Xəbər haqqında
05 Noyabr 2017 - Bazar 19:23 618 nəfər oxuyub
 
Allah, mənə bir az bəxt ver, bir az da vaxt, yaşayım - Rəbiqə Nazimqızı
YARADICI Xəbəri
Allah, mənə bir az bəxt ver, bir az da vaxt, yaşayım - Rəbiqə Nazimqızı

Xeber365.com ənənəsinə sadiq qalaraq bu bazar gecəsi də sizə bir şeir ərmağan edir. Bu dəfə sizi Rəbiqə Nazimqızının "Dua" şeirini oxumağa dəvət edirik:


Allah, mənə bir az bəxt ver,
bir az da vaxt, yaşayım.
Bir az ömrümdən yaşayım,
Bir az sərvaxt yaşayım.
 
Mənə gecələr yuxu,
Səhərlər gümrahlıq ver.
Mənə bir damcı qorxu,
Bir damcı toxtaqlıq ver.
 
Bir az ümiddən yolla,
Bir az işıq at, bəsdi.
Bir az ağıl ver, seçim
Nə bəsdi, nə əbəsdi.
 
Bir az mərhəmət göndər,
Bir də, bol-bol məhəbbət.
Bircə sənə yazmağa
Bir yerim olsun xəlvət.
 
Bir tikə çörək tapım,
Bir parç su, yaşayaram.
Bir də, qızımı qoru,
Nə versən, daşıyaram.

Mənbə: Müəllif: XƏBƏR365
Allah,, mənə, bir, az, bəxt, ver,, bir, az, da, vaxt,, yaşayım, -, Rəbiqə, Nazimqızı,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı