Xəbər haqqında
05 Noyabr 2017 - Bazar 10:19 192 nəfər oxuyub
 
Alim Qasımov İstanbulda konsert verdi
ART-ŞOU Xəbəri
Alim Qasımov İstanbulda konsert verdi

Xalq artisti, məşhur xanəndə Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımova Türkiyənin İstanbul şəhərində konsert proqramı ilə çıxış edib.


Xeber365.com-un "Report"a istinadən məlumatına görə, bu ölkənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə təşkil olunan "Beynəlxalq Gənc Ədəbiyyatçıların görüşü" festivalı çərçivəsində Türkiyəyə dəvət olunan sənətkarın konserti İstanbul Universitetinin Cəmil Bilsəl konfrans salonunda keçirilib.


Konsertdə tələbələrlə yanaşı, İstanbulda yaşayan həmvətənlərimiz də iştirak edib. İki saat davam edən tədbirdə tamaşaçılar Alim Qasımovu ayaq üstə alqışlayıblar.


Xanəndə "Report"a açıqlamasında İstanbulda olmaqdan xoşbəxt olduğunu deyib: "Biz daha çox başqa ölkələrdə sənətimizi səhnəyə qoymuşuq. Ancaq Türkiyədə də əvvəllər konsert proqramı ilə çıxış etmişəm. Əlaqələrimiz o qədər yaxındır ki, elə bilirəm Azərbaycandayam. Hər şey çox yüksək səviyyədə təşkil olunmuşdu.


Mən doğrudan da gözləmədiyim bir halla qarşılaşdım burda. Salonda hər kəs eşqlə, sevgiylə dinləyirdi və alqışlayırdı məni. Qürurlandım. Hər kəs "Qarabağ şikəstəsi"ni oxumağımı istəyirdi. "Qarabağa şikəstəsi" Allahın köməyi ilə elə Qarabağda da səslənəcək. Həm kədərlənir, həm də şad oluram ki, Qarabağ hər kəsin qəlbindədir".

Mənbə: Müəllif: XƏBƏR365
Alim, Qasımov, İstanbulda, konsert, verdi,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı