Xəbər haqqında
17 Noyabr 2017 - Cümə 15:15 113 nəfər oxuyub
 
Alimlərə də ev veriləcək
GÜNDƏM Xəbəri
Alimlərə də ev veriləcək

Hazırda Abşeron rayonunun Saray qəsəbəsində Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları üçün yaşayış kompleksinin salınması üçün addım atılıb.

 

Xeber365.com Trendə istinadən bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqının sədri Habil Qurbanov deyib.

 

 

H.Qurbanov bildirib ki, son 5 ildə AMEA-ya məxsus olan, amma etinasızlıq nəticəsində digər təşkilatlar tərəfindən ələ keçirilən çoxlu sayda torpaq sahələri, elmi obyektlər geri alınıb.

 

O əlavə edib ki, son illərdə AMEA əməkdaşlarını ucuz qiymətə kənd təsərrüfatı məhsulları ilə təmin etməyə çalışırlar. Bu prosesin getdikcə genişləndiriləcəyini deyən H.Qurbanov qeyd edib ki, Akademiya şəhərciyində bu məhsulların satışını təşkil etmək üçün mağaza açılması zərurəti yaranıb: "Ümid edirəm ki, yaxın zamanlarda AMEA-nın İşlər İdarəsi ilə bu məsələni həll edəcəyik. Eyni zamanda, Akademiya əməkdaşları üçün poliklinikanın yaradılması da öz həllini tapacaq".

 

Mənbə: Müəllif:
Alimlərə, də, ev, veriləcək,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı