Xəbər haqqında
12 Yanvar 2018 - Cümə 11:43 835 nəfər oxuyub
 
5 erməni 12 saat niyə Bakıda qaldı?
GÜNDƏM Xəbəri
5 erməni 12 saat niyə Bakıda qaldı?

Xeber365.com “rusarminfo”ya istinadla yazır ki, Çin hava yollarına məxsus təyyarə ilə Pekindən Tiflisə uçan üçün Ermənistan vətəndaşı olmaqla beş erməni Bakıya məcburi eniş ediblər.

 

“Ekipaj üzvlərinin izahatına görə, təyyarə qatı duman səbəbindən Tiflis aeroportuna enə bilməyib. Biz təyyarənin Bakıya eniş etməsini istəmədiyimizi dedik, ancaq başqa alternativ olmadığı üçün razılaşmalı olduq” deyə sərnişinlərdən biri, hazırda Amerika vətəndaşı olan İda Mnatsakanyan bildirib. İda həyat yoldaşı və 5 yaşlı oğlu ilə səyahət etdiyini vurğulayıb.

 

Mnatsakanyanın sözlərinə görə, Heydər Əliyev adına beynəlxalq hava limanının işçiləri erməniləri neytral zonaya aparıb və onlar Tiflisə uçana qədər 12 saat burada qalıblar.

 

Hadisə yanvarın 8-də baş verib, şahidlərin sözlərinə görə, Bakıda olduqları müddətdə Çin hava yollarının heç bir rəsmisi onlarla maraqlanmayıb, izahat verməyiblər. İndi erməni sərnişinlər bu diqqətsizlik və məsuliyyətsizliyə görə hava yollarını məhkəməyə verməyə hazırlaşırlar.

Mənbə: Müəllif:
5, erməni, 12, saat, niyə, Bakıda, qaldı?,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı