Xəbər haqqında
29 Noyabr 2017 - Çərşənbə 14:28 324 nəfər oxuyub
 
ABŞ etiraf etdi: İranı bombalamağımızı istəyirdilər
DÜNYA Xəbəri
ABŞ etiraf etdi: İranı bombalamağımızı istəyirdilər

Birləşmiş Ştatların sabiq xarici işlər naziri Con Kerri İsrail və Misirin 2015-ci ildə Barak Obama administrasiyasına İranı bombalamaqla bağlı təzyiq göstərdiyini açıqlayıb.

 

Xeber365.com dünya mətbuatına istinadla yazır ki, bu barədə İsrailin nüfuzlu “Haaretz” qəzeti məlumat yayıb. Paytaxt Vaşinqtonda keçirilən forumda çıxış edən Kerri 2015-ci ildə imzalanan nüvə anlaşmasından öncə yaşanan maraqlı məqamlara aydınlıq gətirib.

 

Kerrinin sözlərinə görə, bir çox dövlət başçısı və kral Amerikanı inandırmağa çalışıb ki, İranla yalnız müharibə dilində danışmaq olar. İsrail baş naziri Benyamin Netanyahu isə Obama rəhbərliyinə İranı bombalaması üçün əməlli-başlı təzyiq göstərib.

 

“Birləşmiş Ştatların İranla müharibəyə təhrik edən bu ölkələrin daha sonra Amerikanı tənqid edəcəyini və geri çəkiləcəyini bildiyim üçün bunun bir tələ olduğuna əmin idim. Rəsmi Tehranın yaxın 10 və ya 15 ildə nüvə silahı əldə edib, etməyəcəyini bilməsəm də 2015-ci ildə İranla ABŞ, İngiltərə, Çin, Fransa, Rusiya və Almaniya arasında imzalanan nüvə sazişini Amerikanın nail olduğu ən böyük uğur kimi dəyərləndirirəm” deyə sabiq nazir bildirib.

Mənbə: Müəllif:
ABŞ, etiraf, etdi:, İranı, bombalamağımızı, istəyirdilər,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı