Xəbər haqqında
31 Oktyabr 2017 - Çərşənbə axşamı 23:48 100 nəfər oxuyub
 
ADO teatrında yeni tamaşaya hazırlıq başladı
ART-ŞOU Xəbəri
ADO teatrında yeni tamaşaya hazırlıq başladı

Ölkənin ilk müstəqil teatrı olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) daha bir yeni tamaşanın hazırlıq işlərinə başlayıb.


Xeber365.com-un məlumatına görə, teatr bu dəfə alman dramaturqa müraciət edib.


Bertolt Brextin "Meşşan toyu" pyesi əsasında hazırlanan tamaşanın rejissoru Elsa Furtadodur. Pyesi Azərbaycan dilinə Aytən F. Əliyeva tərcümə edib. Tamaşanın rəssamı isə Leyla Quliyevadır.


Rolları aktyorlar İskra Tarrant, Elgün Həmidov, Aytən Əliyeva, Elmin Bədəlov, Zaur Hacızadə, Zərif Bəkirova, Kamal Aken, Ceyhun Zabitli ifa edəcək.


Tamaşanın premyerası dekabr ayının əvvəlinə planlaşdırılır.


Qeyd edək ki, ADO 5 ildir fəaliyyət göstərir, klassik teatr ənənələrindən uzaq, çağdaş teatr kimi qəbul olunub.

Mənbə: Müəllif: XƏBƏR365
ADO, teatrında, yeni, tamaşaya, hazırlıq, başladı,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı