The document has moved here.
|
||
AKP-li millət vəkili Ünüvar: “Türkiyə qazandı” | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
“Çox şükür xalqımız əziyyətlərimizi, zəhmətimizi qiymətləndirdi və “Tək millət, tək vətən, tək bayraq” deyərək sabitliyə, Türkiyənin gələcəyinə səs verdilər. Beləliklə, 25 milyondan çox “hə” səsi ilə qazanan: millətimiz, demokratiya və Türkiyə oldu”.
Bu sözləri Xeber365.com-a açıqlamasında Tükiyənin Ədalət və İnkişaf partiyasının (AKP) Adana millət vəkili prof. Necdət Ünüvar deyib.
Ünüvar Türkiyənin tarixində ilk dəfə demokratik yollarla hakimiyyət sisteminin dəyişdirildiyini bildirib: “16 aprel daha böyük, daha güclü Türkiyə yolunda atılacaq addımlar üçün yeni əsrin başlanğıcıdır. Millət vəzifəsini yerinə yetirərək, referendumda yeni bir yol xəritəsi çəkmişdir. Türkiyə millətin çəkdiyi yeni yol xəritəsiylə böyük hədəflərinə daha qərarlı, güclü bir formada gedəcək. Bütün bunlara görə Türkiyənin inkişafına dəstək verən millətimizə, bizlərə etibar etdiklərinə və konstitusiya dəyişikliklərinə razılıq verdikləri üçün bir daha təşəkkürlərimi bildirirəm, seçkinin nəticələrinin ölkəmizə, millətimizə xeyirli olmağını arzu edirəm”.
|
||
|
||
AKP-li, millət, vəkili, Ünüvar:, “Türkiyə, qazandı”, |
|