Xəbər haqqında
14 Noyabr 2017 - Çərşənbə axşamı 15:58 125 nəfər oxuyub
 
Amerika bizi düşmən elan edir - RUSİYA
DÜNYA Xəbəri
Amerika bizi düşmən elan edir - RUSİYA

“Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməklə ABŞ birmənalı şəkildə bizi düşmən elan edir”

 

Xeber365.com “RİA Novosti”ə istinadla yazır ki, bunu jurnalistlərə açıqlamasında Rusiya baş naziri Dmitriy Medvedyev deyib. Baş nazirin sözlərinə görə, ABŞ-Rusiya münasibətləri 1970-80-ci illərlə müqayisədə heç də ürəkaçan deyil. “Bir tərəfdən Amerika bizi bir çox qlobal problemlərlə - terrorizm və ya Koreya yarımadasındakı böhran – mübarizədə əməkdaşlığa səsləyir. Digər tərəfdən isə qəbul olunan sanksiyalarla bizi özünə rəqib görmür, açıq şəkildə düşmən elan edir” deyə Medvedyev bildirib.

 

Xatırladaq ki, avqustun 2-də prezident Donald Tramp “Amerikanın rəqiblərinə qarşı sanksiyalar yolu ilə müqavimət” adlı qanun imzalayıb, qanun Rusiya, İran və Şimali Koreya şamil olunub. Beləliklə dövlət departamenti 2018-ci il yanvarın sonuna qədər bu ölkələrdəki hüquqi və fiziki şəxslərə, hətta siyahıda yer alan Rusiya şirkətləri və təşkilatları ilə əməkdaşlıq edən üçüncü ölkə vətəndaşlarına qarşı da sanksiyalar tətbiq edə biləcək.

Mənbə: Müəllif:
Amerika, bizi, düşmən, elan, edir, -, RUSİYA,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı