The document has moved here.
|
||
Alim Qasımov erməniylə eyni səhnəni bölüşəcək? - MÜSAHİBƏ | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
Xəbər verdiyimiz kimi, 4 gün - oktyabrın 26-sı, 27-si, 28-i və 29-u Nyu-Yorkun "Rose Theater" teatrının "Jazz at Lincoln Center'də Üzeyir Hacıbəyovun, Məhəmməd Fizulinin eyni adlı əsərinə yazdığı “Leyli və Məcnun” operasının xoreoqrafiyaya uyğunlaşdırılmış versiyası səhnəyə qoyulacaq. Azərbaycanın xalq artisti, Alim Qasımov və qızı əməkdar artist Fərqanə Qasımovanın ifası ilə müşayiət olunacaq sənət əsəri Amerika Birləşmiş Ştatlarında Azərbaycan mədəniyyətinin təbliği baxımından böyük rol oynasa da, narahatlıq doğuran bəzi məqamlar var.
Xeber365.com-un məlumatına görə, konsertin Nyu-Yorkdakı afişalarında operanın müəlliflərinin adı qeyd olunmayıb. Bundan əlavə bildirilir ki, konsert öncəsi "Rose Theater"da müzakirələr keçiriləcək ki, bu müzakirələrin təşkilatçılarından biri də Ara Quzalyan adlı ermənidir.
Məsələ ilə bağlı xalq artisti Alim Qasımovla əlaqə saxladıq. O, təşkilati məsələlər haqqında məlumatlı olmadığını bildirdi. Biz də məsələylə bağlı xanəndənin mətbuat Səadət Möhübova ilə danışdıq.
– Səadət xanım, xarici KİV-də məlumat yayılıb ki, Nyu-Yorkda “Leyli və Məcnun” operasının xoreoqrafiyaya uyğunlaşdırılmış versiyası səhnəyə qoyulacaq. Konsertin afişasında Alim Qasımovun və Fərqanə Qasımovanın adı var və primyera olacağı deyilir...
– Operanın primyerası çoxdan olub. İllər öncə Alim müəllimin “İpək yolu” ansamblı ilə bir layihəsi var idi. O zaman da opreanı Alim müəllim ilə Fərqanə xanım birgə ifa etmişdi. Daha sonra bu layihəyə Mark Moris maraq göstərdi və təkcə “İpək yolu” ansamblı deyil, həm də Morisin rəqs qrupu daxil oldu. Yəni ifa zamanı həmin rəqs qrupu da rəqs edirdi. Təqdimat keçən il oldu. Bu layihənin davamı olaraq bu il də, gələn il də Amerikaya səfər ediləcək. Çünki bununla bağlı imzalanmış müqavilə var. Yəni bu, bir layihənin davamıdır. Sırf primyera demək yalan olar.
– Xarici mətbuatda dərc olunan məqalələrdə afişada Üzeyir bəyin və Fizulinin adının olmaması qınaq obyektinə çevrilib. Afişa hazırlanarkən Alim Qasımova təqdim olunmuşdumu?
– Əlbəttə ki, təqdim olunub. Biz bundan xəbərdarıq. Lakin deyə bilərəm ki, bu yanaşma doğru yanaşma deyil. Amerikada heç kim oğurluq etmir. Onlar belə məsələlərdə çox həssasdırlar. Sadəcə, məsələ ondan ibarətdir ki, afişada bəstəkarın, ya da müəllifin adı yazılmır, ifaçını adı yazılır. Bununla belə, bu layihə çərçivəsində çap olunan bulketlərdə, məqalələrdə, konsertin CD-lərinin üzərində opera və Üzeyir bəy haqqında, bu əfsanə və Məhəmməd Fizulinin bunla bağlı şedevr əsəriylə bağlı geniş məlumat verilib.
– Bu, bir beynəlxalq layihədir. Yazılanlara görə, layihənin təşkilatçılarından biri də ermənidir. Bildirilir ki, Mark Morislə birgə Ara Quzalyan müzakirələr təşkil edəcək. Məlumatınız varmı, layihədə Ara Quzalyanın vəzifəsi nədən ibarətdir?
– Bizə belə bir məlumat verilməyib ki, orda erməni aparıcı olacaq, yaxud da başqa bir işlə məşğul olacaq. Ümumiyyətlə, Ara Quzalyan adlı adam əvvəlki illərdə bu layihədə olmayıb. Bu il də olacağını düşünmürəm. Əgər həmin şəxs hansısa şəkildə bu tədbirdə olsa, deyək ki, bu layihəyə erməni faktoru qatılsa, Alim Qasımov orda iştirak etməyəcək.
– Axı özünüz də qeyd etdiniz ki, ortada imzalanmış müqavilə var...
– Mən sizə bir faktı xatırlatmaq istəyirəm. Alim Qasımovun qastrollarından birində maraqlı hadisə baş vermişdi. Deməli, konsertin başlamasından bir az əvvəl məlum oldu ki, ansamblın üzvlərindən biri ermənidir. Həmin erməni, ansamblda düdük çalırdı. Alim Qasımov dedi ki, əgər həmin şəxs ansamblın tərkibindən çıxarılmasa, ifa etməyəcəm. Buna görə də, əminliklə demək olar ki, belə bir hal baş versə, Alim Qasımov ifadan imtina edəcək.
– Ümumiyyətlə, Alim Qasımov bu müzakirələrdən xəbərdardımı?
– Yox! Bizə disskusiya ilə bağlı heç bir məlumat verilməyib. Hesab edirəm ki, burada bir yanlışlıq var. Çünki layihə demək olar ki, Alim Qasımovun ifası üzərində qurulub. Ona görə də bununla bağlı planlar da bizə bildirilir. Məsələn, ötən il bizə hansı proqram göndərilmişdisə, bu il də elədir. Dəyişiklik olmadı. Hesab edirəm ki, bu il də belə olacaq.
|
||
|
||
Alim, Qasımov, erməniylə, eyni, səhnəni, bölüşəcək?, -, MÜSAHİBƏ, |