Xəbər haqqında
13 Yanvar 2018 - Şənbə 13:41 174 nəfər oxuyub
 
Amerikaya sərt cavab verəcəyik - İRAN
- Xəbəri
Amerikaya sərt cavab verəcəyik - İRAN

İran ABŞ-ın düşmənçilik hərəkətlərinə qarşı tədbirlər görəcəyini və müvafiq şəkildə cavab verəcəyini bəyan edib.

 

"Report"un RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə şənbə günü İran XİN-nin saytında yerləşdirilən bəyanatda bildirilir.

 

Rəsmi Vaşinqton İran Məhkəmə Sisteminin rəhbəri, ayətullah Sadiq Amoli Laricaninin adını sanksiyalar siyahısına daxil edib. İran da öz növbəsində bildirib ki, Birləşmiş Ştatların qanunsuz hərəkətləri beynəlxalq hüququn pozulmasıdır və şübhəsiz ki, İran buna sərt reaksiya verəcək.

 

Bundan başqa, bəyanatda vurğulanıb ki, mövcud sanksiyalar siyahısına bir neçə iranlının əlavə edilməsi haqqında ABŞ-ın qərarı böyük İran xalqına qarşı davam edən düşmənçiliyin sübutudur.

Mənbə: Müəllif:
Amerikaya, sərt, cavab, verəcəyik, -, İRAN,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı