Xəbər haqqında
11 Yanvar 2018 - Cümə axşamı 21:19 103 nəfər oxuyub
 
ABŞ son 60 ildə ilk dəfə xalis qaz ixracatına başladı
İŞ DÜNYASI Xəbəri
ABŞ son 60 ildə ilk dəfə xalis qaz ixracatına başladı

ABŞ 1957-ci ildən sonra ilk dəfə təbii qaz ixracını artıraraq xalis qaz ixracatçısına çevrilib. 


Xeber365.com-un "Report"a istinadən məlumatına görə, buna səbəb ABŞ-ın Meksikaya maye qaz və qaz satışını artırması olub.
ABŞ-ın 2017-ci ildə xalis qaz ixracı 11 mln. kubmetr/gün təşkil edib. 2016-cı ildə isə ABŞ 50 mln. kubmetr/gün xalis neft idxalçısı olub. Bu barədə məlumatı "Bloomberg" agentliyi ABŞ-ın Energetika İnformasiyaları Agentliyinin (EIA) analitiki Viktoriya Zaretskayaya istinadən bildirib.


"Əsas qaz ixracı Meksika kəməri və tankerlərlə maye qazın daşınmasından əldə olunacaq və gələcəkdə bu trendin inkişafına zəmanət verəcək. Hazırda ABŞ-da yalnız Luizianadakı Sabine Pass maye qaz terminalından qaz ixrac edilir. 2018-ci ildə isə daha iki terminalın açılması gözlənilir. Əvvəllər dünya maye qaz bazarı yaxın üç il ərzində gözlənilən qədər iri həcmdə qaza sahib olmayıb. Bu qazın əsas hissəsi ABŞ-dan təmin ediləcək və qlobal qaz bazarında fundamental dəyişikliyə gətirib çıxaracaq",- V.Zaretskaya deyib.


EİA 2018-ci ildə ABŞ-ın xalis qaz ixracının 64 mln. kubmetr/gün, 2019-cu ildə isə 128 mln. kubmetr/günə çatacağını proqnozlaşdırıb. 2018-ci ildə hasilatın 9,3 və ya 192 mln. kubmetr/gün, 2019-cu ildə isə 3,2 və ya 72 mln. kubmetr/gün artacağı gözlənilir.

 

Mənbə: Müəllif: XƏBƏR365
ABŞ, son, 60, ildə, ilk, dəfə, xalis, qaz, ixracatına, başladı,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı