Xəbər haqqında
30 Yanvar 2018 - Çərşənbə axşamı 12:17 508 nəfər oxuyub
 
Amerikanın sanksiya siyahısında 3 erməni oliqarx da var
- Xəbəri
Amerikanın sanksiya siyahısında 3 erməni oliqarx da var

ABŞ-ın Maliyyə Nazirliyinin Konqresə təqdim etdiyi və “Kreml məruzəsi” adlanan sanksiya layihəsində Rusiyada fəaliyyət göstərən üç erməni əsilli oliqarxın da adı var.

 

Xeber365.com “rusarminfo”ya istinadla bildirir ki, bunlar “Taşir” şirkətlər qrupunun prezidenti Samvel Karapetyan, “Rosqosstarx” şirkətlər qrupunun rəhbəri Danil Xaçaturov və “Maqnit” supermarketlər şəbəkəsinin sahibi və “Krasnodar” futbol klubunun prezidenti Sergey Qalitskidir. Qalitskinin əsl soyadı Arutunyandır, sadəcə ailə qurduqdan sonra o, həyat yoldaşı Viktoriya Qaltskayanın soyadını götürüb.

 

Hər üç oliqarxa - Karapetyan, Xaçaturov və Qalitskiyə qarşı sanksiya tətbiq olunacağı gözlənilir. Rusiyanın ən varlı iş adamları siyahısında Sergey Qalitski 5,7 milyard dollarlla 17-ci, Samvel Karapetyan 3,86 milyard dollarla 26-cı, Danill Xaçaturov 2,89 milyard dollar 40-cı yerdə qərarlaşıb.

 

Xatırladaq ki, Birləşmiş Ştatların Maliyyə Nazirliyi 114 rusiyalı siyasətçi və 96 iş adamına yeni sanksiya tətbiq olunmasını nəzərdə tutan sənəd hazırlayıb. Sənəddə Roman Abramoviç, Alişer Usmanov, İqor Seçin, Mixail Fridman kimi oliqarxlar, Valentina Matviyenko, Vladislav Surkov, Vyaçeslav Volodin, Aleksandr Bortnikov kimi dövlət adamları da var.

 

Mənbə: Müəllif:
Amerikanın, sanksiya, siyahısında, 3, erməni, oliqarx, da, var,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı