Xəbər haqqında
08 Fevral 2018 - Cümə axşamı 11:58 666 nəfər oxuyub
 
Abel Məhərrəmov Təhsil naziri postuna gətirilir? - İddialara cavab
- Xəbəri
Abel Məhərrəmov Təhsil naziri postuna gətirilir? - İddialara cavab

Mikayıl Cabbarovun Vergilər naziri vəzifəsinə təyin edilməsindən sonra boş qalan təhsil naziri postuna BDU-nun rektoru Abel Məhərrəmovun gətiriləcəyi iddia edilir.

 

Xeber365.com məlumat verir ki, yayılan xəbərdə BDU-nun rektoru Abel Məhərrəmovun artıq öz vəzifə səlahiyyətlərini prorektora həvalə etdiyi, bu həftədən etibarən təhvil-təslim işlərinə başladığı bildirilir.

 

Yayılan xəbərlərlə bağlı Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova saytımıza açıqlama verib.

 

Pərvanə İbrahimova yayılan xəbərləri təkzib edərək, bunların həqiqəti əks etdirmədiyini deyib.

 

Xatırladaq ki, ötən ilin dekabr ayının 5-dən Təhsil naziri vəzifəsi boşdur.

 

Qeyd edək ki, Abel Məhərrəmov 1999-cu ildən Bakı Dövlət Universitetinin rektoru kimi fəaliyyət göstərir.

Mənbə: Müəllif: XƏBƏR365
Abel, Məhərrəmov, Təhsil, naziri, postuna, gətirilir?, -, İddialara, cavab,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı