Xəbər haqqında
06 Sentyabr 2017 - Çərşənbə 13:05 8196 nəfər oxuyub
 
26 restoranının sahibindən Dilavər Əzimliyə etiraz: Onda 26 saylı məktəbi də bağlayaq
BAXIŞ Xəbəri
26 restoranının sahibindən Dilavər Əzimliyə etiraz: Onda 26 saylı məktəbi də bağlayaq

Dünən tarixçi Dilavər Əzimli Sahil metrostansiyasının yaxınlığında, Xaqani küçəsində yerləşən "26" adlı restoranın fotosunu paylaşaraq Azərbaycanda bu adda ictimai-iaşə obyektinin açılmasını tənqid atəşinə tutmuşdu: "Bu, nədir? Bura Ermənistandırmı? Bu restoran  kimindir? Bunların arxasında hansı şəbəkə dayanır? Bu, lap ağ etmək oldu. Azərbaycan xalqını qanına qəltan edən 26-lara Bakının mərkəzində restoran açılıb. Buna görə biz hüquq-mühafizə orqanlarından açıqlama tələb etməliyik. Bu ada açıqlama gətirilməlidir. Bunu edənlər bu dərəcədəmi həddi aşdılar? Dağlıq Qarabağda erməni məskunlaşması gedir. Bakıda da 26-lar restoranı açılır. Bu məsələ kimsəni ilgiləndirmir. Bu dərəcədəmi zəlil olduq? Düzü, məəttəl qalıram. Bəzən bu millətə şübhə ilə baxıram!"

 

 

Xeber365.com-un əməkdaşı "26" restoranına baş çəkərək məkanın sahibi Ramin Məmmədovla söhbətləşib.

 

Restoran sahibi tarixçinin tənqdini qəbul etməyib və səsləndirdiyi ittihamlara etirazını bildirib: " Mənim atam və qardaşım bu torpaqlar uğrunda şəhid olub. Azərbaycan tarixinə də hörmət edirəm. Restorana bu adı qoymağım heç də 26-ları təbliğ etməyimlə bağlı deyil. Restoranı açanda yaşım 26 olduğu üçün, həmçinin, maşınımın nömrəsinin son rəqəmi 26 olduğuna görə restorana bu ada vermişəm. Oktyabr ayında bu adı başqa adla əvəzləyəcəyik.

 

Həm Azərbaycanda 26 rəqəmi qadağan edilməyib ki, bu adda restoran açmayaq. Ona qalsa, ölkədə 26 saylı məktəb var, onda onu da bağlayaq. 

 

Tarixçi bu cür şərh etməklə düzgün etməyib. Ən azından o, restorana daxil olmaqla bir izahat istəyərdi, nəyin nə olduğunu öyrənərdi. Mən Dilavər bəyi məsələni aydınlaşdırmaq üçün restorana dəvət edirəm".

 

 

 

Mənbə: Müəllif: Rövşən Danyeri
26, restoranının, sahibindən, Dilavər, Əzimliyə, etiraz:, Onda, 26, saylı, məktəbi, də, bağlayaq,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı