The document has moved here.
|
||
Aİ-yə üzv ölkələrin əhalisinin ən azı 70-nin peyvənd edilməsini tövsiyə edilib | ||
- Xəbəri | ||
![]() |
||
|
||
Avropa Komissiyası koronavirus pandemiyasına qarşı mübarizə məqsədi ilə yay aylarına qədər Avropa İttifaqı ölkələrinin (Aİ) əhalisinin ən azı 70-nin peyvənd edilməsini tövsiyə edib.
"Xəbər365"in xəbərinə görə, bu barədə Avropa Komissiyasının pandemiyaya qarşı mübarizəni gücləndirmək üçün tövsiyə etdiyi tədbirlərdən ibarət sənəddə qeyd olunub.
Bildirilib ki, Aİ-yə üzv ölkələrin hökumətləri peyvənd kampaniyalarının sürətinə və peyvənd olunacaq prioritet qruplara özləri qərar verir. Avropa Komissiyası Aİ-yə üzv ölkələrin yay aylarına qədər əhalinin 70-ni peyvənd olunmasını tövsiyə edib və bildirib ki, bu, təxminən 200 milyondan çox insanın peyvənd olunması deməkdir.
Sənəddə həmçinin mart ayına qədər Aİ ölkələrində 80 yaşdan yuxarı insanların ən az 80-i və səhiyyə işçilərinin 80-nin peyvənd olunması tövsiyə olunub. Aİ indiyədək təxminən 2.3 milyard doza COVID-19 peyvəndi sifariş verib. İndiyədək yalnız iki peyvənd - BioNTech" - "Pfizer" və "Moderna"nın peyvəndləri Aİ-də istifadə təsdiqini alıb. Aİ "Pfizer"-"BioNTech" tərəfindən hazırlanan peyvənddən 600 milyon doza sifariş verib və artıq ilkin tədarük Aİ-yə göndərilib və ilin sonunadək bu davam edəcək. Avropa Komissiyası Aİ ölkələrinə səyahəti asanlaşdırmaq üçün bu ayın sonan qədər peyvənd sertifikatlarında ortaq yanaşma tətbiq etməyə çağırıb. |
||
|
||
, Aİ-yə, üzv, ölkələrin, əhalisinin, ən, azı, 70-nin, peyvənd, edilməsini, tövsiyə, edilib, |
|