The document has moved here.
|
||
Ağıllı olmaq üçün kürü yox, zeytun yağı yeyin – İlber Ortaylının müsahibəsi | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
Məşhur türk tarixçi alimi İlber Ortaylı qabaqcıl fikirləri, tarix elminə mütərəqqi baxışları ilə hər zaman Türkiyə mediasının diqqət mərkəzində olub. Son zamanlar bu böyük alimin adı “Azəri-azərbaycanlı” sözlərinin etimologiyası ilə bağlı söylədikləri ilə əlaqədar ölkəmizdə də tez-tez hallanır. Buna görə də İlber Oortaylını oxucularımızla daha yaxından tanış etmək qərarına gəldik.
Xeber365.com “Kafa” dərgisinə istinadən türk tarixçisi İlber Ortaylının müsahibəsini təqdim edir.
![]() - Gəlin, bir az şəxsi tarixinizdən danışaq.
- 1947-ci il mayın 21-də Avstriyada, Bregenzdə anadan olmuşam. Şəhərin lap yaxınlığında yerləşən bir dağ kəndində yaşayırdıq. Vorarlberq başdan-ayağa dağlıq ərazidi. 24 ildən sonra Vyanada oxuyanda o kəndə baş çəkdim. Avstriyanın bir ucundan o biri ucuna... Kənd bizi tanıdı. O vaxtkı qonşularımızın hamısı ordaydılar, bizi unutmamışdılar. Zatən anamın çox yaxşı bir xasiyyəti vardı, məktublaşmağı xoşlayırdı. Sən demə, qonşu xanımlara tez-tez məktub yazırmış. Kəndlilər məktub yazmağı sevməzlər.
- Məktəb illəriniz necə keçib?
- İbtidai sinifə Ankarada getmişəm, orta siniflərə Avstriyada bir liseydə. İki il sonra çıxdım ordan. Çox bahalı məktəb idi, amma əlaydı. Atatürk liseyini bitirəndən sonra siyasi elmlər fakultəsinə (Mülkiye-red.) daxil oldum, amma tarix heç ağlımdan çıxmırdı.
- Məktəbdə oxuyanda tarix dərslərini sevirdiniz?
- Yox, Türkiyədə tarix dərslərindən heç kimə bir fayda yoxdu. Mən tarixi sevirəm, ailəmdən gəlib bu sevgi. Uşaqlığım yaxşı keçib, maraqlı insanlar görmüşəm. Sadə uşaqlıq idi, amma intellektual baxımdan zənginiydi. Məhrumiyyət görməmişəm. Oyuncaqlarım da olub, geyimim də, müəllimlərim də, kitablarım da. Hətta musiqi dərsi də almışam. İstedadım olmadığı üçün musiqinin ardınca getmədim. Mən daha çox evdə öyrənmişəm. O yaşda Türkiyədə kim rus dili öyrənirdi? Amma anam mənə öyrədib. Evimizə müxtəlif insanlar gəlirdilər. Əcnəbilər çox idi. Ankarada xarici dil bilən məmurlar çox yad təsir bağışlayırdılar. Deyəsən, bunu hökumət təşkil eləyirdi, milli vəzifə kimi. Oxumuş-yazmış hər ailənin bir amerikalısı vardı. Bizim amerikalılar daha çox alman və rus mənşəli idilər. Çünki bizimkilər bu dillərə üstünlük verirdilər.
- Sonra Vyanaya getdiniz...
- Hə, Ankaradan sonra ora getdim. Vyanada heç bir problem yaşamadım. Bu, o deməkdi ki, Türkiyə bir altyapı verə bilir insana. Vyanaya çatdığım gün teatra getdim, dərslərdə hər şeyi anlayırdım. “Mən hardan gəlib bura düşmüşəm” demirsən. Bu, çox maraqlı bir haldı. Sonra Amerikaya getdim, orda da eyni şey baş verdi. 73-cü ildən sonra Mülkiyədə asisstent idim. 79-cu ildə dossent oldum, 83-cü ildə istefa verdim. Altı il İsraildə, Fransada, Vyanada, Berlində dərs dedim. Dünyanı çox gəzdim. Seminarlarda, konqreslərdə iştirak elədim, arxivlərdə işlədim. Bir az muzeylərdən danışmaq istəyirəm. Muzey mənə çox şey verib. Bizim türk tarixçilərinin həyatında muzey yoxdu. Təsadüfən gəzə bilər, amma muzey vasitələrindən istifadə eləməz. Əvvəllər elə bilirdim, mən istifadə eləmişəm. Yox. Mən muzeydə işləməyə başlayandan sonra ondan istifadə elədim. İnsanın dünyagörüşü genişlənir. Yeddi il çəkən muzey müdürlüyümdən həddindən artıq məmnunam, dünyanı tamamilə başqa yöndən tanıdım. Təsəvvür eləyin, əvvəllər gəzdiyin bir muzeydə bir müddətdən sonra axşam saatlarında içəri girib yerə uzanırsan, Sikstin kapellasında tavanı seyr eləyirsən. Kimin belə imkanı var? Çünki müdirlə həmkarsan. Əlbəttə, bu, işin həzz tərəfidi, amma külfət tərəfinə də qarışırsan. Mən artıq bütün muzeyləri özümünkü hesab eləyirəm. Məsələn, Qahirə muzeyini qarət eləyən avstraliyalılar mənim düşmənimdilər. Sənin nə haqqın var ki, o zavallı məmləkət od tutub yananda oğruları damdan içəri salıb, 350 eksponatı oğurlayıb öz ölkənə aparasan? Onlar axmaq və cahil insanlardı. Ehtiyatlı olmaq lazımdı. Öz malımıza qarşı da beləyəm. Mən türk muzeylərində lazımlı-lazımsız əməliyyatlar aparan cahil insanlara heç vaxt üz vermərəm. Siz də verməyin, çünki muzeylər millətin sərvətidi. Əlinizdən qaçırsanız, həm nüfuzunuz itər, sizi cahil hesab eləyərlər, həm də bir də geri qaytara bilməzsiniz.
![]() İLber Ortaylı və qızı Tuna
- 33 yaşınızda evlənmisiniz. Neçə övladınız var?
- Tuna adlı bir qızım var. 35 yaşındadı. Əsl ledidi, həmişə məşğuldu. Bir ledi üçün ata-qız münasibəti necədirsə, bizimki də elədi. Bir də nəvəm var. Amma o, mənə oxşayır.
- Nəvənizin adı nədi?
- Dəniz Əli. İki yaşı var, uşaqdı. Sevimli bir körpə. Çoxlu səyahət eləyir. İndi Antalyadadı, darıxıram onun üçün. Ordan da Yunanıstana gedəcək. İki dəfə Venesiyada olub, Maltaya gedəcək. Bir də İsfahana, Şiraza aparmaq istəyirəm. Qoy qədim İranın havasını alsın. Sentyabrın sonlarında çox yaxşı olur oralar.
![]() İlber Ortaylı nəvəsi Dəniz Əli ilə
- Bir gününüz necə keçir?
- Çox erkən oyanıram, təxminən, səhər 6-da. Oturub kitab oxuyuram, oxuyuram, oxuyuram. Heç vaxt planlı-proqramlı mütaliə eləmirəm, masanın üstündə hansı kitab varsa, onu götürürəm. Bir-iki saat sonra mürgüləyirəm, bir saat sonra oyanıram. Təəssüf ki, ondan sonra elədiklərim plan üzrə olur.
- Niyə təəssüf?
- Həyatımdan görüşləri və sairləri çıxartmalıyam artıq. Daha işləmirəm. Gərək görüşlərə getməyim, yazı yazmayım, televiziyaya çıxmayım. Dincəlmək istəyirəm.
- Hansı kitabları mütləq oxumaq lazımdı?
- Roman oxuyun. Rus ədəbiyyatını mütləq oxuyun. Balzakı oxuyun. Yaxşı tərcümələri var.
![]() - Heç uğursuzluq hekayəniz varmı?
- Hər kəsin “səhv elədim” dediyi bir iş var. Məsələn, mən xaricdə daha çox qalmalıydım. Qalmadım. İndiki ağlım olsa, tez qayıtmazdım. Aralıq dənizi ölkələrinin birində qalardım. Türkiyəni uzaqdan sevmək çox gözəldi. Ancaq bir şərtlə: dilini unutma və onu inkişaf etdir. Əvvəllər mən burda yaşamağa çox əhəmiyyət verirdim. Sonra amerikalı yəhudiləri gördüm. Sən demə, xaricdən də öz ölkənə çox gözəl kömək edə bilərsən. Amma yenə deyirəm, əsas şərt yurdunu, tarixini, dilini, coğrafiyanı yaxşı bilməkdir. Bilməsən, gülünc vəziyyətə düşərsən, azlıqda qalarsan. Amerikada elələri də var. Bir ölkəni içində ola-ola da onu sevə bilərsən, “dışarıdan sevmek de aşkların ən güzeli”, amma əsas odur ki, sevməli və borcunu yerinə yetirməlisən.
- Sizin anlamadığınız, öz sözünüzlə desək, cahil qaldığınız mövzular olurmu?
- Çoox. Amma mənim cahil olduğumu heç kim başa düşmür, çünki söhbətə qarışmıram. Siz heç mənim tibdən danışdığımı eşitmisiniz? Ya da icra və ya iflas haqqında? Belə şey eləmərəm. Ya da Cəlal Şengörlə geologiyadan danışdığımı görmüsünüz? Mən ona ancaq sual verirəm.
- Qədim Efes şəhərində verilən ziyafətlər barədə nə düşünürsünüz?
- Bir müddətdi, tez-tez eləyirlər bunu. Belə vəziyyətlərdə örnəklərə baxmaq lazımdı. Məsələn, Romada antik teatrda nə iş görürlər? Opera festivalı keçirirlər. Bunun necə edildiyini, hansı qaydaları olduğunu öyrənməlisən. Yəqin ki, əsərləri qorumaq üçün belə şeylərə də ehtiyac var, amma ağını çıxartmaq olmaz. Məsələn, bir nəfər “konsertdə qonaqlara şərab verəcəyəm” deyir. Bir də görürsən, adam qədəhi əlindən yerə saldı, şüşə cingiltisi simfonik notlara qarışdı. Ya da şərabın yanında noxudlu aş da qoyub. Bu, artıq ağ olur, Unkapanı körpüsü saray tövləsinə çevrilir.
![]() - Bir müddət əvvəl zeytunluq ərazilərin ləğv olunması ilə bağlı müzakirələr oldu. Yaxşı ki, sonra layihə qəbul edilmədi. Həmin müzakirələri izləyirdiniz?
- Baş nazirimiz təvazökar insana bənzəyir, ancaq təəssüf ki, zeytun və zeytun yağı mədəniyyətindən xəbərsiz böyüyüb. Ona bu mövzuda danışmamağı məsləhət görürəm. Zeytun və zeytun yağı çox əhəmiyyətlidir. İnsanların həzm sisteminə faydalıdır, hüceyrələri çox gözəl yeniləyir. Hazırda bütün dünya zeytun yeyir. Çinlilər də həmçinin. Və çox pul gətirir. İndustriyanın gəlirləri 50 il əvvəlki səviyyədədi, amma indi zeytun daha çox gəlir gətirir. Mən də zeytunluq alacağam, siz də alın. Bir mövsümlük belə olsa, zeytun bağınız olsun. Zeytun bağlarını adi bağ evlərinə çevirdiklərinə görə çox peşman olacaqlar. Vətən zeytunla adam olur. Görün, Krit adası necə gözəl zeytun bağlarına bürünüb?! Elə eləmək lazımdı, çox gözəl görünür. Onlar zeytun yeməyiblər, belə şeyləri anlamazlar. Zeytun yağında bişmiş badımcan qızartması yeməyən adamın belə şeylərdən başı çıxmaz. Ağıllı olmaq üçün kürüdən çox zeytun yağı yemək lazımdı.
|
||
|
||
Ağıllı, olmaq, üçün, kürü, yox,, zeytun, yağı, yeyin, –, İlber, Ortaylının, müsahibəsi, |
|