Xəbər haqqında
30 Oktyabr 2017 - Bazar ertəsi 22:13 156 nəfər oxuyub
 
Akademik Milli Dram Teatrında “Zorən şorgöz” tamaşası təqdim olunub
ART-ŞOU Xəbəri
Akademik Milli Dram Teatrında “Zorən şorgöz” tamaşası təqdim olunub

Akademik Milli Dram Teatrında “Zorən şorgöz” tamaşası təqdim olunub.


Teatrın Mətbuat xidmətindən Xeber365.com-a verilən məlumata görə, ingilis dramaturqu Rey Kuninin “Kişi, qadın, pəncərə, meyit” əsəri əsasında hazırlanan iki hissəli komediyanın tərcüməçisi və quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadə, işıq üzrə rəssamı Rafael Həsənovdur.


Tamaşada rolları əməkdar artistlər - Nicat Kazımov (Riçard Uilli), Aslan Şirin (Corc Piqden), Mehriban Xanlarova (Ceyn Uorzinqton), Kazım Abdullayev (Müdir), Şəlalə Şahvələdqızı (Pamela), aktyorlar - Rəşad Bəxtiyarov (Ofisiant), Mətləb Abdullayev və Rövşən Kərimduxt (Ronni), Şəhla Əliqızı (Qledis), Vüsal Mustafayev (Detektiv) və Dilarə Nəzərova (Mariya) ifa ediblər. Tamaşanı Dilbər İsmayılova idarə edib. 


Qeyd edək ki, səhnə əsərinin ilk nümayişi 8 iyun 2013-cü ildə baş tutub.

Mənbə: Müəllif: XƏBƏR365
Akademik, Milli, Dram, Teatrında, “Zorən, şorgöz”, tamaşası, təqdim, olunub,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı