadığını bildirir:  “2016-cı ili kino sahəsində tam olaraq uğurlu il saymasam da, düşünürəm ki, durğunluq ili də olmadı. Nədənsə ölkəmizdə kinematoqrafiyanın durumu ancaq “Azərbaycanfilm” studiyasında istehsal edilən filmlərlə ölçülür. Ola bilsin ki, bu, sözügedən studiyada istehsal olunan filmlərin beynəlxalq festivallarda iştirak edib-etməməsiylə bağlıdır, amma yaddan çıxarmaq lazım deyil ki, ölkədə müstəqil studiyalar da var və onlar da, məhz, öz gücləri hesabına 2016-cı ildə maraqlı məhsullar ərsəyə gətirdilər. Bu il premyerası olan neçə-neçə kommersiya filmini nümunə göstərmək olar. Bundan başqa “Pərdə” filminin uğurunu xususi qeyd etmək lazımdır. Bizdə peşəkarlıqdan dəm vuranlar ancaq Mədəniyyət və Turizm Nazirliyinin hədiyyə payını gözləməklə məşğul olanda müstəqil şirkətlər öz gücləri hesabına ortaya ciddi tammetrajlı filmlər çıxardılar. Özlərini peşəkar adlandıranların əksəriyyəti orta və yuxarı yaşlılardır. Gənclərdən fərqli olaraq, onların əhatəsi daha genişdir. Bununla belə, onların heç biri ötən ildə dövlət dəstəyi olmadan ortaya kiçik bir iş qoya bilmədilər. Yeni formalaşan kino bazarımızın tələblərini nəzərə alaraq uşaq filmlərinin istehsalı dövlət tərəfindən dəstəklənməlidir. Bu baxımdan, bu ildə “Dərs” filmini də xüsusi vurğulamaq istərdim. İkinci bir layihə – “Azərbaycanfilm” kinostudiyasının gənclər üçün nəzərdə tutulan almanaxının ənənə halına düşməsi müsbət haldır. İlin sonunda dövlət sifarişi ilə ərsəyə gələn “Həddən artıq uyğunluq” filminin digər kommersiya filmləri ilə bərabər kinoteatrlarda nümayiş olunması da həmçinin. Çünki kinostudiyada əvvəllər istehsal olunan heç bir film kommersiya filmləri ilə ayaqlaşa bilməmişdi. Halbuki ötən illərdə komediya və melodrama janrında müxəlif filmlər çəkilmişdi”.

 

 

“Kinonu dəyişikliklərə, yeniliklərə hazır olan adamlar idarə etməlidir”

 

Müstəqil kinonun nümayəndəsi, rejissor Elvin Adıgözəl başa vurmaqda olduğumuz ildə öz filmindən və bir neçə müstəqil rejissorun işlərindən başqa heç nəyin yadında qalmadığını deyir: “Bu il mənim yadımda öz çəkdiyim filmlərlə və beynəlxalq əlaqələrimin bir qədər genişlənməsi ilə  qaldı. Bir də azad kino ilə məşğul olan bəzi dostlarımızın festival uğurları, məsələn, Teymur Hacıyevin “Şanxay, Bakı” filminin üç festivalda iştirakı. Həmçinin uzun müddətdi, maraqlandığım “Eurimages” məsələsi də aydınlaşdı. Azərbaycan tərəf həmişə “Eurimages”a üzv olmaq istədiyini, ancaq fondun bizdən imtina etdiyini deyirdi. Bu il “Eurimages”-ın rəhbəri şəxsən bildirdi ki,  Azərbaycan bizimlə danışıqlar aparmır, biz onlara dəfələrlə “hə” demişik, amma onlar üç ildi ki, bizə yazmırlar. Bu məktubun ortaya çıxması, “screenshot” olunması, ifşası mənim üçün son dərəcə yadda qalan hadisə oldu”.      

 

Elvin Adıgözəl hesab eləyir ki, əgər rejissorlar birləşib birgə hərəkət eləməsələr, kino sahəsindəki problemlərə, onların səbəblərinə qarşı birlikdə mübarizə aparmasalar, yaxın gələcəkdə nəyinsə dəyişəcəyinə ümid eləmir: “Mən bu vaxta qədər filmlərimi ya öz hesabıma çəkmişəm, ya da kənardan müəyyən dəstəklə. Amma bu, Mədəniyyət Nazirliyinin, ya da kinostudiyanın dəstəyi olmayıb. Çünki Mədəniyyət Nazirliyi dövlətin kinoya ayırdığı vəsaiti öz istədiyi rejissorlara verir. Ki, mən də buna qarşıyam. Ümumiyyətlə, Mədəniyyət Nazirliyi kinoya ayrılan vəsaiti idarə etməməlidi, bütün dünyada olduğu kimi bu işlə fondlar, ya da  məxsusi bu məqsədlə yaradılmış qurum məşğul olmalıdı. Ona görə də mən Mədəniyyət Nazirliyinin büdcəni idarə eləməsini doğru saymıram. Qaldı ki, böhran məsələsinə. Onsuz da indiyə qədər dövlətin kinematoqrafiya üçün Mədəniyyət və Turizm Nazirliyinə ayırdığı vəsait heç bir beynəlxalq nəticəsi olmayan işlərə xərclənirdi. Əldə olunan cüzi nəticələr də o qədər böyük uğurlar deyildi. Hazırkı böhran isə o deməkdi ki, artıq sözügedən vəsait az olacaq və yəqin ki, bu sahəyə hər hansı bir dəstəkdən söz gedə bilməz. Ona görə də düşünürəm ki, vəziyyəti özümüz dəyişməyə çalışmalıyıq. Məsələn, dövlət sifarişi ilə film çəkməkdən imtina edə, bununla da Mədəniyyət Nazirliyinin işini boykot eləyə bilərik. Bu ölkədə nələrisə dəyişmək istəyiriksə, birləşib sözümüzü deməliyik... Bir ölkədə 6-8 rejissor etiraz eləyəndə, nəyinsə dəyişməyinə ümid ola bilər. Kinonu dəyişikliklərə, yeniliklərə hazır olan adamlar idarə eləməlidi. Təəssüf ki, bizdə birlik yoxdur. Odur ki, hazırkı vəziyyətdə nəyinsə dəyişəcəyinə inanmıram”.

Mənbə: Müəllif: Aygün Aslanlı
2016-cı, ilin, uğurlu, filmi:, “Pərdə”?,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
Anar Əsədli: “Danışıqlardan ciddi heç nə gözləmirəm”
Bizə sülh(məramlılar) lazımdırmı?
"Biz heç vaxt torpaqlarımızdan vaz keçməyəcəyik"
Türkiyəli ekspertlər: Beynəlxalq qurumlar Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına qanunsuz yerləşdirməsini şiddətlə qınamalıdır
Azərbaycanlılar öz xalqı və dövləti üçün nə vaxt yaşamağa başlayacaq?
Sıradan çıxan əyləc
Ramiz Mehdiyev tək günahkardırmı?
Hacıbala Abutalıbov Ramiz Mehdiyevi xəyanətdə suçladı
15 sutkalıq bumeranqlar
Dərslər necə keçirilməlidir?
Tramp Ərdoğanı, Putini, Tzinpini və Kim Çen Inı “dünya səviyyəli şahmatçı” adlandırıb
Növbədənkənar prezident seçkisinə nədən ehtiyac yarandı? - EKSPERT
Rəsulzadənin Çağdaş Azərbaycan Tarixi əsərinin təhlili
Rəsulzadə həyatla vidalaşdı, amma inam onu tərk etmədi - Elçin Əfəndiyev
Dilimiz təkcə Azərbaycan Respublikasının yox, 50 milyonluq Azərbaycan xalqının milli dilidir - Arif Rəhimoğlu
Afrinin əhəmiyyəti nədən ibarətdir?
20 Yanvar - Türkün dirilişidir!
Tofiq Zülfüqarov: Rusiya seçim etməlidir, ya Azərbaycan, ya da Ermənistan
Dilçi alim AMEA-nın orfoqrafik səhvlərini üzə çıxartdı
Rusiya o qədər irəliyə gedib ki...
İranda ərəb baharı?
Manatın devalvasiyası kimə sərf edir? - ŞƏRH
Kimsə iki dövlət qurumunu üz-üzə qoymaq istəyir - Ekologiya və Təbii Sərvətlər Nazirliyi
FHN alpinistlərin axtarışını tamamilə öz nəzarətinə alsın - Təklif
O taylı-bu taylı millətin birləşmək istəyinin nişanı - Həmrəylik Günü
Hər ilin öz oyun qaydaları var – Bəs it ilinin qaydaları?
Bizə ilk addımda həmrəylik gərək - Elçibəyin Azərbaycan türkünə müraciəti
İndi hansı bank bağlanacaq?
Ərəb ölkələri Türkiyəyə qarşı birləşərsə, regionu nə gözləyir? - ŞƏRH
Minimum əmək haqqı - Bir saatı 81 qəpiyə işləyəcəyik?
Nazirlər Kabinetinin son qərarı benzinin qiymətini artıracaqmı?
“ƏMƏK” ordenlərinin görünməyən qəhrəmanları
Saytların daldan atdığı daş - Bu, medianın özünə vurduğu zərbə deyilmi?
Dünya Bankının qərarı Azərbaycandakı layihələrinə mənfi təsir göstərməyəcək- ŞƏRH
Doğrudanmı, ən pis azərbaycanlı Əkrəm Əylislidir? - Fazil Mustafa
Yazdığım statusun Müsavata heç bir dəxli yoxdur - Alya Yaqublu
Rusiya Ermənistana Naxçıvandan zərbə vura bilər - Ermənilər narahatlıq içində
Manat FED-in qərarından sığortalana bilməyəcək
İkitaylı Azərbaycanın bütövlüyü üçün ən böyük şans o gün yaranmışdı – 21 Azər
Azərbaycan Qüds məsələsində kimin yanında dayanmalıdır?
Heydər Əliyev ömrünü Türkiyə sevdalısı olaraq keçirmiş liderdir
Tehrandan Xankəndinə yol gedirmi?
Yaxın Şərq ölkələri hədəfdə - Amma əvvəlcə İran...
Bu günə toxunmaq ədəbsizliyinə kimsədə cürət olardımı? - Üzeyir Hacıbəylinin məqaləsi
Nazir təyinatı: Hökumətdaxili yerdəyişmə, yoxsa seçkiyə hazırlıq?
Özünü damdan atmaq da olar, yandırmaq da... Hikmət Hacızadə
Kamal Abdulla, Məleykə Abbaszadə, Hamlet İsaxanlı... - Yeni təhsil naziri kim olsun?
Türk generallarının Bakıya səfərləri nə ilə bağlıdır? - ŞƏRH
Saakaşvili taleyi ilə barışmalıdır - ŞƏRH
Gürcüstana gedən xəstələr ağır fəsadlarla qayıdır - ŞƏRH
Avropa xilafəti: müsəlmanların sayı 3 dəfə artacaq
Zərrabın etirafları Türkiyə-ABŞ münasibətlərini hara aparır? - ŞƏRH
Dövlətlər bitkoindən niyə qorxur? - SƏBƏB
Qarabağda karyerası sona qədər uğurlu olan varmı?
Bu nazirliklər öhdəlikləri yerinə yetirə bilmədi - EKSPERT
Ermənistan Rusiyanın təsir dairəsindən çıxmayacaq - Sazişin Detalları
Əflatun Amaşovun təklifinə reaksiya: Hərə yorğanı öz üstünə çəkəcək
Maliyyə naziri və baş bankir büdcə prosesinə təsir etmək gücündə deyil - ŞƏRH
Türkiyəni müstəmləkəçi ölkəyə çevirmək istəyirlər - AÇIQLAMA
Lavrovunku söz oyunu idi: Həsən keçəl, ya keçəl Həsən...
Qarabağda ermənilərin gözlədiyi Qızıl Ordunun ayaq səsləri
Prezidentin bu barədə sərəncamı olsa da, Milli Məclisin hələ də qərarı yoxdur
Çökdürülmüş ekspert institutunun səviyyəsi medianın səviyyəsindən yuxarıdır - Rövşən Ağayev
ABŞ Rusiyanı necə zərərsizləşdirəcəyini açıqladı
İnsanlarımız niyə ələ baxmalıdır ki? - Sosial yardım tamamilə dayandırılmayacaq
Azərbaycanda milyonlarla insanın həyatını dəyişdirən sistem - 25 illik miras
"Azpetrol"un proqnozu təəccüb doğurur - Yanacaq bahalaşmalıdırmı?
Siyasi partiyaların büdcəsi niyə artırılmalıdır? - MÜZAKİRƏ
Tikintiylə bağlı bizə çox müraciət olunub, ancaq... - Metropolitendən açıqlama
Bakı-Tbilisi-Qars dəmiryol xəttinin rolunu necə yüksəltməli?-ŞƏRH
Divarlardan Moskva əleyhinə döyüş cəbhəsi yaradılacağına şübhəniz olmasın - Zahid Oruc
Mətbuat Şurasının xəbərdarlığı və Eynulla Fətullayevin Lotu Quliylə fotosu
Bu, niyə Bakıda alınır Yerevanda yox? - TƏHLİL
Onları Azərbaycan bayrağı deyil, Sovet nostalgiyası riqqətə gətirir... - SORĞU
Qarsa gedən "sülh və müharibə qatarı" - TƏHLİL
2 milyardlıq Bakı-Tbilisi-Qars layihəsi hələ ki, xərclərini ödəyə bilməyəcək - SƏBƏB
Tehran görüşü Azərbaycanı hara aparır: İran, Rusiya, yoxsa Avropaya?
İlham Əliyevin Tehrana getməsi Avropadan üz döndərməsi demək deyil
Qarabağın azad edilməsində ən ciddi maneə budur - Qubad İbadoğlu
Neftin qiyməti düşərsə, manatı qorumaq olmayacaq - Açıqlama
Çovdarovun cəzası cinayətinə uyğun deyil - Cəmiyyətdə narazılıq
Bu layihə neft gəlirlərini əvəz edəcəkmi?-ŞƏRH
Bakı-Tbilisi-Qars dəmir yolu xətti açılır: Azərbaycan bundan necə faydalanacaq?
Zahid Oruc: "Madrid yalnız iqtisadi yollarla yerdə sürünən suverenliyini qoruya bilməyəcək"
Delta Telekomun vətəndaşları internetsiz qoyması yolverilməzdir – Osman Gündüz
Türkiyənin dəmir ledisi Meral Akşener – BİOQRAFİYASI + FOTOLAR
Tofiq Zülfüqarov: “Niyə həmsədrlər açıq-aşkar görmürlər?”
Ermənistan 93-cü ilin Azərbaycanına çox oxşayır - Zahid Oruc
Rusiya ilə Azərbaycan hansısa məxfi danışıq aparıb razılığa gəlsə... - Hikmət Hacızadə
Qubad İbadoğlu: “DYP-nin topladığı cərimələr dövlət büdcəsinə daxil olmur”
Nazirlik rəhbərliyinin erməni saytlarının yazdığından xəbəri oldumu? - Sabir Rüstəmxanlı
Ünüvar: “CHP-li millət vəkillərinin Azərbaycanın əleyhinə səs verməzi üzücüdür”
Buna deyərlər, Allahın evlərini döyüşdürmək - Zahid Oruc
Azərbaycan regional enerji mərkəzinə çevrilir - Yeni plan
Kredit borcları qırmızı xətti keçdi: nəticəsi nə olacaq?
Müstəqilliyin əleyhinə səs verim deyə mənə də təzyiq olunmuşdu - Millət vəkili
Fazil Mustafa: Türkmənlərin əsas düşməni İraq hökumətidir
İsa Yaşar Tezel - KƏRKÜK
Əliyev və Sarkisyan görüşündə hansı razılıq əldə olunub? - Açıqlama
Əliyev-Sarkisyan görüşü: sonra nə olacaq?
Azərbaycan hücuma keçə və bu mövqeləri qaytara bilər – Qışda müharibə planı
Azərbaycan və Rusiyanın yeni sətirdən - qardaşlıqdan başlaması hər iki dövlətin xeyrinədir- Zahid Oruc
Dünya Kataloniyaya göstərdiyi münasibəti Qarabağa niyə göstərmir?
Belə getsə, Azərbaycan böhrandan çıxa bilməyəcək - Qubad İbadoğlu
Emmanuel Makron iranlı həmkarını dəstəklədi
Azərbaycan yenə iki od arasında - Moskvayla Tehran iş başındadır
Ərdoğan: “ABŞ Türkiyəyə silah satmır, amma PKK-nın Suriya qanadını pulsuz silahlandırır”
Azərbaycan Avropa Şurasından çıxa bilərmi? - ŞƏRH
Nə üçün Tramp Azərbaycanla daha sıx əməkdaşlıq etməlidir?
Dərslik məsələsində tarixçilərimiz belə söyüşdən o tərəfə keçmədilər – Qafar Çaxmaqlı
Bütün dünya niyə rus S-400-ünü almaq üçün növbəyə durub? - Sirri açıldı
Dərsliyin müəllifini vətən xaini adlandırmaq düzgün deyil – Aqil Abbas
Kürdlər və katalonlar çox hiyləgər gediş etdi- Elxan Şahinoğlu
Türkiyə-ABŞ qarşıdurmasının təsiri ciddi şəkildə olunacaq - Qubad İbadoğlu
Nizami haqda həqiqəti yazıblar, siz nədən küsmüsünüz? - Fazil Mustafa
Azərbaycan torpaqlarını qaytarmaq üçün kiminlə savaşacaq: Ermənistan, yoxsa Rusiyayla?
Rusiya Xəzərdə qəfil hərbi təlimlərə başladı - Həyəcan siqnalı
Tarix dərsliyindəki xəritə skandalı ciddi araşdırılmalıdır – Qubad İbadoğlu
Millət vəkili NATO-da Ermənistanın işğalçı siyasətindən danışdı
ABŞ Sudan üzərindən iqtisadi sanksiyaları qaldıracaq
Mətbuat Şurası mitinqdə monitorinq apardı - jurnalistləri qınadı
Vəziyyətin mürəkkəbliyini heç kəs dana bilməz - Zahid Oruc
İlham Əliyevdən anons: Avropa İttifaqı ilə yeni bir səhifənin açılışını edəcəyik
Ermənilər Cəbrayılda kilsə açdı - Rəsmi Bakıdan etiraz
İlham Əliyevdən Avropaya mesaj: Bununla həyatımızda heç nə dəyişməyəcək
Putin Qarabağla bağlı çağırış etdi - Ermənistana ciddi mesaj
Bu hotellərə görə Azərbaycan ilk 5-liyə düşdü - Lider isə İsraildir
İraqda yaşananlar neftin qiymətini oynadır - Bəs sonra nə olacaq?
“Kərkükə siyasi və iqtisadi yardımlar etməliyik” – Qənirə Paşayeva
Qarabağa qanunsuz gedən türkdən özəl açıqlama: Onlar ermənilərlə nə danışıblar?
Azərbaycandakı Kürdüstan aşiqləri – onlar nə dərəcədə təhlükəlidir?
"Onların Avropa siyasətinə təsiri olmayacaq" - Merkel
Azərbaycan üçün hazırlanmış tor – Ermənistanın gizli planı
Azərbaycan hökuməti Kərkük məsələsiylə bağlı bəyanat verməlidir - Açıqlama
Azərbaycanda PKK-nı təbliğ edən qəzet fəaliyyət göstərir - İDDİA
“Bu qərar BMT-də təsdiqlənib, dəyişmək olmaz” - LAVROV
Onlar Putinin yox, İlham Əliyevin sözüylə hərəkət edirdilər - Açıqlama
Bakıda erməni kəşfiyyatına işlədiyimi etiraf etməyimi istəyirdilər
Rusiya bu yolla Azərbaycan hakimiyyətindəki tərəfdarlarına dəstək verir - Açıqlama
Azərbaycan hökuməti:Nalbandyanın təklifini qəbul etmirik - ÖZƏL
Bəxtəvər Dədə Ədalətin başına!
Qəbul imtahanlarında minimum bal 280 olmalıdır
Kürdlərin layihəsi İslam dünyasının parçalanmasına xidmət edir - AÇIQLAMA
"Surinamın Azərbaycanda maraqları var" - NAZİR
İŞİD-ə qoşulan azərbaycanlının şikayətini təmin etmədi
Həbsxanada uşaq dünyaya gətirən ana barəsində məhkəmə qərar verdi
Türkiyəli millət vəkili Nəcdət Ünüvardan Bakıya təbrik
Tofiq Zülfüqarov: 7 rayonumuzu qoyub, qapalı kafedən danışırsınız...
"Əsrin müqaviləsi"nin şərtləri niyə dəyişdirildi?
Ermənilər Ağdamı özününküləşdirir, bəs Əbülfəs Qarayev nə edir?
Sükanı belə saxlayın, cənab Prezident! - Tofiq Zülfüqarov
Lütfi Zadənin ölümü ilə bağlı xəbəri hələ dəqiqləşdirməmişəm - Vəkil
Bakı-Tbilisi-Qars dəmiryolunu gecikdirən Rusiya oldu - Ancaq maneələr dəf edildi
Azərbaycan KİV-ləri Qərbin Rusiya haqda bu cür materiallarını dərc eləmir, Rusiya isə...
26 restoranının sahibindən Dilavər Əzimliyə etiraz: Onda 26 saylı məktəbi də bağlayaq
OCCRP-nin mənbəsiz araşdırması - Nə dərəcədə əsaslı sayıla bilər?
Ermənistanın NATO təlimlərindən imtinasında Rusiya və Azərbaycan izi - Açıqlama
Türkiyə və Almaniya nəyi bölə bilmir? - TƏHLİL
Test üsulunun taleyi insanımızın, gələcəyimizin taleyidir - Mehriban Vəzir yazır
Erməni lobbisi Rusiyaya qarşı yenə “döyüş yolu”nu seçdi
Səninçün yenə yanağımdan süzüləcək iki damla yaş tapılar...- Elnur Astanbəyli
Qorbaçovun Əliyevə etdikləri alçaqlıq idi
Seçki sandığı məzarınıza çevriləcək - Əməkdar müəllim
Rusiya və ABŞ əməkdaşlığı qurulacaqmı? - PROQNOZ
3 milyon manatlıq avtomobil kolleksiyası - Cinayətə aparan yol
Sabiq Ermənistan prezidentindən tarixi bəyanat: İşğal etdiyimiz torpaqları qaytarmalıyıq
Ermənistanı daha nədə üstələyə bilərik? - Hüseynbala Səlimov yazır
Hər şey torpaq olacaq bir gün... - Ömər Xəyyam
İki erməni liderinin etirafları: Ona görə qırğınlar törətdik ki...
Banklarda böhranın ikinci fazası başlaya bilər?
Manat niyə möhkəmlənib? - 8 AMİL
Tibbi arayış satışından 3-5 milyon manat əldə edilir - Bu pullar hara gedir?
Allahın özü də erməni və qarabağlıdır - Zori Balayan
Dürüst və namuslu qalmaq - Rüşvəti yox etməyin yolu
Ermənilərin “Böyük Ermənistan” yaratmaq planları necə pozuldu?
Öz-özünüzü xoşbəxt edə biləcəyiniz 6 üsul
“Ermənistan bayrağı altında Azərbaycan mahnısı səslənəndə təəccüblənməyin”
Ermənilərə təklif: 24 apreli soyqırımı yox, bayram günü kimi qeyd edin
Şevarnadze göstəriş veribmiş ki, İlham Əliyevi institutdan çıxarsınlar - Teleaparıcı
İSLAMOFOBİYA: Avropa Birliyinin yeni meyarı – TƏHLİL
Trampı devirmək istəyən gizli xidmətlər var - TƏHLİL
ƏRDOĞAN "MİLLƏT" DEYƏNDƏ NƏYİ NƏZƏRDƏ TUTUR?
Ermənistanda seçkilər: onlar Qarabağı itirmək üzrədirlər?
Ruslar yenə də arzularına çatdılar – TƏHLİL
Qarabağı azad etmək üçüb tarixi fürsət yetişib? – TƏHLİL
Xanlar Vəliyevin diqqətinə: Yuri Zarviqorovu niyə həbs etmirsiniz?
Azərbaycan 25 ildir, nəyi gözləyir? - TƏHLİL
Trampın arxasında İsrail lobbisi dayanıb – TƏHLİL
AKP-nin arqumentləri ancaq siyasi spekulyasiyadır – TƏHLİL
Nazarbayev yolun sonuna gəlib, yoxsa?
Azərbaycan ABŞ-ın xətrinə İrana qarşı çıxacaqmı? – TƏHLİL
Əvvəlcə Receb İvedik və lotu qulilər, sonra təhsil və elm
İSTƏMƏSƏLƏR BELƏ, VİTSE–PREZİDENTLİK OLACAQ...
2017-ci il belə gəlib beləmi gedəcək? – İqtisadi təhlil
SEÇKİYLƏ BAĞLI SON AKKORDLAR...
Qərb üçün demokratiya Qərb üçündür
Bu il dünya da yerindən oynadı, Azərbaycan da... – SİYASİ HESABAT
Bu il dünya da yerindən oynadı, Azərbaycan da... – SİYASİ HESABAT
Bob Dilan İsveç Akademiyasını barmağına doladı, bəs Salam Sarvanla Şəhriyar del Gerani?
2016-cı il: mediamızda kim uduzdu, kim uddu?
2016-cı il hansı ölkələr terrorun qurbanına çevrildi? – STATİSTİKA
Üçüncü devalvasiya artıq başlayıb...
Dünyada muxtariyyat modeli qalmayıb
Mediada qeyri-peşəkarlıq. Səbəbkarlar kimdir?
KQB, “Qadın öpüşü” və “bolqar çətiri”
4 milyard alınacaq ya alınmayacaq?
"Ölkə dağıdıcı tufan ərəfəsində"
Səudiyyə Ərəbistanı, yoxsa İran
Mişel Uelbek: Avropanın islamlaşmasında günahkar kimdir?
Rusiyanın Türkiyə ilə savaşmamalı olduğunun səkkiz səbəbi
Gizli xidmət şefinin sonu: qəfil və gözlənilmədən
Prezident hökuməti fövqəladə rejimə keçirir
Haber Yazılımı