301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
18 Mart 2022 - Cümə 13:50 431 nəfər oxuyub
 
Anar Əsədli: “Azərbaycanda uzun illərdir, gözü, qulağı Kremldə olanların...” - MÜSAHİBƏ
MÜSAHİBƏ Xəbəri
Anar Əsədli: “Azərbaycanda uzun illərdir, gözü, qulağı Kremldə olanların...” - MÜSAHİBƏ

Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli TNS-ə müsahibə verib.

 

 

Xeber365.com TNS-a istinadən həmin müsahibəni təqdim edirik:

 

 

- Anar bəy əvvəla vaxt ayırıb bizə müsahibə verdiyiniz üçün sizə təşəkkür edirik. Bu gün sizinlə dünya və ölkə gündəmini müzakirə edəcəyik. Əvvəlcə bu gün dünyanın ən önəmli məsələsi olan Rusiya-Ukrayna müharibəsindən danışaq. Rusiya Ukraynaya niyə hücim etdi, bu müharibə olmaya bilərdimi və proseslər hansı sonluğa aparacaq?

 

 

"Bunun ən üstün tərəfi odur ki, bir demokratiya savaşı gedir. Əslində bu, Rusiya-Ukrayna savaşı deyil. Bu, avtoritarizmlə demokratiyanın savaşıdır. Hesab edirəm ki, bu savaşdan bütün hallarda Ukrayna xalqı qalib çıxacaq".

 

 

Bu gün əksər siyasi şərhçilər, politoloqlar Rusiya-Ukrayna müharibəsini çox şərh edirlər. Bu savaş olmaya bilərdimi sualı ətrafında da müzakirələr aparılır. Düşünürəm ki, uzun illər idi postsovet ölkələrində belə bir savaşa doğru yol gəlinirdi. Belarusda son seçkilərdə bu, qabaraq şəkildə ortaya çıxdı. Amma Avropanın Putin Rusiyası ilə qarşıdurmaya getmək istəməməsi bu prosesi Belarusdan Ukraynaya keçirdi. Nə baş verirdi?

 

 

Sovetlər Birliyi dağıladan, birliyin tərkibindəki dövlətlər öz müstəqilliyini əldə edəndən sonra müəyyən ölkələr qanlı münaqişəyə sürükləndilər. Eləcə də, Azərbaycan və Ermənistan Qarabağ münaqişəsinə sürükləndi.

 

 

Soverlər Birliyi dağılandan sonra Baltikyanı 3 ölkəni Avropa öz sərhədləri içərisinə aldı. Yerdə qaldı 12 ölkə. O zamankı Yeltsin Rusiyası ilə Qərbin bir anlaşması olmuşdu ki, Rusiya öz sərhədləri daxilində siyasətini müstəqil Rusiya adı ilə həyata keçirsin. Bundan sonra Müstəqil Dövlətlər Birliyi quruldu. Təssəvvür edin ki, Rusiyanın şovinist xisləti və imperialist siyasəti hətta öz qurduğu, öz layihəsi olan Müstəqil Dövlət Birliyində də özünü göstərdi. Bu günə qədər baş verən hadisələr sübut etdi ki,  Rusiya hər hansı bir hüquq tanımır, bütün beynəlxalq hüquqlara tüpürür. Rusiya Müstəqil Dövlətlər Birliyini ilk olaraq Ukrayna və Belarusla qurmuşdu. Sonra Gürcüstan, Moldova və digər ölkələr ora qoşuldu. Rusiya özü qurduğu birliyin üç ölkəsinə - Ukraynaya, Gürcüstana və Moldovaya soxulub. Özü deyir ki, burdakı dövlətlərin müstəqilliyni, ərazi bütövlüyünü tanıyıram, müdaxilə yol verilməzdir. Amma Moldovada Dnestryanı, Gürcüstanda Osetiya və Abxaziya problemlərini çıxarıb, Ukraynada qanlı münaqişə yaradıb. Orta Asiyanı isə fərqli şəkildə öz əlində saxlayır.

 

 

Son 30 ildə proses ona doğru getdi ki, bu ölkələr güclənməyə başladı. Məsələn, indi Azərbaycan 1992-1993-cü illərin Azərbaycanı deyil. Bu ölkələr kifayət qədər gücləndi, bu cəmiyyətlərdə ictima-siyasi təfəkkürün və yeni nəslin nümayəndələri ortaya çıxmağa başladı, nəsil dəyişimi baş verdi. Bu proses keçmiş Sovetlər Birliyinin tərkibində olan bütün ölkələrdə getdi. Təbii ki, regionda Rusiyanın və Qərbin öz maraqları var idi.  Bu proses getdikcə ona gətirib çıxardı ki, ölkələr artıq gerçək gücləri əsasında müstəqilliklərini gerçək müstəqilliyə çevirmək istədilər. Ona görə də Rusiya ilə problemlər yaşandı.

 

 

Açıq etiraf edək ki, Putin avtoritar və diktator şəxs olaraq, son 30-40 ilin ən güclü siyasi liderlərindən biridir. Ancaq Putin gücləndikcə Rusiya çökməyə başladı. Rusiyanın elmi tərəqqisi yox, texnoloji inkişafı yox, iqtisadiyyatı zatən çökür. Ancaq Rusiya təbii sərvətləri ilə ayaqda dururdu. Bu ölkə kifayət qədər zəngin enerji resurslarına malikdir. Rusiya dünyada yeganə dövlətdir ki, su problemi yoxdur. Bu gün ən ciddi təhlükəsizlik məsələlərindən biri də su məsələsidir. Amma bunlar da bir yerə qədərdir.

 

 

Yeni nəslin yetişməsindən sonra bu dövlətlər artıq başladılar bölgədə özlərini müstəqil aparmağa. Bu ölkələrə Rusiyanın iki təhdidi var – bölücü, separat, etnik münaqişələr və lokal müharibələr. Proseslər bir savaşa gətirib çıxarmalı idi. Genişmiqyaslı müharibə Ukraynada baş verdi. Niyə? Ona görə ki, Ukrayna çox önəmli ölkədir. Ukrayna bir Avropa ölkəsidir və Avropanın qapısıdır. Ukrayna slav xalqıdır. Bu, çox ciddi bir məsələdir. Təbii ki, Ukraynanın tam gücü ilə müstəqil olması, xalqın bütövləşməsi, şərqinin və qərbinin bir araya gəlməsi, Avropa ailəsinə qoşulmaq prosesinin sürətlənməsi Rusiya üçün ciddi bir qorxu yaradırdı. Niyə qorxu yaradırdı? Çünki unitar dövlət deyil, federativ dövlətdir, xalqların dövlətidir. Avtoritar rejim, diktatura var, Putin idarəetməsi var. Bu, təbii ki, qorxulu idi. Bütün bunlar Rusiya-Ukrayna müharibəsini qaçılmaz edirdi. Sizə bəlkə də təzadlı görünə bilər. Onu da deyim ki, Rusiya bu müharibəni istəmirdi. Bu müharibəni Avropa da istəmirdi. Düzdür, Rusiya özü üçün başqa yol görmürdü. O zaman Rusiyada demokratik dəyişiklik olmalı idi. Ona da Putin getməzdi. Ya da ki, Putin bu müharibəyə getməli idi. O baxımdan düşünürəm ki, bu müharibə daha çox ABŞ-a sərf edirdi. Həm son 30 ildə bir qədər güclənmiş Avropa ölkələrini laxlatmaq, öz nəzarətinə qaytarmaq, Avropaya demək ki mənə hər zaman ehtiyacın var, həm də Rusiyanı çökdürmək ABŞ-ın marağında idi. Bu müharibə ABŞ-ın xaricində birbaşa və dolayısı ilə bütün bölgə ölkələrinə ciddi təsir edir. Demək istədiyim odur ki, çox ciddi bir dönəmə girmişik. Bunun ən üstün tərəfi odur ki, bir demokratiya savaşı gedir. Əslində bu, Rusiya-Ukrayna savaşı deyil. Bu, avtoritarizmlə demokratiyanın savaşıdır. Hesab edirəm ki, bu savaşdan bütün hallarda Ukrayna xalqı qalib çıxacaq. Gələcəyə hesablanmış bir fikir söyləyəndə mütləq tarixə baxmaq lazımdır. Tarixdə elə bir imperialist dövlət olmayıb ki, o, hansısa xalqı mütləq işğal eləsin. Ümumiyyətlə, mütləq işğal anlayışı yoxdur. Bu proses müvəqqəti ola bilər. Çünki xalqı işğal edə bilməzsən. Bu, mümkün deyil.

 

Bu savaşın taleyini Qərbin sanksiyaları həll edə bilməz. Doğrudur, onların da özünün oynadığı rollar var. Ancaq Rusiyanı bir-iki aya sanksiya ilə çökdürmək mümkün deyil. Bu, uzunmüddətli prosesdir. Görürsünüz, verdikləri mesajlarda da əsas mahiyyət ondan ibarətdir ki, müharibə uzansın. Müharibə uzandıqca Rusiya çökə bilər. Rusiya bu qədər yeraltı və yerüstü sərvətlə iki həftəyə çökən deyil ki. Bu savaşın nəticəsi olaraq, demokratiya qalib gələcək. Bunun başqa yolu yoxdur. Mən başa düşürəm, Azərbaycanda da uzun illərdir, gözü, qulağı Kremldə olanların Rusiyanın məğlubedilməzliyi ilə bağlı təbliğatları var. Amma bu savaş göstərdi ki, Rusiya mifi ortadan qalxır. Bu müharibədə və bu savaşdan öncə bizim Vətən müharibəsində Rusiya hərbi sənayesi haqqında illərdir, formalaşdırılan mif darmadağın oldu. Türk zəkasının, bir Bayraktarın ortaya çıxması Rusiya hərbi sənayesinin mühəndislərinin nə qədər geridə qaldığının göstəricisidir. Biz hesab edirik ki, demokratiya qalib gələcək, Ukrayna xalqı bu müharibədən qalib çıxacaqdır. Bu nə pafosdur, nə də Ukraynaya olan duğusal sevgidən irəli gələn fikirdir.

 

 

- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  çıxışlarında deyib ki, Rusiyadan da, Ukraynadan da vaz keçə bilmərik. Rusiyanın çökdüyü bir dövrdə bu ölkə Türkiyənin nəyinə lazımdır? Türkiyə nəyə görə belə balanslı siyasət həyata keçirir? Fikrinizcə, digər Avropa ölkələrindən fərqli olaraq, Türkiyənin Rusiya ilə münasibətlərini isti saxlaması Prezident Ərdoğanın Qərbdən istədiklərini almaq üçün təzyiq vasitəsidirmi?

 

 

Əvvəla, Ukraynanın ərazi bütövlüyü, suverenliyi ilə bağlı Türkiyə birmənalı mövqe sərgiləyir. Türkiyə rəsmiləri dəfələrlə bəyan ediblər ki, onlar bu savaşda Ukraynanın yanındadırlar. Amma Rusiya ilə bağlı sizin dediyiniz kimi, ehtiyatlı davranışlar, balanslaşdırılmış siyasət yürüdülməsi ilə bağlı onu demək istəyirəm ki, xalqlar hiss və həyacanı ilə, dövlət ağlı ilə hərəkət edir. Hesab edirəm ki, burda bir dövlət ağlı məsələsi var. Biz küçəyə çıxa, “Yaşasın Ukrayna” deyə bilərik. Çünki dövləti məsuliyyətimiz yoxdur, siyasi məsuliyyətimiz var, demokratiya məsuliyyətimiz var. Dövlət isə bu məsələlərə dövlət ağlı ilə yanaşmalıdır. Bu, siyasi hakimiyyət yanaşması deyil, dövlət yanaşması məsələsidir. Türkiyə son illərdə dünyada super bir gücə çevrilir. Super gücün müasir dövrdə 3 əsas elementi var. Türkiyə bunları artıq həll etməyə doğru gedir. Birincisi, öz ərazisini havadan, qurudan və dənizdən öz hərbi sənayesi ilə qorumaq imkanlarının olmasıdır. Siz təsəvvür edin ki, biz Rusiyadan helikopter alırıq və Rusiya istədiyi vaxt onu burda düşürə bilir.

 

 

- Nümunəsi varmı?

 

 

Nümunələri var. Çünki pult onun əlindədir. Ancaq Türkiyə pultu heç kimin əlində olmadan özünü havadan, sudan və qurudan gələn təhlükələrdən qoruyur.

 

 

İkincisi, modern dövrün savaşlarında tranzit yol, dəhliz məsələsi çox böyük rol oynayır. Türkiyə bu gün bölgədə tək daşıyıcılardan biridir. Ay yarım bundan əvvəl Amerikada bir görüş oldu. Onu ilk biz dilə gətirdik. Amerikada Türkiyə, Azərbaycan, İsrail, Qazaxıstan, Türkmənistan, Özbəkistan səfirləri bir araya gəldi. Bu görüş haqqında təfərrüatlı məlumat verilmədi. Təhlil edəndə aydın oldu ki, Amerika Avropanı Rusiyanın qaz asılılığından qurtarmaq üçün səylər göstərir.

- Avropa Rusiyanın qaz asılılığından necə xilas edilə bilər?  

 

 

"Türkiyə NATO-nun, Qərbin ona münasibətini bildiyindən, bir qədər gücləndikcə digər ölkələrlə əməkdaşlıq məsələlərində ağıllı hərəkət edir. Transxəzər məsələsinə Rusiya ciddi maneə ola bilər. Bu layihəyə Rusiyanın maneçiliyini tamamilə aradan qaldırmaq üçün Türkiyənin bu məsələlərdə tutduğu mövqe doğru mövqedir".

 

 

ABŞ özü Avropa qaz verə bilmir, bu, mümkün deyil. İsrail Avropaya qaz verə bilmir. Sıxılma qaz verirlər ki, o da çox baha başa gəlir. Nə ABŞ, nə də İsrail öz enerji mənbələrini Avropaya sata bilir. Azərbaycan Türkiyə vasitəsilə sata bilərmi? Bəli. Amma tələbatın neçə faizini ödəyə bilər? Çox az. Deməli əlavə enerjiyə ehtiyac var. Əlavə enerji isə Qazaxıstandan, Türkmənistandan və Özbəkistandan alına bilər. Bunlar böyük enerji ehtiyatlarına malik olan ölkələrdir. Bu ölkələrin isə Avropaya çıxışı yoxdur. Onlar Xəzər üzərindən Azərbaycana çıxa bilir. Azərbaycandan alınan bu enerji mənbələrini isə Türkiyə daşıya bilir. Türkiyə bu baxımdan kilit nöqtədir. Ona görə də Türkiyə bütün bu gücü əlində toplaya bilməsi üçün dövlət ağlı ilə müəyyən addımlar atmalıdır. Türkiyə başa düşür ki, o, NATO ölkəsi olsa da, belə super gücə çevrilməsi NATO-nu narahat edir. ABŞ-ın da, Avropanın da Şərqdə, Cənubi Qafqazda Türkiyəyə çox böyük ehtiyacı var. Onlar bir tərəfdən Türkiyənin güclənməsini istəyirlərsə, digər tərəfdən o qədər də güclü olmasını istəmirlər. PKK terror təşkilatını yaradıb 30-40 ildir nəyin savaşını aparırlar? Həm Türkiyəyə deyirlər ki, bölgədə sənə ehtiyacımız var, Qafqaza girməlisən, Qafqazı Rusiyanın əsarətindən qurtarmalısan, həm də Türkiyənin güclü olmaması üçün onun başını Suriyadakı, İraqdakı problemlərlə qatmağa çalışırlar.  Türkiyə NATO-nun, Qərbin ona münasibətini bildiyindən, bir qədər gücləndikcə digər ölkələrlə əməkdaşlıq məsələlərində ağıllı hərəkət edir. Transxəzər məsələsinə Rusiya ciddi maneə ola bilər. Bu layihəyə Rusiyanın maneçiliyini tamamilə aradan qaldırmaq üçün Türkiyənin bu məsələlərdə tutduğu mövqe doğru mövqedir.  Fakt odur ki, Türkiyə Ukraynaya hər cür dəstək verir, yardım göstərir. Türkiyənin istehsalı olan Bayraktarlar Rusiya-Ukrayna müharibəsində mühüm rol oynayır. Fikrimcə, Türkiyə çox ağıllı siyasət həyata keçirir. Bu davranışlarla Rusiyaya deyir ki, onu Qərblə uzlaşdıra biləcək tək ölkə Türkiyədir. Heç kim heç kimə boşuna nəsə eləmir. Türkiyənin bu mövqeyinə görə, Rusiya Transxəzər məsələsində ona güzəştə getməlidir. Beləliklə, Orta Asiya ölkələrinin enerji resursları Azərbaycan üzərindən Avropaya çıxarıla biləcək. Bu baxımdan Türkiyənin bu siyasətini təqdir edirəm. Türkiyənin bu məsələlərdə loyallıq göstərdiyi fikri kökündən yanlışdır. Türkiyə dövlət ağlı ilə kifayət qədər doğru addımlar atır.

 

 

- Türkiyə ilə bağlı ona görə sual verdim ki, orda baş verən proseslər bizi də maraqlandırır. İndi isə Rusiya-Ukrayna müharibəsinin bizim ölkəmizə birbaşa təsirinə münasibətinizi bildirməyinizi xahiş edirəm. Bildiyiniz kimi, bizim Rusiya ilə müttəfiqlik müqaviləmiz var. Gələcəkdə Rusiyaya tətbiq edilən sanksiyalar onunla əməkdaşlıq edən üçüncü ölkələrə də tətbiq edilsə, Azərbaycan bu sanksiyalardan yayınmaq üçün necə hərəkət etməlidir?

 

 

Bu sual bu gün hamımızı düşündürür. Əvvəla onu deyim ki, Rusiya ilə Azərbaycan arasında imzalanan müttəfiqlik bəyannaməsi hələlik parlamentdə ratifikasiya olunmayıb.

 

 

- Bu bəyannamə ratifikasiya olunmaya bilər?

 

 

Əlbəttə. Bəlkə o bəyannamə parlamentə gələnə qədər ölkədə yeni bir parlament seçkiləri keçiriləcək, milli qüvvələr gələcək və ümumiyyətlə o bəyannaməni yaxına buraxmayacaqlar. Bu bəyannamə parlamentdə ratifikasiya olunmayıbsa, heç bir hüquqi qüvvəsi yoxdur. Heç bir dövlət Azərbaycanı Rusiya ilə münasibətlərinə görə ittiham edə bilməz. Azərbaycanın da Ukraynaya münasibəti ortadadır. Bizim dövlətimiz Ukraynaya dəstək verir. Hesab edirəm ki, Azərbaycan dövləti də bu məsələlərdə Türkiyə ilə saatlarının əqrəbini eyni tutuşdurur. Yəni hər iki ölkə eyni dövlət ağlı ilə hərəkət edir. Ona görə də bu məsələdə Azərbaycan hakimiyyətinin mövqeyini təqdir etmək lazımdır. Heç bir ölkə heç bir hüquqi kriteriyanı əlində əsas tutub Azırbaycanı ittiham edə bilməz. Bu məsələni ortalığa atıblar, bu bir siyasi baxışdır. Azərbaycana da sanksiya tətbiq edilməsini hansısa ölkənin bir siyasətçisi qabarda bilər. Bu baxımdan mən ölkəmiz üçün bir narahatlıq görmürəm.

 

 

- Bizim Rusiya ilə ciddi iqtisadi əlaqələrimiz var. Sanksiyalardan sonra Rusiya iqtisadiyyatının aldığı zərbə dolayısı ilə bizim iqtisadiyyatımıza təsir edə bilərmi?

 

 

Mən inanmıram ki, Azərbaycan hakimiyyəti ciddi addımlar atıb savaşda yaranan ekonomik böhrandan faydalana bilsin. Əslində, biz bu savaşdan sonra kifayət qədər iqtisadi faydalar əldə edə bilərik. Burda ölkəmiz üçün zərər yoxdur, əksinə faydalanmaq olar. Ancaq hakimiyyət buna hazırdırmı? Və nə qədər təşəbbüskardırlar? Azərbaycanın ən ciddi problemlərindən biri milli kadrların azlığıdır. Milli kadrlar təşəbbüskar və təəssübkeş olmalıdır. Azərbaycanın iqtisadi sahəsində nə qədər belə kadrlar var? Ölkənin bir iqtisadiyyat naziri var, 50 vəzifə daşıyır. Azərbaycan hakimiytətinin iqtisadi qolu bu savaşdan faydalanmağa nə qədər hazırıdır? Əgər buna hazır olsalar, hesab edirəm ki, faydalana biləcək kifayət qədər müsbət tendensiyalar var. Rusiyaya, Ukraynaya investisiya qoyan bizim iş adamlarımız vardır. Mənim üçün maraqlıdır, bizim səfirlərdə və hökumətimizdə o iş adamları ilə bağlı statistik bilgilər varmı? Onlarla bağlı ciddi təhlillər aparılıbmı? İnanmıram. Savaşdan sonra ən azı 10 il lazımdır ki, Ukraynada dağıdılmış şəhərlər bərpa olunsun. Bəlkə həmin iş adamlarının bəziləri qorxub heç Ukraynaya qayıtmaq istəməyəcək. Onları bizim işğaldan azad edilmiş bölgələrə yatırımçı kimi gətirmək olar. Ukraynanın kənd təsərrüfatına investisiya qoyan nə qədər azərbaycanlı var? Hakimiyyətdə bu barədə məlumat varmı? Onları Cəbrayılda, Füzulidə, Zəngilanda kənd təsərrüfatına investisiya qoymağa  cəlb etmək olar.

 

 

- Bizim Rusiyada yaşayan milyonlarla soydaşımız var. Onların Azərbaycana qayıtması sosial problemlərin artmasına səbəb olmayacaq?

 

 

 "Azərbaycanda bir balaca demokratik rüzgar əsən kimi, deyirlər, amandır imkan verməyin Rusiyadan bir ordu gələcək. O nağıllar bizim nəslə keçmir".

 

 

Bu məsələdə də bir mif yaradıblar. Əslində bu mifi Azərbaycan hakimiyyəti yaradıb: Rusiyada 2-3 milyon azərbaycanlı var, onlar vətənə qayıtsa fəlakət olacaq. Elə bir şey yoxdur. Əvvəla o müəyyənləşdirilməlidir ki, bu 2-3 milyonun nə qədəri Rusiya vətəndaşıdır. Onların nə qədəri Azərbaycan vətəndaşı olan azərbaycanlıdır. Onların nə vaxtdan Rusiyada yaşadığı da önəmli məsələlərdən biridir. Təxminən 200 minə yaxın azərbaycanlı vardır ki, 70-80 ildir, Rusiyada yaşayır. Onların Azərbaycana qayıtmaq ehtimalı belə yoxdur. Belə yanlış fikirlə xalqı qorxutmaq lazım deyil. Rusiyada 2 milyon azərbaycanlı yaşayır, ordan Azərbaycana pul göndərir və sair və ilaxır. Boş söhbətlərdir, nağıldır bunlar. Rusiyadan Azərbaycana pul göndərən insanlar var. Ancaq nə qədər pul gönədərirlər? Mənim şəxsən tanıdığım adamlar var ki, Rusiyada yaşayırlar. Onlardan biri 700 dollar əməkhaqqı alır. Onun 200 dollarını özünə götürür, qalanını da ailəsinə göndərir. O gəlib burda özünə iş tapsa, həmin vəsaiti öz ölkəmizdə qazana bilər. Fikrimcə, bu məsələni şişirdiblər. Siyasi texnologiyadır və bundan istifadə edirlər. Mən təklif edirəm ki, ciddi rəqəmlər ortaya qoysunlar. Şəxsən mənə də maraqlıdır ki, Rusiyadan ölkəmizə nə qədər insan qayıda bilər. Mənim yaxın qohumlarım var, Rusiya vətəndaşlarıdır, ruslarla evləniblər, Azərbaycana gəlmək haqqında da düşünmürlər. Həmin 2 milyonun içərisinə onları da daxil ediblər. Axı onlar Azərbaycana gəlməyəcək. Əgər Rusiyada milyonlar qazanıb Azərbaycana göndərirlərsə, o zaman orda bizim güclü bir diasporumuz olmalıdır. İki il bundan əvvəl Azərbaycan insanının Dağıstan sərhədində başına gətirilən oyunları xatırlayın. O vaxt nə Polad Bülbüloğlunun, nə də diasporlarımızın səsi çıxdı. Nə oldu, onda səsləri çıxmır, amma Azərbaycanda bir balaca demokratik rüzgar əsən kimi, deyirlər, amandır imkan verməyin Rusiyadan bir ordu gələcək. O nağıllar bizim nəslə keçmir.

 

 

- Bildiyiniz kimi, biz taxılı əsasən Rusiyadan alırıq, qonşu ölkəyə bir sıra kənd təsərrüfatı məhsulları ixrac edirik. Fikrinizcə, bu baxımdan da hansısa problemlərin yaranma ehtimalı varmı?

 

 

Azərbaycan taxıl ehtiyacının 30-35 faizini öz daxili imkanları hesabına ödəyir. Azərbaycana taxıl tək Rusiyadan idxal olunmur. Biz Ukraynadan da taxıl alırıq.

 

 

- Amma indi Ukraynadan taxıl idxalında problemlər yaranıb.

 

 

Mən hesab edirəm ki, Azərbaycan özünün taxıla olan tələbatının böyük bir hissəsini daxili imkanlar hesabına ödəyə bilər. Burda qorxulu bir şey yoxdur. Məsələn, işğaldan azad edilmiş ərazilərdə taxıl istehsalı üçün münbit şərait var və artıq bu istiqamətdə işlərə başlanılıb. Mən bilirəm ki, Zəngilanda bir sıra xarici şirkətlər taxıl yetişdirilməsi ilə məşğuldur. Amma bu proseslər şəffaf olmadığından biz narahatıq. Hesab edirəm ki, o bölgələrdə torpaq islahatı aparılmalıdır. O bölgələrdən olan insanların torpaq payı, varislik hüququ bərpa olunmalıdır. İşğaldan azad edilmiş əraziləri çıxmaq şərtilə Azərbaycanın hər yerində torpaq islahatı aparılıb.

 

 

- Ancaq nəzərə almaq lazımdır ki, bizim o bölgələrin imkanlarından istifadə etmək imkanlarımız məhduddur. Çünki mənfur ermənilər bütün ərazilərimizi minalayıblar.

 

 

Minadan təmizlənmiş ərazilərimizin həcmi və orda nə qədər taxıl istehsal edilməsi imkanları ilə bağlı məlumatlar dəqiqləşdirilməlidir. Ona görə deyirəm ki, şəffaf deyil. Məsələn, Zəngilanda Türkiyə şirkətləri taxıl istehsalı ilə məşğuldurlar. Bütün bunlar barədə xalqa doğru düzgün məlumat verilməlidir. Bu işləri şəffaf aparmaq lazımdır ki, bu qorxular, yanlış informasiyalar ortadan qalxsın. Düşünürəm ki, Azərbaycan taxıla olan tələbatının 70 faizini öz imkanları hesabına ödəmək potensialına malik olan dövlətdir. Azərbaycan özünü yeraltı və yerüstü sərvətləri ilə öz insanlarını saxlamaq potensialına malik olan ölkələrdən biridir. Ona görə də dünyada baş verən proseslərin bizim ölkəmizdə ciddi fəsadlara səbəb olacağı ehtimalı çox aşağıdır. Bir misal deyim. Məsələn, Türkiyədə istehsal olunan heyvandalıq məhsulları ölkə əhalisinin tələbatını ödəmir. Onlar xaricdən ət alırlar. Türkiyənin 4 dənizə çıxışı var, baqlıq ehtiyacını belə təmin edə bilmir. Çünki əhali çoxdur. Azərbaycanda isə vəziyyət fərqlidir. Bizim yeraltı və yerüstü sərvətlərimiz bizi tam edə bilər. Çünki ölkə əhalisinin sayı o qədər də çox deyil. Yəni bu savaşdan dolayı qida təhlükəsizliyi ilə bağlı hər hansı sıxıntı yaşayacağımızı düşünmürəm.

 

 

- Bir az əvvəl qeyd etdiyimiz kimi, biz Rusiyaya kənd təsərrüfatı məhsulları ixrac edirik. Sanksiyalardan sonra bu baxımdan da vəziyyət üzəkaçan olmayacaq. Azərbaycan kənd təsərrüfatı məhsullarını hara ixrac edə bilər? Fikrinizcə, bizim alternativlərimiz varmı?

 

 

Azərbaycan bunun satışını Türkiyə üzərindən digər ölkələrə həyata keçirə biləcək. Bu baxımdan da narahat olmağa dəyməz.

 

 

- Dünyada baş verən son proseslər – Rusiya-Ukrayna müharibəsi, tətbiq edilən sanksiyalar Rusiyanın zəifləməsinə, sürətlə çökməsinə hesablanıb. Biz mövcud vəziyyətdən istifadə edərək, Rusiyanın bizə daha çox ehtiyacı olduğu belə bir dövdə Qarabağdakı qanunsuz erməni silahlı dəstələrini zərərsizləşdirib bu problemi birdəfəlik həll edə bilərikmi?

 

 

"Biz bu coğrafiyada yaşayırıq. Nə biz, nə də onlar burdan köçüb gedəsi deyil. Başa düşürəm, ağırdır, çətindir, soyqırımlar törədilib. Bizim bir yerdə yaşamağımızı ifadə etmək çətindir. Ancaq bizim başqa yolumuz da yoxdur".

 

 

Düşünürəm ki, bütün dünyanın başının Rusiya-Ukrayna müharibəsinə qarışdığı bir vaxtda biz bu fürsətdən istifadə etməliyik. Əlbəttə ki, biz belə bir fürsətin olmasına sevinmirik.  Sonucda Ukrayna xalqı əziyyət çəkir, orda mülki əhali qətlə yetirilir. Bu, yaxşı bir fürsət deyil. Ancaq bu hadisə baş verib. Düşünürəm ki, bundan bir an öncə istifadə etmək lazımdır. Müəyyən addımlar atılmalıdır və məlumatlara görə addımlar atılır. Azərbaycanın bir dəfəlik bu problemi həll etməsinin tək yolu Ermənistanla vasitəsiz masdaya oturmasıdır. İki ildir, biz bunu təkrar-təkrar deyirik. Yəni Rusiyanın vasitəçiliyi olmadan bir an öncə Ermənistanla masaya oturulmalıdır. Azərbaycanla Ermənistan arasında gələcəkdə Qafqaz evi ideyası ətrafında vasitəçi Gürcüstan ola bilər ki, bu da onun haqqıdır. Hesab edirəm ki, buna doğru addımlar atılmalıdır, Azərbaycanla Ermənistan arasında təcili sülh sazişi bağlanmalıdır. Sərhədlərin delimitasiya və demarkasiyası həyata keçirilməlidir. Ermənistanın Türkiyə ilə sərhədi tezliklə açılmalıdırr. Ermənistanı, kobud desəm, Rusiyanın qucağından alıb Türkiyənin qucağına oturtmalıyıq. Başqa yolumuz yoxdur. Hazırda Türkiyənin Ermənistanla üçüncü ölkələr üzərindən ticarəti aparılır. Bu zaman Gürcüstan, İran qazanır, Türkiyə itirir. Siyasi güc ticarətdən doğar. Sərhədlər açılandan sonra Türkiyə Ermənistana siyasi və iqtisadi təsir imkanlarına malik olacaq. Erməni cəmiyyəti maşa olmağa meyilli cəmiyyətdir. Rusiyanın zəifliyindən istifadə edib onları Türkiyəyə yönəltməliyik. Biz bu coğrafiyada yaşayırıq. Nə biz, nə də onlar burdan köçüb gedəsi deyil. Başa düşürəm, ağırdır, çətindir, soyqırımlar törədilib. Bizim bir yerdə yaşamağımızı ifadə etmək çətindir. Ancaq bizim başqa yolumuz da yoxdur.

 

 

Düşünürəm ki, bu fürsətdən istifadə edərək Ermənistanla sülh müqaviləsi bağlayıb sülhməramlıların nəzarətində olan ərazilərin də taleyini həll etmək lazımdır. Sülhməramlıların burdan çıxarılması üçün hüquqi baza yaradılmalıdır. Bu hüquqi bazanı yaradacaq ən güclü mərkəz Türkiyə və Rusiyanın qurduğu birgə Monitorinq Mərkəzidir. Türkiyənin bu günə qədər apardığı izləmələr yəqin ki, arxivləşdirilib. Həmin arxivləşdirilmiş sənədlərdən istifadə edib hüquqi bazanı yaratmaq lazımdır. Azərbaycanın güc strukturları antiterror əməliyyatı həyata keçirərək qanunsuz eməni silahlı dəstələrini zərərsizləşdirməlidir.

 

 

- Sonuncu sual. Şəxsən bu sual mənə ünvanlansaydı, onu cavablandırmaq mənim üçün çətin olardı. İşğal edilmiş və işğaldan azad olunmuş bir bölgəmizdə doğulan insan kimi sizdən soruşmaq istəyirəm. Fikrinizcə, sülh müqaviləsi imzalandıqdan sonra xalqımız ermənilərlə birgə yaşamağa hazırdırmı?

 

 

Məhz yeni nəsillər işğal travması yaşamasın deyə, məhz yenidən şəhidlər olmasın deyə, müharibənin travmalarından qurtulmaq üçün yenidən birgə yaşayışın forma və modellərini tapmalıyıq. Dünyada yüz il bir-biri ilə savaş aparan ölkələr var. Qonşuların savaşı da var, barışı da. O modellərdən yararlanmaq lazımıdır. Biz 13-14 yaşımızda o bölgələri tərk etmişik. Həmin bölgələri tərk edən yeniyetmələr çox ciddi travma alıblar. Bunlar bir daha təkrarlanmasın, yaşanmasın deyə biz bu prosesin qarşısını almalıyıq. Mən hər şeyi başa düşürəm. Ermənistan cəmiyyəti 7-dən 77-ə türk etnosuna pataloji nifrət ruhunda böyüdülüb. Mən demirəm ki, biz ağılsız və ehtiyatsız yaşam modeli qurmalıyıq. Amma biz müharibə və qan gölü içərisində də həmişəlik yaşaya bilmərik.

Mənbə: Müəllif:
Anar, Əsədli:, “Azərbaycanda, uzun, illərdir,, gözü,, qulağı, Kremldə, olanların...”, -, MÜSAHİBƏ,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
Divə qulluq edən cırtdanlar
Putin dedi ya xalqa atəş açacaqsan, ya hakimiyyəti itirəcəksən...
Rəqibimiz Yeni Azərbaycan Partiyasıdır – Anar Əsədli
Prezident İlham Əliyev İspaniyanın El Pais qəzetinə müsahibə verib - TAM MƏTN
"Paşinyan Azərbaycanla sülh müvaqiləsi bağlamaq üçün tələsməlidir" - Ay Partiyanın başqan müavini
Bu hiylələrə uymaq olmaz - AY Partiya Başqanı
“O torpaqlarda hələ də Azərbaycan bayrağı dalğalanmırsa...”
Hər bir xalqın eşidilməyə ehtiyacı var - Anar Əsədli
Fransaya nota verilməlidir - AY Partiya Başqanı
"Diplomatiya taliblərə qələbə qazandırdı” - Kabil necə çökdü?
"ABŞ növbəti dəfə etibarsız tərəfdaş olduğunu göstərdi..."
“Harada qarabağlı görürəmsə, ona sevinərək baxıram” - MÜSAHİBƏ
Moskvanın itirilmiş mövqeyinin bərpası uğrunda çırpınışları
AYP Başqanının müavini: “Ukrayna özünü Krım Xanlığının varisi elan etməlidir”
AY Partiya Başqanı: Bir daha soyqırımları yaşamaq istəmiriksə...
Anar Əsədli: "Qarabağda ermənilərin də, sülhməramlıların da təhlükəsizliyinin təminatçısı Azərbaycandır"
AYP Başqanı: "1-ci Qarabağ savaşında iştirak edən “OMON”çuların məhbəsdə qalması kimin nəyinə lazımdır?"
“Mənə siyasi suallar verməyin” deyən Məclis üzvləri – Onları parlamentdə kimlər "saxlayır"?
AYP Başqanı: “Rusiyadan dost, rus ordusundan sülhməramlı olmaz”
"Türkiyə ilə Azərbaycan Ermənistanı xaosun məngənəsindən qurtarmağa çalışmalıdır"
“Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
Teymur Rəcəbov: “Sevinc göz yaşlarını gizlətmək çətin olur” - MÜSAHİBƏ
AY Partiya Başqanı: “Avropa Birliyi və NATO Qafqaza Türkiyənin varlığı ilə daxil olacaq”
Oqtay Qasımov: "Xoş olmayan niyyətin ifadəsi..."
Elşad Abdullayev: “Ölkə daxilində səhayətlərə qoyulan məhdudiyyətlər qaldırılsın”
“Bu ərazilər nəzarətə alınsa Laçın dəhlizi...”
Siyasi analitik: “Türkiyə Fransanın təhdid və şantajlarına boyun əyməyəcək” - Müsahibə
"Demokratik islahatların inqilaba çevrilmədən gerçəkləşməsinin tərəfdarıyıq" - Anar Əsədli
Mehriban Əliyeva ölkənin gələcəyində gənclərin rolunun artmasında maraqlıdır - MÜSAHİBƏ
Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq
Dilçilik İnstitutuna uzanan dillər: obyektiv və subyektiv səbəblər
Azərbaycanda unikal cərrahiyyə əməliyyatı həyata keçirildi (FOTOLAR)
Aktyorların vərdişidir, onlar həmişə şikayət edirlər - Bəhram Osmanovla müsahibə
Bizim toplumun qadınları xoşbəxt və səmimi deyil - Rəssam Pəri
Onda elə bilirdim dünya dağılıb, yaşaya bilmərəm – Nəsibə Abdullayevayla müsahibə
Alpinistlərin tapılmamasında suçlanan Şahin Mirzəyev danışdı: Məlumatları yayan Ekologiya Nazirliyidir
Berlin divarlarının sökülməsi insanlarımızın içindəki gizli Araz alovunu kükrətdi - Əli Şamillə müsahibə
Bu, büdcə xərcləmələrində mövcud korrupsiyanı daha da genişləndirəcək - Qubad İbadoğluyla müsahibə
Əvvəlki kimi yuxarılar idarə etməkdən, aşağılar idarə olunmaqdan zövq alırlar - Fazil Mustafayla müsahibə
Özbəklər bizi belə sevdiyinə görə burdakı ermənilər bizdən çəkinir – Azərbaycanlının Özbəkistandakı 18 illik həyat yolu
Özbəkistanda bir erməni öldürülsə, mən günahkar bilinərdim... - Özbək tarixçiylə müsahibə
Heydər Əliyev o vaxt məni Moskvaya göndərməsəydi... - Azərbaycanın səfiriylə müsahibə
Bizdə sağlamlıqdan başqa hər şeyə pul xərcləyirlər - Məşhur radioloq
Quska zorakılıq edib, amma mənə qarşı yox... - Sərdar Cəlaloğlu yazılanları təkzib etdi
Rəşad Məcid: Biz həmişə belə olacağıq, ağır, təmkinli, sanballı...
Rauf Arifoğlu: Azərbaycanda prezidentlər, hakimiyyətlər əvəzləndi, qəzetimiz isə...
Vəliəhdə sui-qəsd belə edilə bilər - Aida Qəmbər
Qarabağ
Mənim rəqibim İlham Əliyevdir, müxalifət namizədləri yox... – İsa Qəmbərlə müsahibə
Azərbaycan, Türkiyə və İran birləşməsə, bölgədə qan su yerinə axa bilər - Yusuf Halaçoğluyla özəl müsahibə
Armeniyanı silib, yerinə nə yazaydım? - Qalmaqallı dərsliyin müəllifiylə müsahibə
Tarix dərsliyindəki xəritə qalmaqalı Ermənistan mediasında – Nəyi doğru etmədik?
Prosineçki məğlubiyyəti belə şərh etdi
Tarix dərsliyində Ermənistan xəritəsi: nöqsan, yoxsa süni ajiotaj?
İki gürcünü rusca danışan görməzsiniz, azərbaycanlılar isə... – Hamlet İsaxanlı
Müəllimlərə vəd edilən dərs saatları niyə verilmir? – ARAŞDIRMA
Ağıllı olmaq üçün kürü yox, zeytun yağı yeyin – İlber Ortaylının müsahibəsi
Alim Qasımov erməniylə eyni səhnəni bölüşəcək? - MÜSAHİBƏ
İstəyir ölkəyə 50 milyard dollar gəlsin, mənası nədir?
Poroşenkoya səhvini başa saldılar - Saakaşvilini indi nə gözləyir?
Cəfər Axundzadə: Kinostudiya filmləri rəfə qoymaq üçün çəkir?
Çingiz Abdullayev "26" kafesi barədə: İsraildə, ABŞ-da, Rusiyada bizə gülürlər
Lütfi Zadə azərbaycanlılar üçün nə etməliydi?
Mehman Əliyevi müxalifətçi hesab eləmirəm, onun hakimiyyətə münasibəti... - Pənah Hüseynlə müsahibə
Hər şey göründüyü kimi deyil, arxada ciddi proseslər gedir - Vahid Əhmədov
131.746 Suriya ərəbi doğma, yüzlərlə Azərbaycan türkü ögey oldu
Rusiya Türkiyənin sözünü eşitsə... – Qabil Hüseynli
Məndən siyasi analiz verməyimi istəməyin
Bizdə satılmaq yoxdur, şərəflə gedəcəyik – MEHMAN ƏLİYEV
Universitetlərin köçürüləcəyi yerlər məlum oldu – QƏBƏLƏDƏN REPORTAJ
Bunu açıqlamaq Məleykə Abbaszadənin vəzifə borcudur – Vurğun Əyyub
O vaxt testlə qəbulu ədalətin bərpası üçün tətbiq etmişdik – Firudin Cəlilov
Hamlet İsaxanlı: “Test üsulu ləğv oluna bilməz”
Məktəbli geyimi alarkən aldanmayın! – Qiymətlər
O vaxt Elçibəyi Türkiyəyə gətirməsəydim... - Enis Öksüzlə özəl müsahibə
Nizami Cəfərov, bəs buna nə deyirsiniz? – Azərologiya polemikası böyüyür
Güntay Gəncalp elm adamlarıyla qadın adıyla yazışaraq onları şantaj edir - İDDİA
Arvadını döyən kişini kim cəzalandırmalıdır: qanun yoxsa qohum-əqrəba?
Artıq it hürən tərəfə getmək ölüm deməkdir - Araşdırma
Ələsgər Məmmədli: Hökumət “Turan”ı bağlamaqla milli dayaqları sarsıdacağını bilir
Yanvar hadisələrindən sonra Beycan Fərzəliyevi AXC-dən uzaqlaşdırdılar - Pənah Hüseyn
Trampın Qarabağa aid bəyanatı Azərbaycana nə vəd edir? – AÇIQLAMA
İran istəsəydi, Ermənistanının işğal faktı ortadan qalxardı - TOFİQ ZÜLFÜQAROV
“Bakcell qurbanları” şirkətə nə qədər pul qazandırır? –NARAZILIQ
Biz dünyanı öz dilimizdə dərk etmək istəyirik – MÜSAHİBƏ
Ölkə rəhbərliyinə yanlış məlumat veriləcəkdi - Ancaq alınmadı...
Qəbələnin ən böyük yanacaqdoldurma məntəqələri bağlandı – REPORTAJ
Əli Həsənovun nəvəsinin əvvəlki davranışları istintaq mövzusu ola bilər - AÇIQLAMA
Vaqif Əsədov: Artıq vəzifəli şəxslər bizə xahişə gəlmirlər, qorxurlar...
Kərküklü millət vəkili Azərbaycandan kömək istədi: Kərkük türklərinin buna ehtiyacı var
Xaricdə hər kəs bizdəki kinofestivallar barədə soruşanda utanırdım...
İran-Ermənistan sazişi Azərbaycana qarşı razılaşdırılıb – POLİTOLOQ
Rusiya-Ermənistan ordusu Azərbaycana qarşı döyüşə bilməz - MÜSAHİBƏ
Ermənilər Türkiyədə kəşfiyyata başlayıb - Din pərdəsi altında
Dilimizi bilməyənlərə Azərbaycan vətəndaşlığı verilməsin - Dekandan təklif
Rusiya bununla Azərbaycana təzyiq göstərə bilməz - POLİTOLOQ
Azərbaycanda icmalar var ki, ancaq ərəbcə danışmağı xoşlayırlar - MÜSAHİBƏ
Türkdilli dövlətlərin başçıları görüşəndə rusca söhbət edirlər - QULU MƏHƏRRƏMLİ
Kinonun biznes kimi inkişafını istəyiriksə, biznesin qaydaları ilə sözdə deyil, işdə oynayaq
Uşaqlarımızı rus məktəbinə göndərmək günah, milli xəyanətdir – SABİR RÜSTƏMXANLI
Fatih Birol: Neft hasilatçılarının cəhdləri boşa çıxdı - MÜSAHİBƏ
AHT Azərbaycanın lehinə qərar çıxardı - 1 il də vaxt verildi
Cavanşir Quliyev: Umanlar umduqlarını ala bilmədilər deyə Elçibəyə düşmən kəsildilər
Əli İsa Cabbarov: Kinostudiyanın direktorunu kollektiv seçsin
“Pərdə”nin rejissoru: Filmlər olmasaydı, hələ də küçədə veyillənən avaranın biriydim
BU OYUNDA KİM UDUZDU: Azərbaycan mediası, yoxsa Zaxarova?
Türkiyə vətəndaşından Mehriban Əliyevaya müraciət – Onu kimlər incidir?
Açıq yara kimi yaşamaq çox çətindir... – LEMAN SAM
Krediti olanlar da sosial ev ala biləcək - Vüqar Bayramov
AKP-li millət vəkili Ünüvar: “Türkiyə qazandı”
İSTİQLAL HƏRƏKATÇISININ QƏRİB MƏZARI TAPILDI
"Atatürk düşmənçiliyi Atatürk sevgisini artırır"
Səfirin cavabları erməni jurnalisti əsəbləşdirdi: Varlığınızdan xəbərim olmayıb
Beş düşmən tankı, dörd mühasirə və qazi DÖNMƏZ
“Bizə o hədiyyələri Azərbaycan səfirliyi yox, Zakir Qaralov bağışlayıb”
Bu, Türkiyənin Rusiya ilə əməkdaşlığına mənfi təsir edə bilər - MÜSAHİBƏ
Sarkisyan ermənilərin qanını tökər, amma geri çəkilməz – POLİTOLOQ
"Kərkükdə Kürdüstan qururlar, amma Türk dünyası çal-çağırdadır"
Mehman Hüseynovun vəsatəti təmin edilmədi
Kərkük millət vəkilindən kürd bayrağıyla bağlı AÇIQLAMA
Hikmət Hacızadə: “Xalq narazıdır, kiminsə başını istəyir”
NATO Əfqanıstanda İŞİD-ə qarşı əməliyyat keçirdi
İlham Əliyevin o sözünü türk xalqı bu gün də unutmur – Türkiyəli millət vəkili
Jirinovski ölmədən o sözləri təkzib olunacaq – MÜSAHİBƏ
Prezident kreslosunda başqa qərarlar verməyə məcbursan – Toğrul İsmayılla müsahibə
Türk insanı AKP-yə “hə” deyər, başqanlığa səs verməz
Rəhman Bədəlovdan iddia: “Ermənilər bizim düşmənimiz deyil”
“Türkiyə ölüsünü ən tez basdıran ölkədir” – Tuncel Kurtiz
Vaqif Nəsib: Anarın özü şər, yaradıcılığı xlorlu su kimidir
Məhsa Mehdili: Parçalanmanı bir tale kimi qəbul edib yaşamayaq
Fatih Kısaparmaq Elçibəyə niyə yalan danışıbmış? – XATİRƏ
Akif Qurbanov: “Onlar istəyir ki, vətəndaş cəmiyyəti olmasın”
Atilla Kaya: Baxçalı 15 ildi başqanlığın əleyhinə danışırdı, indiysə...
Məmməd İsmayıl: “Vətəni altımızdan kilim kimi çəkdilər”
Elmir Əkbər: “Dəyanəti danışdıqlarına görə bu cür cəzalandırdılar”
Çingiz Hüseynov: “İnsan İlahinin kitabına – Qurana müdaxilə edib”
Prezidentin çıxışı gündəmdə: Mərkəzi Bank əməkdaşları niyə cəzalandırılmır?
Musa Yaqub: Mən öz siyasətimi şeirimlə həyata keçirirəm
“Rus qoşunlarının Bakıya gətirilməsində Mütəllibovun birbaşa məsuliyyəti var”
“Tramp Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verəcək” – MÜSAHİBƏ
Mehriban Ələkbərzadə: “Deyirlər günəş doğacaq, palçığa döz, dözə bilmirəm…”
Vitse-prezidentlər ölkəni böhrandan çıxara bilərmi?
Yusif Halaçoğlu: “Türkiyə diktatorluq istəyirsə, vay onun halına” - MÜSAHİBƏ
Ramiz Rövşən: “Adam anasından necə küsürsə, mən də Allahdan elə küsürəm”
“Türkiyədəki təhlükə Azərbaycana da təsir edə bilər”
“İntellektual qadınlar bu ölkədə xoşbəxt ola bilmir”
Azərbaycan xalqı bizi sevir, çox istərdik ki, dövləti də bizi sevsin
İqtidarın sözünü deməyəndə dəstədən çıxdaş eləyirlər, müxalifətin sözünü deməyəndə satqın çıxarırlar
Azərbaycan gəncliyi ideoloji istiqamətlərə əhəmiyyət verirmi?
“Cümhuriyyət”in köşə yazarı: “Kənan Evrən Atatürkün adından pis məqsədlər üçün istifadə etdi”
Sabit Bağırov: “Hər şeyi kitabımda aşkara çıxaracağam”
Sıla: “Özümü bu ölkədə yadplanetli kimi hiss edirəm”
“İnsanilik elanıyla yaranan dinlərin hamısı tədricən zülm aparatına döndü”
Anam dedi Kələkiyə, Elçibəyin yanına getməmiş bir də mənim evimə gəlmə
“Yaraşıqlı futbolçulara baxırdım”
Tofiq Zülfüqarov: “Artıq hansısa proseslər gedir...”
“Demokratiyanı, aydınlığı oğurluğa, terrora qarşı qoyacağıq”
Deputat səhv ayağı kəsən həkimə 10 il həbs tələb etdi
Böyük Britaniyanın qərarı Azərbaycana nə vəd edir? - Tofiq Zülfüqarov cavablandırır
Manatı sərbəst buraxmaq lazımdır... Harda dayandı, dayandı
"Elm azad olmayanda adların qarşısında professor, akademik yazılmasının mənası yoxdur"
Yaxın gələcəkdə Gürcüstan Şərqi Avropanın kino-məkanına çevriləcək
Fuad İbrahimov: “Ölkədə iqtisadiyyatın kiçilməsi tənəzzülü daha da dərinləşdirəcək”
Orlando qətliamı seçkilərin taleyini dəyişəcəkmi?
"Qanun"a niyə təzyiq olunur?
“Qazandıqları gəlirin bir qismini belə Azərbaycan üçün xərcləməyənlər prezidentlə bolluca şəkil çəkdirirlər”
“Onlar həmişə uşaq kimidirlər”
“O, İntizam Komissiyasının sədri olanda deputatlar bir-birini şapalaqlayırdı”
"Kamil qayıdıb görsəydi ki, Dilarə başqası ilə yaşayır, neyləyərdi?”
“Məğlubiyyət yetimdir, onun sahibi olmur”
“Elçibəyi tənqid edənlərin əksəriyyəti vəzifədə özlərini doğrultmayan uğursuzlardır”
"Elçibəy prezident seçiləndə dövlətin yalnız adı, 156 əsgəri, 10 milyon rublu vardı"
Sabir Rüstəmxanlı: Niyə ermənilər bacardı, türklər yox?
“Ramiz Mehdiyev məqaləsində ABŞ rəhbərliyini nəzərdə tutmayıb”
“İndi Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq”
"Azərbaycan "yırtıq hovuz"a nə qədər su töksə də, dolmayacaq"
Məntiqli nəticədir ki, SOCAR bu gün xaricdə nümayəndəliklərini bağlayır
“Nə o, nə də mən reytinq xatirinə şpaqat açan jurnalistlərdən deyilik”
Azərbaycan “Avroviziya”da iki hədəfdən hansına çatdı?
Qurultay iyunun əvvəlində baş tutacaq
“Vergi sistemində araşdırmaya və islahatlara ehtiyac var”
Sənət adamının cənazəsi hardan götürülməlidir? – Müzakirə
“Artıq söz o gücdə deyil, mənası itib. O sözü deyən adamların özlərinin təmizliyinə inanmaq olmur”
“Bu, Rusiyanın yox, Ermənistanın kiçik bir oyunudur”
“O uşaq ölsəydi, bir də foto çəkməzdim”
“Qarabağ danışıqları prosesinin nəticəsizliyi danılmaz faktdır”
“Həsənov Sarkisyanı danışıqlar masasına gətirməli, Məmmədyarov isə masada işi həll etməlidir”
“94-cü ildə ermənilər Qarabağda İran təyyarəsini vurublar”
Kitab mağazaları bağlanmaq təhlükəsiylə üz-üzə
“Artıq Azərbaycan qadını zorakılığa dözmür, çünki...”
"Elçibəyin başlatdığı xalq hərəkatının dövründə İranda türklük mübarizəsi zirvə nöqtəsinə yetişdi"
“Cəsarət insanı uğura aparan ən vacib keyfiyyətdir”
“Bu münaqişənin yaranmasında Rusiyanın da rolu, yeri var”
"Məqamdır, sonuna kimi getməliyik" - Mübariz Tağıyev
“Kuba dəyişikliklər ərəfəsində olan ölkədir”
Qulu Məhərrəmli: "Başa düşmürəm, nəyə görə AzTv-nin sədri məni məhkəməyə verir"
"Təəssüf ki, məni tez buraxdılar..."
Tofiq Yaqublu: "Demokratiya uğrunda daha əzmlə mübarizə aparmalıyıq" [Video]
Anar Məmmədli: "İctimai anlamda daha çox xeyir verə bilərdim..." [Video]
Rəşadət Axundov ilk dəfə hansı xəbəri xeber365-ə açıqladı? [Video]
Vurğun Əyyub: "Azərbaycanda özünü vətəndaş və ziyalı sayan insanların hər biri Qulu Məhərrəmlini müdafiə etməlidir”
"Heydər Əsədov kimi adamları idarəetmədən kənarlaşdırmaq lazımdır"
“Rusiya Azərbaycanı təsiri altında saxlamaq üçün Talışıstan məsələsindən istifadə edir”
“Özümüzü Suriya bataqlığına saldıq, indi orda çabalamaqdayıq”
“Belarus hələ də Rusiya təsirinə açıq olan və məruz qalan yeganə ölkədi”
“Elçibəy dövründə Tehranda Azərbaycan kitab evi açılmışdı”
“Sponsorlar türkcə uzunmetrajlı filmlərə maliyyə ayırmağa maraqlı deyillər”
"Əgər Bayır-Bucaq PYD-nin əlinə keçsə, Ağ Dənizə qədər kürd dövləti qurular"
10 18:34:09 FEVRAL "Hamı elə fikirləşdi ki, qadın bir şey istəyir, amma əslində çox şey istəyir"
Aktyor böyrəyini satmaq istəyir - VİDEO
"Aktyorlar, teatr işçiləri ən müdafiəsiz camiəyə çevrilməməlidir"
“Azərbaycan Suriyanın, Liviyanın vəziyyətinə düşə bilər”
“Xəbərə münasibət bildirmək aparıcı üçün qeyri-peşəkarlıq sayılır”
Fuad İbrahimov:
“Mərkəzi Bank ölkədəki böhranı tənzimləyə bilməz, MB bazara yalnız manatla daxil ola bilər, dollar buraxası deyillər ki”
Ölkə hüquqşünasları “Azərbaycan” qəzetindəki məlum yazıya münasibət bildirdi.
Şimali Koreya kinosunun tarixi boyunca heç bir filmdə heç vaxt heç kim öpüşməyib
“Şairə necə yazmaqla bağlı məsləhət verənlər tarix qarşısında məğlub olublar”
"Kəşfiyyat xidmətinin müstəqil olmağı vacib idi"
Təhlükə sadəcə həbs olunmaq deyil, ev alıb, qələmini biryolluq satılığa çıxarmaq və problermlərin səfindən uzaqlaşmaqdır
Mirvari Qəhrəmanlı: “Əgər qasırğa haqda məlumat verilmişdisə, onlar getməməli idilər”
“Gənclik Rəsulzadənin səsini telefonunda saxlayır, onun fikirləri ilə böyüyür”
“İranın ziyalısı, muxalifəti və dövləti güneylilərin azadlıq hərəkatını nüvə müharibəsi qədər təhlükəli sayırlar”
Paris terrorunun ikiyə böldüyü Azərbaycan toplumu
Şəhriyar Del Gerani “Vicdansız adamın yanında dayanıb, gözəl mətn yaza bilməzsən”
Rəsulzadənin Gəncədəki büstü niyə örtülüb: qısqanclıq, yoxsa abadlaşma?
Nobel: siyasi yoxsa sülh mükafatı
Mirzə Sakit: “Şamaxıda 87 yaşında gənc anam üçün darıxıram”
Ruslan İzzətli: “Tək çarə demokratiyadır”
“İslam dini kişi ilə qadını bir-birinin libası, örtüsü kimi qələmə verir”
Telekanallarda şou verilişləri niyə bağlanır, məhdudiyyət, yoxsa islahat?
“Avropanın o qədər səhvləri var ki... Putin Rusiyası Azərbaycana pozitiv...” [Video]
“Təhsildə islahatlar əsas hədəfim olacaq”
Fazil Mustafa: “Siyasi məhbus Soljenitsın idi. Bunlar….”
Tural Abbaslı: "“Mən siyasətə qarışmıram” ifadəsini işlədən bir cəmiyyətdə siyasət artıq sıfırdır"
İŞİD terrorundan ən qazanclı çıxan kürdlər oldu
“İdmana sərf olunan vəsaitin yüzdə biri kinoya ayrılsa, yüz qat artıq uğur qazanarıq”
"Rusiya belə hakimiyyət qoruyandısa, Yanukoviçi qoruyardı" [Video]
“Şeytan Allahı təmizə çıxartmaq üçün uydurulmuş obrazdır” (18+)
“Müxalifət parlamentdə cəmiyyətdə malik olduğu çəkiyə uyğun nisbətdə təmsil olunmur”
“Xarici mütəxəssislərin Azərbaycana cəlb olunması müəyyən korporativ maraqların üzərində qurulub”
“Fəlsəfə, tarixinin az qala yarısını dinə kənizlik edərək yaşayıb”
“Rusiya XIX əsrdən başlayaraq erməniləri ona görə müdafiə edirdi ki, həmişə arzusunda olduğu Şərqi Anadolunu ələ keçirsin”
“Yaradıcı şəxslər psixi xəstəliklərdən ən çox isteriya nevrozuna tutulurlar”
“Son 20 ildə Güney Azərbaycan 200 ildə keçdiyi yolu keçib”
“Cem Yılmaz səhnədə elə sözlər deyir ki, mən, yan-yörəmə baxıram ki, görən eşidən oldu?!”
“Azərbaycan seçicisi qarnının qurultusunu dinləyir”
“Maarifçilik termininin istifadə edilməsinə qarşıyam”
““Əli və Nino” elə bir qiymətli sərvətdir ki, onun üstündə əsmək lazımdır”
“Xaricdən xammalın müəyyən hissəsi gətirilirsə, qiymət 30 faiz artırıla bilməz”
Əvvəl-axır gözünü ağarda- ağarda baxan atam olacam
Nazim Məmmədov: “21 fevral qərarının iqtisadi əsası yoxdur”
“Türkiyə neftin qiymətinin enməsindən qazandı”
"Azərbaycan cəmiyyətində çoxları dinini pirlərdə, ziyarətgahlarda öyrənir"
Nejdət Ün: “Zaman və tarixin Türkiyəni haqlı çıxaracağını düşünürəm”
Rusiya və Cənubi Qafqaz: bugün və sabah
"Yaradıcılıq ehtirası sevgidən qat-qat böyükdü"
“Başbuğla Elçibəyin arasını vurdular”
“ADR siyasi partiya alternativlərindən biri ola bilər”
2015-ci il Azərbaycan üçün coşqu ili olacaq
Əvəz Zeynallı: "Artıq prezidentin əfv fərmanı belə ədalətsizliklərin qarşısını almaq mexanizminə çevrilib"
"Gücümüzü birləşdirməliyik, sevgimizin nəticəsini göstərməliyik"
“Amerika, prezident İlham Əliyevin hakimiyyətinin güclənməsində daha çox maraqlıdır”
“Koroğlu” körpüsünü düzgün tikməyiblər”
Dəmirhan Taşhan: “Ziyarət etmək istədiyimiz ilk ölkə Azərbaycandır” [VİDEO]
"Hökumətin açılım siyasətinin məqsədi Öcalanı azad etməkdir"
“Qarabağ problemi həll edilmədən münasibətlərimiz düzəlməyəcək”
Mustafa Destici: “PKK- nın Azərbaycanda qrupları var, amma...” [VİDEO]
“Türkiyə Krımın Rusiya tərəfindən işğalını qəbuledilməz sayır”
“Biz onlardan daha güclüyük”(VİDEO)
Hamı yaşamaq istəyir+VIDEO
Yaşamaq uğrunda mübarizə apara-apara vəhşiləşmişik
“Balanslaşdırılmış siyasət çox ciddi dəyişikliklərə uğrayır”
Mehriban Əliyeva Ərciyəz Universitetinin fəxri doktoru adını alıb
Vəfa Quluzadə: “Rusiya Qarabağ məsələsində dirəniş göstərib maneçilik törədir”
Qiyom de Seyle:
“Azadlıq” qəzeti Anar Məmmədov məsələsində bizə arxadan zərbə vurdu+Video
Ümidini itirmədən mübarizəyə davam+Foto-Video
Qubad İbadoğlu: “İntellektual müstəvidə Azərbaycan hakimiyyətinə daha tez qalib gələ bilərik”
Həbslər cəmiyyətdə tam ümidsizlik hissi yaratmağa yönəlib
Cavid Təvəkkül: “Əsas odur ki, sevgilinlə-yəni kinematoqrafiya ilə bir yerdəsən”
Rusiya bu gün millətçilik psixozundadır
Mehman Əliyev: “QRANTLARIN 90 FAİZİ HÖKÜMƏTİN ÖZÜNƏ ÇATIR”
Hakimiyyətin mövqeyi güclüdürsə, bu həbslərə nə ehtiyac var?
“Bizdən hər şey gözləsinlər”
Başqan seçilsəm, ilk seçkilərdə iqtidara gələcəyik
Ərəstun Oruclu: “Rusiya Avropaya enerji sanksiyaları tətbiq etsə, bu, onun özü üçün fəlakət olacaq”
Haber Yazılımı