Xəbər haqqında
12 Yanvar 2018 - Cümə 21:25 162 nəfər oxuyub
 
Ağaoğlunun nəvəsi İstanbulda dəfn olundu
GÜNDƏM Xəbəri
Ağaoğlunun nəvəsi İstanbulda dəfn olundu

Azərbaycanın böyük fikir adamı, dövlət xadimi Əhməd bəy Ağaoğlunun Türkiyədə yaşayan nəvəsi, məhşur yazıçı və tərcüməçi Təkdaş Ağaoğlu İstanbulda dəfn olunub. 


Xeber365.com “Cümhuriyet” qəzetinə istinadən məlumat verir ki, dəfn mərasimində Türkiyənin tanınmış siyasətçilləri, elm adamları, sənətçilər, eləcə də ədəbiyyat və ictimayyət nümayəndələri iştirak edib. 


Xatırladaq ki, Təkdaş Ağaoğlu müalicə olunduğu Şişlidəki Amerika xəstəxanasında vəfat edib. 


Qeyd edək ki, nazir oğlu olan Təkdaş Ağaoğlu siyai baxışına görə ona təklif olunan bütün vəzifələrdən və imkanlardan imtina edərək özünü ədəbiyyata həsr edib. O, müəllifi olduğu əsərlərindəki fəlsəfi-ideoloji düşüncələri ilə yanaşı Türkiyə oxucularını Dostoyevski, Şoloxov, Remark, Çarls Dikens kimi klasiklərin yaradıcılığı ilə tanış edən böyük tərcüməçi kimi yaddaşlara həkk olunub.

 

Mənbə: Müəllif: XƏBƏR365
Ağaoğlunun, nəvəsi, İstanbulda, dəfn, olundu,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı