The document has moved here.
|
||
76 ildə ilk dəfə "Mavi Ay" hər yerdən görülüb | ||
- Xəbəri | ||
![]() |
||
|
||
Son 76 ildə ilk dəfə dünən gecə dünyanın hər yerindən Mavi Ay izlənilib. İnsanlar 31 oktyabrda dünyanın hər yerində görülən bu nadir təbiət hadisəsini mobil telefonları ilə video və foto çəkərək ölümsüzləşdiriblər.
Normalda 3 ildən bir dünyanın fərqli yerlərində baş tutan Mavi Ay hadisəsi 76 ildə ilk dəfə dünyanın hər yerindən izlənilib.
Vulkan püskürmələri və meşə yanğınlarının yaratdığı toz buludlarının hərəkəti səbəbindən mavi rəngdə və çalarlarında görünən bütöv ay, astronomlar tərəfindən Mavi Ay olaraq xarakterizə edilir. Əslində Ayın rəngi dəyişmir, ancaq toz buludlarına görə Ay mavi rəngdə görünür.
Mavi Ay ilk dəfə 1883-cü ildə gözə çarpacaq şəkildə görülüb və qeydə alınıb. Mavi rəngə ən yaxın olan Mavi Ayın ilk şəkli isə 1991-ci ildə çəkilib.
|
||
|
||
76, ildə, ilk, dəfə, "Mavi, Ay", hər, yerdən, görülüb, |
|