Xəbər haqqında
07 Dekabr 2017 - Cümə axşamı 10:45 719 nəfər oxuyub
 
ABŞ-dan İsrailə xəbərdarlıq: Sakit ol
DÜNYA Xəbəri
ABŞ-dan İsrailə xəbərdarlıq: Sakit ol

ABŞ İsraildən Qüds mövzusunda “sakit” olmalarını istəyib.

 

Xeber365.com Türkiyə mətbuatına istinadən bildirir ki, bölgədəki ABŞ səlahiyyətlilərinin və vətəndaşlarınının təhlükə altına girə biləcəyini qeyd edən ABŞ Xarici İşlər Nazirliyi İsrailə mülayim açıqlamalar etməsi mövzusunda xəbərdarlıq edib .

 

“Hadisələrin gedişatından məmnun olduğunuzu bilsək də, rəsmi açıqlamalar üçün bir az gözləməyinizi xahiş edirik. Bu hadisələrdən sonra Orta Şərqdə ciddi bir müqavimət olacağını təxmin edirik. Bu vəziyyətin ABŞ vətəndaşlarına əks təsir göstərə biləcəyindən narahatıq.” – deyə nazirlik bildirib.

 

Mənbə: Müəllif:
ABŞ-dan, İsrailə, xəbərdarlıq:, Sakit, ol,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı