The document has moved here.
|
||
Anar Əsədli: "Bayrağa hörmət tarixi ədalətdən başlayır" | ||
- Xəbəri | ||
![]() |
||
|
||
"İllərdir yoxdan o bayrağı yaradan və ilk qaldıran Cümhuriyyətimizin banisi - Rəsulzadənin adı silinən Universitet rəhbərliyi bir nadan gənci bayrağa görə qovur"
Bunu AYP-nin təşəbbüs qrupunun üzvü Anar Əsədli öz "Facebook" səhifəsində BDU-dan qovulan tələbə ilə bağlı gündəm məsələsini şərh edərkən bildirib.
"Xəbər365" yazını olduğu kimi təqdim edir.
"Bayraq qalmaqalından gecə xəbər tutmuşam. Rəzalətdir. BDU rəhbərliyinin bu addımı ictimai qınağa tutulmalıdır ki, tələbəni universitetə bərpa etmək mümkün olsun. Tələbə uyğun olmayan hərəkət edib amma qarşılığı belə bir məntiqsiz qərar olmamalıdır. Görünən odur ki, post müharibə dövrü başlamasa da, artıq bu dövrün havası həyatımıza təsir edir. Hələ Kəlbəcər düyünü tam çözülməmiş, Laçın tam azad edilməmiş və s. çox saylı hüquqi və siyasi məsələlər tam həll edilməmiş xırda görünən, lakin düşünəndə bir əsrlik tariximizin güzgüsü olan hadisələr də gündəmi zəbt edir.
Tələbə, 18 yaşlı gənc, 1-ci kurs öyrəncisi bayrağa hörmətsizliyə görə qovulur.
Kim kimi qovur?
İllərdir yoxdan o bayrağı yaradan və ilk qaldıran Cümhuriyyətimizin banisi Rəsulzadənin adı silinən Universitet rəhbərliyi bir nadan gənci bayrağa görə qovur. Hansı mənəvi haqla? Nə vaxt o bayrağı qaldıran Liderin adını universitetə qaytararsız o zaman bu haqda danışmağa haqqınız olar.
Həmin bayraqdan söhbət gedir ki, onun üstündəki qan 30 illik Şəhidlikdən daha qocamandır- bir əsrlik Şəhid qanı var üzərində. Həmin qovma əmrini verənlər nə zaman bu mövzuda, bir kərə olsa belə, konfrans və ya başqa bir tədbir keçirdilər bizim xəbərimiz olmadı.
Bəli, bayrağımız Şəhidlərimizin əmanəti, Cümhuriyyət qurucularımızın mirasıdır.
Bayrağa hörmət isə tarixi ədalətdən başlayır." |
||
|
||
Anar, Əsədli:, "Bayrağa, hörmət, tarixi, ədalətdən, başlayır", |
|