Xəbər haqqında
06 Fevral 2018 - Çərşənbə axşamı 12:15 182 nəfər oxuyub
 
ABŞ və Rusiyanın Suriyada kimyəvi silah qarşıdurması
- Xəbəri
ABŞ və Rusiyanın Suriyada kimyəvi silah qarşıdurması

Amerika Birləşmiş Ştatlarının Birləşmiş Millətlər Təşkilatındakı daimi təmsilçisi Nikki Halley Rusiyanı Suriyada kimyəvi silahlardan istifadənin qarşısını almağa mane olduğunu deyib. 


Xeber365.com xarici KİV-lərə istinadən məlumat verir ki, N. Halley BMT Təhlükəsizlik Şurasının iclasında bildirib ki, Suriyada hələ də kimyəvi silahlardan istifadə olunur və xəstəxanalara axın-axın xlor qazından zəhərlənən insanlar gətirilir.


Bəşər Əsəd rejiminin öz xalqına qarşı kimyəvi silahdan istifadə etdiyini deyən ABŞ təmsilçisi Rusiyanın öz siyasəti ilə bu silahlardan istifadənin qarşısını almağa mane olduğunu bildirib. 


Rusiyanın BMT-dəki təmsilçisi Vasili Nebenzia isə ittihamları rədd edib və bildirib ki, Rusiya kimyəvi silahlardan istifadəni qınayır. 

 

Mənbə: Müəllif: XƏBƏR365
ABŞ, və, Rusiyanın, Suriyada, kimyəvi, silah, qarşıdurması,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı