Xəbər haqqında
13 Sentyabr 2017 - Çərşənbə 16:53 117 nəfər oxuyub
 
ABŞ səfiri: Ermənistanla ikiqat vergitutma müqaviləsi ləğv olunmayacaq
DÜNYA Xəbəri
ABŞ səfiri: Ermənistanla ikiqat vergitutma müqaviləsi ləğv olunmayacaq

Vaşinqtonla Yerevan arasında yeni müqavilə bağlamağa hələlik ehtiyac yoxdur.

 

Xeber365.com-un “Sputnik-Ermənistan”a istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Millz jurnalistlərlə söhbətində deyib.

 

“İkiqat vergitutma məsələsi Ermənistan hökuməti tərəfindən qaldırılıb. Biz dəfələrlə qeyd etmişik ki, əgər ticarətin stimullaşdırılmasından ötrü zərurət yaranarsa, yeni müqavilənin bağlanması ehtimalı nəzərdən keçiriləcək”, - səfir bildirib. 

 

Riçard Millzin sözlərinə görə, ikiqat vergitutma haqqında 70-ci illərdə qəbul olunmuş sənəd iki ölkə arasında ticari münasibətlər üçün kifayət edir. 

“Biz Ermənistan hökumətinin, yeni müqavilənin vacibliyini əsaslandıran səbəbləri təqdim etməsini gözləyirik”, - Millz deyib.

 

Mənbə: Müəllif: XƏBƏR365
ABŞ, səfiri:, Ermənistanla, ikiqat, vergitutma, müqaviləsi, ləğv, olunmayacaq,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı