Xəbər haqqında
14 Noyabr 2017 - Çərşənbə axşamı 10:25 66 nəfər oxuyub
 
“Aİ-98” nə vaxt gətiriləcək?
GÜNDƏM Xəbəri
“Aİ-98” nə vaxt gətiriləcək?

Azərbaycanda "Aİ-98 Super" markalı benzinin satışında yaranmış fasilə təxminən 1 ay davam edəcək.

 

Xeber365.com bildirir ki, bu haqda məlumatı sözügedən markalı benzinin idxalı və satışı ilə məşğul olan "SOCAR Petroleum" QSC-nin mətbuat xidmətinin rəhbəri Üzeyir Həbibbəyli verib.

 

 

Onun sözlərinə görə artıq yanacaq sifariş verilib: "Gömrük rəsmiləşdirilməsinə sərf olunan vaxtı da nəzərə alsaq, yeni yanacaq partiyası təxminən 1 ay sonra Azərbaycana gətiriləcək".

 

 
Ü. Həbibbəyli bildirib ki, "Aİ-98 Super" markalı benzinin satışının dayandırılmasına səbəb mənbə ölkədə - Rumıniyada qiymətin artmasıdır.
 
Şirkət rəsmisi deyib ki, "Aİ-98 Super" markalı benzin tədarük olunanadək istehlakçılar "Aİ-95 Premium" markalı benzindən istifadə edə bilərlər. "Bu qəbildən olan nəqliyyat vasitələrinin yanacaq çənində "95/98" qeydi var. Beləliklə, sürücülərimiz rahatlıqla "Aİ-98" markası olmadığı təqdirdə "Aİ-95" markasından istifadə edə bilərlər".
 
Onun sözlərinə görə, "Aİ-95 Premium" markalı benzinin 1 litrinin qiyməti 1,15 manat, "Aİ-98 Super" markalı benzinin 1 litri isə 1,30 manat təşkil edir.
 
Ü.Həbibbəyli əlavə edib ki, son zamanlar "Aİ-98 Super" markalı benzinə tələbat artıb: "Konkret bir statistika olmasa da, deyə bilərəm ki, tələbat ciddi şəkildə artıb".
 
 

 

Mənbə: Müəllif:
“Aİ-98”, nə, vaxt, gətiriləcək?,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı
kaçak iddaa