Xəbər haqqında
19 Sentyabr 2017 - Çərşənbə axşamı 21:28 85 nəfər oxuyub
 
23 sentyabrda dinc etiraz aksiyası - GÜNEY AZƏRBAYCANDA
GÜNEY AZƏRBAYCAN Xəbəri
23 sentyabrda dinc etiraz aksiyası - GÜNEY AZƏRBAYCANDA

Azərbaycan Milli Hərəkatının bir qrup fəalı Urmu gölündə dərinləşən böhranla bağlı bütün şəhərlərdə dinc kütləvi etiraz aksiyaları planlaşdırır.

 

Xeber365.com-un məlumatına görə,  fəallar bununla bağlı Güney Azərbaycanın müxtəlif şəhərlərində bildiriş yayaraq hər kəsi dinc və mədəni etirazlara qatılmağa çağırıblar. Dinc etiraz aksiyası sentyabrın 23-ü, yerli vaxtla saat 17:00-a planlaşdırılır.

 

Yığıncağa qatılacaq kəslərdən böyük şəhərlərdə yalnız Valilik binaları qarşısında toplaşmaları rica olunub.

 

Bildirişdə səlahiyyətli orqanlar və müxtəlif qurumların Urmu gölü böhranı ilə bağlı fəaliyyətlərinin yararsız və nəticəsiz olduğu vurğulanıb.

Mənbə: Müəllif: XƏBƏR365
23, sentyabrda, dinc, etiraz, aksiyası, -, GÜNEY, AZƏRBAYCANDA,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı